Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uğur
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik. Xüsusilə də təsirlənmiş şəxsiyyətin hərəkətlərindən və ya qərarlarından asılı olmayan hallarda, hansısa bir hadisənin və ya hərəkətin arzuolunan nəticəsini göstərə bilər. Şansı və ya bəxti gətirmək nümunələrini lotereya, rulet və ya digər oyunlarda qazanmaq olar. == Uğur rəmzləri == Uğurla bağlı bir sıra mənəvi və ya fövqəltəbii inanclar var. Bu inanclar bir-birindən geniş şəkildə fərqlənir, lakin əksəriyyət şansın müəyyən ritualları yerinə yetirmək və ya müəyyən şərtlərdən qaçınmaqla mənəvi vasitələrlə təsir edə biləcəyi ilə razılaşır. Şans həm də uğurlu və uğursuz hadisələrin təşkilatçılığına inam ola bilər. Uğur, fərdlər tərəfindən fərqli şəkildə şərh olunan xurafatın bir növüdür. Əksər insanlar üçün uğurlar kimi xarakterizə edilə bilən hadisələr arzuolunan və gözlənilən olduğundan, onun təcəssüm edən bir çox müxtəlif rəmzlər var. Qərb mədəniyyətində dörd yarpaqlı yonca, nal, baca təmizləyən, uğur böcəyi, dovşan pəncəsi və başqaları uğurlar simvolu sayılır. == Müvəffəqiyyətdə uğurun rolu == İnsanın maddi cəhətdən müvəffəqiyyətili olması (sərvətin əldə edilməsi), ilk növbədə, şəraitin uğurlu keçməsi (şans) ilə müəyyən edilir, insanın qabiliyyəti və ya şəxsi keyfiyyətləri bunun üçün daha az əhəmiyyət kəsb edir.
Oğuzhan Uğur
Oğuzhan Uğur (1984, Ankara) — Türkiyə musiqiçisi, prodüseri, ssenaristi, karikaturaçısı və yutuberi.
Uğur Dündar
Uğur Dündar — Türkiyə jurnalisti, xəbər aparıcısı. == Həyatı == Dündar 1 yanvar 1943-cü ildə İstanbulda doğuldu. Lisey təhsilini Vəfa Liseyində tamamladı. Ardından İstanbul Universiteti İqtisad Fakültəsi Jurnalistika İnstitutundan məzun oldu. 1993-cü ildə Yasəmən Baradan ilə evləndi və 3 uşağı oldu. 1970-ci ildə TRT tərəfindən açılan bir imtahanı qazandı və televiziya prodüseri olaraq işə başladı. və Rəsmi Qəzet yazıçısı oldu. Eyni il içində İngiltərədə BBCin "Televiziyada istehsal-Rəhbərlik" kursuna qatıldı. Türkiyəyə döndükdən sonra TRT-də prodüser, rejissor və aparıcı olaraq dəyişik televiziya proqramlarına imza atdı. Bu günə qədər saysız proqrama imza atan Uğur Dündar xəbər proqramı Arenanın ümumi rejissorluğunu etdi.
Uğur Pamuk
Uğur Pamuk (azərb. Uğur Pamuk‎; 26 iyun 1989, Bilefeld, Almaniya) — Türkiyənin Manisaspor klubunun hücumçusu. == Karyerası == Uğur Pamuk 1989-cu ildə Almaniyada türk ailəsində anadan olub. Uğur Pamuk Arminiya klubunun yetirməsidir. 2007-ci ildə bu komanda ilə rəsmi müqavilə bağlayıb. Gələn il Tus Dornberg klubuna transfer olunub. 2012-ci ildə Uğur Pamuk Sumqayıt klubuna keçib və 1 il ərzində 28 oyun keçirərək 2 qol vurub. 2013-cü ilin yanvar ayında Uğur Pamuk Xəzər-Lənkəran klubuna keçib. == Milli komanda == 2012-ci ildə Uğur Pamuk Azərbaycan milli futbol komandasının heyətində 1 oyun keçirib.
Uğur Pəkdaş
Uğur Pəkdaş (türk. Uğur Pektaş; 16 aprel 1979, İstanbul) — Türkiyə aktyoru.
Uğur İsmayılzadə
Uğur Hidayət oğlu İsmayılzadə (18 iyul 1995; Yevlax rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Uğur İsmayılzadə 1995-ci il iyulun 18-də Yevlax rayonunun Qaramanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Uğur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Uğur İsmayılzadə oktyabrın 16-da Ağdərə ərazisində Ağaçuq adlandırılan ərazidə şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Uğur Şahin
Uğur Şahin (19 sentyabr 1965, İskəndərun, Hatay ili) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq. Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır. == Həyatı və təhsili == Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub. Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu. Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır. 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi. == Təhsili == Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı.
Uğur FK
Uğur FK və ya rəsmi adı ilə Uğur Futbol Klubu. 2020-ci il 7 Dekabr tarixində Azərbaycanın Mingəçevir şəhərində yaradılan uşaq futbol klubudur. Hazırda AFFA bayrağı altında keçirilən U liqalarında iştirak edir. == Tarixi == Mingəçevir şəhərində futbolçu olaraq fəaliyyət göstərən Şəhruz Mustafayev, karyerasını bitirdikdən sonra futbol klubu qurmaq qrərında gəldiyini açıqlayır. 2010–2020 illər arasında Qəbələ Futbol Akamediyasında məşqçi kimi fəaliyyət göstərən Şəhruz Mustafayev, özünə məxsus klubun qurulmasını istədiyini dilə gətirir. 2020-ci ilə Mingəçevir şəhərində bu istəyini reallaşdıraraq klubu rəsmən təsis etmişdir. 2021/2022-ci mövsümlərindən artıq rəsmi yarışlarda iştirak etməyə başladı. Hazırda uşaq futbolunda Uğur klubunun adını görmək mümkündür. U11,U12, liqalarında fəaliyyət göstərir.
Uğur Mumcu
Uğur Mumcu (türk. Uğur Mumcu) — türk jurnalisti. == Bioqrafiya == Ailədə dörd uşağın üçüncüsü olmuşdur. Ankarada məktəbi, sonra 1965-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1965-1969-cu illərdə öz ixtisası üzrə çalışıb. Sonra 1972-ci ilə qədər Ankara Universitetində çalışıb. 1971-ci ildə Türkiyədə dövlət çevrilişindən sonra Mumcu həbs edilib. Həbsxanada ona işgəncə verilib. Mumcu daha sonra iddia edir ki, ona işgəncə verən adamlar ona deyiblər: “Biz əks-partizanlarıq. Hətta respublika prezidenti də bizə heç nə edə bilməz”.
Uğur Uçar
Uğur Uçar (d. 5 aprel 1987, Bakırköy) — türk futbolçudur . O , 2.liqa komandalarından olan "Pendikspor"da çıxış edir. == Futbol karyerası == === Klub komanda karyerası === "Qalatasaray"ın infrastrukturunda yetişən və 2004-cü ildən A komandasında oynamaq şansı qazanan futbolçulardan biri olan Uğur Uçar müdafiənin sağ cinahında çalışır və 2006–07 mövsümündə Erik Gerets dövründə "Kayserispor" a icarəyə verilmişdir. Karl-Heinz Feldkampla yenidən Qalatasaray'a dönən Uğur 2007–08 mövsümündə müdafiədə əvəzolunmaz oldu. Üç ildir ümidli millidə də çıxış edən Uğur, qarlı hava səbəbindən təxirə salınması tələb edilən Konyaspor matçında Batista ilə toqquşaraq diz qapağını sındırıb. 1 ilə yaxın zədələnən Uğur Uçar 5 fevral 2009-cu ildə fizioterapevtlərin müşayiəti ilə məşqə qatılıb. 21 fevral 2009-cu ildə komanda ilə işləməyə başlayıb. Uğur Uçarın meydana qayıdışı 2008–09 mövsümünün son matçı olan Sivasspor matçında oldu. 23 iyun 2010-cu ildə onun "Qalatasaray" dan "Ankaragücü" yə 1,3 milyon TL qarşılığında transfer edildiyi açıqlandı.
Özkan Uğur
Raif Özkan Uğur (17 oktyabr 1953, İstanbul – 8 iyul 2023, İstanbul) — Türkiyə musiqiçisi, kino və televiziya aktyoru, MFÖ qrupunun üzvü. == İlk İlləri == Özkan Uğurun atası Hurşit Uğur "Şehir Hatları" şirkətində baş mühəndis işləyirdi. Ailənin 5-ci övladı olan Uğur Reşat Nuri Güntekin İbtidai məktəbində oxuyarkən mandolinlə tanış olub. Fənərbaxça Liseyində oxuyarkən onun musiqi sevgisi üstünlük təşkil edir. Əvvəlcə "Atomiklər" adlı özfəaliyyət qrupu yaradıb, dövrün məşhur mahnılarını şərh ediblər. == Musiqi Həyatı == Musiqi karyerasına 1970-ci ildə bir çox məşhur adın da zaman-zaman qatıldığı Şerif Yüzbaşıoğlu Orkestrində başlayıb. 1971-ci ildə "Kızıltoprakda" tanış olduğu Mazhar Alanson və Fuat Güner və ilk qrupu "Kaygısızlar" ilə peşəkar bas gitara çalmağa başlayıb. O zaman Sadık Kuyaş da qrupda bas ifaçısı idi. Bir müddət birlikdə oynadıqdan sonra Kuyaş qrupdan ayrıldı və Uğur qrupun yeganə basçısı oldu. "Kaygısızlar" dağıldıqdan sonra 1972-ci ildə Barış Mançonun ona yoldaşlıq etmək üçün qurduğu "Kurtalan Ekspres" rok qrupunun ilk komandasında yer alıb və Ankara Dedemanda ilk konsertində iştirak edib.
Uğur Yücəl
Uğur Yücəl (türk. Uğur Yücel; 26 may 1957, İstanbul) — Türkiyəli aktyor, rejissor, ssenarist və prodüser. Teatr Konservatoriyasının İstanbul filialını bitirib. İstanbulda yaşayır və Derya Alabora ilə evlidir. == Həyatı == Uğur Yücəl 1957-ci ildə İstanbulda anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib. 1975-1984-cü illərdə Kenter Teatrında, Tef Kabare Teatrında, Dormen Teatrında və Şan Musiqi Salonunda müxtəlif tamaşalarda oynayıb. "Selamsız Bandosu" və "Muhsin bəy" (1987) filmlərində oynadığı rollarla böyük rəğbət qazanıb. 90-cı illərin əvvəllərində siyasətçi imitasiyaları və stand-up şouları ilə adından söz etdirib. Sezən Aksu və Müjdə Ar ilə ayrı-ayrı səhnə şouları da təşkil edib.
Suğur
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Ukur
Ukur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. General mayor Mahmud Əbilovun doğulub boya başa çatdığı kənddir . == Toponimikası == Ukur oyk, sadə. Qusar r-nunun Mucuq i.ə.v.-də kənd. Ukur çayının sahilində, Qusar maili düzənliyindədir. Tam adı Ukurvas olub, ərazisindən axan eyniadlı çayın admı daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 649 nəfər əhali yaşayır.
Uxur
Uxur - türk və altay xalq inancında yol cini. Uhur və ya Uğur da deyilir. Yollarda gəzən bir varlıqtır. Görenlere taleh və bəxt gətirir. Uğur sözü buradan törəmişdir. == Etimologiya == (Ug/Uğ) kökündən törəmişdir. Uğramaq sözü ilə əlaqəlidir. Uğunmaq isə xəstələnib özündən keçmək, huşunu itirmək deməkdir. Oğru (Uğru) isə yol kəsən quldur mənasındadır.
Uyğur
Uyğurlar — Göytürk imperiyası dağıldıqdan sonra Qultuq Bilgə Kül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsası qoymuşdur. Çin Xalq Respublikasında yaşayan türk xalqı, dilləri Altay dilləri ailəsinin Türk dili qrupuna aiddir və islam dininə sitayiş edirlər. 842-ci ildə Qırğız tayfalarının üsyanı nəticəsində süqut etmişdir.[mənbə göstərin]Çin mənbələrində müxtəlif şəkillərdə (hoei-ho, vei-ho və s.) rastlaşan uyğur adının mənası 974-cü ilə aid Çincə bir əsərdə "şahin sürətilə dolaşan və hücum edən" kimi göstərilib. Amma türk tarixçilər bunun doğru olmadığını, uyğur adının uy (əqrəba, müttəfiq) və gur ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan "on uyğur" adının "on müttəfiq" mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə uyğur kəlməsi təqib edən, izləyən kimi göstərilir. == Tarixi == Doğu (şərqi) Türküstan dedikdə Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çinin 52 əsas etnosdan təşkil edilməsi dövlətin Konstitusiyasında əks olunub. ÇXR-də türk xalqları Şərqi Türküstan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar.
Ücur
Ücur (fars. اوجور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 456 nəfər yaşayır (88 ailə).
MKE Uğur 44
Türkiyənin ilk yerli təlim təyyarəsi olan MKE Uğur 44, 1954-cü ildə Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi tərəfindən istehsal olunmağa başlanmışdır. Onun istehsal məqsədi Türkiyə Hərbi Hava Qüvvələri üçün hərbi pilotlar hazırlayan Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının uçuş məktəbində hərbi təlim təyyarəsi kimi xidmət etmək idi. Bu çərçivədə 1955-1957-ci illərdə kütləvi istehsala başlanılmış və bu müddət ərzində cəmi 57 təyyarə istehsal edilmişdir. İlk missiya uçuşunu 1955-ci ildə edən MKE Uğur 44 təyyarəsi 1962-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrində son missiya uçuşunu həyata keçirmişdir. Lakin 1969-cu ilə qədər Türk Hava Təşkilatının tərkibində uçuşlarını davam etdirmişdir.
Sətirlər (Turan Uğur)
Sətirlər — Dünya və Azərbaycan ədəbiyyatının poetik nümunələrilə ömürlərə sətir-sətir yazılacaq "Sətirlər" verilişi AzTV-nin "Mədəniyyət" kanalında hər həftənin 4-cü günü saat 21:15 də yayımlanır. İlk buraxılışı 2019-cu ilin aprelin 1 də efirə gedən proqram məşhur İspan şairi Federiko Qarsia Lorkaya həsr olunmuşdu. Proqramın ssenari müəllifi "Mədəniyyət" kanalının "Buraxılış və əlaqələndirmə şöbəsinin" redaktoru, gənc şair Turan Uğurdur.(İsmayılzadə Turan Asif oğlu) Verilişin aparıcısı: Xalq artisti, füsunkar aktrisamız, Mehriban Zəkidir. Verilişin redaktoru: Yazıçı, jurnalist Azər Qismətdir. Verilişin quruluşçu rejissoru: Bəhram Yaqublu, quruluşçu operatoru Müşfiq Qasımovdur. Baş redaktor: Əməkdar jurnalist, Flora Xəlilzadədir. Verilişdə Mikayıl Müşfiq, Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Araz, İsmayıl Şıxlı, Nüsrət Kəsəmənli, Camal Yusifzadə, habelə Lorka, Yesenin, Hüqo, Düma, Mopassan kimi ədiblərin həyat və yaradıcılıqlarına yer ayrılıb.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Adi qur-qur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Xırda qur-qur
Uqor dilləri
Qədim türklər Uqor dilləri — Rusiyada və Macarıstanda yayılmış dillər qrupu. Ural dil ailəsinin fin-uqor dilləri qoluna daxildir. Bu dillərdə danışanların ümumi sayı təxminən 15 milyon nəfərdir. Uqor dillərinin kökü e.ə. III minillikdə fin-uqor pradilinin 2 qola ayrılması nəticəsində formalaşan uqor təməl-dilinə gedib çıxır. Qrupun içində macar dili coğrafi cəhətdən uzaq ərazidə yayıldığına görə obsk-uroq dillərindən ayrı göstərilmişdir.
Uyğur Dövləti
Uyğur xaqanlığı — 744–842cı illər arasında mövcud olan Türk dövləti. == Tarixi == Göytürk dövlətinin idarəçi zümrəsi olan Aşina ailəsinin dövləti dağıldığı anlarda uyğurların "əryin" deyilən rəhbərləri kiçik bir bəylik qurmuşdular. 630-cı ildə əryin olan Pusa son Şərqi Göytürk xaqanlığı xaqanı Kielinin oğlunun idarə etdiyi bir ordunu məğlubiyyətə uğratdı. Göytürk Dövlətinin müstəqilliyi itirdiyi 50 illik dövrdə, uyğurlar Doqquz Oğuz boylarını da tamamilə öz himayələrinə götürərək Tula Çayı sahilində bir bəylik qurdular. Çin tərəfindən dərhal tanınan Uyğur bəyliyi, Altay dağlarını da aşaraq Qərb Göytürk qolu olan On Oxlar ərazisinə daxil olacaq qədər güclənmişdi. Lakin Aşina ailəsindən Kutluq Xaqanın (İltəriş xaqan) 681-ci ildə Göytürk elini təkrar bir yerə toplaması nəticəsində uyğurlar, Göytürk birliyinə qatıldılar. Daha sonra uyğurlar və Doqquz Oğuz Boyları, Göytürklərin çöküşündə əhəmiyyətli rol oynadılar. Orxon-Yenisey abidələrində onların qiyamları haqqında xeyli çox məlumat var. Məsələn dövlətin ən güclü xaqanı olaraq gözə dəyən Qapağan xaqan Doqquz Oğuz boylarından Bayırkuların pusqusunda öldürülmüşdür. Göktürk Dövlətinin çöküşü zamanı, 740-cı illərdə Uyğurlar Göytürklərin əleyhinə yenidən gücləndilər.