Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ajovea
Aiouea (lat. Aiouea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Alget
Məscidli Gorarxı (3 avqust 1959-cu ildən: gürc. ალგეთი: algeti) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Məscidli Gorarxı" adlandırırlar. Məscidli Gorarxı adlandırılmasının səbəblərindən biri başqa Gorarxı adında ərazinin olması ilə əlaqədardır. Daha çox "Qanlı Gorarxı adı ilə də tanınır. Ancaq "Qanlı Gorarxı" dedikdə nəinki yalnız "Alget" həmçinin digər dörd kənd də (Təzəkənd, Əzizkənd, Haciisəkənd, Sabirkend) nəzərdə tutulur. == Əhalisi == 17–24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 5.017 nəfər (2.498 nəfəri kişilər, 2.519 nəfəri qadınlar) əhali yaşayır.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Alqet
Alqet Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı. Alqet Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Alqet - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Suxumi dairəsində Alqat kənd və Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı. Azərbaycanda Xanqet dağ adı ilə müqayisə oluna bilər. (Aşıq Alıda: Əyricə, Versdağı, Xanget buxarı, Ağ sürülər Sarıyaldan yuxarı). == Həmçinin bax == Tiflis quberniyası == Xarici keçid == anl.az/down == İstinad == <B.Ə.Budaqov, Q.Ə.Qeybullayev.
Löven
Löven — Belçikanın şimalında, Brüsseldən 25 km şərqdə yerləşən şəhərdir. Benilüks ölkələrinin ən böyük universiteti Löven universiteti bu şəhərdə yerləşir.
Sovet
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Alovlu xoruzgülü
Alovlu xoruzgülü (lat. Adonis flammea) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Alovun səsi
Alovun səsi (ing. Voice of Fire) - Abstrakt ekspressionist və Rəngli Sahə rəssamlığının görkəmli nümayəndəsi amerikan rəssam Barnett Nyumanın məşhur əsərlərindən biri.
Alpovut (Heris)
Alpovut (fars. الپاوت‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (19 ailə).
Falco alopex
Tülkü qızılquş (lat. Falco alopex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. == Təsviri == Bu, uzun ensiz qanad və quyruğa malik böyük müşgüldür. Uzunluğu 32-38 sm, açılan vəziyyətdə qanadlarının uzunluğu 76-88 sm, kütləsi 250-300 qram arasında dəyişir. Dişiləri erkəklərindən 3% böyük olur.
Honey & Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Qəzənfər Aloyev
Sloven dili
Sloven dili (slovenščina) - slavyan dillərinə aid olan dildir. Dünya miqyasında analoqu olmayan ən zəngin dildir; Slovyan dilinin 800.000 hissədən ibarət qrmmatikası və hər hıssənin də 970.000 dilçilik qaydası vardır.
Əlövsət Abdullayev
Əlövsət Abdullayev (17 fevral 1920, Şamaxı rayonu – 28 may 1993, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). Əlövsət Zakir oğlu Abdullayev 1920-ci il fevral ayının 17-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxının Məlikçobanı və Ucarın Yuxarı Şilyan kənd məktəblərində almışdır. 1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olub, 1939-cu ildə həmin müəssisədə təhsilini əla qiymətlərlə başa vurmuş, bir il kənddə müəllim işləmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi başlananda Əlövsət müəllim təhsilini yarımçıq qoyaraq çəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur. 1943–1946-cı illərdə Məlikçobanı kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Faşist Almaniyası məğlub edildikdən sonra yenidən universitetə qayıtmış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Yüksək hazırlığını və elmə olan dərin marağını nəzərə alaraq onu aspiranturaya qəbul etmişlər. Ə. Z. Abdullayev 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmələr" mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən-tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. Əlövsət müəllimin 50 illik əmək fəaliyyətinin təxminən 40 ili universitetlə bağlıdır, burada tələbəlikdən professorluğadək şərəfli bir həyat yolu keçmişdir.
Əlövsət Ağalarov
Əlövsət İbrahim oğlu Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Əlövsət Ibrahim oğlu Ağalarov 1954-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gəlmişdir. Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsine daxil olmuş, sonra Univertsitet rəhbərliyi tərəfindən Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmiş, ali təhsilini bu universitetdə başa vurmuş və təyinatla Azərbaycan Dövlət Nəşriyyatına redaktor vəzifəsinə təyin olunmuşdur. Bu nəşriyyatda iki il işlədikdən sonra Azərbaycan Dövlətnəşrkomunda Tərcümə Ədəbiyyatı Idarəsində redaktor vəzifəsinə təyin edilmişdir. 4 il bu vəzifədə çalışdıqdan sonra yenidən Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasına şöbə müdiri vəzifesinə göndərilmişdir. Sonralar Baş redaktorun müavini 1992-ci ildən bu günədək isə Nəşriyyatın Baş redaktoru vəzifəsində çalışır. 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir. SSRI Jurnalistlər Ittifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dən çox kitabı Azərbaycan dilinə tərcümə etmişdir (Turgenevin povestlerini, N. Nosovun trilogiyasini, A. Kuleşovun povestlərini, O. Şestinskinin hekayələrini, M. Paviçin "Xəzər lüğəti" tarixi əsərini, Əhmədxan Əbu Bəkirin povestini və s.). 500-dən çox kitabin redaktoru, iki yüzdən çox elmi-publisistik məqalə müəllifi.
Əlövsət Baxışov
Əlövsət Məmmədşah oğlu Baxışov (3 mart 1923, Amsar, Quba rayonu – 3 iyun 2013) — tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Əlövsət Baxışov 1923-cü il martın 3-də Quba rayonunun Amsar kəndində anadan olub. 1942-ci ildə orta məktəbi və müəllimlik kurslarını bitirdikdən sonra bir müddət Qubanın Xanəgah kənd məktəbində dərs deyib. O, 1943-cü ildə hərbi xidmətə çağırılıb, İkinci Dünya müharibəsindən sonra 1950-ci ilin mart ayınadək ordu sıralarında qulluq edib. Əlövsət Baxışov 1952-ci ildə Müəllimlər İnstitutunun tarix fakültəsini, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, 1958-ci ildə Bakı Ali Partiya Məktəbini, 1978-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Ordudan tərxis olunduqdan sonra Əlövsət Baxışov 1950–1951-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində çalışıb. 1951–1952-ci illərdə Quba Rayon Komsomol Komitəsinin birinci katibi olub. Sonrakı dövrlərdə o, partiya və sovet orqanlarında müxtəlif vəzifələr tutub. 1952–1953-cü illərdə Quba Rayon Partiya Komitəsinin katibi, 1953–1954-cü illərdə Quba Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı və məsul təşkilatçısı olub. O, 1959–1979-cu illərdə Dəvəçi, Şamaxı, Masallı və Gədəbəydə Rayon Partiya Komitəsinin birinci katibi seçilib.
Əlövsət Baxşıyev
Əlövsət Qəzənfər oğlu Baxşıyev (22 iyun 1956, Kərimbəyli, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. (2000–2020) Əlövsət Qəzənfər oğlu Baxşıyev 1956-cı il iyun ayının 22-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1963-cü ildə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1973-cü ildə orta məktəbi bitirmişdir. Həmin il D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakultəsinə daxil olmuş və 1977-ci ildə institutu iqtisadçı ixtisası üzrə bitirmişdir. Ə.Baxşıyev əmək fəaliyyətinə 1977-ci ildə İliç rayon Kommunal Təsərrüfatı Şöbəsində mühasib köməkçisi kimi başlamışdır. 1977–1979-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ildən 1986-cı ilə kimi Şərur rayonundakı "Naxçıvan MSSR-nin 50 illiyi" adına üzümçülük sovxozunda hüquq məsləhətçisi, iqtisadçı, baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışmışdır. 1986-cı ildə İliç Rayon Aqrar Sənaye Biriyində aparıcı iqtisadçı-maliyyəçi, 1992-ci ilin yanvar ayınadək İliç Rayon Xalq Deputatları Sovetində sədr müavini, 1992–1994-cü illərdə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsində sədrin birinci müavini və sədr vəzifələrində işləmişdir. 1994-cü ilin avqust ayından 1998-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, 1998-ci ildən 2000-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə-iqtisadiyyat naziri vəzifələrini icra etmişdir. 2000-ci il fevralın 11-dən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuşdur.
Əlövsət Məmmədov
Əlövsət Osmanlı
Əlövsət Cəlal oğlu Osmanlı (9 iyun 1956, Dəmirli, Bolnisi rayonu – 7 sentyabr 2013, Bakı) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan SSRnin Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsilin məzmunu ilə bağlı geniş tədqiqat işləri aparıb. 7 sentyabr 2013-cü ildə Bakıda Milli Parkda gəzişərkən anidən ürək tutması nəticəsində vəfat etmişdir. Bakıda - Hövsan yaxınlığındakı qəbirstanlıqda dəfn olunmuşdur. Ailəli idi. 1 oğlu və 1 qızı var. Riyaziyyatdan qəbul imtahanlarında təklif olunmuş məsələlər.
Əlövsət Quliyev
Əlövsət Quliyev (Əlövsət Gülüş oğlu Quliyev) (10 iyul 1947, Sisian rayonu) — professor, aqrar elmlər üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2017), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru. Əlövsət Quliyev 10 iyul 1947-ci ildə Sisyan rayonunda anadan olub. O, Azərbaycan Texniki Universitetinin Hidromeliorasiya fakültəsində Meliorasiya ixtisası üzrə təhsil alıb. Əlövsət Quliyev "Naxçıvan muldası torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yolları" mövzusunda namizədlik, Naxçıvan MR Arazboyu və dağətəyi torpaqlarının ekomeliorativ qiymətləndirilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2017-ci ildə - Azərbaycan Milli Elmlər Akademiyasının qərarı ilə AMEA-nın müxbir üzvü seçilib. Əlövsət Quliyev Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yollarına dair eksperimental nəticələr əsasında torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına nail olub. O, Naxçıvan Muxtar Respublikasında təkrar şorlaşmaya məruz qalmış torpaqların qısa müddətdə zərərli duzlardan azad edilməsi və yenidən əkin dövriyyəsinə qatılması yollarını ilk dəfə olaraq təcrübi yolla sübut edib, torpaqlarda su-duz balansı elementlərini təyin edərək təkrar şorlaşmanı doğuran səbəbləri və onların qarşısının alınması yollarını işləyib. Əlövsət Quliyev ilk dəfə olaraq Naxçıvan MR-nın Duzdağ və Böyükdağ maili düzənliklərində dellüvial mənşəli şorlaşmış torpaqların duzlardan azad edilərək əkin dövriyyəsinə cəlb olunub. İlk dəfə Azərbaycanda qədim su mənbələri - kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərflərinin ölçülməsi, morfometrik ölçülərinin təyini aparılmış və GİS əsasında xəritələşdirilib. Hazırda Azərbaycanın kəhriz olan bölgələrində (Qazax, Ağstafa, Şəmkir, Tovuz, Göygöl, Gəncə, Samux, Goranboy, Tərtər, Ağdam, Yevlax, Bərdə və Ağcabədi) kəhrizlərin öyrənilməsi, bərpası və yeni su mənbələrinin tədqiqat işlərini aparır, eyni zamanda kəhriz sularından suvarmada tətbiqi məsələləri tədqiq olunur.
Əlövsət Sadıqov
Əlövsət Sadıqov (30 mart 1941, Fəxralı, Qasım İsmayılov rayonu – 25 dekabr 2020, Bakı) — tanınmış tutçu, genetik, seleksiyaçı, biologiya elmləri üzrə fəlsəfə doktoru, baş elmi işçi, yüzdən artıq elmi əsərin və yeni yaradılmış Baxça-tut sortunun müəllifi. Əlövsət Həsən oğlu Sadıqov 30 mart 1941-сi ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1958-сi ildə Faxralı kənd orta məktəbini qurtarmış, 1960-сı ildə isə Dəliməmmədli texniki-peşə təhsili məktəbini bitirərək "traktorçu" və çilingər" ixtisaslarına yiyələnmişdir. 1960-сı ildə Azərbayсan Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik ixtisasının I kursuna daxil olmuşdur. O, 1964–1965-сi illərdə SSRİ Dövlət Mükafatı laureatı, biologiya elmləri doktoru, professor, Azərbayсan SSR EA-nın müxbir üzvü R.A.Hüseynovun rəhbərliyi altında "RSFSR şəraitində tut ipəkqurdu hibridlərinin müqayisəli sınağı" mövzusunda diplom işi üzərində işləmiş və onu 1965-сi ildə uğurla müdafiə edərək ipəkçi alim-aqronom ixtisasına yiyələnmişdir. Ə.H.Sadıqov institutu qurtardıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin sərənсamı ilə Qasım İsmayılov rayonuna göndərilmiş və 1965–1968-сi illərdə Dimitrov adına kolxozda (Əzizbəyov (indiki Kəhrizli), Səmədabad (Goranboy) və Xəsədərli kəndlərini əhatə edirdi) baş aqronom, sonra isə rayon K/t idarəsində böyük aqronom vəzifələrində çalışmışdır. Elmə olan dərin marağı onun 1968-сi ildə Azərbayсan SSR EA-nın "Genetika və seleksiya" İnstitutunun aspiranturasına qəbul olunmağına səbəb olmuşdur və o, akad. I.K.Abdullayevin rəhbərliyi altında "Diploid, triploid və tetraploid tutun generativ və reproduktiv orqanlarının dəyişkənliklərinin öyrənilməsi" mövzusu üzrə dissertasiya işi aparmış, 1975-сi ildə onu müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəсəsi almışdır. 1980-сi ildə ona "Genetika" ixtisası üzrə "baş elmi işçi" alimlik rütbəsi verilmişdir. Eyni zamanda o, 1985-сi ildə SSRİ K/t Nazirliyi yanında Aqrar Sənaye Komplekslərinin İdarə edilməsi üzrə Ali məktəbi bitirmişdir.
Əlövsət Vəliyev
Əlövsət Cəfərxan oğlu Vəliyev — Qarabağ müharibəsi Əlövsət Cəfərxan oğlu Vəliyev 1968-ci il dekabrın 15-i Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olur. 1987-ci ildə hərbi xidmətə yola düşən Əlövsət vətənə dönəndə ermənilərin torpaq iddiaları artıq başlamışdı. 1992-ci ilin may ayında milli ordu sıralarına daxil olan Əlövsət ilk gündən özünün təcrübəli tankçı kimi göstərir. Əlövsət Vəliyevin həm də qorxmaz və cəsarətli bir igid olması döyüş yoldaşlarına onu bir daha sevdirdi. Bu cəsarətli insanın təkcə özünü deyil, hətta onun tankını belə Qubadlının bütün sərhəd kəndlərində çox gözəl tanıyırdılar. Onun tankı sonralar Zəngilan, Laçın, Cəbrayıl və Füzuli rayonlarına qədər gedib çıxdı. Bu bölgələrdə uğurlu döyüş əməliyyatları keçirən Əlövsət Vəliyevi bir müddət sonra tankçılar arasında komandir kimi qəbul edənlər günü-gündən çoxalırdı. 1993-cü il may ayının 26-sında Əlövsət Cəfərxan oğlu Vəliyev 706 saylı hərbi hissənin 3-cü taborunun taqım komandiri təyin edildi. 706 saylı hərbi hissəsinin kəşfiyyat rotasından Əlövsət Vəliyev haqqında verilən arayışda yazılır: “1992-ci il may ayında Laçın işğal olunandan sonra Aşağı və Yuxarı Cicimli, Səfiyan, Aşağı və Yuxarı Fərcan, Suarası, Mazutlu kəndlərinin müdafiəsində Əlövsət öz tankı ilə bütün döyüşlərə birinci atılmış, düşmənin 25-30 may hücumları zamanı onun 30-a qədər canlı qüvvəsini, bir PDM-I məhv edib.“ 1993-cü il 15 avqust tarixində Qubadlı rayonu ağır günlərini keçirir.
Donald Qlover
Donald Qlover (25 sentyabr 1983, Edvards[d], Kaliforniya) — amerikalı aktyor, komediyaçı, müğənni, repçi, yazar, rejissor və prodüser. Səhnə adı kimi "Childish Gambino" təxəllüsündən istifadə edir. O, yaradıcısı olduğu və rol aldığı "Atlanta" serialına görə iki "Primetime Emmy" və iki "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Klodet Mukasakindi
Klodet Mukasakindi (25 dekabr 1982, Nyarungenge, Ruanda) — Ruandanı təmsil edən marafonçu. Klodet Mukasakindi Ruandanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klodet Mukasakindi birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 51 dəqiqə 7 saniyəyə qət edərək 118 marafonçu sırasında 101-ci yeri tutdu.. Klodet Mukasakindi növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 5 dəqiqə 57 saniyəyə qət edərək 157 marafonçu sırasında 126-cı yeri tutdu.
Alovlu Rod
Alovlu Rod (ing. Hot Rod) — 2007-ci ildə ekranlara çıxan ABŞ komediya filmi. == Süjet == Həvəskar kaskadyor Rod Kimbl ona lağ edən ögey atasının əməliyyatı üçün vəsait toplamaq məqsədilə ən təhlükəli tryukunu həyata keçirəcək.