AĞARMAQ

f.
1. Ağ olmaq, ağ rəng almaq. Divarlar əhənglənəndən sonra yaxşı ağardı. Kətan yuyulduqca ağarar.
2. Qarla örtülmək, qar basmaq.
Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. M.İbrahimov.
Ağarıbdır düzlər, çöllər; Buz bağlayıb çaylar, göllər. M.Seyidzadə.

3. Görünmək, öz ağlığı ilə nəzərə çarpmaq (ağ şey haqqında). Dağların başı ağarır. Uzaqdan bir şey ağarır.
– Sadə izlər belə yox daşlarda; Ağ dumanlar ağarır qaşlarda. S.Vurğun.

4. Yuyulub təmizlənmək, silinib təmizlənmək, parıldamaq, rəngi açılmaq. Çəngəlbıçaqlar sürtüldükdən sonra ağardı.
5. Saç və saqqala dən düşmək; çallaşmaq. Başı ağarmaq. Saqqalı ağarmaq.
– Ağardı muyi-sər, qəddin xəm oldu, taqətin getdi; Sənə layiq deyil, Seyyid, belə məşuqəbaz olmaq. S.Ə.Şirvani.

6. Rəngi getmək, solmaq, bozarmaq. Parça yuyulan kimi ağardı. Gündən paltarım ağardı.
7. Açılmağa başlamaq; dan yeri sökülmək, işıqlanmaq.
Gözü üfüqə sataşanda səmanın ağardığını hiss etdi. Mir Cəlal.
Şərq üfüqləri ağarmağa başlayırdı. M.İbrahimov.

8. İrinləyib yetişmək (yara, çiban).
9. Yetişib vaxtı ötmək.
…Gömgöy olan bir taxıl, görürsən bir gün çallayıb, bir gün ağarır, vağanıyır, bir azdan tökülür, çürüyür. S.Rəhimov.

10. məc. Üzünün rəngi qaçmaq (qorxudan).
Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. M.S.Ordubadi.

Синонимы

  • AĞARMAQ 1. AĞARMAQ, BƏYAZLANMAQ (ağ rəng almaq) 2. AĞARMAQ (saç, saqqal və başa dən düşmək) O, indi artıq qocaldığından saçı, saqqalı ağarmış, çalışmaq qabili

Антонимы

  • AĞARMAQ AĞARMAQ – BOZARMAQ Ağ dumanlar ağarır qaşlarda (S.Vurğun); Rəngi bozarmışdır, baxışları sərt (S.Vurğun)
AĞARMA
AĞARMIŞ

Значение слова в других словарях

ка́дий субъе́ктный экосфе́ра заки́дывать лу́нный некраси́вость обса́дка обха́ивать растре́скаться среаги́ровать бодрый букля Офирская тыкола adrift entrepôt gyrostabilizer multiple star panzer pronograde punk rudder виртуозность онкологический подсчитать