Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selçuk Bayraktar
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer rayonu) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni. == Həyatı == Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı.Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.Xüsusi pilot lisenziyasına sahibdir. === Ailəsi === 2016-cı ildə Sümeyyə Ərdoğanla evlənmişdir.
Selçuk Universiteti
Səlcuq Universiteti — 1975-ci ildə Konyada fəaliyyətə başlayan dövlət universiteti. == Tarixi == === 1955-1962-ci illərdə === Konyada universitetin açılması 1955-ci ildə gündəmə gəlmişdir. Bu tarixdə Türkiyə Böyük Millət Məclisində universitetlə bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsini deputatların yarıdan çoxu imzalasa da, Milli Təhsil Komissiyasından keçməyib. === 1962-1977-ci illərdə === 1962-ci ildə Konya, Türkiyə Respublikası Təhsil Nazirliyinə bağlı Səlcuq Təhsil İnstitutu və Ali İslam İnstitutu ilə universitetə ​​sahib olmaq yolunda ilk böyük addımı atdı. Daha sonra bu addımı gücləndirmək və inkişaf etdirmək məqsədi ilə 1968-ci ildə Konyada universitetin yaradılması və davam etdirmə dərnəyi yaradıldı. Nəhayət, bugünkü Mühəndislik və Memarlıq fakültəsinin özəyini təşkil edən Mühəndislik və Memarlıq Kollecci yaradıldı. Binası, sinif otağı, işçi heyəti və büdcəsi olmasa da, 1970-1971-ci tədris ilində Uşaqların Müdafiəsi Agentliyinə (Gəzi Liseyi) aid binada xidmətə başlayan bu kollec, 5 iyul 1971-ci il tarixli və 1418 saylı qanunun 9-cu maddəsinə əsasən Konya Dövlət Memarlıq və Mühəndislik Akademiyası adını aldı. === 1982-hal-hazırda === 1982-ci il Səlcuq Universiteti üçün sıçrayış ili oldu. 20 iyul 1982-ci il tarixində 41 saylı Qanun Fərmanı ilə universitetin nüvəsini təşkil edən Fənn və Ədəbiyyat fakültələri birləşdirilərək Fənn-Ədəbiyyat fakültəsi qurulmasına, Səlcuq Ali Müəllimlər Məktəbinin Təhsil fakültəsinə çevrilməsinə, Konya Dövlət Mühəndislik-Memarlıq Akademiyasının Mühəndislik-Memarlıq fakültəsinə çevrilməsinə, Konya Ali İslam İnstitutunun İlahiyyat fakültəsi çevrilməsinə, Hüquq, Tibb, Kənd Təsərrüfatı və Baytarlıq fakültəsinə çevrilməsinə, Səhiyyə, Elm və Sosial Elmlər İnstitutların qurulmasına, Xarici Dillər Məktəbi ləğv edilərək Konya Peşə Məktəbinə çevrilməsinə, Niğdədə Niğdə Peşə Məktəbinin yaradılmasına, Qız İncəsənət Ali Müəllim Məktəbinin Qızlar üçün İncəsənət Təhsili Kollecinə, Niğde Təhsil İnstitutunun Ali Təhsil Məktəbinə çevrilməsinə qərar verildi.
Selçuk Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Selçuk İnan
Selçuk İnan (10 fevral 1985, İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu. == Həyatı == Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi. 2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı. Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi.
Məlcək
Məlcək — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Kənd əhalisi 421 nəfərdir ki, onunda 210 nəfəri kişi, 211 nəfəri isə qadınlar təşkil edir., 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan Qaravəlli Vahid bəyli elatının bir tirəsinin (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1886 ilin siyahıyaalma sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Meysəri kənd icması daxilində Məlcək adlı kənd (19 ailə, 89 nəfər) qeydə alınmışdır. Məlcək türkdilli xalqların toponomiyasında “sığınacaq” mənasında işlənmişdir.
Selloa
Selloa (lat. Selloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Selloa breviligulata Longpre Selloa ligulata (Cuatrec.) H.Rob. Selloa linearis DC. Selloa macdonaldii (B.L.Turner) H.Rob.
Solnok
Solnok (mac. Szolnok) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən şəhər. Tisa çayının sahilində, Alföld düzənliyində yerləşir. Əsrlər boyu mühüm mədəni və iqtisadi yolların kəsişməsində yerləşmişdir. == Coğrafiyası və nəqliyyatı == Solnok Budapeştin 90 km cənub-şərqində və Keçkemet şəhərindən 50 km şimal-şərqdə yerləşir. == Tarixi == Strateji mövqeyinə görə Macarlarla Osmanlılar arasında mübahisə mövzusu olan Solnok qalası 1552-ci ildə Budin bəylərbəyi Hədim Əli Paşa tərəfindən Osmanlı hökmranlığına qatılmış və 1685-ci ilə qədər Osmanlıların hakimiyyəti altında qalmışdır. == Beynəlxalq əlaqələri == === Qardaşlaşmış şəhərlər === Solnok aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: == Həmçinin bax == Macarıstan şəhərləri == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Szolnok haqqında səyahət məlumatları var.
Səlcuq
Səlcuq bəy Dukak oğlu Qınıq (türk. Selçuk Bey, türkm. Seljuk Beg Dukak, 960-1009) — Səlcuqlu sülaləsinin banisi, oğuz bəyi. == Həyatı == Türkmənləri dünyaya tanıtdıran ən böyük şəxsiyyət Səlcuq bəy və onun övlad və nəvələri olmuşdur. İslam dinini qəbul edən Oğuz boylarına rəhbərliyi əlinə alan Səlcuq bəy peçeneq türklərinin hücumlarından ölkəsini qorumuş, Qaraxanlı Türk dövləti ilə savaşmış, Qəznəvi Türklərini - Qəznəviləri məğlub etdikdən sonra tarixdə məşhur Səlcuqlu dövlətini qurmuşdur. Səlcuqlu dövləti Səlcuq bəydən sonra da övlad və nəvələri tərəfindən zaman-zaman genişlənmiş, Türküstanın böyük bir qismi ilə yanaşı, Farsistan, Xorasan, Azərbaycan, Gürcüstan, İraq, Anadolu və bütün Ön Asiyanı öz hakimiyyətləri altına alaraq müəzzəm bir İmperatorluq qurmuşlar. XI əsrdən XIV əsrə qədər Türküstandan Aralıq dənizinə qədər böyük bir ərazidə İmperatorluq quran Səlcuq Bəyin oğulları Arslan, Yusif, Musa, nəvələri Toğrul, Çağrı, nəticələri Alp Arslan, Məlik şah və başqaları bir neçə dövlət qurmuş, bu dövlətlərdən bəziləri[hansı?] Böyük Səlcuqlu İmperatorluğuna tam bağlı olmuş, bəziləri isə müstəqil dövlətlər olmuşlar. Tarixdə Səlcuq Bəyin nəvələri olan Toğrul və Çağrı Bəylərin türkmən topluluğuna səlcuqlular, oğlu Yusif Yınalın topluluğuna isə Yınallılar deyilmişdir. Böyük Səlcuqlu Türk sultanı Toğrul bəy Abbasi Xəlifəsi Əl-Qaim bi-Əmrullahın dəvəti ilə Türkmən-Oğuz boylarından ibarət müəzzəm bir ordu ilə Bağdada daxil olmuşdu. Tarixçilər[kimlər?] göstərirlər ki, Türk və Oğuzlardan təşkil olunan 120 minlik Səlcuqlu ordusunun Bağdada girməsi Xilafət mərkəzində bir həyəcan dənizini andırırdı.
Şerlok
Şerlok Holms
Secon
Böyük Kral Secon (Devanq) (10 aprel 1397 – 17 fevral 1450), Coson sülaləsinə hökmranlıq etmiş kraldır. Koreya əlifbası olan Hanqıl, onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım (Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. == Taxta gəlişi == Böyük Secon (Sejong The Great) (6 may 1397–18 may 1450) Coson sülaləsinin dördüncü kralıdır. Koreya əlifbası olan Hanqıl onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım ( Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. Bundan əvvəl isə yazı dil çətin olduğuna görə əhalinin çox az hissəsi Çin hərflərini (simvollarını) öyrənə bilirdi. Koreya dilində yazı sistemi yaratmaq istəyən Kral Secon və dil müdrikləri bu fikri möhkəmləndirmək üçün Çin, Uyğur, Monqol dillərini və hərflərini araşdırmışdılar. Secon "Böyük" adına layiq görülmüş iki idarəçidir biridir. Öldükdən sonra bu ada təltif edilmişdir. Bu ada layiq görülən digər idarəçi də Qoquryo Kralı Qvanqqetodur. Kral Secon Teconun üçüncü oğludur.
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. == Etimologiya == Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . == Tərkibi == === İnkişaf === Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. == Mənşəyi == Selomun təkamül mənşəyi aydın deyil.
Səlik
Səlik və ya Sellik — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 34 evdə 70 nəfəri kişilər, 54 nəfər isə qadınlar olmaqla 124 nəfər şiə islam inanclı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan sakinlərin sayı 1,811 nəfər olub. Etnik tərkibinə əsasən kənd əhalisi əsasən azərbaycanlılardan, qismən darginlərdən və tabasaranlılardan ibarətdir. Bu kəndin ilk əhalisi olan tərəkəmələr Şirvan ərazisindən köçüb gəlmədirlər.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. == Tarixi == İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Baccharis selloi
Baccharis selloi (lat. Baccharis selloi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Elçin Səlcuq
Elçin Quliyev və ya Elçin Səlcuq (10 noyabr 1964, Yengicə, İliç rayonu – 17 dekabr 2009, Bakı) — Azərbaycan jurnalisti. == Həyatı == Quliyev Elçin Abdulla oğlu 1964-cü il noyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 17 dekabr 2009-cu ildə qaraciyər serrozundan vəfat etmişdir. == Fəaliyyəti == 1980-ci illərin Azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak etmişdir. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub, 1997-ci ilə qədər burada çalışmışdır. 1997-1998-ci illərdə "525-ci qəzet"də çalışmış, 1998-2001-ci illərdə "Detektiv" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. == Əsərləri == Elçin Səlcuq "Kədərin sirri" kitabında yazıçı-dramaturq, alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırmış, onun əsərlərinin özəlliklərini təhlil etməyə çalışmışdır. Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır. Ön sözü müəllifi şair Salam Sarvandır.
Eupatorium selloi
Eupatorium selloi (lat. Eupatorium selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid biki növü.
Melçor adası
Melçor adası (isp. Isla Melchor) — Çilinin Çonos arxipelaqına daxil olan ada. Sahəsi 863,5 km² təşkil edir. Sahəsinə görə çilinin 15-ci adasıdır. Maksimal hündürlüyü 1127 metrdir. Şərq sahilində kifayət qədər iri bir liman inşa edilmişdir.
Met Selmon
Met Selmon Matthew James "Matt" Salmon (d. 21 yanvar 1958-ci il) — ABŞ Konqresində Arizona ştatından 5-ci rayondan seçilmiş konqresmen. 1995 - 2001-ci illərdə ştatın 1-ci rayonunu təmsil edirdi. 2002-ci il seçkilərində uduzub. 2012-ci il seçkilərində yenidən Konqresə üzv seçilib. Respublikaçılar Partiyasını təmsil edir. 29 yanvar 2014-cü ildə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi qrupuna üzv olub. Bununla da İşçi qrupundakı konqresmenlərin sayı 60-a çatıb.
Mikania selloi
Mikania selloi (lat. Mikania selloi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Moldurqa Salçak
Moldurqa Salçak (tıva Молдурга Бүрүшкeкович Салчак; 12 dekabr 1936, Barun-Kemçik rayonu[d] – 9 yanvar 2012) — tıva türklərini məşhur yazıçısı, şairi, Tuva Muxtar Sovet Sosialist Respublikası mədəniyyətinin tanınmış şəxsi. O, Tıva Respublikasının Yazıçılar Birliyinin üzvü olmuşdur. == Həyatı == Moldurqa Salçak 1936-cı ilin 12 dekabrında Tıva Arat Respublikasının Barıın-Hemçik bölgəsiin Möngün Tayqa adlanan yerinin Mugur qəsəbəsində anadan olmuşdur. Mugur-Aksi və Qızılda təhsilinin iki pilləsini bitirmiş və Qızıl Müəllim məktəbini və Dövlət Müəllim İnistitutunda təhsil almışdır. 1957–1960-cı illərdə Tuva Muxtar Oblastındakı adminstrativ bölgə olan Bay-Tayqa bölgəsinin Şuy kəndində, 1960–1994-cü illərdə Mugur-Aksi orta məktəbində Tuva türkcəsi dili, ədəbiyyatı dərslərini vermişdir. O, müəllimliklə 37 il məşğul olmuşdur. Yazıçılığa 1953-cü ildə gəlmişdir. "İye çurttuñ аldаrıngа" adlı ilk şeri ulduz ağaç mənasındakı "Sıldısçıgaş" qəzetində yayımlanmışdır. Şerlərinin ilk antologiyası 1963-cü ildə "Şuurqan" adı ilə çıxmışdır. Bu illərdə "Tanış" (1967), "İster" (1970), "Ayalqa" (1974), "Tura-soruk" (1979), "Çırıküem" (1983), "Üye-şagnın sudalı" (1984), "Idıktarım" (1990), "Süzük" (1994) adlı kitabları nəşr edilmişdir.
Salçak Toka
Salçak Toka və ya Salçak Kalbak-Herekoğlu TOKA (15 dekabr 1901 – 11 may 1973, Kızıl, SSRİ) — tuvalı yazıçı, dövlət xadimi, general, Sosialist Əməyi Qəhrəmanı. Tuva Xalq Respublikasının respublika müfakatı laureatı. Müstəqil Tuva Xalq Respublikasını SSRİ ilə birləşdirmişdir. == Həyatı == 15 dekabr 1901-ci ildə Mergendə anadan olmuşdurTuva Xalq Respublikasını SSRİ-ə birləşdirdikdən sonra Tuva xalqı ona TOKA demişdir. Toka Tuvanı ruslara birləşdirən uşaq sözlərinin tuvaca baş hərflərinin abreviaturasıdır. Xalq bununla onu ələ salmışdır. 1932-ci ildə Donduk Kuuların edamından sonra Salçak Toka Tannu Tuvanın hökmdarı oldu. Sovet modelindən sonra kommunist bir ideologiya təqdim etdi, köçəri kənd təsərrüfatı kollektivləşdirildi və ənənəvi dinlər (Tibet Buddizmi və Şamanizm) sıxışdırıldı. Ətrafında fərdi bir mədəniyyət inkişaf etdi və ədəbi əsərlərinə görə çoxsaylı Sovet mükafatlarına layiq görüldü. 1944-cü ildə Tannu Tuvanın Sovet İttifaqı tərəfindən ilhaq edilməsini istədi.
Sellik manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Selloa linearis
Acmella decumbens (lat. Acmella decumbens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella decumbens var. decumbens Ceratocephalus decumbens (Sm.) Kuntze Ceratocephalus decumbens var. decumbens Ceratocephalus decumbens var. macropodus (DC.) Kuntze Ceratocephalus macropodus Kuntze Feaea linearis Spreng. Rudbeckia decumbens Sm. Selloa linearis (Spreng.) DeCandolle Spilanthes americana var. stolonifera (DC.) A.H.Moore Spilanthes arnicoides var. macropoda (DC.) Baker Spilanthes decumbens (Sm.) A.H.Moore Spilanthes decumbens var.
Sellov feyxoası
Seltik FK
"Seltik" (ing. Celtic Football Club) — Şotlandiyanın Qlazqo şəhərini təmsil edən peşəkar futbol klubu. Oyunlarını 60,830 nəfərlik Seltik Park stadionunda oynayan Seltik yaşıl-ağ rənglərə malikdir. == Tarixi == == Rəqabətləri == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi Reyncersin "Protestant və Kraliçə klubu", Seltikin isə kraliçəyə boyun əyməyən katoliklərın komandası olmasıdır.