Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.ad
.ad — Andorranın internet kodu
Ad
Ad — Canlı və cansız varlıqları, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər. Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar. Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir. Ümumi adlar ayrılar: Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə…. Məna adları: Əllə tutulmayan və gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi və s. Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor… Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir. Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Cəmilə (ad)
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elxan (ad)
Elxan — Kişi adı. Elxan — Elxanilər dövlətinin banisi Hülaku xana Arıq Buğaya qalib gəldikdən sonra verdiyi titul. Elxan Əliquluzadə — Azərbaycanlı ağır atlet. Elxan Süleymanov — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Elxan Süleymanov (həkim) — Rusiya Federasiyası Çeçenistan Respublikasının səhiyyə naziri. Elxan Cəfərov — Azərbaycan aktyoru və rejissoru Elxan Cəfərov (alim) — Azərbaycan həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru.
Elçin (ad)
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Faiq (ad)
Füzuli (ad)
Füzuli — Azərbaycanda daha çox işlədilən kişi adı. Füzuli — görkəmli Azərbaycan şairi. Füzuli Rüstəmov — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Füzuli Hüseynov — Aktyor, Əməkdar artist. Füzuli Məmmədov Füzuli Məmmədov (aktyor) — Aktyor. Füzuli Məmmədov (iş adamı) — İş adamı. Füzuli Məmmədov (futbolçu) — Futbolçu. Füzuli Ramazanoğlu — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı Füzuli Sabiroğlu — ssenari müəllifi, rejissor Füzuli İsmayılov — televiziya aparıcısı, İctimai Televiziyada Analitik proqramlar departamentinin direktoru. Füzuli Ələkbərov — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.
Fərhad (ad)
Fərhad — Azərbaycanda geniş yayılmış kişi adı. Fərhad Ağayev — Azərbaycanın Milli Qəhrəmanı Fərhad Ağazadə — Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. Fərhad Bədəlbəyli — pianoçu, Azərbaycan SSR xalq artisti, Azərbaycanın Dövlət mükafatı Laureatı Fərhad Əhmədbəyli — Azərbaycanlı geoloq; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor. Fərhad Əliyev — Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri (2001–2005). Fərhad Hümbətov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Fərhad xan Qaramanlı — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı Fərhad Xəlilov — Azərbaycan xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad İsrafilov — Azərbaycan aktyoru. Fərhad Kərimov — azərbaycanlı hərbi jurnalist və teleoperator. Fərhad Yusifov — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri.
Fəxri ad
Fəxri ad - mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə həm dövlət, həm ictimai təşkilat tərəfindən verilən xüsusi ad. Bəzi ölkələrdə tarixən gələn fəxri adlar sistemi də mövcuddur. Məsələn, lord, qraf, bəy, monarx nəsli və s. Azərbaycanın Milli Qəhrəmanı Azərbaycan Respublikasının Xalq Artisti Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi Акаdemik Cəmiyyətin (biriliyin) fəxri üzvü Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Azərbaycanda fəxri adların verilməsi şərtləri "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə" ilə tənzimlənir və Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Eyni fəxri ad bir şəxsə təkrar verilmir.
Hadisə (ad)
Hadisə
Cəbrayıl (ad)
Cəbrayıl — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmışlar Cəbrayıl Əsgərov — şəhid. Cəbrayıl Rzaquliyev — Azərbaycan jurnalisti, ensiklоpedist-lüğətşünas, tərcüməçi. Cəbrayıl Vəliyev — iqtisadiyyat üzrə fəlsəfə doktoru. Cəbrayıl Əzimov — Azərbaycanın kino rəssamı. Cəbrayıl Həsənov — azərbaycanlı güləşçi. Cəbrayıl Əhmədov — Bakı milyonçusu, görkəmli xalça ustası. Cəbrayıl Cəbrayılov — şəhid. "Azərbaycan Bayrağı" ordeni kavaleri.
Damla (ad)
Damla — ad. Damla (müğənni) — Azərbaycanlı müğənni, aktrisa. Damla Debre — Türk teleserial aktrisası. Damla Colbay — Türk aktrisası. Damla Sönməz — Türkiyə aktrisası.
Davud (ad)
Davud — Kişi adı. Davud (David) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Davud Danişdust — İran futbolçusu, müdafiəçi. Davud Məlikov — dəri zöhrəvi həkimi. Davud İbrahim — Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu. Davud Dəmirli — Azərbaycan yazıçısı.
Diva (ad)
Diva — opera, teatr, kino və pop musiqidə üstün qabiliyyətlərə sahib tanınmış qadın sənətçi. Diva Universal — ilk növbədə qadın auditoriyasına yönəlmiş serialların və verilişlərin yayımında ixtisaslaşan əyləncəli televiziya kanalı. Diva Zappa — amerika rəssamı. Frenk Zappanın kiçik qızı.
Domen ad
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Elisa (ad)
Elisa — Finikiya mənşəli qadın adıdır. Əfsanəyə görə ilk Karfagen kraliçasının adı olub. Bəzən Elisabet və ya Bibliyada adı çəkilən Elizabet adının qısaldılmış forması kimi qəbul olunur. Elissa, Eliza, Lisa, Elsa, Elişa adları Elisa adına qohum adlar hesab olunur.
Hacı (ad)
Hacı — Azərbaycanlı və türk kişi adı və titul. Hacı titulu Həcc ziyarətində olan şəxslərə verilir. Hacı İsmayılov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Hacı bəy Sultanov — rus ordusunun polkovniki, Aşqabadın general-qubernatoru Hacı Xanməmmədov — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967) Hacı Məmmədov Hacı Məmmədov (tarzən) — Tarzən Hacı Məmmədov (cinayətkar) — cinayətkar. Hacı Quliyev — Hacı Əhmədov — Hacı-Murad Cussati Hacı-Ömər Alborti Hacı Ağa Ələsgər Hacı Rüstəmov Hacı Sabancı Hacı Tahir Abbasov Hacı İbrahimov Bu titulu olan tanınmış şəxslər Hacı Abbas xan Külali — Xorasan qiyamının iştirakçısı. Hacı Baba Avşar — Həkim Hacı Mirzə Əliqulu Yusifzadə — xəttat, həkim, şair, alim. Hacı Məhəmməd Nəqi — Memar. Hacı Rza Sərraf Təbrizi — qəzəl və mərsiyə yazan şair Hacı Surxay Məmmədli — ilahiyyatçı, İçərişəhər "Cümə" məscidinin axundu Hacı Şahin — "Məşhədi Dadaş" məscidində imam-camaat Hacı Əlisəfa Yaqubov — Sosialist Əməyi qəhrəmanı Məscidlər Hacı Cavad məscidi — Bakıda, Ç. Mustafayev küçəsində yerləşən məscid. Hacı Səfəralı məscidi — Hacı Sultanəli məscidi (Bakı) — Bakı şəhərində yerləşən məscid. Hacı Rəhim Əfəndi məscidi Digər Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Hilal (ad)
Hilal — kişi adı. Hilal Məmmədov — fizika-riyaziyyat elmləri namizədi Hilal Münşizadə — Cümhuriyyət tələbəsi, publisist, mühacir.
Hümmət (ad)
Hümmət — Kişi adı.
Hüseyn (ad)
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Həsən (ad)
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Kim (ad)
Kim — ad.
Kənan (ad)
Kənan — ad. Kənan Kərimov — Azərbaycan futbolçusu. Kənan Məmmədov — Azərbaycan kinooperatoru Kənan Doğulu — Türkiyə müğənnisi. Kənan Evrən — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Kənan Çoban — Tükiyə aktyoru Kənan İmirzaloğlu — Türkiyə aktyoru. Kənan Pars — Coğrafiyada Kənan — Bərəkətli Hilalın qərb hissəsidir.
Lalə (ad)
Lalə — bir çox şərq ölkəsində kişi və qadın adı. Lalə (xaşxaş gülü) Azərbaycan dilində gül adıdır. Həmçinin, qırmızılıq bildirir. Bu söz fars dilindəki "Lale" (لاله) sözündən gəlir, bu söz isə pəhləvi dilindəki "Alalaq" (Alālag) sözündən gəlir ki, bu da çələng əsməsi bitkisinə verilən addır. Bu söz fars dilindəki "Lal" (لال, lāl; mənası – qırmızı) sözü ilə eyni kökü daşıyır. Sözün ruslaşdırılmış variantı – "Lala" (Лала).
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Asılılıq
Asılılıq — mənfi nəticələrinə baxmayaraq, mükafatlandırıcı stimullara məcburi cəlb olunma ilə xarakterizə olunan beyin pozuntusu halıdır. Asılılıq insanın fiziki, ruhi və sosial həyatına mənfi təsir göstərir. Asılılıq fərdlər və bütövlükdə cəmiyyət üçün ’’həddindən artıq yüksək maliyyə və insan itkisi’’ yaradır. Amerika Birləşmiş Ştatlarında cəmiyyət üçün ümumi iqtisadi xərclər bütün diabet və xərçəng növlərindən daha çoxdur. Asılılıq deyildiyi zaman insanların istifadə etdiyi maddələrin növündən bəhs olunur. Aşağıdakı növləri var: Texnologiya asılılığı Alkaqol asılılığı Qumar asılılığı Kokain asılılığı Tütün asılılığı Siqaret asılılığı Eroin asılılığı Ekstazi asılılığı Uçucu maddə asılılığı Amfetamin asılılığı Metamfetamin asılılığı Tərəfdaş aslılığı Alışveriş aslılığı Uşaq və gənclərdə maddə asılılığı Cinsi aslılıq Marixuana asılılığı Tiryək asılılığı Münasibət asılılığı Davranış aslılıqları aşağıda göstərilir.
Sağçılıq
Sağçılıq — sosial iyerarxiya və ya ictimai bərabərsizliyi qəbul edən və dəstəkləyən siyasi mövqe. Sağ və sol adlı siyasi anlayışlar Fransız inqilabı (1789-1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır. Parlament sədrinin sağındakı kreslolarda oturanlar, əksəriyyətlə monarxiyaçı Köhnə Rejimin dəstəkçilərindən meydana gəlmişdir.
Bağlılıq
Bağlanma — kiməsə və ya nəyəsə yönəlmiş dərin rəğbətə, aşiq olmağa, sədaqətə əsaslanan yaxınlıq hissi. Uşağın əsas bağlılığı anasına, daha sonra isə digər tərbiyəçilərə olur. Psixoanalitiklər arasında belə bir fikir geniş yayılmışdır ki, əgər bu cür ilkin bağlılıqların formalaşması nədənsə çətin və ya qeyri-mümkündürsə, böyüklər digər insanlara tam bağlılıq yarada bilməyəcəklər ki, bu da onun sosiallaşma prosesini ciddi şəkildə pozur və bu, onlarda antisosial şəxsiyyət pozğunluğuna səbəb ola bilər. Təhlükəsiz bağlılıq — ana, ata və uşaq arasında sağlam əlaqədir və özünə güvənən bir insanın emosional əsasını yaradır. Valideyn xeyirxahdır və daim uşağa diqqət yetirir. Uşaq sakitdir, şəndir, o, asanlıqla sakitləşə bilər və böyüklər kimi emosional olaraq asanlıqla uyğunlaşır. Yayındırıcı bağlılıq — valideyn və ya valideynlərin daimi emosional laqeydliyi nəticəsində baş verir. Valideynlərin mövcudluğu gözlənilməzdir. Uşaq əsəbidir, böyüklər kimi başqalarının fikirlərindən çox asılıdır və yaxın münasibətləri qiymətləndirməməyə meyllidir. Qeyri-mütəşəkkil bağlılıq — valideyn və ya valideynlər tərəfindən uşağın daimi qorxudulması və sıxışdırılması nəticəsində yaranır.
Yaşlılıq
Qocalıq və ya yaşlılıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İnternet-asılılıq
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
Bağlılıq nəzəriyyəsi
Bağlılıq nəzəriyyəsi — uzunmüddətli və qısamüddətli şəxsiyyətlərarası münasibətlərin dinamikasını təsvir etməyə çalışan psixoloji model. Bununla belə, “bağlılıq nəzəriyyəsi münasibətlərin ümumi nəzəriyyəsi kimi formalaşmayıb. Bu, onların yalnız müəyyən bir tərəfinə təsir edir”: insanlar münasibətlərdə ağrıya necə reaksiya verirlər, məsələn, yaxınlarını təhdid edən təhlükə yarandıqda və ya onlardan ayrıldıqda. Əsasən, bağlılıq insanın özünə və başqalarına olan əsas inamını inkişaf etdirmək qabiliyyətindən asılıdır. Yeni doğulmuş körpələrdə motivasiya-davranış sistemi kimi bağlılıq uşaq narahat olduqda, qorunma və emosional dəstək alacağını gözlədiyi zaman əhəmiyyətli bir yetkin şəxsllə yaxınlıq axtarmağa yönəldir. Con Boulbi hesab edirdi ki, primatlarda körpələrin əhəmiyyətli böyüklərə bağlılığını inkişaf etdirmə meyli təkamülün nəticəsidir, çünki bağlılıq davranışı uşağın yırtıcılıq kimi təhlükələr qarşısında sağ qalmasını asanlaşdırırdı. Bağlılıq nəzəriyyəsinin ən vacib prinsipi ondan ibarətdir ki, uğurlu sosial-emosional inkişaf üçün, xüsusən də öz hisslərini effektiv şəkildə tənzimləməyi öyrənmək üçün uşaq ən azı bir əhəmiyyətli bir böyük ilə münasibət qurmalıdır. Atalar və digər böyüklər uşağa qayğının böyük hissəsini təmin etsələr və kifayət qədər sosial əlaqə təcrübəsi təmin etsələr, eyni dərəcədə əsas fiqur olma ehtimalı ola bilər . Həssas bir yetkinin yanında uşaq ondan şəxsiyyətlərarası münasibətlər dünyasını araşdırmaq üçün "təhlükəsiz baza" kimi istifadə edəcək. Nəzərə almaq lazımdır ki, “hətta yüksək həssas əhəmiyyətli böyüklər də uşağın siqnallarını yalnız zamanın 50 faizini başa düşürlər.
Asılılıq nəzəriyyəsi
Asılılıq nəzəriyyəsi, və ya asılı inkişaf nəzəriyyəsi — az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin iqtisadi geriliyi və siyasi qeyri-sabitliyinin onların dünya iqtisadiyyatına inteqrasiyasının və inkişaf etmiş dövlətlərin sistemli təzyiqinin nəticəsi olduğunu iddia edən əlaqəli sosial elmlər sahəsində nəzəriyyə. Asılılıq nəzəriyyəsinin mərkəzi prinsipi ondan ibarətdir ki, “periferiya”dakı inkişaf etməmiş dövlətlər “mərkəzin” zəngin ölkələrinə öz resursları və kapital axını nəticəsində yoxsullaşır. Nəzəriyyənin neokolonializm anlayışı ilə müəyyən yaxınlığı var. Asılılıq nəzəriyyəsi 1950-ci illərdə yaranmışdır. neoliberal iqtisadi baxışlara reaksiya olaraq və 1970-ci illərdən bəri bütün cəmiyyətlərin eyni mərhələlərdən keçdiyini və beləliklə, indiki inkişaf etməmiş ölkələrin bir müddət əvvəl inkişaf etmiş olduğu mövqedə olduğunu iddia edən modernləşmə nəzəriyyəsinin əvvəlki versiyalarına alternativ olaraq populyarlaşdı. əvvəllərdir və buna görə də sərmayə qoyuluşu, təkmilləşdirilmiş texnoloji baza və dünya bazarına daha sıx inteqrasiya kimi vasitələrlə bu ehtimal olunan mərhələlərdən mümkün qədər tez keçərək inkişaf etməmiş cəmiyyətlərə “kömək etmək” lazımdır. Asılılıq nəzəriyyəsi bu mövqeləri tənqid edərək irəli sürdü ki, inkişaf etməmiş ölkələr müasir cəmiyyətlərin sadəcə “ilkin versiyaları” deyil, onların özünəməxsus xüsusiyyətlərinə və strukturlarına malikdir və ən əsası, inkişaf etmiş ölkələrdən fərqli olaraq dünya iqtisadi sistemində daha zəif mövqe tutur. Ümumiyyətlə, asılılıq nəzəriyyəsinin müəllifləri iddia edirlər ki, inkişaf etməmiş ölkələrin yoxsulluğu onların dünya bazarına inteqrasiya olunmamasından deyil, məhz onların bir hissəsi olmasından irəli gəlir: İnkişaf etməmiş ölkələr inkişaf etmiş ölkələr üçün təbii ehtiyatlar, ucuz işçi qüvvəsi və bazarlar təmin edir ki, onlar olmadan ikincilər öz sakinləri üçün belə yüksək həyat səviyyəsini təmin edə bilməzdilər. İnkişaf etmiş ölkələr dünyanın qalan hissəsində asılılıq strukturlarını müxtəlif yollarla təkrarlayırlar. Bu təsir çoxşaxəlidir, bura iqtisadi təsir (maliyyə, texnologiya patentləri və s.), birbaşa siyasi müdaxilə (mediada, təhsildə, mədəniyyətdə və s.), işçilərin işə qəbulu və təlimi məsələləri və s.
Qarşılıqlı asılılıq
Sosiologiya və psixologiyada qarşılıqlı asılılıq — partnyorlardan birinin davranışı ilə digər şəxsin özünüdağıdıcı davranışına töhfə verdiyi disfunksional münasibətləri təsvir edən bir nəzəriyyə, məsələn: addiksiyanın inkişafı və kəskinləşməsi (o cümlədən alkoqolizm, narkomaniya, qumar asılılığı, fanatizm, işgüzarlıq, sevgi asılılığı və s.); şəxsiyyət pozğunluqlarının və psixoloji problemlərin inkişafı və kəskinləşməsi; yetişməmiş və uşaq davranışının inkişafı və kəskinləşməsi; məsuliyyətin azaldılması (şəxsi və sosial ); cəmiyyətdə uğurun azalması. Qarşılıqlı asılılığın ümumi qəbul edilmiş tərifi hələ mövcud deyil. Tipik olaraq, qarşılıqlı asılılığın tərifi başqalarının ehtiyaclarına öz zərərinə diqqət yetirməyi, fədakarlığı, öz duyğularını boğmağı və başqalarının problemlərini idarə etmək və ya həll etmək cəhdlərini vurğulayır. Qarşılıqlı asılılıq həm hisslərin, düşüncələrin və davranışların bağlılıq obyektindən asılılığını, həm də başqa bir insanı idarə etmək istəyini əhatə edir. Bir-birindən asılı olan insanlar aşağı özgüvən ilə xarakterizə olunur, lakin aşağı özünə hörmətin kooperativ asılılığın səbəbi və ya nəticəsi olduğu hələ müəyyən edilməmişdir. Həmkarlar, dostlar və ailə üzvləri də bir-birindən asılı ola bildiyinə görə, qarşılıqlı asılılıq yalnız ailə, tərəfdaş və ya romantik münasibətlərlə məhdudlaşmır.
Xətti qeyri-asılılıq
Xətti cəbrdə xətti asılılıq — xətti fəzanın alt çoxluğunun malik ola biləcəyi xüsusiyyətdir. Xətti bir asılılıqla, sıfır elementə bərabər olan bu çoxluğun elementlərinin qeyri-trivial xətti birləşməsi var. Belə birləşmə olmadıqda, yəni yeganə belə xətti birləşmənin əmsalları sıfıra bərabər olduqda, çoxluq xətti qeyri-asılı adlanır. R 3 {\displaystyle \mathbb {R} ^{3}} vektorlar ( 1 , 0 , 0 ) {\displaystyle (1,0,0)} , ( 0 , 1 , 0 ) {\displaystyle (0,1,0)} Və ( 0 , 0 , 1 ) {\displaystyle (0,0,1)} xətti asılı deyil, çünki tənlik belədir: a 1 ⋅ ( 1 , 0 , 0 ) + a 2 ⋅ ( 0 , 1 , 0 ) + a 3 ⋅ ( 0 , 0 , 1 ) = ( 0 , 0 , 0 ) a i ∈ R {\displaystyle a_{1}\cdot (1,0,0)+a_{2}\cdot (0,1,0)+a_{3}\cdot (0,0,1)=(0,0,0)\quad a_{i}\in \mathbb {R} } yalnız bir - trivial həlli var. Vektorlar ( 1 , 0 , 0 ) {\displaystyle (1,0,0)} və ( 5 , 0 , 0 ) {\displaystyle (5,0,0)} isə xətti asılıdır ( 1 , 0 , 0 ) ⋅ 5 = ( 5 , 0 , 0 ) , {\displaystyle (1,0,0)\cdot 5=(5,0,0),} deməli, − 5 ⋅ ( 1 , 0 , 0 ) + 1 ⋅ ( 5 , 0 , 0 ) = ( 0 , 0 , 0 ) . {\displaystyle -5\cdot (1,0,0)+1\cdot (5,0,0)=(0,0,0).} 0 ∈ M ⇒ M {\displaystyle 0\in M\Rightarrow M} xətti asılıdır. M {\displaystyle M} xətti qeyri-asılıdır ⇒ {\displaystyle \Rightarrow } M ′ {\displaystyle M'} hamısı üçün xətti qeyri-asılıdır M ′ ⊆ M {\displaystyle M'\subseteq M} . M {\displaystyle M} xətti asılıdır ⇒ {\displaystyle \Rightarrow } M ′ {\displaystyle M'} hamısı üçün xətti asılıdır M ′ ⊇ M {\displaystyle M'\supseteq M} .
Kompüter oyunlarından asılılıq
Kompüter oyunlarından asılılıq — video oyunlara və kompüter oyunlarına obsesif ehtirasda özünü göstərən psixoloji asılılığın bir forması. Ən çox asılılıq yaradan oyunlar çox vaxt onlayn oyunlar, xüsusən də MMORPG-lər hesab olunur. Çox uzun oynamaq ölümcül nəticələrə səbəb olduğu hallar var. Belə ki, 2005-ci ilin oktyabrında çinli bir qız (Qarlı) uzun müddət World of Warcraft oynadıqdan sonra yorğunluqdan öldü. Bundan sonra oyunda virtual dəfn mərasimi keçirildi. 2018-ci ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı oyun pozğunluğunu 2022-ci il yanvarın 1-dən qüvvəyə minən Xəstəliklərin Beynəlxalq Təsnifatının 11-ci siyahısına daxil etdi. Oyun asılılığının inkişafına təsir edən bir neçə amil var. Onların arasında şəxsi amil xüsusilə seçilir: formalaşmamış və ya qeyri-sabit psixika, özünü idarə etmə bacarıqlarının olmaması, real həyatdan narazılıq və yerinə yetirilməmiş həyat ehtiyaclarını kompensasiya etmək istəyi insanı kompüter oyunlarına aludəçiliyin inkişafına daha həssas edir. Oyun asılılığının səbəbi də psixi pozğunluqlardır. Söhbət müxtəlif narahatlıq vəziyyətlərindən, depressiyaya meyldən və sosial fobiyalardan gedir.