Samid Gülmalı oğlu Əsgərov (12 oktyabr 1989; Boyat, Neftçala rayonu, Azərbaycan – 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsin şəhidi.
Samid Əsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Boyat, Neftçala rayonu, Azərbaycan |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Neftçala rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Nübar Əsgərova |
Uşağı | Kənan Əsgərov(d. 2018) |
Atası | Gülmalı Əsgərov |
Təhsili | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2008—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Samid Əsgərov 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. Cavid adında özündən kiçik bir qardaşı var.
1996-cı ildə Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olmuşdur. 1999-cu ilə qədər həmin məktəbdə təhsil almış və sonra 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirmişdir. 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2008-ci ildə həmin liseyi bitirmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişdir.
Samid Əsgərov 2015-ci ilin yanvarın 17-si dayısı qızı Nübar xanım ilə ailə həyatı qurmuşdur. Bu nigahdan onların Kənan (2018) adlı oğlu dünyaya gəlir.
25.07.2012-ci il tarixədək fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri zabit ixtisas kursunu bitirmişdir və polkovnik Fikrət İbrahim-Zadə və polkovnik Saleh Kələntərov tərəfindən sertifikata layiq görülmüşdür.
Məktəbi bitirdikdə “ Leytenant “ hərbi rütbəsi verilmiş və 2012-ci ilin iyul ayının 26-da təhsilinı davam etdirmək üşün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə göndərilmişdir.
2013-cü ilin iyul ayının 23-də kursu bitirmiş və Müdafiə Nazirinin əmrinə əsasən N saylı hərbi hissəyə göndərilmişdir.
29.07.2013-cü il tarixdən 12.03.2014-cü il tarixədək N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah bölüyünün kəşfiyyat taqım komandiri, 12.03.2014-cü il tarixdən 21.01.2016-cı il tarixinədək N saylı hərbi hissənin 1-ci motoatıcı taborunun kəşfiyyat taqım komandiri, 21.01.2016-ci il tarixindən N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün bölük komandiri vəzifəsinə təyin olunub,
27.07.2019-cu il tarixdən N saylı hərbi hissədə kəşfiyyat bölmə rəisinin kəşfiyyatın planlaşdırılması üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur. Oxuduğu və işlədiyi müddətdə müxtəlif diplom və sertifikatlarla təltif olunmuşdur.
24 iyun 2013-cü il tarixli 098t №-li əmri ilə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
26 iyun 2018-ci il 0164t № -li əmri ilə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının
Müdafiə naziri tərəfindən "Azərbaycan ordusunun 100 illiyi" Yubiley medalı ilə təltif olunmuşdur.
26 iyun 2019 il tarixli 0151t №-li əmri ilə "Qüsursuz Xidmətə Görə" Azərbaycan Respublikasının Prezidenti adından, Azərbaycanan Respublikasının Müdafiə naziri tərəfindən 3-cü dərəcəli medalla təltif olunmuşdur.
Təməl Xüsusi Təyinatlı kursu bitirdiyinə görə 26 sentyabr 2014-cu ildə Xüsusi təyinatlı qüvvələrin komandanı general-mayor,
Hikmət Mirzəyev, Tədris Mərkəzinin rəisi polkovnik Vaqif Salehov tərəfindən sertifikata layiq görülüb.
26 iyun 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə Hərbi hissədə keçirilən futbol turnirində,
ən yaxşı komandanı hazırladığına görə n saylı hərbi hissə komandiri polkovnik-leytenant Ədalət Hacıyev tərəfindən fəxri fərmanla təltif olumuşdur.
31 may 2019-cu il Kəşfiyyat bölmələri ilə keçirilən dağ hazırlığı üzrə toplanışda yüksək nəticələr göstərdiyinə görə general-mayor Hikmət Həsənov tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Kapitan Əsgərov Samid 2020-ci ildə sentyabr ayının 27-si 07:30-da döyüş əmri verilməsi ilə döyüşə yollanır. Azərbaycan-Ermənistan təmas xəttində aramsız döyüşlər başlayır.
Əsgərov Füzuli rayonu Seyidəhmədli istiqamətində döyüşə başlayır.
Düşmənin keçilməz səddin yarılmasında Əsgərov böyük qəhrəmanlıq göstərir. Hərəkatın adı isə Milli Qəhrəman "Polad Həşimovun" adına uyğun olaraq Polad Həşimov hərəkatı adlandırılıb.
Döyüş yoldaşları Samidin təkcə bu sözləri deyərək döyüşə dayanmadan davam etdiyini söyləyir:
"Samid bizdən rütbəcə böyük olduğuna görə o bizə döyüşdə ruh yüksəkliyi verirdi". İrəlidə gedərək "Kişilər İrəli, Axıra Qədər, Geriyə Yol Yoxdur" .
Samid qəlpə yarası alır və buna baxmayaraq döyüşə davam etməliyik deyir. Bu zaman düşmən tərəfindən minaatan vasitəsilə Əsgərov növbəti zərbəni alır və döyüş meydanında qəhrəmancasına şəhid olur. Sentyabr ayının 30-u səhərdən sonra Əsgərovdan zənglər kəsilir. O gecədən atası oğlunu tapmaq üçün cəbhə bölgəsinə yollanır.
Oktyabr ayının 3-ü Kapitan Samid Əsgərov yaşadığı Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salınır. Kapitanın tabutuna çəkilən bayraq isə şəhidin atası Əsgərov Gülmalıya təqdim olunur
Qeyd edək ki, S.Əsgərova məxsus materiallar muzeyin əməkdaşı Ayəndə Dadaşova və həyat yoldaşı Nübar Əsgərova tərəfindən İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[1]