Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağbuğa
Abuta
Abuta (lat. Abuta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinə aid bitki cinsi.
II Ağbuğa
II Ağbuğa (1407 – 1451) — Mesxetiyanın 9-cu atabəyi idi. 1446-cı ildə IV Vaxtanqa Cahanşah qarşısında yardım etmiş, onun ölümündən sonra isə atasının başladığı üsyançı siyasəti davam etdirmiş. Yenicə gürcü taxtına çıxmış olan VIII Georgiyə qarşı mübarizəyə başlamışdı. Hətta öz müstəqil kilsəsini qurmuşdu. 1451-ci ildə yerinə onun siyasətini davam etdirən II Kvarkvare gəldi.
I Ağbuğa
I Ağbuğa — Əmir Teymurun Gürcüstana yürüşü zamanı yaranan xaos vaxtı hakimiyyətə gəlmişdi. Babası II Bekanın qanunlarına öz qanunlarını da əlavə etmişdi. 1394-cü ildə Əmir Teymurun ordusuna qarşı vuruşmuş, sonrakı il ölmüşdü.
Abutua
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Akbuğa
Albula
Albula (lat. Albula) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinə aid heyvan cinsi.
Anbuba
Anbuba — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Anbabu Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. BəŞərü çayının sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Anbobu, Anbubu, Anbobo variantlarına da təsadüf olunur. 1917 və 1961-ci illərdə Ambu Şəklində qeydə alınmışdır. Talış dilində ambu "anbar" deməkdir. == Tanınmış şəxslər == === Şəhidləri === Kənan Hacıyev (2001–2020).
Arabuta
Arabuta (port. Arabutã) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4223 nəfərdir. Ərazisi 132,232 кm²-dir. Əhalinin sıxlığı 31,9 nəfər/кm²-dir.
Arbuğa
Ağbaba
Ağbaba mahalı — Qərbi Azərbaycan ərazisində mahal. Ağbaba — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ağbaba dağı — Qars vilayətinin Qars qəzasında, Ağbaba — Şörəyöl bölgəsində, indi Qızılqoç (Qukasyan) rayonu ərazisində dağ. Ağbaba — Kəlbəcər rayonunun şərq hissəsində, Qarabağ silsiləsində dağ.
Ağbulaq
== Yaşayış məntəqələri == Azərbaycan kəndləri Ağbulaq (Xocavənd) Ağbulaq (Edilli, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Gavahın, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Ağbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Ağbulaq (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunun Sarıbaba kəndin əvvəlki adı. Ağbulaq (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Ağbulaq (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Ağbulaq (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd.
Ağqula
Ağqula - Manas dastanında adı çəkilən əfsanəvi at. Manas Xanın ən əhəmiyyətli və birinci sırada gələn atıdır. Fövqəladə xüsusiyyətləri vardır, çox görkəmli və ağıllıdır, sahibinə sadiqdir, döyüşlərdə onunla birlikdə düşmənə vəziyyəti anlayaraq və istəyərək hücum edir. Ehtiyac olduqda Manas Xana köməkçi olar. == Etimologiya == Ağ və Kula sözlərinin mürəkkəb halıdır. Ak sözcüyü ağ rəngi ifadə edir. Kula, gövdəsi tünd sarı, quyruğu, qıç tükləri və yelesi qara olan at deməkdir. Kula sözcüyü mənşə olaraq anlamaq və yuxarı sıçramaq mənalarını da daşıyır.
Canbuta
Canbuta — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2017-ci ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2017-ci ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2018-ci ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Vaqif Özbək oğlu Orucovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib. 2019-cu ildə isə alətin son variantı ərsəyə gəlib.
Əlbuta
Əlbuta — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2014-cü ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. Əlbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "əl"- Əlilicanzadə soyadının ilk iki hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb. Qorxmaz Əlilicanzadə 2014-cü ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2015-ci ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Məzahir Sadıq oğlu Həsənovdur. Alət üzərində 3 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Albuca
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Albuka
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Abuca
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir. Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005). == Tarixi == Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Ağbat
Ağbat — Arsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı. Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. == Tarixi == Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada). Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth" sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var. Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur.
Düzkənd (Ağbaba)
Düzkənd (1991-ci ildən Alvar) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən Qars vilayətinin Qars qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. == Tarixi == Rayon mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "eniş, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən düz sözü ilə qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib "Alvar" qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.
Kefli (Ağbaba)
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, sonra Basar-Keçər rayonunda. indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə qədər Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Ssoveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilərək Kakavasar qoyulmuşdur. İkinci Qoşabulaq və Qırxbulaq da adlanmışdır. 1978-ci ildə kənd ermənicə Kanasavar adlandırılmışdır. Əsli Kavlı.
Korbulaq (Ağbaba)
Korbulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki. Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni dilinə kalka edilərək Korağbyur (Korbulaq) formasında mənbələrdə işlədilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Saxkaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Tsizavet qoyulmuşdur. == Toponimi == Toponim Azərbaycan dilində "gözü görünməyən, suyun çıxdığı yer görünməyən", "yarıda quruyan", "yerin səthinə başqa yerdən çıxan" mənasında işlənən kor sözü ilə bulaq sözündən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyni adlı bulağın adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Güllübulaq (Ağbaba)
Güllübulaq — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. == Tarixi == Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. == Toponimi == Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir. Hidrotoponimdir.
Mentha arguta
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Agusta
Agusta, vertolyot və təyyarə mühərrikləri istehsal edən bir İtaliya şirkətidir. Şirkət son dəfə Türkiyə Silahlı Qüvvələrinin 50 helikopterlik tender layihəsini qazanmışdır.
Aqarta
Aqarta — Tibet və Mərkəzi Asiya mədəniyyətlərində qeyd olunan Asiyada yerləşən sıra dağlardakı əfsanəvi yeraltı dünyası. Aqartaya məxsus tunellərin ABŞ, Braziliya və Türkiyədə yerləşdiyi irəli sürülür. Aqartaya inanan insanların düşüncələrinə görə aqartalılar bizdən daha yüksək texnologiyaya sahibdirlər və UFO-ları da əslində onlar hazırlayıblar. Həmçinin Hitler bu mövzu üzrə araşdırmalar etmişdir. == Yaranışı == Aqarta teosoflara görə Mu və Atlantidadan köç edən rahiblər tərəfindən qurulub və sonralar gizli qalmaq üçün dağ və mağaranın içərilərinə çəkilmişdir. Bəziləri Aqartaya qarşı qurulmuş Şambala adlı varlığın mövcudluğunu irəli sürsələr də Aqartanın Tibet mədəniyyətindəki digər adı Şambaladır.