Varımdı sinədə dərdü-qəminihan, ölürəm…
Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim?
□ Nihan etmək (eyləmək) – gizlətmək, gizli saxlamaq, üstünü örtüb gizləmək.
…Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar; Göz ucuyla hər kimə eylər nihan ima pəri!
Nihan olmaq – gizlənmək, itmək, görünməz olmaq.
Cəmalın gözümdən nihan olalı; İstərəm baxmayım dünyayə, Pəri!
Günəşin axırıncı zərrələri; Üfüqün arxasında oldu nihan.
Nihan saxlamaq (tutmaq) – gizli saxlamaq, məxfi saxlamaq, gizlətmək, heç kəsə bildirməmək.
Tənha səfər etmə, gəl apar canımı, əmma; Bu sirri nihan saxla, məbada bilə zülfün.