Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aerologiya
Aerologiya (yun. Aer – hava, logos - elm) — atmosferin yuxarı qatlarında havanın vəziyyətini öyrənən elm. Atmosferin yuxarı qatları — təyyarə, şar, zond, raket, süni peyk, kosmik hava gəmisi vasitəsilə qaldırılan, özüyazan və göstəricilərini radio ilə yerə verən cihazlar vasitəsilə öyrənilir.
Aerofagiya
Aerofagiya — həddən ziyadə havanın udulmasını təsvir edən fenomendir. Normada yemə və ya içmə zamanı az miqdarda hava mədəyə daxil olur. Amma bu insanda heç bir narahatlıq yaratmır. Bəzi hallarda isə mədəyə yemək zamanı və ya yeməkdən sonra həddən ziyadə hava daxil olur və narahatlıq yaradır. Aerofagiya köp, gəyirmə, qarında ağrı kimi hallar törədə bilir. === Səbəbləri === Tələsik yemə Karbonlaşmış içkilər Saqqız çeynəmə Diş protezlərinin boşalması Psixi xəstəliklər == Həkimə nə zaman müraciət etməli? == Köp və ya gəyirmə şikayətləri ilə həkimə müraciət edən zaman səbəbin aerofagiya olması təyin edilə bilər. Bəzi insanlarda aerofagiyanın müalicəində psixoterapiya əhəmiyyətli rol oynayır. Yemək zamanı aerofagiyadan qaçmaq üçün tələsmədən və az-az yemə tövsiyə olunur.
Aerofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. == Haqqında == Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Alqologiya
Alqologiya — yosunları tədqiq edən elm sahəsi, botanikanın bölməsi. == Tarixi == Yosunların istifadəsi haqqında ilk qeyd erkən Çin ədəbiyyatında verilir. Qədim yunanlar və romalılar yosunları tədqiq etmiş, qədim çinlilər isə hətta müəyyən növlərindən qida kimi istifadə etmişdir, lakin yosunların elmi tədqiqi XVIII əsrin axırlarında başlamışdır. Teofrast (e.ə. 372–287) və Aristotel (e.ə. 384–322) onları "kol" və "ot bitkiləri" kimi qruplaşdırmasından bəri bitkilərin təsnifatı bir çox dəyişikliklərə məruz qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Alqologiya // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Andrologiya
Andrologiya (yun. ανδρικός — kişi + q.yun. λόγος — öyrənmə) — tibbin kişiləri, kişi anatomiyasını və fiziologiyasını, kişi cinsi xəstəliklərini və onların müalicəsi metodlarını öyrənən tibb sahəsi. Avropada andrologiya elmin və təcrübənin ayrı sahəsi kimi dəyərləndirilir. Bu sahənin əsas elmi istiqamətləri aşağıda sadalanmışdır.
Antologiya
Antologiya (yun άνθολογία, anthos — çiçək və lego — yığıram) — hər hansı bir xalqın ədəbiyyatını, həmçinin müəyyən dövrə, cərəyana, tematikaya, yaxud janra aid ədəbiyyatı təmsil edən müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət şeir və ya nəsr məcmuəsi. == Ümumi məlumat == Qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən, xüsusilə, epiqramlardan ibarət məcmuələr antologiya adlanırdı. Ədəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (e.ə.II əsrin sonları-I əsrin əvvəlləri) tərtib etmişdir. Onun "Çələng" adlı antologiyasına öz əsərlərindən əlavə, həmçinin qırx altı şairin şeiri daxil idi. Antologiya Şərqdə geniş yayılmışdır. Ərəb poeziyası antologiyaları orta əsrlərdə yaranmışdır (“Həmasə” və s.). Azərbaycanda ilk antologiyalar 19-cu əsrdə tərtib olunmuşdur ( Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi divani-Vaqif və digər müasirin”, Hüseyn Əfəndi Qayıbovun 4 cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” və s.). 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində “Azərbaycan poeziyası antologiyası“ (M., 1939; c.1–3, M., 1960), Azərbaycan şeiri (ingiliscə) və nəsri (fransızca) antologiyaları (M., 1971), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası“ (4 cilddə; c.1–3, 1981– 88, c.4, 1994), “Kərkük folkloru antologiyası“ (1987), Azərbaycan folkloru antologiyası (14 cildi çap olunmuşdur; 1999–2006) və s. antologiyalar nəşr edilmişdir. Antologiyalar XVIII-XIX əsrlərdə Rusiya ədəbiyyatında da yayılmışdır.
Arkologiya
Arkologiya — memarlığın ekoloji tələbləri nəzərə alan bölməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Astrologiya
Astrologiya (yun. ἄστρον - "ulduz", "bürc" və yun. λογία - "elm" sözündən) və ya nücum elmi — göy cisimləri, onların hərəkətləri ilə Yerdəki insanların xarakterləri, sosial əlaqələri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən ənənə və təlimlərin bütünlükdə adıdır. Müasir dövrdən əvvəlki zamanlarda astrologiya ilə astronomiya tez-tez qarışdırılırdı. Astrologiya demək olar ki, astronomiya ilə birlikdə inkişaf etmişdir. Böyük astroloqlar həm də dövrlərinin böyuk astronomları idilər. Astrologiya Şərqdə "ilmi-nücum", "ulduz falı" və başqa adlarla adlandırılmışdır. Akademik mətbuatda astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq insanların böyük bir hissəsi ona inanmaqda davam edir.
Fenologiya
Fenologiya (yun. phaino- aşkar edirəm) — Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi. == Ümumi məlumat == Fenologiya bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə (fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan oyanma, cütləşmənin başlanması, mövsümi törəmələr və miqrasiyalar, quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Fenoloji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir, təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə, insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. == Fenoloji faza == Fenoloji faza təbiətdə mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlərdir. Bitkilərdə- tumurcuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda- miqrasiya, yuvaqurma, balaçıxarma və s.
Metrologiya
Metrologiya — fiziki parametrlərin ölçülməsi, tələb olunan dəqiqliyin əldə edilməsi üçün istifadə edilən metod və vasitələr barədə elmdir. Eyni zamanda metrologiya — istehsal olunan məhsulların və proseslərin keyfiyyərinin əsasıdır. Elmi və texniki tərəqqinin inkişafı işində, istehlakçıların tələblərinə uyğun olan məhsulların layihələndirilməsində və effektiv istehsalında, həmçinin, uyğunsuzluqların aşkar edilməsi və qarşısının alınması prosesində hakim mövqe metrologiyaya məxsusdur. Metrologiyanın əsas predmeti ölçmələr, onların vəhdəti və dəqiqliyidir. Qanunverici metrologiya dövlət tərəfindən müəyyənləşdirilmiş qaydalarla ölçmə vasitələrinin eyniliyini və ölçmələrin vəhdətini təmin edir. Nəzəri metrologiya bu elmin fundamental əsaslarını işləyib hazırlayır. Tətbiqi metrologiya nəzəri işləmələrin və qanunverici metrologiyanın müddəalarının praktiki tətbiqi məsələlərini işıqlandırır.
Nefrologiya
Nefrologiya (yunan nefrozlarından "böyrək", suxun, "tədqiqat" ilə birləşən) — böyrəklərlə bağlı olan tibb və pediatriya ixtisasıdır: normal böyrək funksiyası və böyrək xəstəliyinin öyrənilməsi, böyrəyin qorunması böyrək xəstəliyinin müalicəsi, diet və dərmanlardan böyrək əvəzetmə müalicəsinə qədər (dializ və böyrək nəqli) hər şeyi öyrənir. Nefrologiya da diabet və otoimmun xəstəlik kimi böyrəklərə təsir edən xəstəlik şəraitlərini öyrənilir və renal osteodistrofiya və hipertəzyiq kimi böyrək xəstəlikləri nəticəsində meydana gələn sistemik xəstəlikləri öyrənir. Nefrologiya sahəsində əlavə təlim keçmiş və sertifikatlaşdırılmış həkim nefroloq adlanır. "Nefrologiya" termini ilk dəfə 1960-cı ildə istifadə edilmişdir. Nefrologiya, böyrək xəstəliklərinin diaqnozu və müalicəsini, elektrolit pozuntuları və hipertəzyiq daxil olmaqla, diaqnoz və böyrək nəqli xəstələri də daxil olmaqla böyrək əvəzetmə müalicəsi tələb edənlərin qayğısına qalır. Böyrəyə təsir edən bir çox xəstəlik orqanın özü ilə məhdudlaşmayan sistemik xəstəliklərdir və xüsusi müalicə tələb edə bilər. Nümunə olaraq, sistemik vaskulitidlər (məsələn, ANCA vaskuliti) və otoimmun xəstəliklər (məsələn, lupus), həmçinin polikistik böyrək xəstəliyi kimi kongenital və ya genetik şərtlər kimi əldə edilmiş şərtləri əhatə edir. Xəstələr kəskin böyrək çatışmazlığı, xronik böyrək xəstəliyi, hematuriya, proteinuriya, böyrək daşları, hipertəzyiq və turşu, baza və ya elektrolitlərin pozğunluqları kimi müxtəlif səbəblərdən, nüvə analizindən sonra nefroloji mütəxəssislərinə istinad edilir.Nefroloq böyrək xəstəliyinin müalicəsində ixtisaslaşmış bir həkimdir. Nefrologiyada qabaqcıl bacarıqlı bir mütəxəssis olmaq üçün əlavə təlim tələb olunur. Nefroloqlar böyrək problemi olmayan insanlara da qayğı göstərə bilərlər və ümumi olaraq daxili tibbdə, transplant tibbdə, immunsupressiya rəhbərliyində, sıx baxım tibbində, klinik farmakologiyada, perioperativ tibbdə və ya pediatrik nefrologiyada işləyə bilərlər.
Nekrologiya
Nekroloq (q.yun. νεκρός – ölü, q.yun. λόγος – söz) — hansısa bir şəxsin vəfatı barədə xəbər verən və adətən həmin şəxsin həyat, fəaliyyəti, eləcə də dəfn mərasimi haqqında məlumat verən xəbər məqaləsi. Nekrologiya hansısa bir təşkilat, qrup və ya sahəylə əlaqədar olan şəxslərin ölümü barədə verilən nekroloqların siyahısıdır. Tarixi nekroloqlar əhəmiyyətli mənbə hesab edilir. Epitafiya Baranik, Alana; Şiler, Cim; Miller, Stefen. Life on the Death Beat: A Handbook for Obituary Writers. Oak-Park: Marion Street Press. 2005. ISBN 1-933338-02-4.
Nevrologiya
Nevrologiya — (yun. neuron – damar vəlogos – elm) Sinir sistemi və onun xəstəliklərindən bəhs edən elm. Bu sahə, nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur. Nevrologiya tibbin digər sahələri, neyrocərrahiyyə, oftalmologiya, otolarinqologiya, endokrinologiya, psixiatriya və s. bölmələrlə birbaşa əlaqəlidir. Ümumiyyətlə, orqanizmdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemini müəyyən dərəcədə zədələyir. Həkim-nevropatoloqun əsas vəzifəsi sinir sisteminin birincili və ya ikincili zədələnməsini aşkar etməkdir.
Pedologiya
Torpaqşünaslıq – torpaqlar, onların əmələ gəlməsi (genezisi), quruluşu, tərkibi və xassələri; torpaqların coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında elmdir. Torpaqşünaslıq elmi təlim kimi XIX əsrin sonlarında tanınmış rus alimləri Vasili Dokuçayev və Pavel Kostıçyevin əməyi nəticəsində formalaşmışdır. Azərbaycanda isə H.Ə.Əliyev, V.R.Volobuyev, M.E.Salayev, K.A.Ələkbərov, M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin inkişafında əməyi danılmazdır. Torpaqşünaslıq bir çox məsələləri əhatə edən təbii-elmi təlimdir. Torpaqşünaslığın təmasda olduğu və metodlarından geniş istifadə etdiyi fundamental elmlərə fizika, kimya, riyaziyyat, daim nəzəri mübadilə halında olduğu elmlərə isə təbiət, kənd təsərrüfatı və iqtisadi elmləri aiddir. Sonunculara geoloji-coğrafi tsiklə (mineralogiya və petroqrafiya ilə birgə geologiya, hidrogeologiya, fiziki coğrafiya, geobotanika, biogeosenologiya), aqrobioloji tsiklə (biologiya, mikrobiologiya, biokimya, aqrokimya, bitki fiziologiyası, bitkiçilik, əkinçilik, çəmənçilik, meşəçilik) və nəhayət aqrar – iqtisadi tsiklə (siyasi-iqtisad, kənd təsərrüfatı iqtisadiyyatı, yerquruluşu və s.) daxil olan elmlər aid edilir. Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (torpaq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim. Torpaqşünaslığın tərkibində adı çəkilən əsas bölmələrlə yanaşı, onun torpaq kütləsinin xassələri əsasında fundamental bölmələri (torpaq fizikası, torpaq kimyası, torpaq biologiyası) və torpaq və torpaq örtüyündən istifadənin tətbiqi bölmələri (aqronomik torpaqşünaslıq, meşə torpaqşünaslığı və s.) də mövcuddur. Bu tətbiqi bölmələr torpaqşünaslığın ümumi nəzəriyyəsinin inkişafına böyük təsir göstərir, belə ki, ilkin materialların geniş mənbəyi və nəzəri konsepsiyaların yoxlanmasının bazasını təşkil edir. Torpaqların təsnifatı xüsusi bölmə təşkil edir.
Petrologiya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm. Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki, analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Neyrologiya
Neyroelm — sinir sistemini öyrənən elm sahəsi. İlk başda sadəcə biologiyanın bir sahəsi olaraq inkişaf etsə də, müasir neyroelm fizika, riyaziyyat, kompüter elmləri, dilçilik, psixologiya, fəlsəfə kimi sahələrin kəsişməsində yer alır. Neyroelm sinir sistemini təşkil edən neyronların işləyişini quruluşun fərqli səviyyələrində öyrənir. Buna görə də, neyroelm araşdırmalarında molekulyar biologiya metodlarından tutmuş, canlı insan beynini görüntüləməkdə istifadə olunan fMRT, EEQ kimi fərqli metodlardan istifadə olunur. Nəzəri neyroelmdə empirik təcrübələrdən alınan nəticələr nəzəri əsaslar üzərinə qoyulur. Milyardla neyronlardan ibarət sinir sistemlərini nəzəri şəkildə ələ almaq üçün, neyroalimlər riyazi, fiziki və statistik nəzəriyyələrdən və modellərdən istifadə edirlər.
Ekologiya
Ekológiya (yun. οικος — ev, yaşayış məskəni, yun. Λόγος — elm) — canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elm. Еkоlоgiya оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. Təbiəti insansız insanı təbiətsiz təsəvvür etmək mümkün deyil. Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər. Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir.
Etologiya
Etologiya — ekosistem şəraitində orqanizmlərin davranışını (hərəkət tərzini) öyrənən elm.
Geologiya
Geologiya (Yunanca geo — Yer, logiya — təlim, elm) — yaşadığımız planet (səyyarə) — Yer kürəsi haqqında elm. Müasir geologiya hidrologiya da daxil olmaqla Yer haqqında elmlər ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür. Yer sistemi elmi və planet elmi ilə inteqrasiya olunur. Geologiya Yerin quruluşu və bu quruluşu formalaşdıran prosesləri təsvir edir. Geofizika Yerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənir. Geoloqlar süxurların əmələ gəlmə tarixini öyrənmək üçün onların mineraloji tərkibini öyrənirlər. Geologiyanın bir qolu olan geoxronologiya müəyyən bir yerdə tapılan süxurların nisbi yaşlarını müəyyən edir; geokimya onların mütləq yaşlarını müəyyən edir. Müxtəlif petroloji, kristalloqrafik və paleontoloji alətləri birləşdirərək geoloqlar bütövlükdə Yerin geoloji tarixini sala bilirlər. Bir aspekt Yerin yaşını nümayiş etdirməkdir. Geologiya plitələrin tektonikası, həyatın təkamül tarixi və Yerin keçmiş iqlimləri üçün dəlillər təqdim edir.
Neologiya
Neologizm (yun. νέος λόγος - yeni söz) — linqvistikada dildə yeni yaranan sözlərə deyilir. Məsələn: Helikopter, monitorinq, android, robot, kompüter, birja və s. Neologizm sözü "Yeni bir şey tapmaq", "törətmək", "gətirmək" mənalarını bildirir. Dildə yeni yaranan sözləri öyrənən elmə "Neologiya" deyilir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Orologiya
Oroqrafiya (yun. όρος – "dağ" və γραφία – "yazıram") — fiziki coğrafiyanın Yer səthinin relyef quruluşunu öyrənən bölməsi. Həmçinin "oreoqrafiya", "orologiya" və "oreologiya" adlarından da istifadə edilir. Orfoqrafiya – [yun. orthographia, orthos – düzgun] 1)dilçilikdə düzgün yazı qaydaları; 2)yazılı nitqin (söz və qrammatik formaların) düzgun əks olunmasını tənzim edən vahid qaydalar sistemi. Orfoqrafiya qaydaları nitqin yazılı formasını sabitləşdirir və ünsiyyət üçün əlverişli şəklə salır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Reologiya
Reologiya yunan (rheos – axım və loqos – söz, nəzəriyyə) sözündən yaranan, maddənin axımı və deformasiya haqqında elmdir. Reologiyanın M. Reynerin nəzəriylə fizika elminə, daha çox mexanika elminə aid etmək olar. Rəsmi olaraq "reologiya" termini amerikalı Yudjin Binqam tərəfindən 3-cü plastik mövzusuna aid olan simpoziumda (1929-cu il ABŞ) irəli sürülüb, lakin reologiyanın ayrı-ayrı mövqeləri bir qədər əvvəl də məlum idi. İ. Nyutonun qatı mayelərin hərəkətinə müqavimət qanunu, Novye-Stoksun sıxılmayan mayelərin hərəkətinin düsturu, Dj-Maksvell Tomsonun və başqalarının işləri təşkil edir. Bu sahədə rus alimlərinin – D. İ. Mendeleyev, N. P. Petrov, N. Ş. Vedov və sovet alimləri P. A. Rebinder, M. P. Volaroviç, Q. V. Vinoqradovun da əməkləri böyükdür. Reologiya bir neçə bölmələrə ayrılır: Nəzəri reologiya (fenomenoloji reologiya və yaxud makroreologiya) hidromexanika elmi ilə, elastik, plastin və sürünmə nəzəriyyələri ilə çox sıx bağlıdır. O, cismə deformasiyadan yaranan mexaniki gərginliyin təsiri ilə vaxt dəyişməsi arasında olan asılılığı təyin edir. Təcrübi reologiya (reometriya) cisimlərin müxtəlif reoloji xassələrini xüsusi cihaz və sınaq maşınları vasitəsilə təyin olunur. Mikroreologiya mikrohəcmlərdə deformasiyanı və axıcılığı tədqiq edir, məsələn dispers sistemlərin fazalarındakı hissələrin ölçüsündəki və yaxud atom və molekul ölçüsündə həcmlərdə. Bioreologiya insanlarda və heyvanlarda müxtəlif bioloji mayelərin (qan, sinoval, plevral və s.) axıcılığını, müxtəlif toxumaların (əzələ, sümük, qan damarları) deformasiyasını tədqiq edir.
Teologiya
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu "Bibliyanı Bibliya vasitəsilə şərh etmək" qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
Urologiya
Urologiya (yunan οὖρον ouron "sidik" və -Logía -logia "öyrənilməsi") kişi və qadın cinsiyyət sisteminin cərrahi və tibbi xəstəliklərinə yönəlmiş tibb sahəsidir. Urologiya sahəsindəki orqanlar arasında böyrəklər, adrenal bezlər, sidik kisəsi, urethra və kişi çoxalma orqanları (testes, epididimis, vas deferens, seminal veziküller, prostat və penis) daxildir. Sidik və reproduktiv traktorlar bir-biri ilə sıx bağlıdır və birinin pozğunluqları digərinə təsir göstərir. Beləliklə, urologiyada idarə olunan şərtlərin əsas spektri genituren pozğunluqların təsiri altındadır. Urologiya ürək-damar infeksiyaları və benign prostat hiperplaziyası kimi müalicə (məsələn, qeyri-cərrahi) şəraitin idarə edilməsini, məskunlaşma vəziyyəti və ya prostat xərçəngi, böyrək daşları, anadangəlmə anormallıqları, travmatik zədə və stress kimi cərrahi şərtlərin idarə edilməsini birləşdirir. Urologiya üsulları minimal invaziv robotik və laparoskopik cərrahiyyə, lazer yardımlı əməliyyatlar və digər sahələrə yönəldilmiş prosedurları əhatə edir. Uroloqlar açıq və minimal invaziv cərrahi üsullarla, real vaxt ultrasəs təlimatı, fiber-optik endoskopik avadanlıq və çoxsaylı benign və malign şəraitin müalicəsində müxtəlif lazerlər hazırlayırlar. Urologiya ilə yaxından əlaqəli (və uroloqlar tez-tez praktikantlarla əməkdaşlıq edir) onkologiya, nefroloji, ginekologiya, andrologiya, pediatrik cərrahiyyə, kolorektal cərrahiyyə, gastroenterologiya və endokrinologiya kimi tibbi elm sahələri mövcuddur. Urologiya hər il Birləşmiş Ştatlar tibbi məktəbi məzunlarının 1,5% -dən azını təşkil edən yeni urologlarla həkimlər üçün ən rəqabətli və yüksək istedadlı cərrahi ixtisaslardan biridir. Urologiya cərrahları və ya uroloqlar, ən azı 5 il post-məzun olan cərrahi təhsil müddəti keçməlidirlər, onlardan 12 ay ümumi cərrahiyyədə tamamlanmalı və 36 ayda klinik urologiyada tamamlanmalıdır.
Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi (Qazaxıstan)
Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi (qaz. Қазақстан Республикасы Экология, геология және табиғи ресурстар министрлігі, ing. Ministry of Ecology, Geology and Natural Resources of the Republic of Kazakhstan) — dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, ətraf mühitin mühafizəsi, "yaşıl iqtisadiyyat" ın inkişafı, tullantıların idarə edilməsi (bələdiyyə, tibbi və radioaktiv tullantılar istisna olmaqla) sahəsində Qazaxıstan Respublikasının mərkəzi icra orqanı , təbii sərvətlərdən səmərəli istifadə üçün qorunma və nəzarət, yerin təkinin dövlət geoloji tədqiqi, mineral ehtiyat bazasının çoxalması, su fondunun istifadəsi və qorunması, su təchizatı, çirkab suların atılması, meşə təsərrüfatı, mühafizə, çoxalma vəhşi təbiət və xüsusi mühafizə olunan təbiət ərazilərindən (bundan sonra tənzimlənən ərazilər) istifadə. == Vəzifələri == Nazirlik öz fəaliyyətini Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına, Qazaxıstan Respublikası Prezidenti və Hökumətinin aktlarına, digər normativ hüquqi aktlara, habelə bu Əsasnaməyə uyğun olaraq həyata keçirir. Nazirlik dövlət qurumunun təşkilati-hüquqi formasında bir hüquqi şəxsdir, dövlət dilində öz adı ilə möhür, Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş nümunə formalarına, xəzinədə hesablarına malikdir. Nazirlik öz adından mülki hüquq münasibətlərinə girir. Nazirliyin, qanuna uyğun olaraq səlahiyyət verildiyi təqdirdə, dövlət adından mülki hüquq münasibətlərinin tərəfi kimi çıxış etmək hüququ vardır. Nazirlik, səlahiyyətlərinə aid məsələlərdə, qanunla müəyyən edilmiş qaydada, Nazir rəhbərinin əmrləri və Qazaxıstan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər aktlarla rəsmiləşdirilmiş qərarlar qəbul edir. Nazirliyin strukturu və ştat limiti mövcud qanunvericiliyə uyğun olaraq təsdiqlənir. Nazirliyin tam adı “Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi” dövlət qurumudur.