Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seçki
Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemi və proporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir. Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir.
Haseki hamamı
Haseki Hamamı — İstanbulda (Ayasofya Hamamı, Haseki Xürrəm Sultan Hamamı da deyilir) Ayasofya ilə Sultan Əhməd camisi arasında yer alan Türk hamamı. Qanuni Sultan Süleymanın həyat yoldaşı Xürrəm Sultan tərəfindən, Memar Sinana XVI əsrdə inşa edilmişdir. Ayasofyanın yanında, daha əvvəl tarixi Zeuksippos hamamlarının olduğu yerdə inşa edilmişdir. == Xüsusiyyətləri == Haseki Hamamı Xürrəm Sultanın göstərişi ilə 1556-cı ildə Memar Sinan tərəfindən inşa edilmişdir. Klassik dövr Osmanlı hamamları üslubundakı quruluş, cüt hamam şəklində və 75 mt uzunluğundadır. Bu hamamda, Türk hamam arxitekturasında bir yenilik olmaq üzrə ilk dəfə qadınlar və kişilər üçün olan bölümlər eyni ox üzərində aparılmışdır. İki hissənin istilik hissələri bitişikdir. Binanın divarları bir sıra kəsmə daş, iki sıra kərpiclə hörülmüşdür. Kişilər üçün olan bölümün soyunma hissəsinin üstündə dördlü, qadınlar bölməsində isə üçlü iti kəmərli pəncərə vardır. Qapının bütün günbəzləri quğuşun metalı ilə örtülüdür.
Hasəki Külliyəsi
Hasəki Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın məşhur hasəkisi olan Xürrəm Sultan tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, məktəb, imarət, çeşmə və xəstəxanadan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazi XIX əsrdən etibarən Hasəki səmti olaraq anılmışdır. 1551-ci ilə aid bir tarixi sənəddə külliyənin ilk binası kimi məscidin tikildiyi, daha sonra isə digər binaların inşa olunduğu qeyd olunur. Həmin mənbənin qeydlərinə görə, külliyənin ən gənc tikilisi 1550-ci ildə inşa olunan darüş-şəfa (xəstəxana) binasıdır. Müxtəlif yanğın və zəlzələlər əsnasında zərər görən külliyə hər dəfə bərpa edilmiş, sonuncu bərpa işləri isə 1963-1974-cü illərdə baş tutmuşdur. 20 yanvar 1976-cı ildə külliyə tamamilə dövlətə təsis olunmuşdur. Hal-hazırda külliyənin mədrəsəsi yataqxana, imarəti yeməkxana, məktəbi iclas salonu, darüş-şəfası isə idarə binası olaraq fəaliyyət göstərir. == Hasəki Sultan məscidi == 1539-cu ildə inşası tamamlanan, 11,30 m hündürlüyündəki günbəzi və giriş hissəsindəki 5 kiçik günbəz ilə dövrün klassik arxitekturasına malikdir. Ancaq məscidin çox balaca olması səbəbilə 1612-ci ildə Sultan Əhməd məscidinin də baş memarı olan Sədəfkar Mehmed ağanın rəhbərliyi ilə məscid genişləndirilmiş, əlavə olaraq bir günbəz daha inşa olunmuşdur.
Hasəki Sultan
Hasəki Sultan (Osmanlı türkcəsi: حسکي سلطان) — Osmanlı padşahlarının kənizləri arasında övlad dünyaya gətirənlərin qazandığı status. Hasəki sözü "padşahın gözdəsi" olaraq tərcümə edilir. Bu hasəkilər arasından ən güclüsü adətən ən böyük oğlan uşağının, yəni vəliəhdin anası olurdu. Bu səbəbdən uşaq dünyaya gətirməyən kənizlər hasəki adlanmırdı. Hasəkiliyə yüksələn kənizlərə kürk geyindirilir, qiymətli ziynət əşyaları hədiyyə edilirdi. Bundan sonrakı müddətdə xüsusi otaq, kəniz və xidmətçi ağalarla təmin edilirdilər. Padşah vəfat etdikdə qız uşağı olan hasəkilər dövlət aristokratiyasından bir nəfərlə evləndirilirdi. Oğlan anası olan hasəkilər isə Köhnə Saraya sürgün edilirdi. Qanuni Sultan Süleyman, I. Əhməd və I. İbrahimin hasəkiləri olan Hürrəm Sultan, Kösəm Sultan və Hüma Şah Sultan (Telli Hasəki) hasəkilər arasında ən məşhur olanlardır.
Koci Sasaki
Koci Sasaki (d. 30 yanvar 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 1 qol vurub.
Masanao Sasaki
Masanao Sasaki (d. 19 iyun 1962) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib.
Mayu Sasaki
Mayu Sasaki (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Nobutsuna Sasaki
Nobutsuna Sasaki (佐佐木 信綱, 8 iyul 1872, Suzuka[d], Mie prefekturası – 2 dekabr 1963, Kamakura, Kanaqava prefekturası) – Yaponiya ədəbiyyatşünası və vaka şairi. 1872-ci ildə Mie prefekturasında bir kokuqaku aliminin oğlu kimi dünyaya gəlmişdir. 1888-ci ildə Tokio Universitetindən məzun olmuş və yapon dilində ixtisaslaşmışdır. Sasaki Yaponiya klassikləri haqqında rəylər, eləcə də, vakalar, marşlar və mahnılar nəşr etdirmişdir. İlk vaka kolleksiyası olan "Omoiqusa" 1903-cü ildə çapdan çıxmışdır. 1905-ci ildə Tokio Universitetində mühazirələr verməyə başlamış, bu dövrdən sonra vaxtını "Manyoşu" və vaka tarixi haqqında yazılar yazmağa sərf etmişdir. O, Yaponiya klassikləri haqqında ətraflı araşdırmalar aparmışdır. 1912-ci ildə "Şinqetsu" adlı ikinci vaka kolleksiyasını nəşr etdirmişdir. 1917-ci ildə Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1931-ci ildə Tokio Universitetindəki işini tərk edərək təqaüdə çıxmışdır.
Sadako Sasaki
Sadako Sasaki (佐々木 禎子; 7 yanvar 1943 –– 25 oktyabr 1955) — Xirosima şəhərində yaşamış yaponiyalı qız. 6 avqust 1945-ci ildə Xirosimanın bombardmanı zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir. 1954-cü ilin noyabrında Sadakoda şüa xəstəliyinin ilk əlamətləri özünü göstərməyə başladı. 21 fevral 1955-ci ildə o leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır. 25 oktyabr 1955-ci ildə Sadako vəfat etdi. "Sadako və min kağız durna" kitabındakı fikrə görə o, yalnız 644 durna düzəldə bilmişdi. Dostları onun yerinə lazım olan sayda durna düzəldir və Sadako min kağız durna ilə birlikdə dəfn edilir.
Salman Savəci
Salman Savəci və ya Səlman Savəci (fars. خواجه جمال‌الدین سلمان بن خواجه علاءالدین‌محمد‎) (təx. 1300-1377) — İran şairi. Səlman Savəci 1300-cü ildə Təbrizdə anadan olmuşdur. Onun atası Xacə Əlaəddin Məhəmməd hələ 1258-ci ildən Yaxın Şərqdə hökmran olan Hülakü xanlarının sarayında işləmişdir. Əvvəl Qazan xanın (1295-1304) və sonra Əbu Səidin (1316-1335) vaxtında Təbriz sarayının vəqf idarəsində mühasib olmuş və sarayda xüsusi hörmət sahibi olmuşdur. Salman Savəcinin həyatı, müasirləri və bədii irsi barədə ilkin məlumata XV əsrin məşhur təzkirəçisi Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra"sında (1487-ci ildə tamamlanmışdır) rast gəlinir. Təzkirə müəllifi, şübhəsiz ki, S.Savəci yaradıcılığı ilə yaxından tanış olduğundan onu "böyük şairlərdən" hesab etmiş, "şeir və şairlikdə öz dövrünün başçısı" adlandırmışdır. S.Savəci ilə Dövlətşah Səmərqəndinin yaşadıqları dövr yaxın olduğundan, təzkirə müəllifinin şair haqqında verdiyi məlumat xüsusi qiymətə malikdir. Buna görə də Salman haqqında sonralar fikir söyləyən müəlliflər Dövlətşahın əsərinə adlarını çəkdiyimiz müəlliflərə nisbətən bir qədər genişdir.
Sasaki Doyo
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir. Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur. Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha.
Sasaki Soiçi
Sasaki Soiçi (佐々木 惣一, 28 mart 1878 – 4 avqust 1965) – Yaponiya hüquqşünası. Konstitusional və inzibati hüquq sahəsindəki fəaliyyətinə görə tanınır. Sasaki Soiçi 1878-ci ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. 1903-cü ildə Kioto Universitetindən məzun olmuş və burada mühazirələr verməyə başlamışdır. 1909-12-ci illərdə Almaniya və Fransada inzibati hüquq üzrə təhsil almışdır. 1913-cü ildə Kioto Universitetində professor olmuşdur. Lakin akademik azadlığın pozulmasına və həmkarı Takikava Yukitokinin universitetdən qovulmasına görə universiteti tərk etmişdir. Daha sonra Ritsumeykan Universitetinin prezidenti seçilmişdir. İkinci dünya müharibəsindən dərhal sonra Sasaki və Konoe Fumimaro Yaponiya möhürünün qoruyucusu tərəfindən Meyci konstitusiyasına dəyişiklik təklif etməklə vəzifləndirilmişdirlər. Sasakinin konstitusional və inzibati hüquq haqqında şərhləri xırda məntiq və obyektivliklə xarakterizə olunur.
Sasaki Takaoki
Takaoki Sasaki (佐々木 隆興, 5 may 1878, Tokio – 31 oktyabr 1966) – Yaponiya biokimyaçısı və onkoloqu. 1878-ci ildə Tokio şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra 1913-cü ildə Kioto Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur. Daha sonra 1915-ci ildə Kyoundo xəstəxanasının sayca 3-cü direktoru təyin olunmuşdur. Sasaki xərçəng xəstəliyi sahəsindəki tədqiqatlarına görə tanınır. O, tələbəsi Yoşida Tomizo ilə birlikdə siçovullardan istifadə edərək azoboyaqlar vasitəsilə qaraciyər xərçənginin induksiyasını nümayiş etdirmişdir. O, 1924-cü ildə "Protein və qurucu amin turşularının bakterial deqradasiyası və amin turşularının sintezi üzrə apardığı tədqiqatlara", 1936-cı ildə isə "C14H15N3 ilə qaraciyər karsinomasının təcrübi yetişdirilməsinə görə" Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1940-cı ilin noyabrında "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild.
Sasaki Takatsuna
Sasaki Takatsuna (佐々木 高綱, 1160 – 8 dekabr 1214) – Kamakura dövründə yaşamış Yaponiya döyüşçüsü. Qenpey müharibəsində iştirak etmişdir. Sasaki Takatsuna 1160-cı ildə doğulmuşdur. Ana tərəfindən Minamoto no Tameyoşinin nəvəsi idi. Ailəsi 1159-60-cı illərdə baş vermiş Henci insidenti zamanı məhv edilmişdir. Takatsuna kiçik uşaq olduğu üçün yaşamasına icazə verilmiş və Kiotodakı xalasının yanına göndərilmişdir. Takatsuna 1180-ci ildə Yaponiyanın şərqində ordu toplayaraq Tayra ailəsinə qarşı döyüşməyə hazırlaşan Minamoto no Yoritomoya qoşulmuşdur. O, İşibaşiyama döyüşündə Yoritomonun həyatını xilas etmişdir. O, Minamoto no Yoşitsuneyə kömək edərək Tayra ailəsinin məhv edilməsində iştirak etmişdir. Göstərdiyi xidmətlərə Takatsuna Naqato əyalətinin şuqosu təyin edilmişdir.
Sasaki Takauci
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir. Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur. Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha.
Sasaki Takayuki
Sasaki Takayuki (佐々木 高行, 26 noyabr 1830 – 3 mart 1910, Tokio) – Meyci dövründə fəaliyyət göstərmiş Yaponiya siyasətçisi. Sasaki Takayuki 1830-cu ildə Yaponiyanın Tosa hanında doğulmuşdur. Sakamoto Ryoma və Qoto Şociro ilə birlikdə Tosa hanındakı imperator restevrasiyası hərəkatında iştirak etmişdir. Meyci islahatından sonra Ədalət nazirliyinə qoşulmuş, 1871-ci ildə İvakura missiyası çərçivəsində digər ölkələrin məhkəmə sistemlərini tədqiq etmişdir. Koreyanın mümkün işğalı üzərindəki mübahisələrdən sonra bir çox tosalı siyasətçi buna qarşı çıxaraq vəzifələrindən istefa etsələr də, Sasaki hökumətdə qalmışdır. 1877-ci ildə keçmiş Tosa samuraylarının Satsuma üsyanına qatılmamasında vacib rolu olmuşdur. Növbəti illərdə Yaponiya Gizli Şurasının üzvü olmuş, gələcəkdə İmperator Tayşo olacaq vəliəh Harunun tyutoru seçilmişdir. O, Şahzadə Masako və Şahzadə Fusakonun da müəllimi olmuşdur. Bunlara baxmayaraq, Sasaki həmişə ana siyasətin xaricində qalmışdır. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Takaoki Sasaki
Takaoki Sasaki (佐々木 隆興, 5 may 1878, Tokio – 31 oktyabr 1966) – Yaponiya biokimyaçısı və onkoloqu. 1878-ci ildə Tokio şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra 1913-cü ildə Kioto Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur. Daha sonra 1915-ci ildə Kyoundo xəstəxanasının sayca 3-cü direktoru təyin olunmuşdur. Sasaki xərçəng xəstəliyi sahəsindəki tədqiqatlarına görə tanınır. O, tələbəsi Yoşida Tomizo ilə birlikdə siçovullardan istifadə edərək azoboyaqlar vasitəsilə qaraciyər xərçənginin induksiyasını nümayiş etdirmişdir. O, 1924-cü ildə "Protein və qurucu amin turşularının bakterial deqradasiyası və amin turşularının sintezi üzrə apardığı tədqiqatlara", 1936-cı ildə isə "C14H15N3 ilə qaraciyər karsinomasının təcrübi yetişdirilməsinə görə" Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1940-cı ilin noyabrında "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild.
Şo Sasaki
Şo Sasaki (2 oktyabr 1989, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
E-seçki
Elektron seçki — bülletenlərin atılması və sayılmasına kömək etmək üçün elektron vasitələrdən istifadə edən seçki. Xüsusi tətbiqdən asılı olaraq, e-seçkidə müstəqil elektron səsvermə maşınlarından (EVM) və ya internetə qoşulmuş kompüterlərdən (onlayn səsvermə) istifadə edilə bilər. O, cədvəlləşdirilmiş nəticələrin əsas ötürülməsindən tutmuş ümumi birləşdirilə bilən məişət cihazları vasitəsilə tam funksiyalı onlayn seçkiyə qədər bir sıra internet xidmətlərini əhatə edə bilər. Avtomatlaşdırma dərəcəsi kağız səsvermə bülleteninin qeyd edilməsi ilə məhdudlaşa bilər və ya səslərin daxil edilməsi, səslərin qeydə alınması, məlumatların şifrələnməsi və serverlərə ötürülməsi, seçki nəticələrinin konsolidasiyası və cədvəli kimi hərtərəfli sistem ola bilər. Elektron seçki sistemi tənzimləyici orqanlar tərəfindən müəyyən edilmiş standartlar toplusuna əməl etməklə bu vəzifələrin əksəriyyətini yerinə yetirməli, həmçinin təhlükəsizlik, dəqiqlik, dürüstlük, çeviklik, məxfilik, yoxlanıla bilmə, əlçatanlıq, iqtisadi səmərəlilik, miqyaslanma və ekoloji davamlılıq ilə bağlı güclü tələbləri uğurla həll edə bilməlidir. Elektron seçki texnologiyasına perfokartlar, optik skan səsvermə sistemləri və ixtisaslaşdırılmış səsvermə köşkləri (o cümlədən, birbaşa qeyd edən elektron səsvermə sistemləri və ya DRE) daxil ola bilər. Bu, həmçinin bülletenlərin və səslərin telefonlar, şəxsi kompüter şəbəkələri və ya internet vasitəsilə ötürülməsini əhatə edə bilər. Ümumiyyətlə, elektron səsvermənin iki əsas növünü müəyyən etmək olar. Birincisi hökumət və ya müstəqil seçki orqanlarının nümayəndələri tərəfindən fiziki olaraq nəzarət edilən elektron səsvermə (məsələn, seçki məntəqələrində yerləşən elektron səsvermə aparatları), digəri isə seçicinin istənilən yerdən öz səsini seçki orqanlarına elektron şəkildə təqdim etməsidir. Elektron səsvermə sistemləri dünyanın Argentina, Avstraliya, Banqladeş, Belçika, Braziliya, Kanada, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Qazaxıstan, Cənubi Koreya, Malayziya, Hollandiya, Norveç, Pakistan, Filippin, İspaniya, İsveçrə, Tailand, Birləşmiş Krallıq və ABŞ kimi bir çox ölkəsində istifadə olunur.
Elektron seçki

Hiroşi Saeki
Hiroşi Saeki (d. 26 may 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Majoritar seçki
Majoritar seçki sistemi — Majoritar sözü fransız dilindən tərcümədə "çoxluq" deməkdir. Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa o da seçilir. Azərbaycan Respublikasında seçki sistemi majoritar sistemə əsaslanır. Çox geniş yayılmış seçki sistemlərindən biri majoritar seçki sistemidir. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. "deputatus" — "göndərilmiş") namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü müəyyən edilir: mütləq səs çoxluqlu majorilar seçki sistemi və nisbi səs çoxluqlu majoritar seçki sistemi. == Giriş == Majoritar Seçki Sistemi, həmçinin First-Past-the-Post (FPTP) və ya Qalib Hamısını Alır sistemi kimi də tanınır, bütün dünyada demokratik ölkələrdə nümayəndələrin seçilməsi üçün geniş istifadə olunan üsuldur. Bu seçki sistemi sadəliyi və siyasi partiyalara deyil, ayrı-ayrı namizədlərə önəm verilməsi ilə xarakterizə olunur. Majoritar sistemdə ümumi səslərin faizindən asılı olmayaraq konkret coğrafi dairədə ən çox səs toplayan namizəd qalib gəlir.
Nümayişi seçki
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. What Are Sham Elections?
Proporsional seçki
Proporsional seçki sistemi (PS) — seçicilərin alt qruplarının seçilmiş orqanda mütənasib şəkildə əks olunduğu hər hansı bir seçki sistemi növü. Konsepsiya əsasən seçicilər arasında siyasi bölgülərə (siyasi partiyalara) aiddir. Bu sistemlərin əsas prinsipi ondan ibarətdir ki, onlar nəticəyə təsir etmək üçün verilən səslərin [demək olar ki] hamısından istifadə edirlər. Bu səslər yalnız sadə çoxluğun yox namizədin seçilməsinə kömək edir və sistem səslərin necə verildiyini əks etdirən qarışıq, balanslaşdırılmış təqdimat yaradır. Səsvermə sistemləri kontekstində proporsional seçki məclisdəki hər bir nümayəndənin təxminən bərabər sayda seçici tərəfindən seçilməsi deməkdir. Yalnız partiyaların seçiminə imkan verən seçki sistemlərinin adi vəziyyətində yerlər hər bir partiyanın aldığı səs payına proporsional olaraq bölünür.
Seçki bloku
Seçki bloku — dövlət seçkili orqanlarına seçki dövründə bir neçə siyasi partiyaların ümumi proqramla vahid namizədlərin irəli sürülməsi üçün yaratdığı birlik.