Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Nikola Simiç
Nikola Simiç (serb. Никола Симић / Nikola Simić; 18 may 1934, Belqrad – 9 noyabr 2014, Belqrad) — Serbiya və Yugoslaviya teatr, kino və televiziya aktyoru. Hələ gimnaziyada təhsil alarkən dram bölməsində oynayırdı. Aktyor diplomunu Belqradda yerləşən Teatr, Kino, Radio və Televiziya Akademiyasında aldı. Aktyor kimi ilk dəfə tələbə olarkən, 1957-ci ildə Yuqoslaviya Dram Teatrında oynadı. 1959-cu ildən 2014-cü ilin yanvar ayına qədər davamlı olaraq buranın səhnəsində oynayırdı. Ona ən çox "Birə qulaqda" pyesindəki baş rolu məşhurluq gətirdi. İlk dəfə bu rolda 7 iyun 1971-ci ildə çıxış etdi və 40 il ərzində 2000 dəfədən çox oynadı. Nikola Simic bir çox film və televiziya seriallarında da rol almışdır, onlar içərisində ən çox məşhurluq qazandıran "Sıx dəri" (serb. Tesna koža) (1982-1991) serialındaki Mita Pantiç rolu oldu.
Orchis simia
Meymun səhləbi (lat. Orchis simia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. Hündürlüyü 20-50 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsvaridir. Yarpaqları gövdənin əsasından yuxarıda yerləşir, enli-uzunsov-neştərvaridir, küt sivriləşmiş, qaidəsinə doğru daralandır, uzunluğu 15 sm, eni 2-5 sm-dir. Çiçək qrupu çox sıxdır, çoxçiçəklidir, oval-yumurtaşəkillidir, uzunluğu 3-7 sm-dir. Çiçək altlığı yumurtaşəkilli və ya qısa üçkünc formalıdır. Bütün yarpaqcıqları qalpaqda toplanmışdır, xarici yarpaqcıqlar enliyumurtaşəkillidir, bozumtul-çəhrayıdır, damarının sayı 5-7 ədəddir. Mahmızı küt, silindrik və az bükülmüşdür. May ayında çiçəkləyir və meyvə verir.
Samid İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi. Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Samid Əsgərov
Simin Behbahani
Simin Behbəhani (fars. سیمین بهبهانی‎; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist. 12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.
Simin Behbəhani
Simin Behbəhani (fars. سیمین بهبهانی‎; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist. 12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.
Simin Daneşvar
Simin Daneşvar (28 aprel, 1921 – 8 mart, 2012) - iranlı akademik, romançı, tərcüməçi. O, ilk əsas iranlı qadın romançı olaraq tanınır. Bir çox ilklər onun adı ilə bağlıdır. Fars dilində nəşr olunan hekayələr toplusunun (1948) müəllifi olan ilk iranlı qadındır. Onun bestseller olan "Savuşun" ("Siyavuşun ağıçıları", eyni zamanda "İranın matəm musiqisi" olaraq da tanınır) (1966) romanı iranlı qadın tərəfindən yazılmış ilk romandır. 5 hekayə və 2 avtobioqrafik əsərdən ibarət "Teatr" adlı toplusu iranlı qadın yazıçı tərəfindən yazılan ilk topludur ki, xarici dilə tərcümə olunmuşdur. O, iranlı yazıçı Cəlal Ale-Əhmədlə evlənmiş, onun yaradıcılığına güclü təsir göstərmişdir. Eyni zamanda çox yaxşı tərcüməçi olan Simin Anton Çexovun "Albalı bağı" və Nataniel Hotornun "Qırmızı ləkə" əsərləri daxil olmaqla, bir sıra əsərləri tərcümə etmişdir. Hal-hazırda son kitabının harada olduğu bəlli deyil və bunun Siminin trilogiyasının son hissəsi olduğu güman olunur. Simin Daneşvar 1921-ci il 28 apreldə İranın Fasa şəhərində anadan olmuşdur.
Səmid Əliyev
Baba Samid
Baba Samit orta əsrlərdə Azərbaycanda və Türkiyədə geniş rəğbət qazanmış şiə sufi təriqəti idi. Bəktaşi (Bektaşiyye) təriqətinin bir qolu olduğu güman edilir. Baba Samit, rəvayətə görə, hərəkatın banisi Hacı Bektaş Vəlinin oğludur. Həmçinin türbə kitabələrinə görə İmam Əli Rzanın nəslindəndir. Azərbaycanda Baba Samit hərəkatının tarixi kifayət qədər zəif araşdırılıb. Bəktaşi hərəkatının Azərbaycanda XVI əsrə qədər geniş yayıldığı məlumdur. Səfəvi dövləti qurulduqdan sonra bu şiə ordeni hakimiyyət tərəfindən təbliğ edildi. 16-cı və 19-cu əsrlər aralığında xeyli sayda sufi təkkələri fəaliyyət göstərmişdir. Azərbaycanda, Sabirabad yaxınlığındakı Baba Samid məqbərəsi hələ də əhali tərəfindən ehtiramla yad edilir, lakin sovet dövründən qalma diqqətsizlik nəticəsində həm təsəvvüf təriqətlərinin tədqiqi, həm də onların adət-ənənələri ilə bağlı biliklər zəifdir. Baba Samid məqbərəsi Sabirabad rayonunun Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşən ibadətgahdır.
Nilz Şmid
Nilz Şmid (alm. Nils Schmid‎; 11 iyul 1973, Trir, Reynland-Pfalts) — Almaniya hüquqşünası və siyasətçisi. O, Sosial Demokrat Partiyasının (SPD) üzvüdür. Şmid 2018-ci ildən SPD parlament qrupunun Almaniya Bundestaqında xarici işlər üzrə sözçüsüdür. Nilz Şmidə görə, Avropa Parlamentinin üzvləri, alimlər və Çində insan haqları şərtlərini tənqid edən dörd tanınmış təşkilat daxil olmaqla on nəfərə qarşı tətbiq edilən sanksiyalar qəbuledilməzdir. O, sanksiyaya məruz qalan şəxslərlə həmrəylik nümayiş etdirmişdir.
Romano Şmid
Romano Şmid (27 yanvar 2000[…], Qrats) — Bundesliqa təmsilçilərindən olan Verder Bremen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. 27 yanvar 2000-ci ildə Qratsda anadan olub. Şmid Şturm Qrats akademiyası vasitəsilə inkişaf etmişdir. Şmid öz peşəkar karyerasında debütünü 28 may 2017-ci ildə Volfsberger klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Fabian Koçu əvəz etmişdir. Bundesliqa görüşündə Şturm rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. O, 2000-ci illərdə anadan olanlar arasında Bundesliqada meydana çıxan ilk futbolçu olmuşdur. O, karyesında ilk qolunu 30 iyul 2017-ci ildə Austriya Vyana klubuna qarşı oyunda vurmuşdur. O, 86-cı dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Şmid həmçinin 2000-ci illərdə anadan olanlar arasında Bundesliqada qol vuran ilk futbolçudur.
Simi-Valli
Simi-Valli və ya Simi Valley — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Ventura qraflığında yerləşən bir şəhərdir. 2010-cu ilin əhalinin siyahıya alınmasının nəticələrinə əsasən şəhərin əhalisi 124,237 nəfər təşkil etmişdir.
Baba Samid məqbərəsi
Baba Samid məqbərəsi — Səfəvilər dövrünə aid olan tarixi abidə. == Tarixi == Türbə Sabirabad rayonun Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılmışdır. 4-5-ci sətrlər Həzrəti Əlinin (ə.s) tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin Səfəvi şahı 1-ci Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclının əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (765-818) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir. Sabirabad yaxınlığında yerləşən Baba Samid türbəsi hələ də əhali tərəfindən yad edilir,ancaq Sovet dövründə olan laqeydlik nəticəsində həm sufiliyin tədqiqi,həm də onların ənənələrini bilmək qeyri-mümkün olmuşdur. Bəktaşilik hərəkatının 16-cı əsrdə Azərbaycanda yayıldığı məlumdur.
Nikola Simiç (aktyor)
Nikola Simiç (serb. Никола Симић / Nikola Simić; 18 may 1934, Belqrad – 9 noyabr 2014, Belqrad) — Serbiya və Yugoslaviya teatr, kino və televiziya aktyoru. Hələ gimnaziyada təhsil alarkən dram bölməsində oynayırdı. Aktyor diplomunu Belqradda yerləşən Teatr, Kino, Radio və Televiziya Akademiyasında aldı. Aktyor kimi ilk dəfə tələbə olarkən, 1957-ci ildə Yuqoslaviya Dram Teatrında oynadı. 1959-cu ildən 2014-cü ilin yanvar ayına qədər davamlı olaraq buranın səhnəsində oynayırdı. Ona ən çox "Birə qulaqda" pyesindəki baş rolu məşhurluq gətirdi. İlk dəfə bu rolda 7 iyun 1971-ci ildə çıxış etdi və 40 il ərzində 2000 dəfədən çox oynadı. Nikola Simic bir çox film və televiziya seriallarında da rol almışdır, onlar içərisində ən çox məşhurluq qazandıran "Sıx dəri" (serb. Tesna koža) (1982-1991) serialındaki Mita Pantiç rolu oldu.
Samir Mikayıllı (şəhid)
Samir Vəliyev (şəhid)
Səməd Abdullayev (şəhid)
Səməd Qurbanov (şəhid)
Şəhid Şahid Hüseynov
Şəhid Samir Hüseynov
Kilid
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd. Qımırlı — Şəmkir rayonunda yerləşən Dəllər Cırdaxan kəndinin bir hissəsinin tarixi adı.
Qımız
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Samir
Samir — Kişi adı. Samir Xasıyev — Azərbaycanın Milli Qəhrəmanı. Samir Şərifov — Azərbaycan Respublikasının Maliyyə naziri Samir Əliyev Samir Əliyev (futbolçu) — azərbaycanlı futbol mütəxəssisi, Səbail PFK sabiq baş məşqçisi. Samir Əliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Samir Əliyev (Tiqana) — 16 yaşlı şəhid. Samir Cavadzadə — azərbaycanlı müğənni. Samir Ələkbərov — Azərbaycanın məşhur futbolçusu. Samir Musayev — azərbaycanlı futbolçu. Samir Cəfərov — Azərbaycanlı tenor, opera ifaçısı, Samir Abbasov — azərbaycanlı sabiq futbolçu, müdafiəçi. Samir Məmmədov Samir Məmmədov (boksçu) Samir Məmmədov (kiçik çavuş) Samir Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.