SALİS

ə. 1) üçüncü; 2) üçüncü övlad (oğul).

SALİMƏN
SALİSA
OBASTAN VİKİ
Salis Məmmədov
Salis Məmmədsani oğlu Məmmədov (1 iyul 1932, Nuxa – 29 yanvar 2009, Şəki) — "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (23.10.1991). Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir. 1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir. 1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi. Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi.
Manuel Ferras di Kampus Salis
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.
Ammonium salisilat
Ammonium salisilat – üzvi birləşmədir, rəngsiz kristal, suda həll olan, rasional formulu NH4C6H4(OH)COO olan ammonium və salisil turşusunun duzudur. == Alınması == Ammonyak məhlulunun salisil turşusuna inert atmosfer mühitində təsiri ilə. N H 3 + C 6 H 4 ( O H ) C O O H → N H 4 C 6 H 4 ( O H ) C O O {\displaystyle {\mathsf {NH_{3}+C_{6}H_{4}(OH)COOH\ {\xrightarrow {}}\ NH_{4}C_{6}H_{4}(OH)COO}}} == Fiziki xassələri == Ammonium salisilat suda və etanolda həll olan rəngsiz kristallar əmələ gətirir. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2.
Coys Ellen Salisberi
Coys Ellen Salisberi (ing. Joyce E. Salisbury; 1944, Arizona) — ABŞ tarixçisi. O, Viskonsin-Qri-Bey Universitetində humanist tədqiqatlar üzrə fəxri professordur. Salisberi 1993-cü ildə buradan Frankental ailəsinin adına görkəmli professor tituluna layiq görülmüşdür. Salisberi erkən və orta əsrlərin sosial və gender tarixinə, həmçinin erkən xristianlığa toxunan yüzlərlə nəşrin və ondan çox kitabın müəllifidir.
Erigeron salishii
Erigeron salishii (lat. Erigeron salishii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Natrium salisilat
Natrium salisilat — salisil turşusu törəmələri qrupuna aid olan ağrıkəsici və antipiretik dərman vasitəsidir. Ağrıkəsici və qızdırmasalıcı dərman kimi vasitə, onun əsas tətbiq sahəsidir. Asetilsalisil turşusuna həssas olan insanlar üçün mümkün olan əvəzedicilərə aid edilir. Həmçinin, steroid olmayan dərman kimi iltihab əleyhinə istifadə oluna bilər. Əlavə olaraq, natrium salisilatın xərçəng hüceyrələrində apoptoz əmələ gətirdiyinə dair dəlillər mövcuddur. [1] Natrium salisilat salisil turşusunun natrium duzudur. Fiziki xüsusiyyətlərinə görə: şirin-duzlu dada malik, qoxusuz, ağ kristal toz və ya xırda lopa şəklindədir. Çox asanlıqla suda (1: 1), spirtdə (1: 6) həll olur. Məhlulları (pH 6.0–7.0) +100 ° C-də 30 dəqiqə müddətində sterilizə edir. ↑ Lee E. J., Park H. G., Kang H. S. Sodium salicylate induces apoptosis in HCT116 colorectal cancer cells through activation of p38MAPK // International journal of oncology.
Neoseiulus salish
Neoseiulus salish (lat. Neoseiulus salish) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Salisil aldehidi
Salisil aldehidi (orto-hidroksibenzaldehid, 2-hidroksibenzaldehid) o-НОС6H4CHO – fenolun iyinə bənzər kəskin iyli, yandırıcı dada malik rəngsiz mayedir. 3-Hidroksibenzaldehid və 4-hidroksibenzaldehidlərlə birlikdə sadə aromatik oksialdehidlərə aiddir. Salisil aldehidi müxtəlif xelat agentləri üşün kimyəvi reagentdir. Suda (100 ml, 8°С-də 1,72 q), benzolda (100 ml, 12°С-də 64,6 q), dietil efirində, etanolda həll olur. Su buxarı ilə qovulur[1]. Dielektrik keçiriciliyi 17,09-dur. Salisil aldehidi qələvi mühitində fenol və xloroformdan alınır. Bu proses Raymer-Timan reaksiyası adlanır. Salisil turşusunun elektrolitik bərpası ilə; O-krezolun POCl3 və ya fosgen ilə 120–150 °C-də qarşılıqlı təsirindən əmələ gələn fosfatın və ya karbonatın hidrolizi ilə; Bor turşusunun iştirakı ilə fenolun urotropinlə reaksiyası ilə (Daff reaksiyası); Salisil aldehidinin alternativ üsulla alınması fenolun formaldehid ilə kondensləşməsindən alınan hidroksibenzil spirtinin oksidləşməsi reaksiyasıdır. Texnikada salisil aldehidi sulfat turşusu məhlulunda manqandioksiddən istifadə etməklə ortokrezol-sulfoturşuların aril efirlərinin müvafiq salisil aldehidinin efirləırinə oksidləşməsindən alınır.
Riçard Nevil (Salisburi qrafı)
Riçard Nevil (ing. Richard Neville; 1400[…], Darem qraflığı[d] – 30 dekabr 1460) — ingilis əsilzadəsi, Güllər müharibəsi dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri. 1400-cü ildə Durham bölgəsindəki Rabi qalasında dünyaya gəldi. Atası məşhur Nevil ailəsindən Uestmorland qrafı Ralf Nevil, anası isə Gentli Conun qızı Janna Byufort idi. Atası 2 dəfə evlənmişdi və Riçard onun ikinci evliliyindən doğulan övladlarından idi. Nevil ailəsi Durham qraflığı və Yorkşirdə məskunlaşsalar da, II Riçard və IV Henri dövrlərində Şotlandiya sərhəddində güclənməyə başladılar. Salisburi qrafı Tomas Montegunun qızı və varisi Alis Montegu ilə evləndi. Evlilik tarixi tam bəlli olmasa da, 1421-ci ilin fevralında Valualı Ketrinin tacqoyma mərasiminə xanımıyla qatılması bu tarixdən öncə evləndiyini göstərir. Qaynatasının 1428-ci ildə geridə oğul varis buraxmadan vəfatının ardından Salisburi qraflığı da Riçarda miras qaldı. Şotlandiya sərhəddinin mühafizəsi ilə vəzifələnən Persi ailəsiylə mübarizəni gücləndirdi və nəticədə 1420-ci ildə sərhəddin qərb bölgəsinin idarəsini ələ aldı.

Значение слова в других словарях