Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Georgiya Şihan
Mark Şihan
Mark Şihan (29 oktyabr 1976, Dublin – 14 aprel 2023) — müğənni, bəstəkar, musiqiçi, gitaraçı, mahnı müəllifi. 1996–2001-ci illərdə Mytown qrupunun üzvü olub. 2001-ci ildə The Script alternativ rok qrupunun həmtəsisçisi olub və gitara ifa edib. == Həyatı == 1976-cı il oktyabr ayının 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində anadan olub. Kiçik yaşlarından gitara dərslərinə gedən Mark 1996-cı ildə dostu Danny O'Donoghue ilə "MyTown" pop qrupunu yaradır. O bu qrupda gitarist vəzifəsini yerinə yetirirdi, ancaq onun vokalist bacarığı da var idi. 2001-ci ildə "MyTown" qrupu dağılır. Bu qrupun 4 üzv var idi. O və Danny O'Donoghue 2001-ci ilin payızında The Script pop-rok qrupunu yaradırlar (The Script hazırda yalnız rok qrupudur). "The Script" qrupuna 1 üzv daha dəvət edilir (Glen Power).
Sivan
Sivan (Xoy)
Siyan
Siyan (fr. Sillans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38490. Kommunanın 1999-cu il üçün əhalisi 1 405 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 393 ilə 567 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
Siçan
Ev siçanı (cins)
Şilan
Şilan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Gərd-i Şilan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Ed Şiran
Edvard Kristofer "Ed" Şiran (ing. Edward Christopher Sheeran; 17 fevral 1991, Vest Yorkşir) —ingilis müğənni, mahnılar müəllifi, musiqiçi. == Həyatı == 1991-ci ildə İngiltərədə Yorkşirdə anadan olmuş və Suffolk qraflığında böyümüşdü. O, 16 yaşında məktəbi atdı və növbəti 2008-ci ildə karyerasını davam etdirmək üçün Londona köçmüşdür. 2011-ci ilin başlığında Şiran No. 5 Collaborations Project adlı genişləndirilmiş mini albom buraxdı, hansıki Elton Conun və Ceymi Foksun diqqətini cəlb eləmişdi. Asylum Records ilə müqavilə imzalandıqdan sonra, onun debüt albomu + ("üstəgəl" kimi oxunur) 9 sentyabr 2011-ci ildə buraxıldı və o vaxtdan Böyük Britaniyada altı dəfə platin sertifikatını almışdı. 2012-də Şiran "Ən yaxşı solo kişi" və "Britaniyada ilin irələyişi" (il ərzində ən çox irəli gedən) nominasiyalarında Brit Awards mükafatlarını qazandı. Xaricdə Şiran 2012-ci ildə başladı tanınmağa. ABŞ-də o, Teylor Sviftin "Red" adlı dördüncü studio albomunda qonaq gismində iştirak etmişdi.
Memar Sinan
Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (təq. 1490 – 17 iyul 1588, Konstantinopol) — Osmanlı memarıdır. Mənbələrə görə Sinan, I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516–1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu. I Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529–1532-ci illər arasında Almaniya, 1532–1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı.
Nihan Əliyev
Nihan Əlipənah oğlu Əliyev (23 dekabr 1938, Bakı) — professor. Nihan Əliyev 1938-ci il dekabrın 22-də Baki şəhərinin II Zabrat kəndində anadan olub. Natamam orta təhsilini həmin kənddə 75 saylı orta məktəbdə almış, sonra isə orta təhsilini I Zabrat qəsəbəsindəki 73 saylı orta məktəbdə başa vurmuşdur. Bu orta təhsil 1946–1957 ci illəri əhatə edir. 1958-ci ildə Bakı Dövlət Universitetinin "Mexanika riyaziyyat" fakultəsinə daxil olub, 1963-cü ildə oranı riyaziyyatçı kimi bitirmişdir. Ailəlidir, üç övladı var. 1963–66-cı illərdə BDU-nun "Riyazi fizika tənlikləri" kafedrasında aspiranturaya saxlanılıb. 1967-ci il martın 29-da Ukrayna Respublikasının Lvov şəhərindəki İvan Franko adına Lvov Dövlət Universitetində "Xarakteristik tənliyin kökü təkrarlanan olan adi xətti diferensial tənliklər sisteminin həllinin asimptotik ifadəsi və ixtiyari matris-funksiya üçün ayrılış formulu" mövzusunda elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2013-cü ildə AMEA-nın Riyazıyyat və Mexanika İnstitutunda 1211.01 indeksli diferensial tənliklər üzrə "Ümumi xətti sərhəd şərti daxilində xüsusi törəməli tənliklər üçün sərhəd məsələsinin həllinin araşdırılması" mövzusunda riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Elmi məsləhətçisi AMEA-nın müxbir üzvü R.Hüseynov olmuşdur.
Olcay Şahan
Olcay Şahan (26 may 1987, Düsseldorf) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Rəşidəddin Sinan
Rəşidəddin Sinan (ərəb. رشيد الدين سنان‎, translit. Rəşid əd-Din Sinan), həmçinin Dağ ağsaqqalı (ərəb. شيخ الجبل‎, translit. Şeyx əl-cəbəl; lat. Vetulus de Montanis; 1134 və ya 1130, Bəsrə – 1192 və ya 1193, Masyaf, Həma mühafəzəsi) — Nizari İsmaili Dövlətinin Suriya qolunun missioneri və lideri, Səlib yürüşləri tarixində əhəmiyyətli fiqur. Rəşidəddin Sinan 1232–1135-ci illər aralığında, İraqın cənubunda yerləşən Bəsr' şəhərində, zəngin bir ailədə anadan olmuşdur. Sinanın sadəcə bəzi fraqmentləri bu günə qədər qorunub saxlanmış olan avtobioqrafiyasında verilən məlumatlara görə, o, xaşxaşilərin mərkəzi olan Ələmut qalasına qardaşları ilə olan mübahisədən sonra gəlmiş və xaşxaşi məşqləri keçirmişdir. Qalanın rəhbəri olan Həsən Əla Zikrihis Salam 1162-ci ildə onu Suriyaya göndərir. Orada Diriliş günü keçirilir və Sinan Əl-Qaim elan edilir.
Sarıqarın siçan
Sarıqarın meşə siçanı (lat. Sylvaemus sulvipectus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.
Sinan Akçıl
Sinan Akçıl — Sinan Siam oğlu Akçıl (20 may 1982, Leyvarden) Türk aktyor, müğənni və bəstəkardır. 2012-ci ildə Azərbaycanın Xalq Artisti Aygün Kazımova ilə "İkinci sen" duetini ifa etmişdir.
Sinan Güler
Sinan Güler (türk. Sinan Güler; 8 noyabr 1983, İstanbul) — türk peşəkar basketbolçusu, oyun qurucu və hücum edici müdafiəçi mövqeyində oynayır. Daryüşşafaka BK-nun və Türkiyə milli basketbol komandasının oyunçusu. Güler ​​2002–2004-cü illərdə Salt Lake City Community College komandası üçün kollec səviyyəsində oynamışdır. Daha sonra daha iki il Carroll Collegenin (Montana) şərəfini qorumuşdur. Beşiktaş Basketbol Klubunun gənclər komandalarında oynadıqdan sonra Güler 2000–01 mövsümündə ​​peşəkar fəaliyyətinə başladı. ABŞ-da kollecdə oxuduqdan sonra Türkiyəyə qayıtdı və Daryüşşafaka klubuna qatıldı. 2008-ci ildə isə Anadolu Efes klubuna keçdi. 2009-cu ildə yeni klubu ilə "qızıl dubl" etdi. Türkiyə kubokunu qazandı və eyni zamanda Türkiyə çempionu oldu.
Sinan Gümüş
Sinan Gümüş (15 yanvar 1994) — Türkiyənin Super Liqa klubu "Antalyaspor"-da hücumçu kimi çıxış edən alman peşəkar futbolçu.
Sinan Kaloğlu
Sinan Kaloğlu (10 İyul 1981, Tunceli) – Türkiyə futbolçusu. Sinan Kaloğlu hazırda legioner həyatı yaşasa da daha çox öz ölkəsində çıxış edib. Peşəkar karyerasına 1999-2000 mövsümündə Bolusporda başlayan Sinan qısa zaman kəsiyində Altayın maraq dairəsinə düşüb. Nəticədə bu komandaya üz tutan forvard 2000-2003-cü illər aralığında meydana çıxdığı 63 oyunda 27 qola imza atıb. Bu səbəbdən Türkiyənin aparıcı klublarından Beşiktaşın diqqətini çəkən Kaloğlu növbəti 3 ildə bu komandanın şərəfini qoruyub və "ağ-qaralı" formada keçirdiyi 22 oyunda cəmi 1 qol vurub. Lakin İstanbul təmsilçisində rəqabətin böyük olması üzündən 2004-2005 mövsümündə Diyarbəkirspor (33 oyun, 11 qol), 2005-2006 mövsümündə isə Manisasporda (25 oyun, 7 qol) icarə əsasında çıxış etmək məcburiyyətində qalıb. 2006-cı ildə isə Bursaspor Sinanın transfer hüquqlarına yiyələnib. Nəticədə 2 mövsüm Bursa təmsilçisində çıxış edən hücumçu burdakı çıxışıyla hətta Avropa klublarının da diqqətini çəkməyi bacarıb. Bursasporda 35 oyuna 10 qol vuran Kaloğlu ötən mövsüm Almaniya klublarından Bohumun təklifini müsbət cavablayır. Lakin burda bir mövsüm ərzində keçirdiyi 18 oyunda rəqib qapılarına cəmi 3 dəfə yol tapmağı bacaran forvard Hollandiyaya üz tutmaq məcburiyyətində qalır.
Sinan Karveyna
Sinan Karveyna (29 mart 1999-cu ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sportfreunde Lotte klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Karveyna Viehl akademiyası vasitəsilə inkişaf etmişdir. 26 iyun 2014-cü ildə o, Köln klubuna transfer olmuşdur. Karveyna Köln II komandası ilə iki oyunda da iştirak etmişdir. 14 iyun 2018-ci ildə Karveyna Sportfreunde Lotte klubu ilə müqavilə imzalamışdır. Karveyna klub ilə debütünü 4 avqust 2018-ci ildə 1860 Münhen klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Aygün Yıldırımı əvəz etmiş və 81-ci dəqiqədə qolla yadda qalmışdır. 3.Bundesliqa görüşündə Lotte rəqibinə 1-5 hesabı ilə məğlub olmuşdur. Karveyna Almaniyada anadan olmuşdur. Valideynləri isə Türkiyə vətəndaşlarıdır.
Sinan Məmmədov
Sinan Oğan
Sinan Oğan (14 mart 1969, İğdır) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, strateji tədqiqatçı və keçmiş MHP-li deputat (2011–2015); Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqından prezidentliyə namizəd göstərilmişdir. Əslən azərbaycanlı olan Sinan Oğan 1969-cu ilin mart ayının 15-ində İğdırda dünyaya gəldi. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. O, on iki şiə müsəlmandır. Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olmuş və MHP-nin S. Oğanı bu bölgədə 1 nömrəli namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlmişdir. Türkiyə Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanmışdır. Onun iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaratmışdır.
Sinan Paşa
Sinan Paşa və ya Sinanüddin Yusuf Paşa (ö. 21 dekabr 1553), I Süleyman dönəmində, 1550–1553-cü illərdə Osmanlı Donanmasının Kaptan-ı dəryası olmuşdur. Osmanlı Xanədanı ilə qohumluq əlaqəsi olan Sinan Paşa I Süleymanın qızı Mehrimah Sultanın əri sədrəzəm Kürəkən Rüstəm Paşanın qardaşı idi. Xorvat əsilli xristian bir ailənin övladı olaraq Sarayevo yaxınlarında yerləşən Butomir kəndində dünyaya gəlmişdir. Böpyük qardaşı Kürəkən Rüstəm Paşa və Nəfisə adlı bacısının olduğu bilinir. Sinan Paşa Əndərunda yetişdirilmişdir. Sokullu Mehmed Paşanın kaptan-ı dəryalığından sonra 1550 tarixində kaptan-ı dərya olaraq təyin olunmuşdur. 1551-ci ildə Malta ilə gedən Trablus Mühasirəsi və Fransaya yardım üçün aparılan Aralıq dənizi səfərlərində Osmanlı Donanmasına rəhbərlik etmişdir. Ancaq bütün bu uğurlar onun yox, o dövrdə gənc bir dənizçi olan Turqut rəisin uğuru idi. Turqut rəis, əsasən də Sinan Paşa ilə birlikdə qatıldıqları Şimali Afrika səfərindən sonra, sultanın və bütün Osmanlı dənizçilərinin gözündə Sinan Paşadan daha yüksək tutulmuş, buna baxmayaraq 1553 tarixinə qədər Sinan Paşa öz vəzifəsində qalmışdır.
Sinan Səid
Sinan Səid (1934, Kərkük – 12 iyun 1991, Bağdad) — Türkman əsilli müğənni, alim-pedaqoq, tərcüməçi, jurnalist və publisist. Sənətçi, şair və jurnalist Sinan Səid 1934-cü ildə Kərkük şəhərində anadan olmuşdur. Nəsilli-köklü bir ailəyə mənsub olan Sinan Səid ibtidai və orta təhsilini Kərkükdə başa vurduqdan sonra pedaqoji instituta qəbul olaraq 1952-ci ildə rəsm müəllimi ixtisasından məzun olub. Həmin ildən Kərkük qalasındakı "Tahirə" ibtidai məktəbində müəllim vəzifəsində işləməyə başlayıb. Daha sonra "Qərbiyyə" məktəbinə təyin olunub və 1959-cu ilə qədər orada çalışıb. 1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan gəlir. 1961-ci ildə SSRİ-yə gedərək Azərbaycan Dövlət Universitetinin (ADU) (indiki Bakı Dövlət Universiteti) Jurnalistika Fakültəsində təhsilini davam etdirib. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışmışdır. 1965-ci ildə ADU-nun jurnalistika şöbəsini bitirmiş, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sinan Səid mahir diktor idi, gözəl səsi vardı, onun Nərminə Məmmədova ilə birlikdə “Evlərinin Öbü Yonca”, “Hər Gün Axşam Olu Dallam” və “Qızıl Üzük, Yaşıl Qaş”ı adlı mahnılar ifa edib.
Siçan (kompüter)
Siçan (ing. mouse) — kompüter cihazı. Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır Kompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Siçan (personaj)
Siçan – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.