□ Salam e(y)ləmək klas. – salamlamaq, salamını yetirmək.
Salam göndərmək – birisi ilə və ya məktub vasitəsilə uzaqda olan bir şəxsə öz dostluq hisslərini bildirmək.
Salam vermək – biri ilə görüşərkən “salam” deyib təbrik etmək.
Salam(ını) almaq – salama salam ilə cavab vermək.
// Salam – görüşərkən təbrik sözü kimi işlənir.
Salam, yoldaşlar! Salam, əziz vətəndaşlar! ◊ Salam atəşi – bax salyut.
Salama durmaq – hörmət əlaməti olaraq ayaq üstə dayanıb durmaq.