Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağəsmə
Ağəsmə (lat. Clematis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Acı ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Altıləçək ağəsmə
Altıləçək ağəsmə (lat. Clematis hexapetala) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Borşevikyarpaq ağəsmə
Borşevikyarpaq ağəsmə (lat. Clematis heracleifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Çində, Koreyada təbii halda yayılmışdır. 1837-ci ildən mədəni şəraitdə Avropada dekorativ bağ bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü təxminən 1 metr olan, düz, alt hissəsində oduncaqlaşmış, cod zoğları olan çoxillik bitkidir. Gövdələri düz dayanan, ancaq bünövrəsində çox və ya az oduncaqlaşmış, yumru, seyrək tükcüklü, zərifdir. Yarpaqları iri, dərili, üç-lələkvari, uzunluğu 15 sm-dəkdir. Çiçəklərin diametri təxminən 2,5 sm, 4 ədəd, parlaq mavi, ətirli, kənarları kəsikli ləçəkləri sünbülçiçək formalıdır. Avqust-sentyabrda çiçəkləyir. Toxumları 0,5-3 ay müddətində cücərir.
Bənövşəyi ağəsmə
Bənövşəyi ağəsmə (lat. Clematis viticella) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Zаqаfqаziyа, Cənubi Аvrоpа, Kiçik Аsiyаda təbii halda yayılmışdır. İrаndа 1797-ci ildən mədəni şərаitdə bеcərilir. == Botaniki təsviri == Uzunluğu 3-4 m оlаn sаrmаşаn kоldur. Yаrpаqlаrı 5-7 yаrpаqcıqdаn ibаrət mürəkkəb ikili-lələkvаridir. Çiçəkləri tək və yа 3 ədəd оlub, sаllаq, yаrım аçılmış və yа gеniş аçılmışdır. Diаmеtri 2,5-5 sm-ə çatıb, hаmаşçiçəklərə toplanmışdır. Kаsаyаrpаqlаrı dörd, alabəzək çəhrayı, bənövşəyi və ya müхtəlif çаlаrlı göy rənglidir. Kеçən ilki zоğlаrı iyun-iyuldа çiçəkləyir.
Dalayan ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Düz ağəsmə
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Dаlаyаn ağəsmə
Kolvari ağəsmə
Kolvari ağəsmə (lat. Clematis fruticosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Çin və Şimali Monqoliyadır. == Botaniki təsviri == Kiçik, düz kollardır. Gövdələri 1m-dək, budaqları xırda 4 və ya 5 hissəli, parlaqdır. Yarpaqları sadə, saplağı 0,3-1,2 sm, yarpaq ayası lansetvari, uzunsov-lansetvari və ya ensiz, rombvari - yumurtavari, bölünməmiş, hər tərəfdən 1 hissəli, kənarları bir az dişli və ya bütövdür. Çiçək altlıqları yarpaqvari, çiçəklərin diametri 1,8-3,5 sm, çiçək saplağı 0,4-1,8 sm, erkəkcikləri 8–13 mm, çılpaq, tozluqları ensiz-uzunsov, 2,5–4 mm, ucu kütdür. Yumurtaları tükcüklüdür. Avqustun axırı çiçəkləyir. Dörd ləçəkli açıq çiçəkləri yuxarıya baxır.
Mavi ağəsmə
Mavi ağəsmə (lat. Clematis glauca) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Qısaquyruq ağəsmə
Qısaquyruq ağəsmə (lat. Clematis brevicaudata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Süpürgəvari ağəsmə
Süpürgəvari ağəsmə (lat. Clematis paniculata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Bitki Yaponiyada və Koreyada təbii halda yayılmışdır. Sankt-Peterburqda, Cənubi Pribaltikada, Kalininqrad vilayətində, Belarusiyada, Ukraynada, Qafqazda və Orta Asiyada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Uzunluğu 10 m-dək olan, yarpağı tökülən lianadır. Uzunluğu 3-10 sm olan yarpaqları 3-5 yumurtavari yarpaqcıqlı olub, çılpaq və ya alt tərəfi tükcüklü, damarcıqlıdır. Ağ, ətirli çiçəklərinin diametri təxminən 3 sm olan çoxçiçəkli süpürgələrə yığılmışdır. Süpürgəvari ağəsmənin uzunsov kasayarpaqları üstdən çılpaqdır. Toxumcaları haşiyəli, bir az tükcüklü, uzun lələkvari tükcüklü, çıxıntılıdır. Süpürgəvari ağəsmə iyuldan oktyabradək davam edən bol və gec çiçəkləməsi ilə çox effektlidir.
Tamyarpaq ağəsmə
Tamyarpaq ağəsmə (lat. Clematis integrifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Yaraqlıcayarpaq ağəsmə
Yaraqlıcayarpaq ağəsmə (lat. Clematis aethusifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Üzümyarpaq ağəsmə
Üzümyarpaq ağəsmə (lat. Clematis vitalba) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Yarpaqları uzun saplaqda yerləşib, birqat lələkvari, adətən 2 cüt və 1 tək yarpaq yerləşmiş qısa saplaqlı hissələri; yumurtaşəkillidir, qaidı hissəsi az ürəkşəkillidir, tam kənarlı, iri dişlidir və yaxud düzgün olmayan hissəyə bölünmüşdür, əsasən damarlar boyunca tüklüdür. Çiçəkləri mürəkkəb qalxanvari qoltuq çiçək qrupunda toplanmış və çoxsaylıdır. Çiçək yanlığının yarpaqcıqlarının uzunluğu 1 sm-ə qədər olub, ağ və yaxud sarımtıl rəngli, uzunsov, küt, hər iki tərəfdən sıx ağ keçə-tüklüdür. Toxumlarının uzun lələkli-tüklü sütuncuğu vardır. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Ekologiyası == Əsasən meşənin aşağı hissələrində, aşağı dağ qurşağı meşələrində, kolluqlarda, çəpərlərin dibində və çay sahillərində rast gəlinir. == Azərbaycanda yayılması == Azərbaycanda Samur-Şabran ovalığında, Böyük Qafqazın şərqində və qərbində, Qubada, Alazan-Əyriçay ərazilərində yayılmışdır.
Şərq ağəsmə
Dağ ağəsməsi
Dağ ağəsməsi (lat. Clematis montana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Əfqanıstanı, Pakistanı, Hind-Çini və Tayvanı əhatə edir. Avropada və Şimali Amerikada mədəni şəraitdə geniş yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 8 m-dək olan oduncaqlı lianadır. Yarpaqları çox vaxt üçər, qısa saplaqlı, uzunluğu 3-10 sm, ucu biz, kənarları dərin dişli, bəzən kənarları bütöv, çılpaq və ya təxminən çılpaq yarpaqcıqlardan ibarətdir. Çiçəkləri 1-5 ədəd dəstələrdə, əsasən ağ, diametri 3,5-5 sm, nazik, uzunluğu 5-10 sm olan çiçək saplaqlarında yerləşir. Kasayarpaqları ellipsvari və ya uzunsov, üst tərəfi zəif tükcüklü, erkəkcikləri sarıdır. Toxumcaları çılpaq, uzunluğu 7 mm, eni 4-4,5 mm, lələkvari olub, uzunluğu 5 sm-dəkdir. Mayda çiçəkləyir.
Jakman ağəsməsi
Jakman ağəsməsi (lat. Clematis jackmanii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada və Şimali Amerikada mədəni şəraitdə geniş yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 3 m-dək olan oduncaqlı lianadır. Yarpaqları cüt olmayan-lələkvari, 3-5 yarpaqcıqlı, gövdənin yuxarı hissəsində çox vaxt sadədir; yarpaqcıqları yumurtavaridən enli-yumurtavariyədək, alt tərəfi əsasən zəif tükcüklüdür. Çiçək saplaqları nazik, mərkəzində 2 yarpaqvari çiçək altlıqlıdır. Çiçəklərin diametri 10-14 sm, əsasən 3 ədəd, enli açılmış, tünd bənövşəyi və ya təxminən çəhrayıdır. Kasayarpaqları əsasən 4 ədəd, əks-enliyumurtavari; erkəkcik saplaqları çox vaxt qısa və ya qeyri-bərabər uzunluqda, bəzən alt tərəfdə tükcüklüdür. Mayda - sentyabrda çiçəkləyir. Meyvələri uzun burunludur.
Mancuriya ağəsməsi
Mancuriya ağəsməsi (lat. Clematis mandshurica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Şərq ağəsməsi
Şərq ağəsməsi (lat. Clematis orientalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Оrtа Аsiyаdа, Аvrоpаdа, Qаfqаzdа, Mоnqоliyаdа, Çində təbii halda yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4–6 m оlаn, yаrımоduncаqlаşmış liаnаdır. Gövdəsi sаrmаşаn, buğumlu, bəzən qırmızımtıldır. Yаrpаqlаrı аçıq bоz-yаşıl, lələkvаri bölünmüş, cоd, fоrmа və ölçüsünə görə müхtəlifdir. Yаrpаqlаrın qоltuqlаrındа süpürgə-vаri çiçək qruplаrındа, uzunluğu 4-10 sm оlаn nаzik çiçək sаplаqlаrı yеrləşir. Çiçəkləri tüklü, sаrımtıl, diаmеtri 5-7 sm оlub, kаsаyаrpаqlаrı 4 ədəd, sаrımtıl, bəzən üstdən qırmızımtıl, hər iki tərəfdən qısа tüklü, uzunsоv-nеştərvаri və yа еnsiz yumurtаşəkilli-nеştərvаri оlub, uzunluğu 1,5-2,5 sm-dir. Еrkəkciklərin sаplаqlаrı bünövrədə еnli, tüklüdür. İyun-аvqust аylаrındа çiçəkləyir.
Ağəsməyəbənzər kodonopsis
Ağəsməyəbənzər kodonopsis (lat. Codonopsis clematidea) - kodonopsis cinsinə aid bitki növü.
Ağəsməyəbənzər zəravənd
Ağəsməyəbənzər zəravənd (lat. Aristolochia clematitis) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Ağəhməd
Ağəhməd Tiflis əyalətinin Ağcaqala nahiyəsində bir oymağın (tayfanın adı). == Toponimkası == Ağəhməd - Tiflis əyalətinin Ağcaqala nahiyəsində bir oymağın (tayfanın adı).Mənşəcə Təkəli elinin bir qoludur. Bu el (mənbədə "oymaq" kimidir) Məhanə, Şimali, Sayatlı və Kiçik Sayatlı camaatlıqlardandır.
Kəsmə
Kəsmə - Naxçıvanda və Gəncəbasarda geniş yayılmış ən qədim rəqslərdən biridir. Musiqisi sadə, lakin maraqlıdır. Komik rəqslər silsiləsinə daxildir. Onu ancaq kişilər ifa edirlər. Rəqs üçün atılma, tullanma, şıdırğı vurma, sıçrama hərəkətləri səciyyəvidir. İfaçı onu mümkün qədər məzəli tərzdə oynamağa çalışır. “Kəsmə” Naxçıvan Muxtar Respublikasının bütün rayonlarının toy şənliklərində ifa olunan qədim rəqslərdəndir.
Arəstə Baxışova
Arəstə Kərim qızı Baxışova (4 may 1989; Xaçmaz, Azərbaycan SSR – 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib. Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı. == Hərbi xidməti == Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi. Arəstə Baxışova oktyabrın 23-də şəhid olub.
Ağəsnək vaxtsızçiçək
Ağəsnək vaxtsızçiçək (lat. Colchicum liparochiadys) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.
Üzümyarpaq ağәsmә
Öcəşmə
Öcəşmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyun iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-biriniə öcəşmək (sataşmaq) məqsədilə bu oyunun sözlərindən (öcəşmədən) istifadə edirlər. == Oyunun qaydaları == . Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır.
Abeşe
Abeşe (fr. Abéché, ərəb. أبشي‎) — qədim Ouaddai krallığının köhnə paytaxtı olmuşdur. Çadın şərqində indiki Ouaddai regionunda yerləşir və Sudanla sərhəddi var. Maşın ilə paytaxt Ncamenadan 2 günlük məsafədədir. 2012-ci il məlumatına əsasən əhalisi 76 492 nəfərdir..
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Çeşme
Çeşmə (İzmir)
Çeşmə
Çeşmə (İzmir)