Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şiraz
Şiraz (Farsca: شیراز,) — İranın Fars ostanının mərkəzidir. Şiraz şəhərinin ətrafını Zaqros dağ silsiləsi çevrəliyib. Şiraz İranın güllər şəhəri, şairlər şəhəri, İranın mədəniyyət paytaxtı sayılır. Ədəbiyyatın inkişaf etmiş zonasıdır. Sədi Şirazi və Hafiz Şirazi kimi böyük şairlər nisbələrindən də göründüyü kimi Şiraz şəhərindəndirlər. Sədinin və Hafizin məqbərəsi Sədiyyə və Hafiziyyə adlanır və Şirazın ən çox ziyarət edilən yerlərindən birinə çevrilmişlər.
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir. Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır.
Qarabağ (Şiraz)
Qarabağ — İranın Fars ostanının Şiraz şəhristanının Mərkəzi bəxşində yerləşən dehestandır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 31337 nəfər və 7553 ailədən ibarət idi.
Şiraz (dəqiqləşdirmə)
Şiraz
Şiraz (Əcəbşir)
Şiraz (fars. شيراز‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,244 nəfər yaşayır (582 ailə).
Şiraz Məmmədov
Məmmədov Şiraz Məcnun oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitututunun "Polimerlərin Radiasiya Kimyası və Texnologiyası" laboratoriyasının rəhbəri, kimya elmlər doktorudur. 03.05.2024-cü ildə tabeliyində işləyən bütün işçilərin yazdığı şikayət ərizəsi əsasında (işçiləri təhqir edir, işləməyinə imkan vermir, işçi mühiti məhv edərək bütün günü dava-dalaşla məşğul olur) institut Elmi Şurasının qərarı ilə laboratoriya müdiri vəzifəsindən azad edilmişdir. Məmmədov Şiraz Məcnun oğlu 14 sentyabr 1944-cü ildə Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olmuşdur. 1951-ci ildə Ağdaş şəhəri 3 saylı orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 1953-cü ildə ailənin Sumqayıt şəhərinə köçməyi ilə əlaqədar orta təhsilini 2 saylı məktəbdə davam etdirmişdir. 1959-cu ildə 7-ci sinfi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumuna (SKTT) daxil olmuşdur. SKTT – da təhsil almaqla bərabər 2 saylı Fəhlə — Gənclər məktəbində təhsilini davam etdirmişdir. 1962-ci ildə 2 saylı gecə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) kimya fakültəsinə (axşam) qəbul olunmuşdur. ADU-da təhsil almaqla bərabər, 1962-ci ildə boru–prokat zavodunda mexaniki – təmir sexində çilingər, qaynaqçı işləmişdir. ADU-un tələbi ilə kimya zavodlarında: P/Q-240-da soyuducu kompressorlar üzrə maşınist, neft – kimya kombinatında qliserin, etilen-propilen və azot-oksigen sexində baş laborant, növbə rəisi və laboratoriya rəisi vəzifəsində çalışmışdır.
Şiraz qonaqlığı
Şiraz qonaqlığı və ya Şiraz şənliyi ― 1763-cü ildə İran şahı Kərim xan Zənd, Xoy xanı Şahbaz xan, Qarabağ xanı Pənahəli xan, Naxçıvan xanı Hacı xan, Qaradağ xanı Kazım xan və Sərablı Əli xan arasında baş vermiş xəyanət. Xəyanəti Kərim xan Zənd təşkil etmişdir. Kərim xan Zənd öz qardaşı edam olunan yerdəcə Fətəli xan Əfşarı edam etdirmişdir. Bu münasibətlə ziyafətə dəvət edilən xanlar isə faktiki olaraq öz xanlıqlarından təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar. Xanlar Şiraza çatdıqdan sonra "ziyafətin" əsl mahiyyəti bir daha aydınlaşdı. "Şiraz qonaqlığı"nda Kərim xanın məqsədi — bu yolla xanları vətənlərindən uzaq salmaq və beləliklə onları özündən asılı vəziyyətə salmaq idi. "Şiraz qonaqlığı" nəticəsində Qarabağ və Qaradağ xanlıqları bir müddət Kərim xan Zənddən asılı vəziyyətə düşürlər. Girov götürülmüş Azərbaycan xanları "qonaqlığ"ın zahiri cəhətlərinə aldanmayaraq öz xanlıqları ilə əlaqə saxlamağa və onu möhkəmləndirməyə səy göstərir, müxtəlif yolla xilas olub vətənə qayıtmağa çalışırdılar. Beləliklə, "Şiraz qonaqlığı" gözlənilən nəticələri vermədi. Bu və başqa ("Qızılqaya xəyanəti (1752)") faktlar göstərir ki, həmin dövrdə Azərbaycanda millətçilik ön planda deyildi.
Şiraz salatı
Şiraz salatı (fars. سالاد شیرازی‎ salad shirāzi) ənənəvi İran salatıdır, Cənubi İranda Şiraz şəhərində hazırlandığı üçün həmin şəhərin adı ilə tanınır. Bu salat həm də "fars pomidor-xiyar salatı" da adlanır. Baxmayaraq ki, bəzən onun hazırlanmasında laym suyu və ya yaşıl meyvə suyu (üzüm qorası, kal alma və digər turş meyvələri sıxıb şirəsini şıxararaq hazırlanan, dünya mətbəxində verjuice adı ilə, İranda isə ab-qora (آبغوره) adı ilə tanınan, salat və yeməklərə turşuluq verən maye qatqı) istifadə olunur, salatın əsas tərkibi xiyar, pomidor, soğan və limon şirəsindən ibarətdir. Şiraz salatı İranda yay aylarında ayrıca yemək kimi yeyilə bilir, lakin il boyu süfrəyə ət yeməklərinin, xüsusən kabab və steyk yanında əlavə kimi verilir. Shirazi salad is sometimes served as an accompaniment to rice. Cookbook author Jila Dana-Haeri describes it as a refreshing dish during the summer. Şiraz salatı İranın milli salatı sayılır və İranda süfrəyə gələn xörəklərin əksəriyyəti bu salatla birlikdə verilir. Bu salat həmçinin ət yeməyinin ədavasını (acılığını) azaltmaq məqsədi də daşıyır. Salatın tərkibinə daxil olan xiyarın hesabına salat xırtıltı ilə yeyilir; bir qədər pico de gallo and İsrail salatını xatırladır.
Şiraz şəhristanı
Şiraz şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şiraz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 1,512,680 nəfər və 389,659 ailədən ibarət idi.
Sirab
Sirab mineral suyu
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Şirak
Şirak mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Şirak — İndiki Ermənistanın şimal-qərb tərəfində yayla. Şirakavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Şirak Beynəlxalq Hava Limanı — Ermənistan Respublikasında beynəlxalq hava limanı.
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.
Şirazə
Şirazə — toxuculuqda toxunmuş toxuculuq məmulatının (xalça, parça və s.) en tərəfdən qıraqları. Bir çox halda şirazələr iş üstündə hazırlanmır, xalça toxuma dəzgahından yerə salındıqdan sonra əsasən bazarda çalışan xüsusi şirazəbənd ustalar tərəfindən xalçanın yanlarına yun iplərlə dolandırırlar.
Sıra
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Bayatı Şiraz (dəqiqləşdirmə)
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. Bayatı Şiraz təsnifi (mahnı) – Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Gülüstan-Bayatı-Şiraz – Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır.
Gülüstan-Bayatı-Şiraz
Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğam. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. Əsər ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri ifa etmişdir. == Tarixi-mədəni fon == Azərbaycan musiqisində muğam sözü iki mənada: həm lad mənasında, həm də lada əsaslanan musiqi kompozisiyası mənasında başa düşülür. Birinci halda müəyyən məqama xas olan intonasiya dönümlərindən və eləcə də ritmik sərbəstlikdən müxtəlif şəkildə istifadə olunur.
Ed Şiran
Edvard Kristofer "Ed" Şiran (ing. Edward Christopher Sheeran; 17 fevral 1991, Vest Yorkşir) —ingilis müğənni, mahnılar müəllifi, musiqiçi. == Həyatı == 1991-ci ildə İngiltərədə Yorkşirdə anadan olmuş və Suffolk qraflığında böyümüşdü. O, 16 yaşında məktəbi atdı və növbəti 2008-ci ildə karyerasını davam etdirmək üçün Londona köçmüşdür. 2011-ci ilin başlığında Şiran No. 5 Collaborations Project adlı genişləndirilmiş mini albom buraxdı, hansıki Elton Conun və Ceymi Foksun diqqətini cəlb eləmişdi. Asylum Records ilə müqavilə imzalandıqdan sonra, onun debüt albomu + ("üstəgəl" kimi oxunur) 9 sentyabr 2011-ci ildə buraxıldı və o vaxtdan Böyük Britaniyada altı dəfə platin sertifikatını almışdı. 2012-də Şiran "Ən yaxşı solo kişi" və "Britaniyada ilin irələyişi" (il ərzində ən çox irəli gedən) nominasiyalarında Brit Awards mükafatlarını qazandı. Xaricdə Şiran 2012-ci ildə başladı tanınmağa. ABŞ-də o, Teylor Sviftin "Red" adlı dördüncü studio albomunda qonaq gismində iştirak etmişdi.
Hafiz Şirazi
Hafiz Şirazi (fars. خواجه شمس‌‌الدین محمد حافظ شیرازی‎ Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez. Tam adı: Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. == Həyatı == Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310–1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında büruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub.
Jak Şirak
Jak René Şirak (fr. Jacques René Chirac, fransız: [ʒak ʁəne ʃiʁak] ( dinlə); 29 noyabr 1932[…], V arondisman – 26 sentyabr 2019[…], VI arondisman) — Fransız siyasətçisi, Fransa Respublikasının 22-ci Prezidenti, (1995–2007). == Həyatı == Fransanın siyasi və dövlət xadimi. 1974–1976 və 1977–1986-cı illərdə Fransanın Baş naziri, 1988–1995-ci illərdə Paris şəhərinin meri olub. 1974–1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçilmişdir. === Təhsil və karyera başlanğıcı === Şirakın valideynləri, Abel Fransua Şirak (1893–1968) və Marie-Louise Vallette (1902–1973), əslən Fransanın cənubundakı Correz şöbəsindən, onun hər iki babası müəllim idi, sonrakı əcdadları da Limousin kəndliləri. Soyadı Occitan'dan gəlir. Ailənin yeganə sağ qalan uşağı (bacısı körpəlikdə ölmüşdür). Carnot və Böyük Liseydə təhsil almışdır.
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.
Mirzə Şirazi
Mirzə Məhəmmədhəsən Hüseyni Şirazi (1814-1896)—İslam alimi. "Mirza Şirazi" adı ilə daha çox tanınmış Məhəmmədhəsən Hüseyni hicri-qəməri 1230-cu il, cəmadiül-əvvəl ayının 15-ində dünyaya göz açdı. Mirza Məhəmmədhəsən körpə ikən atası Mirza Mahmud vəfat etdi. Məhəmmədhəsənın tərbiyəsini dayısı Hüseyn Musəvi öz öhdəsinə götürdü. Məhəmmədhəsən dörd yaşında məktəbə qədəm qoydu. İki il müqəddimə dərsləri oxuduqdan sonra elmi hövzəyə daxil oldu. Onun istedadı müəllimləri valeh etmişdi. Səkkiz yaşlı Məhəmmədhəsən təcrübəli natiqlər kimi xalq qarşısında çıxış edirdi. Şiraz hakimi Mirzaya dövlətdə vəzifə təklif etdi. Başqa bir tərəfdən isə ustadı Şeyx Məhəmməd Təqi təhsilini davam etdirmək üçün ona İsfahana mühacirəti məsləhət gördü.
Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Qaani Şirazi
Mirzə Həbibulla Qaani Şirazi (Farsca: میرزا حبیب‌ا‌الله قاآنی شیرازی‎; 20 oktyabr 1808, Şiraz - 3 may 1854, Tehran) — İran şairi. Mirzə Həbibulla 1808-ci ildə Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olmuşdu. Əslləri Kirmanşahlıdır və Zəngənə elindəndir. Atası Mirzə Məhəmmədəli Gülşən təxəllüsü ilə şeir yazırdı. Vaxtsız vəfat edən Gülşən Həbibullaha istedad miras qoymuşdu. Yetim böyüyən Həbibullah Fars əyalət valisinin yaxın yardımı ilə mədrəsə təhsili aldı. Fətəli şah Qacar oğlu Həsənəli mirzənin vasitəsilə onu Tehrana dəvət etdi. Sarayda şöhrət qazandı. Şah ona "Müctəhidəlşüəra" ləqəbini əta etdi. Qaani Şirazi divan müəllifidir.