Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abacus (jurnal)
"Abacus" — Sidney Universitetinin Mühasibat Fondu adından "Wiley-Blackwell" tərəfindən nəşr olunan rüblük elmi jurnal. 1965-ci ildə yaradılmışdır. Baş redaktori Stüart Cons və Balcit K. Sidhudur. "Journal Citation Reports"a görə, jurnalın 2021 impakt faktoru 2.060-dır.
Tabacus
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Astacus astacus
Enlibarmaq çay xərçəngi (lat. Astacus astacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü. Enlibarmaq çay xərçənginin bədəni iki hissədən ibarətdir. Onlar baş-döş və qarıncıq adlanır. Çay xərçənginin tənəffüs orqanları yerimə ayaqlarının dibindəki qəlsəmələrdir. Çünki onların baş döş hissəsi secilmədiyi üçün baş-döş və qarıncıqdan ibarətdir. Ayrıcinslidirlər. Ürək beşbucaqlıdır, baş-döş hissənin bel tərəfində yerləşir. Açıq qan-damar sistemi vardır. Bütün Avropa qitəsində şirin sularda yayılmışdır.
Abajur
Abajur (fr. abat-jour sözün əsl mənasında "işıqlandırma tənzimləyicisi") — lampanın ayrılmaz hissəsi, daxili dizaynda, daxili dekorasiyada istifadə olunur. Abajur gözü parlaq işıqdan qorumaq və işığın yayılma istiqamətini dəyişmək üçün işıq mənbəyinə taxılan xüsusi formalı qalpaqdır. Abajur həmçinin çırağın bəzək elementidir. Şüşə, plastik kütlə, metal, parça və s.-dən müxtəlif formalarda hazırlanır. == Tarixi == Abajur ilk dəfə Fransada iki yüz ildən çox əvvəl ortaya çıxdı və o vaxtdan bəri bir çox insanın evlərində yerləşərək bütün dünyanı fəth etdi. Qədim dövrlərdən bəri gözləri məşəllərin, şamların və daha sonra kerosin lampalarının işığından qorumaq üçün insanlar xüsusi metal qapaqlar icad edirdilər. Tədricən dizaynerlər bu dekorativ elementə xüsusi diqqət yetirməyə başladılar. Müxtəlif növ parçalardan müxtəlif formalı və çalarlı abajurlar hazırlamağa, onları saçaqlar, fırfırlar, boncuklarla bəzəməyə başladılar. İndi abajur yalnız interyerin zəruri və funksional bir hissəsi deyil, həm də estetik zövq verməyə qadirdir.
Abaris
Abaris və ya abarid (q.yun. Ἄβαρις Ὑπερβόρειος) — qədim yunan mifologiyasında Apollonun kahini. Skifiya və ya Hiperboreya ölkəsindəndir. Rəvayətə görə, o, yemək yemədən yaşamış və Apollonun ona verdiyi sehrli oxun üzərində uçmuşdur. O, bütün Yunanıstanı gəzmiş, bir sözlə xəstəlikləri sağaltmış, yemək yemədən yaşamış, Spartada tüğyan edən vəbanın qarşısını almışdır. Pifaqorçular Abarisə "Havada gəzən" deyirdilər. Bu mifik qəhrəmanın adını Herodot, Platon, Siciliyalı Diodor çəkir. == İstinadlar == == Xarici keçidlər == Ἄβαρις // Реальный словарь классических древностей / авт.-сост. Ф. Любкер ; Под редакцией членов Общества классической филологии и педагогики Ф. Гельбке, Л. Георгиевского, Ф. Зелинского, В. Канского, М. Куторги и П. Никитина. — СПб., 1885.
Alavus
Alavus — Finlandiyanın Cənub Ostrobotniya bölgəsində yerləşən şəhər. Bölgənin cənub-şərqində yerləşir. Sahəsi 1 151 46 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 11 746 nəfər təşkil edir.Alavusda kənd təsərrüfatı və meşəçilik təsərrüfatı əhalinin əhəmiyyətli bir hissəsinin fəaliyyət sahədisir və şəhərdəki sənayenin əksəriyyəti tikinti ilə bağlıdır. Alavusda ümumilikdə 324 km ərazisi olan 60 göl var.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Araxus
Araxus - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. == Toponimikası == Araxus -"Kəndin başqa adı Başköydür" 1. Azərbaycan dilindəki ara (yer) və qədim türk dillərindəki küz "payız (otlağı)" sözlərindən ibarətdir. 2. Toponim türk dillərində örək "qala" sözündən və "us" şəkilçisindən ibarətdir. Mənbədə kəndin Qatar-Göl monastrına mənsub olması qeyd olunmuşdur.
Astacus
Çay xərçəngi (lat. Astacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Baş-döş uzunsov-yumurtavari formalıdır. Rostrum nisbətən uzun olub, ucu itidir. Baş-döş zirehində qövsvari şırım aydın görünür, onun qabarıq hissəsi arxaya yönəlmişdir. Həmin şırımdan arxaya 2 dərin olmayan qəlsəmə-ürək şırımları ayrılır. Dişi fərdlərdə ilk 3 cüt ətraflar qısqaclıdır. Birinci cüt ətrafların qısqacı daha iri və kütləlidir. == Yayılması == Cinsin nümayəndələri bütün dünyada şor və sirin sularda geniş yayılmışdır. Su anbarlarında, çaylarda, göllərdə və nohurlarda yaşaya bilirlər.
Ağanus
Ağanus — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə, toponim ağ və naus (ərəbcə "məbəd" deməkdir. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir.2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunur. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhmərəmlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. == İnfrastrukturu == Ağanus kəndində işğala qədər 1 orta məktəb, mədəniyyət klubu, kitabxana, rabitə qovşağı, 2 mağaza, 1 iaşə obyekti (Turşsu), fəaliyyət göstərirdi. Ağanusda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlamış, ilk müəllim isə Türkiyədən gəlmiş Müslüm adlı şəxs olmuşdur. İlk məktəb binası isə 1928-ci ildə inşa edilmişdir. Məktəb eyni adla hal-hazırda Bərdə şəhərində yerləşir.
Babacur
Babacur - İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. == Tarixi == 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Toponimi == Mənbədə kəndin adı Baba Cələcur kimidir Mənbədə kəndin həm də "Məhəmməd kəndi" adlandığı qeyd olunur (yenə orada). Toponim Baba (ehtimal ki, şəxs adı) və mənası məlum olmayan "Cələcur" sözündən ibarətdir.
Nabalus
Nabalus (lat. Nabalus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Nabalus acerifolius Maxim. Nabalus alatus Hook. Nabalus albus (L.) Hook. Nabalus altissimus (L.) Hook. Nabalus angustilobus (C.Shih) Sennikov Nabalus asper (Michx.) Torr. & A.Gray Nabalus autumnalis (Walter) Weakley Nabalus barbatus (Torr. & A.Gray) A.Heller Nabalus bootii DC. Nabalus carrii (Singhurst, O'Kennon & W.C. Holmes) Weakley Nabalus crepidineus (Michx.) DC. Nabalus faberi (Hemsl.) Sennikov Nabalus glaucus (Raf.) DC. Nabalus leptanthus (C.Shih) Sennikov Nabalus mainensis (A.Gray) A.Heller Nabalus nipponicus Franch. & Sav.
Placus
Blumea (lat. Blumea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Placus Lour. Bileveillea Vaniot Leveillea Vaniot Blumea sect. Apterae DC. Conyza subg. Blumea (DC.) DC. ex Miq.
Tabacum
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Abrus
Abrus (lat. Abrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Baxus
Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu. == Doğulması == Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur.
Akakus dağları
Akakus dağları və ya Tadrart Akakus (ərəb. تدرارت أكاكوس‎ :Tadrārt Akākūs) — Liviyanın qərbində, Böyük Səhranın bir hissəsi olan Qat rayonunun səhrasında bir dağ silsiləsi formalaşmasıdır. Bura Liviyanın Qat şəhərinin şərqində yerləşir və Əlcəzairlə sərhəddən 100 kilometr (62 mil) şimala uzanır. Ərazidə ibtidai icmaya aid qaya təsvirlərinin zəngin bir sırası var. == Tarix == === Etimologiya === Tadrart Bərbər dilində "dağ" ın qadın formasıdır (kişi forması isə adrar-dır). === Qaya təsvirləri === Ərazi qaya təsvirləri ilə tanınır və 1985-ci ildə bu rəsm və oymaların əhəmiyyəti səbəbiylə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Rəsmlərin tarixi e.ə 12000-ci ildən başlayır 100- cü ilə qədər dəvam edərək bölgədəki mədəni və təbii dəyişiklikləri əks etdirir. Təsvirlərdə zürafələr, fillər, dəvəquşular və dəvələr kimi heyvanların, eyni zamanda kişilərin və atların şəkilləri və oymalar var. İnsanlar gündəlik həyatda, məsələn, musiqi və rəqs edərkən təsvir olunmuşdur. === Süd lipidləri === Tadrart Akakus eyni zamanda günümüzdən 7500 il əvvələ aid olan və keramika üzərində emal edilmiş süd lipidlərinin ən erkən göründüyü yerdir.
Aramus guarauna
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arbanus (Bükan)
Arbanus (fars. اربنوس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (37 ailə).
Astacus leptodactylus
Uzunbarmaq çay xərçəngi (lat. Astacus leptodactylus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü. == Təsviri == Çay xərçənginin silindrvari baş-döşü 5 baş və 8 döş buğumundan ibarətdir. Ön antenalar 2 qamçılı və bığyanı pulcuqludur. Başın ön hissəsində 2 buğumdan ibarət saplaqlı, fasetli gözlər yerləşir. Rostrum iti ucluqla qurtarır. Döşün 8 heteronom buğumu başla hərəkətsiz birləşib ümumi xitin zirehlə (karapaks) örtülüb baş-döşü əmələ gətirmişdir. Qarın yaxşı inkişaf etmişdir və baş-döşün altına bükülmür. Zireh hamar və ya qırışıqlı, qabarıqlı ola bilər. Çay xərçəngində oynaqlı ətrafların ümumi sayı 19 cütə çatır.
Astragalus malacus
Astragalus malacus (lat. Astragalus malacus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Celastrus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Daucus alatus
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Echinodorus opacus
Echinodorus opacus (lat. Echinodorus opacus) — baqəvərkimilər fəsiləsinin exinodorus cinsinə aid bitki növü.