Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ablaut
Ablaut (alm. Ablaut‎) (apofoniya da adlanır) — Müxtəlifsistemli dillərdə morfoloji üsulun növləri arasında apofonasiya hadisəsinin özünəməxsus yeri və mövqeyi vardır. Bu hadisə fonetik dəyişikliyə əsaslanaraq daha çox german dillərində müşahidə edilir. Apofonasiyanın digər bir adı ablautdur. A b l a u t (alman dilində ablaut)— səsləri morfoloji cəhətdən (kökdə sait foneminin dəyişməsi) eyni köklü sözlərdə və ya bir sözün müxtəlif formalarında səs dəyişməsi ilə şərtlənir. Məsələn, alman dilində binden — band — gebunden buna misal ola bilər. "Söz tərkibində hər hansı bir fonetik dəyişkənlik düzxətli aktdır. Fonem sisteminin yenidən qurulması, fonetik təkamül və s. mürəkkəb xarakterli amillər, bütöv reduksiyalar buna misal ola bilər. Bu zaman müxtəlif xarakterli dil əvəzlənmələri, yəni qovuşma, hissələrə ayrılma və s.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Atlant
Atlant və ya Atlas (yun. Άτλας) qədim yunan mifologiyasında titan tanrı İapetin oğlu, Prometey, Epimetey və Menetiyın qardaşı. Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.
Aylant
Aylant (lat. Ailanthus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinə aid bitki cinsi.
Abbat
Abbat (lat. abbas, ivr. ‏אבּא‏‎ — ata) — VI əsrdən Qərbi Avropa xristian ənənəsində monastrın baş keşişi, abbatlığı idarə edən. Geniş mənada, katolik kilsəsində çalışan din xadimlərini bildirir. Şərqi xristian monastrlarında Abbat iqumen vəzifəsinə uyğun gəlir. Abbat ömürlük seçilir və ya təyin edilir. Kilsə iyerarxiyasında yepiskopdan sonra gəlir. Qadın ruhanilərinə analoji olaraq abbatisa adı verilirdi. Sonrakı dövrlərdə bütün gənc ruhanilərə nəzakət xatirinə bu adla müraciət edilməyə başlandı.
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Abant
Haband — V-VII əsrlərdə Albaniyanın Arsak əyalətində mahal adı. Ermənicə yazılışda əvvəlinə "h" səsinin əlavəsi ilə "Habant" kimidir. Albaniya ərazisində erkən orta əsrlərdə iki Abant vardı. Biri Alazanın yuxarı axınında, onun Lonati çayı ilə birləşdiyi yerdə çay adı. E.ə. 65-ci ildə Roma ordusu ilə Alban ordusu arasında qanlı vuruşma bu çayın sahilində baş vermişdir. Gürcüstanın Telavi rayonununda olan bu çayın adı indi də qalmaqdadır — Abant adlanır. Digəri Yuxari Qarabagda. Axırıncı dəfə 1727-ci ilə aid mənbədə təxminən Gədəbəy rayonu Şamlıq kəndinin yaxınlığında Avan kimi çəkilir. Qədim türkmənşəli Aban tayfa adındandır.
Aksaut çayı
Aksuat (Хасаут, qaraç.-balk. Схауат) — Qaraçay-Çərkəz Respublikasında çay. Aksuat çayı bol sulu və gür dağ çayı olub Böyük Qafqazın şimal yamacı boyu axır. Aksuat Kiçik Zelençuk çayının sol qolu. == Coğrafiyası == Aksuat — Qaraçay-Çərkəz Respublikasının ərazisində yerləşən az çox bol sulu çaylardan biridir. Aksuat çayı Xasaut buzlağından qidalanır. Çayın uzunluğu 77 km, su toplayıcı hövzəsinin sahəsi isə 843 km²-dir. Aksuat çayı cənubdan şimala doğru uzanan Mıstı-Baş və Aksaut dağ silsilələrinin dərələri boyu axır. Bu silsilənin müəyyən hissəli fərqli adlarla adlandırılır: Qitçe-Teberdin, Ak, Baduk, Xajibey, Kınır-Çat, Qidam və s. Ümumən belə mürəkkəb və dərələrlə parçalanmış dağ silsiləsini Aksuat-Tiberdin adlandırmaq mümkündür.
Alpaut nahiyəsi
Alpavut nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Həkəri sancağı inzibati–ərazi nahiyə. 1593-cü ildə Osmanlı dövləti Həkəri nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir Alpavut oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri.
Atlant (mifologiya)
Atlant və ya Atlas (yun. Άτλας) qədim yunan mifologiyasında titan tanrı İapetin oğlu, Prometey, Epimetey və Menetiyın qardaşı. Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.
Nəhəng aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Uca aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Abant (personaj)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Abant gölü
Abant gölü — Türkiyədə, Qara dəniz regionunun qərb hissəsində şirinsulu göl. Boludan 34 kilometr (21 mil) cənub-qərbdə yerləşən gölün hündürlüyü 1,298 metr (4,259 ft) metr, səthi 1223 hektar, maksimum dərinliyi isə 15 metr (49 ft) qədərdir. 1,700 metr (5,600 ft) hündürlüyə qədər çatan dağlarla əhatə olunmuşdur. Göl artıq suyu şimal-qərb istiqamətində eyniadlı dərə vasitəsilə Bolu çayına axıdır. Abant gölünün gil-əhəngli yumşaq şistlər və serpantinlər arasında əmələ gəldiyinə inanılır, burada geniş çuxurlu dərə zirvəsi, ifrat yer yamacı ilə sürüşmə nəticəsində yaranan təbii bənd əsas dərəyə daxil olur. Ətrafdakı şam meşələri, təmiz suyu və içində yaşayan alabalıq ilə Abant gölü Türkiyənin ən məşhur turizm mərkəzlərindən biri hesab edilir.
Abrau gölü
Abrau — Krasnodar diyrarının ən böyük şirinsulu gölü. Abrau həm də Qafqazın ən böyük göllərindən biridir. Göl diyarın cənub-qərbində, Abrau yarımadasının alçaq dağlıq ərazisində yerləşir. Gölü Novorossiysk şəhərindən 14 km ayırır. Göl sahilində Abrau kəndi var. Təxmini ölçmələrə görə gölün dərinliyi 10-15 metr arasında dəyişir. Abrau gölünün sahəsi təxminən 0,6 - 2,0 km², sutoplayıcı sahə isə — 20,3 km²-dir == Coğrafiyası == Abrau Böyük Qafqazda sahəsinə görə ikinci şirinsulu göldür (ölçüsünə görə ən böyüyü Kezenoyam gölüdür). Gölün uzunluğu —3100 metr, eni 630 metr, dərinliyi — 10,5 metr, sahəsi isə— 1,6—1,8 km²-dir. Sutoplayıcı sahəsi — 20,3 km². Maksimal dərinlik son yüz ildə 30 emtrdən 10,5 metrə düşüb.
Abrau yarımadası
Abrau yarımadası — öz növbəsində cavan alçaq dağlıq olaraq ovalvari formaya malikdir və Qara dənizin daxilinə doğru uzanır. == Coğrafiyası == Yarımadanın təbii sərhədləri Anap buxtası, Qara dəniz və Semes buxtasıdır. Şərq hissədən sərhəd kimi Semes və Naskaqa çaylarının yatağını götürürlər. Yarımadanın sərhədindən Utriş çatı keçir. 5-7 min il öncə neydana gəlmişdir. Ərazisi aktiv zəlzələ zonasında yerləşir. Burada zəlzələnin güçü 8 bala çatır. Abrasiya sayəsində yarımada ırazisində iki yeni yarımada firmakaşır:Böyük Utriş və Kiçik Utriş. Yarımada ırazisində maksimal hündürlük 548,6 metrdir (Aryol). Digər zirvələr: Saxarnaya Qalava 540,0 m, Kobıla 531,6 m, Koldun 440 m, Şaxan 363,0 m.
Aleut adaları
Aleut adaları (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxipelaq. Adalar Berinq dənizinin cənub sərhəddidir. ABŞ-nin Alyaska ştatının tərkibindədir. == Coğrafiyası == Arxipelaq 110 adadan və çoxlu qayalardan ibarətdir. Ümumi sahəsi 17,7 min km²-dir. Arxipelaq 5 qrupa bölünür: 1) Near adaları - Attu adası, Aqattu adası və Semiçi adaları. 2) Siçovul adaları- Buldır, Kıska, Balaca Kıska, Sequla, Siçovul, Xvostov adası, Piramida, Davıdov adası, Kiçik Sitkin, Amçitka, Yeddiçəkməli adalar 3) Andreyanov adaları: Qarelıy, Kanaqa, Kaqalaska, Adak, Tanaqa, Atka adası, Amlya, Siquam və s. 4) Dörd Dağ adaları: Amukta, Çaqulak, Yunaska, Qerbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları. 5) Tülkü adaları: Unimak, Akutan, Unalaşka, Umnak və Din xadimi adası.
Aleut burnu
Aleut burnu — Rusiya, Primorsk diyarı ərazisində yerləşən burun. == Adı == Burun öz adını 7 noyabr 1877-ci ildə Yaponiya sahillərində qəzaya uğramış «Aleut» şxunundan almışdır. == Coğrafiya == Burun Minonosok buxtasının cənub-şərqində yerləşir. Böyük Pyotr körfəzi, Poset körfəzinin qərbində yerləşən Reyd Pallada buxtasına doğru uzanır.
Aleut dili
Aleut dili və ya Unangan dili (öz dilində olan adı: Unangam Tunuu) – Amerika Birləşmiş Ştatlarında Alyaska ştatının Aleut adaları ilə Pribilof adalarında və Rusiya Federasiyasının Kamçatka diyarına bağlı Komandor adalarında Aleut xalqı (Unangan xalqı) tərəfindən danışılan və Eskimos-Aleut dil ailəsinin iki qolundan birini təşkil edən dil. == Dialektləri == Dialekt və etnosları: Uzak Qərb Aleutçası Sasignan Aleutçası (öz adı Sasignan; Doğu lehçesinde Sasxinan; Batı lehçesinde Sasxinas; İngilis dilində Attuan): Attu, Agattu, Semichi adalarında danışılır. Rus Aleutçası (öz adı Kasakam Unangangis 'Rus Aleutları'; İngilis dilində Copper Island Aleut; Rus dilində медновский язык): Rus dili bazlı Sasignan kreolü olup Rusiya Federasyonuna bağlı Komandor adalarında (Остров Беринга и Медный Остров) danışılır. Orta Qərb Aleutçası (öz adı Aliguutax̂; İngilis dilində Atkan, Western Aleut) Naahmiĝus: Delarof (Amatignak, Tanaga) adalarında yaşayırlar. Niiĝuĝis: Andreanof (Kanaga, Adak, Atka, Amlia, Seguam) adalarında yaşayırlar. Şərq Aleutçası (İngilis dilində Eastern Unangan, Eastern Aleut) Akuuĝun ya da Uniiĝun: Four Mountains (Amukta, Kagamil) adalarında yaşayırlar. Qawalangin: Fox (Umnak, Samalga, Unalaska'nın batısı) adalarında yaşayırlar. Qigiiĝun: Krenitzen (Unyalaskanın doğusu, Akutan, Akun, Tigalda) adalarında yaşayırlar. Qagaan Tayaĝungin: Sanak (Unimak, Sanak) adalarında yaşayırlar. Taxtamam Tunuu: Belkofskide danışılır.
Aleut susüpürəni
Aleut xalqı
Aleut xalqı və ya Unangan xalqı (öz dilində olan adı: Unangax̂ tək, Unangax iki, Unangan cəm/şərqi, Unangas cəm/qərbi ) — aborigen xalqlarından olan bu xalq Aleut adaları, Komandor adaları, ABŞ (Alyaska), Rusiya (Kamçatka) ərazisində yaşayan qədim etnos. İrq və xarici görünüşə görə Eskimoslara bənzəsələrdə, bu iki xalqın dili və mədəniyyətləri ayrı-ayrıdır. == Tarixi == Aleutlar XVIII əsrə kimi Avopalı və ya digər xalqlarla heç bir əlaqə qurmamışlar. XVIII əsrdə avropalılara dünyada belə bir xalqın yaşadığı məlum deyildi. Bu dövrə qədər Aleutlar İqlo adlı buzdan hazırlanan evlərdə yaşayır və əsasən balıqçılıqla məşğul olurdular. Aleutlar əsas fəaliyyətləri balıqçılıq olduğundan, onlar günü bu gündə mahir balıq ovcuları hesab olunurlar. Əsasən balina, suiti və müxtəlif növ balıqlar ovlanmışdır. Daha sonralar Aleutlar quruda yaşayan bəzi heyvanları, maral, tülkü və ayı ovu ilə vəziyyətlərini xeyli yaxşılaşdırmış və yeni ov etmə üsulları mənimsəmişlər. 1750-ci illərə kimi yəni ruslar adaya gələnə qədər, Aleutlar öz sakit həyatlarını yaşayırdılar. Əslində ruslarla ilk təmaslar çox uğurlu olmuşdur, Aleutlar ruslara yeni ov etmək üsullarını öyrətmiş, bunun əvəzində isə ruslar özləri ilə gətirilən bəzi ədviyatları Aleutlara vermişlər: Sea otter hunters.
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
Emili Blant
Emili Oliviya Laura Blant (ing. Emily Blunt; 23 fevral 1983[…]) — Böyük Britaniya aktrisası. 23 fevral 1983-cü ildə Londonda anadan olmuşdur. 2006-cı ildə "Gideonun qızı" televiziya filmində ifa etdiyi 2-ci plandakı roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Mark Blauq
Mark Blauq (ing. Mark Blaug; 3 aprel 1927, Haaqa – 18 noyabr 2011, Dartmut[d], Cənub-Qərbi İngiltərə[d]) — hollandiyalı iqtisadçı, tanınmış iqtisadi düşüncə tarixçisi. == Bioqrafiyası == 3 aprel 1927-ci ildə Haaqada anadan olub. 1940-cı ildə Blauq ailəsi ABŞ-yə mühacirətə gedib. Kuins Kollecindən BA (1950), MA (1952) və Nyu-Yorkdakı Kolumbiya Universitetindən PhD (1955). Dövlət xidmətində və beynəlxalq təşkilatlarda qısa müddətlərə əlavə olaraq, Yel və London (1963-cü ildən) Universitetlərində, Rotterdamdakı Erasmus Universitetində dərs deyən akademik təyinatlar var. THESIS jurnalının redaksiya heyətinin üzvü idi. Ömrünün son illərində Leydendə yaşadı və Hollandiyada, Amsterdam Universitetində və İdarəetmə və İqtisadiyyat Tarix Mərkəzinin həmsədri olduğu Erasmus Universitetində mühazirələr oxumuşdur. İngilis, holland, fransız və alman dillərini bilirdi. == Elmi töhfəsi == Mark Blauq karyerası boyunca bir sıra iqtisadi məsələlərin həllinə böyük töhfə vermişdir.
Allart van Everdinqen
Allart van Everdinqen (nid. Allart van Everdingen; 1621[…], Alkmar, Şimali Hollandiya – 1675[…], Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Skandinaviya mənzərələri ilə məşhur olan Holland qızıl dövrünün hollandiyalı mənzərə rəssamı, qravüraçı və ofort ustası. Mənzərə rəssamları Sezar van Everdinqen (1616-1678) və Yan van Everdinqenin (1600-1656) kiçik qardaşı. Utrextdə Rolant Saverey və Haarlemdə isə Piter de Molinanın (Tempesta) şagirdi olub. == Həyatı == Allart Alkmaarda notarius Peter van Everdinqen və Elizabet Laurensdr van Hoçstratenin ailəsində anadan olub. Məşhur holland tarixşünası Arnold Hubrakenin yazdığına görə, "Hollandiyalı Rəssamların və Rəssamların Böyük Teatrı"nın (De Groote Schouburgh der Nederlantsche Konstschilders en Schilderessen, 1718) tərcümeyi-hallarında təsvir olunan 1630-cu illərin sonu və 1640-cı illərin əvvəllərində o, Utrextdə Rolant Savereydən və Haarlemdə Piter de Molinadan (Tempest) dərs almışdır. 1639-cu ilin avqustundan 1642-ci ilə qədəronun adı Alkmaar şəhər xronikasında çəkilir. == Yaradıcılığı == Allart van Everdinqen qayalar, nəhəng daşlar, tutqun şam ağacları, səs-küylü şəlalələr və buludlu səma ilə dağlıq ərazilərin mənzərələrini təsvir etmişdir. Belə təsvirlər üçün material onun 1644-cü ildə Norveçə səfəri zamanı hazırladığı həyatdan eskizlər idi.