Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağyarpaq qovaq
Ağcaqovaq — (lat. Populus alba L.) — Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Üçyarpaq oxyarpaq
Üçyarpaq oxyarpaq - (lat. Sagittaria trifolia L.) — IUCN Qırmızı Siyahısına görə növün “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir. Azərbaycanda az rast gəlinən, nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik 20-50 sm hündürlükdə ot bitkisidir. Kökümsovu kökyumrulu zoğlar əmələ gətirən topaşəkilli ipvari köklüdür. Yarpaqları oxvari, üçbucaq və ya uzunsov-üçbucaq formalı sivri ayalı, ensiz üçbucaqlı, sivriləşmiş dilimlidir. Ləçəkləri ağ rəngdə olub, qaidəsində tünd – qırmızı, ləkəsizdir. Erkəkciklərin tozcuqları sarı rəngdədir. Meyvəcikləri düzgün olmayan üçbucaqlıdır, yan tərəflərdən bərk sıxılmışdır, üst və alt tərəfdən enli qanadlıdır, təpə hissədə qısa əyilmiş buruncuqludur == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır.
Ağdaraq
Ağdaraq (Ərdəbil)
Ağyataq
Ağyataq (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Ağyataq (dağ) — Kicik Qafqazda, Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində dağ.
Yarpaq
Yarpaq — bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqan. Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməsi ilə bağlı olaraq yarpağın biçimi dəyişilə bilər. Yarpaqda üzvi maddələr yaranır ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir bölümünü də ehtiyat qida halında bəlli orqanlarda toplanır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada işlənə bilir. Yarpaqların əlavə köklər yaratma xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ çoxaldırlar. Saplağı olan yarpaqlara "saplaqlı", saplaqsız yarpaqlara "oturaq yarpaqlar", saplağın və yarpağın alt qaidəsinin genələrək gövdəni novça kimi tutduğu yarpaqlara isə "qın yarpaqlar" deyilir. Yarpağın əsas və gözə çarpan hissəsi onun köhnəlmiş hissəsidir, buna "yarpaq ayası" deyilir. Bitkilərin bir çoxunda yarpağın dibində çıxıntı olur ki, o "yarpaqaltlığı" adlanır. Beləliklə yarpaqlar iki yerə ayrılır: Bəsit yarpaqlar Mürəkkəb yarpaqlar == Hüceyrəvi quruluşu == Yarpağın hüceyrəvi quruluşu dedikdə yarpağın daxili quruluşu nəzərdə tutulur.Daxili quruluşa(yarpaqda) ağızcıqlar,yarpaq damarları aiddir.
Ağtorpaq (Xoy)
Ağtorpaq (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması haqqda məlumat yoxdur.
Daryarpaq dəvəqıran
== Təbii yayılması: == Türkiyədə təsvir edilmişdir. == Botaniki təsviri: == 2,5-5 sm hündürlüyündə olan alçaqboylu kolcuqdur. Yarpaqları xırda, dairəvi, qalın, oturaq, pərdəvari yarpaqaltlığı tünd yaşıl, ətli, dərivari, neştərvarı-xətvarı və ya xətvari, uzunluğu 1,5-4 sm, eni 1,5-3 mm-dir. Çiçəkləri buğumları olan qısa çiçək saplağında yerləşməklə iki-iki və ya üç-üç, ağ pərdəvari yarpaqaltlığı qoltuqdan çıxır və dalğavari oxa malik olan sünbülvarı salxım əmələ gətirir. Çiçəkyanlığı bəsit, tökülməyən, 4-5 bölümlü, 2 xarici hissəsi xırda, meyvələrdə aşağı qatlanır, daxili hissələri isə daha iridir. Erkək çiçəkləri 6 və ya 8, qaidə hissələri bitişərək vəzili halqa əmələ gətirir. Yumurtalığı üst, biryuvalı, birtoxumlu, mərcivari, basıq və ya üçtilli, sərbəst və ya qaidə hissələri bitişik olan, 2-3 qısa başcıqvari, dişicik ağızlıdır. Çiçəkyanlığı ağ, çəhrayı-qırmızı və ya çəhrayı rəngli, sonralar kənarları qonurlaşır. Fındıqcığı üçtilli, tilləri küt, şişuclu, çılpaq, qara və ya boz, hamar və parlaqdır. Aprel-may aylarında çiçəkləyir.
Daryarpaq iydə
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Daryarpaq mahmızlalә
Daryarpaq mahmızlalә (lat. Corydalis angustifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-15 (20) sm, gövdəsi sadə və ya nazik tək budaqlı çoxillik ot bitkisidir. Kök yumruları kiçikdir, diametri 7-15 mm olub, şarşəkillidir, bərkdir və boz-qonur rəngdədir. Yarpaqlarının sayı 2 ədəddir, kifayət qədər uzun saplaq üzərində yerləşmişdir, uzunsov-xətvari dilimləri olan, ikiqat üçərdir. Çiçəkləri qısa, seyrək, azçiçəkli salxımda toplanmışdır. Çiçəkaltlığı üç bölümlüdür. Çiçək tacı ağ və ya tutqun-sarı rəngdədir, uzunluğu 20-23 mm-dir; mahmızları kifayət qədər nazikdir, düz və kütdür. Qutucuq xətvaridir, uzunluğu 25 mm-ə qədərdir, 2-3 dəfə çiçək saplağından uzundur. Aprel ayında çiçəkləyir.
Oxyarpaq sarmaşıq
Oxyarpaq sarmaşıq (lat. Convolvulus scammonia) - sarmaşıq cinsinə aid bitki növü.
Tamyarpaq ağəsmə
Tamyarpaq ağəsmə (lat. Clematis integrifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Üçyarpaq jenşen
Üçyarpaq jenşen (lat. Panax trifolius) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü.
Üçyarpaq ponsirus
== Ümumi yayılması == Mərkəzi Çində və Himalayda yayılmışdır. == Botaniki təsviri == Yarpaqlarını tökən, çadırvari çətirə malik tikanlı kol, yaхud ağacdır. Budaqlarının qabığı yaşılımtıl-bozdur. Zoğları yaşıl, çılpaq, künclü və tikanlıdır. Üçər yarpaqları növbəli düzülüşlü, saplaqları qanadlıdır. Yarpaqcıqları oturaq, tərs yumurtavaridir. Aprel-may aylarında çiçəkləyir, meyvələri oktyabrda yetişir. Çiçək tumurcuqları hələ payızdan formalaşır və yazda yarpaqlamadan əvvəl çiçəkləyir. Çiçəkləri ağ olub, tikanların əsasında yerləşir. Meyvələri yumru, çoхtoхumlu giləmeyvədir, ətirlidir, yetişəndə qızılı-sarı rəng alır.
Üçyarpaq pteleya
== Ümumi yayılması == Şimali Amerikada - Ontorio və Nyu-Yorkdan Floridaya, Şimal-qərbi Minnesatiyaya qədər yayılmışdır. == Botaniki təsviri == 6–8 m-ə qədər hündrlükdə şarşəkilli çətirə malik ağacdır. Gövdəsinin qabığı tünd boz rəngdə olub, üzəri ziyilli şişlərlə örtülüdür. Cavan budaqları qabaqca yaşımtıl, ikinci il qırmızı-qonur rəngdə olur, seyrək tükcüklüdür. Yarpaqları üçər, yarpaqcıqları uzunsov-ellipsvarı və ya yumurtavari, 6-12 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan azca yaşıl rəngli olub, çılpaqdır. Yarpağın saplağının ümumi uzunluğu yarpaqcıqların uzunluğuna bərabərdir. Çiçəkləri 1 sm-ə qədər diametrdə olan ellipsvarı və ya bəzən tərs lansetvarı, yaşılımtıl-ağ rəngli ləçəklərə malikdir. Kasacıq 1–2 mm uzunluqda uzunsov və ya yumurtavarı dilimlidir. İyun-iyul aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabrda yetişir.
Üçyarpaq suyoncası
Üçyarpaq suyoncası (lat. Menyanthes trifoliata) — suyoncası cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Üçyarpaq yonca çoxillik ot bitkisi olub, su-bataqlıq bitkisidir. Kökümsovu uzun və sürünəndir. Kökümsovun zirvəsi azacıq qalxmış, üç hissədən ibarət qovuşuq uzun saplaqlı yarpaqlardan ibarətdir. Saplağın uzunluğu 20 sm, əsası genişlənmiş və uzun zarlı qını vardır. Yarpaqları bütövkənarlı, çılpaq, tərsyumurtaşəkilli və ya ellipsşəkillidir. Yazda çiçək oxunun uzunluğu 30 sm olur. Çiçəkləri tutqun-çəhrayı olub, diametri 1 sm-ə qədərdər. Çiçəklərdə toplanmış sıx fırçanın uzunluğu 3–7 sm-dir.
Üçyarpaq səhləb
Üçyarpaq yonca
Daryarpaq alma
Daryarpaq alma (lat. Malus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Daryarpaq pirakanta
Daryarpaq pirakanta (lat. Pyracantha angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi Çindir. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, budaqları iynəli koldur. Yarpaqlarının uzunluğu 5 sm-ə qədər olub, ensiz-uzunsovdur, əsasən, küt uclu, kənarları bütöv, üstü əvvəlcə tüklü olub, sonradan çılpaqlaşır. Çiçəklərinin diametri 0,8 sm-dir və ağ rənglidir. Meyvələrinin diametri 0,6-0,8 sm olub, şar şəkillidir, narıncı və ya qırmızı rəngdədir. Toxumla çoxaldılır. == Ekologiyası == Quraqlığa davamlı, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.
Ağdaraq (Meşkinşəhr)
Ağdaraq (fars. اق درق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (42 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Şərqi Meşkin kəndistanında, Meşkinşəhrdən 15 km şimal-şərqdədir.
Ağyanaq susüpürən
Ağyanaq susüpürən (lat. Sterna repressa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ağyataq (Kəlbəcər)
Ağyataq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.Kənd adını eyniadlı civə yatağı olan dağdan almışdır.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələrii tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı çox yüksəkdir. Bu əraziyə bəzən də "Yağ yataq" deyirlər. Kəndin ərazisində "Ağ yataq" adlanan mineral filiz yatağı sahəsi də var. Kəndin adı buradan götürülmüşdür. == Yaylaqlar == Qaraqayanın boynu yurd, Hacıalılar yurdu, Kəlgönnənən yurd, Eyvanın başı yurd, Ağdaşlar yurdu, Sarltopal yurdu, Qaçaydüşən yurd, Dincdərə yurdu, Qazax Alının yurdu. == Bulaqlar == Novlu bulaq, Ağdaşların bulağı, Salehin bulağı, Kərttənkələzli bulaq, Bənövşəli bulaq, Ağ bulaq, Yağlı bulaq, Portport bulaq, Göy bulaq, İsmayılın bulağı. == Məşhur yerlər == Ayıçiləsi, Kəklikli qaya, Dana güneyi, Xımılı, Sarıqaya, Buzovuçan, Qaraquşun qayası, Darlar, Körpüdaş, Göbələk daş, Çalaçökək, Buğa vurulan, Məhəmmədin çöpü, Kəvənliyin dərəsi, İlanlı qaya, Topağac, Sarıyoxuş, Məmmədvəlinin dam yeri, Sarıtopal, Qulu bəy kümbəzi.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Sonuncu yarpaq
“Sonuncu yarpaq” (ing. The Last Leaf) - amerikalı yazıçı O. Henrinin “Yanan Çıraq” seçilmiş hekayələrindən bir novella. == Məzmun == Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikiri haqqında ona danışır.
Yarpaq dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.