Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abraham
Abraham — ad. Abraham Foksal — ingilis futbolçu Abraham Van Helsinq — Drakula əsərinin personajı. Abraham Merritt — ABŞ yazıçısı və "Bazar" jurnalının keçmiş redaktoru. Abraham de Muavr — fransız əsilli ingilis alimi Abraham Maslau — amerika psixoloqu. Abraham Hiatsint Anketil-Düperron — fransız şərqşünası.Erix Abraham — Alman Piyada generalı.
Absalon
Absalon və ya Aksel (dan. Absalon; 1128[…], Fenneslev[d] – 21 mart 1201[…], Soryo[d]) — Danimarka dövlət xadimi, kilsə və hərbi lideri. O, Lund arxiyepiskopu, kral V Knud dövründə Danimarkanın faktiki hökmdarı olmuşdur.Absalon Danimarkanın gələcək kralı I Böyük Valdemarın tərbiyə aldığı Vide nəcib ailəsində anadan olmuşdur. Absalon və Esbern onun qardaşları idi. İlahiyyat təhsili almış və Valdemar sayəsində Roskille şəhərinin yepiskopu, daha sonra isə Roskille yeparxiyasını saxlayaraq Lund arxiyepiskopu və Skone yepiskopu olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Аксель, архиепископ // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Asalım
Asalım — İranın Gilan ostanında yerləşən şəhər. Asalım əhalisinin çoxluğunu azərbaycanlılar və talışlar təşkil edir. Asalım bəxşindəki əhalinin 70%-ni sünni-şafi inanclı Talışlar, 30%-ni isə şiə-cəfəri inanclı Azərbaycan Türkləri təşkil edir.
ASALA
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır."Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur.
Salam
Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Yəhudilər və Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. == Sözün tarixi == Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir == Yəhudilərdə Salam == Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər. İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir.
Abraham Foksal
Abraham Foksal (ing. Abraham Foxall; 1874 – 1950) — hücumçu mövqeyində oynamış İngiltərə futbolçusu. == Karyerası == 1899-cu ildə "Liverpul" komandasında "Derbi Kaunti" klubuna qarşı 1 oyunda meydana çıxmışdır, oyun "Liverpul"un 2-0 hesablı məğlubiyyəti ilə bitmişdir.
Abraham Linkoln
Avraam Linkoln (ing. Abraham Lincoln; 12 fevral 1809[…] – 15 aprel 1865[…]) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti (1861–1865). ABŞ-nin iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-də quldarlığın ləğvini təmin etmişdir. == Siyasi karyerası == 1832-ci ildə(23 yaşında) ABŞ Konqresinə seçkilərdə namizədliyini irəli sürmüş, lakin yetərli səs toplaya bilməmişdi. 1834-cü ildə(24 yaşında) bir daha namizədliyini irəli sürmüş və İllinoys ştatından Konqresin Nümayəndələr Palatasına üzv seçilmişdi. 1855 (46 yaşında) və 1858-ci (49 yaşında) illərdə Senata üzv olmaq üçün çalışsa da, hər 2 kampaniya uğursuzluqla nəticələnmişdir. Onun 1861-ci (52 yaşında) ildə hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək ABŞ-nin tərkibindən çıxdıqlarını elan etmişlər. 4 il davam edən müharibə sonda ABŞ-nin qələbəsi ilə nəticələnmişdir. Bu qələbədən 6 gün sonra 15 aprel 1865-ci (56 yasinda) ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" (Our American Cousin) tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilmişdir. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur.
Abraham Maslau
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, Nyu-York ştatı – 8 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Abraham Maslov
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, Nyu-York ştatı – 8 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Abraham Merrit
Abraham Qreys Merrit (20 yanvar 1884, Beverli - 21 avqust 1943, İndian Roks Biç) — ABŞ yazıçısı və "Bazar" jurnalının keçmiş redaktoru. Daha çox fantastik romanlara üstünlük vermişdir. == Həyatı == 1884-cü ildə Nyu-Cersi ştatının Beverli şəhərində anadan olub, daha sonra ailəsi ilə 1894-cü ildə Pensilvaniyanın Filadelfiya şəhərinə köçmüşdür. Əslində əvvəl hüquq təhsili almışdır, amma sonra jurnalistikaya yönəlmişdir. Əvvəl müxbir, daha sonra redaktor olmuşdur. Merrit 1912-1937-ci illərdə Morill Qoddardın redaktor köməkçisi olmuş, sonra 1937-ci ildən ölümünə qədər redaktor olmuşdur. O redaktor kimi Vircil Finlay və Hanz Buk kimi işçiləri cəlb etmişdir Merrit yaradacılığı boyunca 8 roman yazmışdır. Merrit iki dəfə evlənmişdir: 1910-cu ildə Elanora Ratkliff ilə və 1930-cu ildə Elanor Conson ilə. Abraham Merrit 1943-cü ildə ürək tutmasından vəfat etmişdir.
Abraham Yeravansi
Abraham Yeravansi və ya İrəvanlı Abraham (erm. Աբրահամ Երևանցի 1680 – 1740) — XVIII əsr erməni tarixçisi. Abraham Yerevansinin "1721–1736-cı illərdə müharibələrin tarixi" əsəri Cənubi Qafqaz və İran tarixini öyrənmək üçün mühüm mənbələrdəndir. Kitabda müəllifin şahidi olduğu hadisələrdən, o cümlədən 1724-cü ildə İrəvanın Osmanlı qoşunları tərəfindən tutulmasından bəhs edilir. Əsər 1938-ci ildə erməni, 1939-cu ildə isə rus dilində nəşr olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bournoutian, George A. ABRAHAM OF EREVAN // Encyclopaedia Iranica. 2002. A. J. Hacikyan, redaktorThe Heritage of Armenian Literature: From the Eighteenth Century to Modern Times. Detroit: Wayne State University Press. 2005.
Anatol Abraqam
Anatol Abraqam (fr. Anatole Abragam; doğum adı: Anatoli İzraileviç Abraqam, rus. Анатолий Израилевич Абрагам; 15 dekabr 1914[…], Dauqavpils, Vitebsk quberniyası[d] – 8 iyun 2011[…], Vitri-sür-Sen və ya Paris) — Fransa fiziki, Paris Elmlər Akademiyasının üzvü (1973). == Həyatı == Abraqam 1937-ci ildə Paris Universitetini bitirmişdir. O, maqnitizm və bərk cisim fizikası, xüsusilə nüvə maqnetizmi, bərk cismin hiper incə quruluşu, spin temperatur nəzəriyyəsi, nüvə polarizasiyası, bərk cismin qamma-rezonans spektroskopiyası sahəsində tədqiqatlar aparmışdır. Abraqam hiperincə quruluşun parçalanması nəzəriyyəsini inkişaf etdirmişdir. O, 1953-cü ildə müstəqil olaraq Overhauzer effektini müşahidə etmişdir. Abraqam proktorla birlikdə qütbləşmiş proton hədəfini əldə etmək üçün istifadə edilən dinamik nüvə qütbləşməsini kəşf etmişdir. O, 1970-ci ildə nüvə antiferromaqnetizmini və 1973-cü ildə neytronların nüvə presessiyasını kəşf etmişdir. Abraqam 1967-ci ildə Fransa Fizika Cəmiyyətinin prezidenti olmuşdur.
Erix Abraham
Erix Abraham (alm. Erich Gottfried Abraham‎; 27 mart 1895 – 7 mart 1971, Visbaden) — Alman Piyada generalı. Üçüncü Reyxin hərbi xadimi. İbrahim 1895-ci ildə Şərqi Prussiyanın Marienburg şəhərində anadan olub. Birinci Dünya Müharibəsi başladıqdan sonra hərbi xidmətə könüllü olaraq getdi və növbəti il Leutnant der Reserve olaraq istifadəyə verildi . 1920-ci ildə fəxri Oberleutnant olaraq tərxis edildi və polisə qatıldı. 1935-ci ildə mayor rütbəsində hərbi xidmətə qayıtdı . 1936 – 39-cu illərdə 105-ci Piyada Alayında piyada taburuna komandanlıq etmiş,1938-ci ildə Oberstleutnant rütbəsinə yüksəlmişdir. 1939-cu ildə 266-cı Piyada Alayına köçürüldü və yenidən bir il taburluq etdi. 1940-cı ildə 230-cu Piyada Alayının komandiri vəzifəsinə təyin edildi və 1941-ci ildə yüksəldi.1942-ci ilə qədər bu alayın komandanlığını davam etdirən Oberst 230-cu Piyada Alayına rəhbərlik etdiyi dövrdə Dəmir Xaçın Cəngavər Xaçına layiq görüldü.
Karl Abraham
Karl Abraham (alm. Karl Abraham‎; 3 may 1877[…], Bremen – 25 dekabr 1925[…], Berlin) — Almaniya psixoanalitiki. O, libidonun pregenital mərhələsinə, psixozun təhlilinə dair əsərlərin müəllifi obyekt münasibətləri nəzəriyyəsinin inkişafının əsasını qoymuşdur.O, Eygen Bleylerin rəhbərliyi altında Sürixdəki Burqholtsli klinikasında (1904–1907) işləmiş, burada Karl Qustav Yunqun ideyalarına yaxınlaşmışdır. Abraham sonra Berlində özəl praktikant kimi çalışmışdır. 1907-ci ildə Ziqmund Freydlə tanış olmuşdur. Abraham bütün həyatı boyu Freydin ideyalarına yaxın qalmış, zamanla Yunqdan uzaqlaşmışdır. O, 1910-cu ildə Psixoanalitik Cəmiyyətin Vyanadan kənarda ilk şöbəsini – Berlin Psixoanalitik Assosiasiyasını təşkil etmiş və 1924-cü ildə onun prezidenti olmuşdur. Bu təşkilat əsasında bir klinika yaradılmışdır. Bunun sayəsində Berlin psixoanalitiklərin hazırlanması üçün mühüm mərkəzə çevrilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Hilda Abraham: Karl Abraham.
Maks Abraham
Maks Abraham (alm. Max Abraham‎; 26 mart 1875[…], Qdansk, Prussiya – 16 noyabr 1922[…], Münhen) — yəhudi əsilli Almaniya nəzəri fiziki. 1897-ci ildə Berlin Universitetini bitirmiş və burada Maks Plankın köməkçisi kimi çalışmışdır. Riyazi fizika, elektrodinamika, elektron nəzəriyyə, cazibə nəzəriyyəsi sahəsində əsas əsərlər yazmışdır. 1902–1903-cü illərdə elektronun quruluşu haqqında ilk fərziyyəni irəli sürmüşdür. Elektron impuls anlayışını təqdim etmiş, elektronun elektromaqnit kütləsinin sürətdən asılılığının düsturunu vermişdir. O, 1912-ci ildə Nyutonun nəzəriyyəsini ümumiləşdirən, lakin Eynşteynin cazibə və ətalət qüvvələrinin ekvivalentliyi prinsipini nəzərə almayan cazibə qüvvəsi nəzəriyyəsini irəli sürmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Храмов Ю. А. Абрагам, Макс // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд.
Pal Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. == Əsərləri == === Operettalar === Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) === Filmoqrafiya === Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Pol Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. == Əsərləri == === Operettalar === Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) === Filmoqrafiya === Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Raymund Abraham
Raymund İohann Abraham (alm. Raimund Johann Abraham‎; 23 iyul 1933[…], Lienz[d], Tirol[d] – 4 mart 2010[…], Los-Anceles, Kaliforniya) — Avstriya memarı. ABŞ-də yaşamışdır. İşinə görə, 1970-ci illər atipik konstruktiv həllər xarakterikdir ("Üç divarlı ev", 1972).40 illik karyerası boyunca Abraham Avropa və ABŞ-də layihələr yaratmış, memarlıq əsərləri qurmuşdur. 1952–1958-ci illərdə Abraham Qraz Texnologiya Universitetində təhsil almışdır. 1959-cu ildə Vyanada bir studiya qurmuş və burada tikinti, rəsm və quraşdırma vasitəsilə memarlığın dərinliklərini və sərhədlərini araşdırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Groihofer, Brigitte (Ed.): Raimund Abraham [UN]Built. Springer, 1996 Abraham, R. (1988). Viena pálida. Madrid: AviSa.
Temmi Abraham
Kevin Oghenetega Tamaraebi Bakumo-Abraham (2 oktyabr 1997-ci il təvəllüdlü), Temmi Abraham kimi tanınan, İngiltərə Premyer Liqası klubu "Çelsi FK" və İngiltərə millisinin hücumçusu kimi oynayan, ingilis peşəkar futbolçusudur.Çelsinin bir akademiya məzunu olan Abraham, bir il sonra "Çempionşip" klubu olan Bristol Siti FK-ilə bir mövsümü icarə əsasında keçirdi, 2016-cı ildə klubda böyük debüt etdi. Orada, o, mövsümün ən yaxşı oyunçusu, mövsümün gənc oyunçusu və ən yaxşı bombardir mükafatlarını qazanaraq, bir mövsümdə bunu edən ilk oyunçu oldu.Suonsi Siti FK-da daha bir möhtəşəm mövsüm keçirdi, lakin mövsüm "Premyer Liqa"dan ayrılan klubla bitdi. Daha sonra 2018-ci ildə Aston Villa FK-na qoşuldu və 1977-ci ildən bəri klub üçün tək bir mövsümdə 25 qol vuran ilk oyunçu oldu.Abraham, 2019/20 mövsümündə Frank Lempardın ilk seçdiyi hücumçusu olaraq Çelsidə çıxış etməyə başladı. 24 avqustda "Norviç" ə qarşı oyunda, qeyd üçün Temmi cəmi üç dəqiqə oynamışdı və bununla bərabər klub üçün ilk qolunu vurdu. Abraham İngiltərə U-18 millisinin şərəfini qoruyurdu vəə Polşada 2017-ci il 21 yaşadək Avropa çempionatında iştirak etdi. Ən böyük debütünü 2017-ci ilin noyabr ayında etdi. 14 noyabr 2019-cu ildə İnglitərə - Monteneqro AVRO-2020 Seçmə Mərhələ matçında (7-0) Abrahamda 84-cü dəqiqədə fərqlənərək 4-cü milli komanda matçında ilk qoluna imza atdı.
Abraham Maslou
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, Nyu-York ştatı – 9 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Abraam Kretatsi
Abraam Kretatsi və ya Kritli Abraam (erm. Աբրահամ Կրետացի; XVII əsr, İraklion – 18 aprel 1737, Üçkilsə) — erməni katolikosu (1734–1737), tarixçisi. Əslən yunandır. XVIII əsrdə Ermənistan haqqında mənbə olan "Tarixşünaslıq" əsərinin müəllifidir. == Əsərləri == Abraam Kretatsi Səfəvi-Osmanlı müharibələri, 1734–1736-cı illərdə Ermənistan və İranın siyasi və iqtisadi həyatı, həmçinin Nadir şah ilə şəxsi görüşləri haqqında materialları özündə əks etdirən "Tarixşünaslıq" (Kəlkətə, 1-ci nəşr, 1796) əsəri ilə tanınır.
Froyla Tsalam
Froyla Tsalam (ing. Froyla Tzalam; XX əsr, San-Antonio[d]) — belizeli antropoloq və icma lideri. == Həyatı == Tsalam Toledo şəhərinin San Antonio kəndində anadan olub. Texasdakı Triniti Universitetindən antropologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun olub. Daha sonra, Susseks Universitetindən kənd inkişafı üzrə magistr dərəcəsi əldə edib.Hal-hazırda Sarstun Temaş Yerli İdarəetmə İnstitutunun icraçı direktorudur. == Fəaliyyəti == 22 aprel 2021-ci ildə Beliz Baş naziri Conni Briseno ser Kolvill Yanqın təqaüdə çıxmasının ardından Belizin növbəti general-qubernatoru olaraq onu namizəd olaraq açıqladı. Üçüncü general-qubernator, bu vəzifəyə təyin edilmiş ikinci qadın və ilk yerli amerikalı general-qubernatoru olaraq Tsalam vəzifəsinə başladı. Tsalam 2017-ci ilin yanvarında senata namizədlik verdi və siyahıya alındı, lakin STYİİ-dakı işinə yönəlmək üçün sonradan imtina etdi.
Abraham Van Helsinq
Abraham Van Helsinq (ing. Abraham Van Helsing) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Abraham de Muavr
Abraham de Muavr (fr. Abraham de Moivre, 26 may 1667[…] – 27 noyabr 1754[…], London) — fransız əsilli ingilis riyaziyyatçısıdır; kompleks ədədin qüvvətə yüksəldilməsi qaydasını tapmışdır (Muavr düsturu); ehtimal nəzəriyyəsi sahəsində işləmişdir. == Həyatı == Abraham de Muavr 1667-ci ildə Fransanın Vitri-le-Fransua şəhərində anadan olmuşdur. Atası Daniel cərrah idi və övladının gələcəkdə təhsil alması üçün köməyini əsirgəmirdi. Muavr 11 yaşına kimi xristian qardaşlar adlı dini təriqətin Katolik məktəbində təhsil alır. Daniel protestant idi və 1678-ci ildə Muavrın 11 yaşı tamam olanda, onu Sedan şəhərində protestantların təhsil aldığı Sedan Akademiyasına verir. 1682-ci ildə isə katolik kilsəs tərəfindən bu akademiya bağlanılır. 6 il keçdikdən sonra 27 aprel 1688-ci ildə Muavr protestant olduğu üçün ölkəni tərk etməyə məcbur olur. İngiltərənin paytaxtı London şəhərinə köçdükdən sonra ömrünün sonuna kimi burada yaşayır. Muavr bura gələn zaman istedadlı bir riyaziyyatçı kimi tanınır.