Abraham Maslou (1 aprel 1908[1][2][…], Bruklin, ABŞ[4] – 8 iyun 1970[1][2][…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi.
Abraham Maslou | |
---|---|
ing. Abraham Maslow | |
Doğum tarixi | 1 aprel 1908[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyun 1970[1][2][…] (62 yaşında) |
Vəfat səbəbi | ürək tutması[5] |
Elm sahələri | psixologiya, Humanist psixologiya |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı". 1970-ci ildə məşhur psixoloq uzun sürən ürək xəstəliyindən sonra ürək tutması nəticəsində dünyasını dəyişmişdi.
Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biridir. O, şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir. Bununla əlaqədar olaraq o, insan tələbatlarının 7 səviyyəsini qeyd etmişdir:
Elm xadimi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |