Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif Nəcəfov Akif Mirzəyev Akif Mirzəyev (aktyor) — aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının "Əməkdar artist"i.
Arifə Xanım
Arifə Xanım — Osmanlı Dövləti Türk Divan Ədəbiyyatı şairidir. Doğulduğu tarix və məkan bilinmir. XVI əsrdə yaşadığı haqqında məlumat vardır. Osmanlı Dövlətində divan ədəbiyyatı şairlərindən olduğu deyilir. Şeirlərinin məcmuasından ibarət bir divanı olduğu haqda məlumat olsa da, hələ də tapılmamışdır. Arifə xanımdan sadecə iki misradan ibarət bir şeir nümunəsi qalmışdır. Ölüm tarixi və harada öldüyü bilinmir. Arifə Xanımdan bir şeir nümunəsi Niyyət-i əzm ü əməl səbir ü səbat Bəşəri məqsədinə nail edər.
Akif Abbasov
Akif Abbasov (tam adı: Akif Nurağa oğlu Abbasov, (28 may 1950, Əli-Bayramlı) Azərbaycan Respublikasının Təhsil İnstitutunın elmi katibi, Xəzər Universitetində FD 2.49 Müdafiə Şurasının üzvü, Şura yanında Təhsilin təşkili və planlaşdırılması (5802.01) ixtisası üzrə elmi seminarın sədri,Azərbaycan Respublikası elmi tədqiqatların əlaqələndirilməsi şurası, pedaqogika üzrə elmi şuranın üzvü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, pedaqoji elmlər doktoru == Həyatı == 1950, 28 may – Əli Bayramlı (hazırda Şirvan) şəhərində müəllim ailəsində anadan olmuşdur. 1957, 01 sentyabr – şəhər 1 nömrəli məktəbin birinci sinfinə getmiş, 1960-cı ilin 01 sentyabrından təhsilini N. Nərimanov adına 2 nömrəli məktəbdə davam etdirmiş və 1967-ci ildə məzun olmuşdur. 1968-1973 – ci illər M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) ingilis-Azərbayсan dilləri fakültəsində; 1971-1973- cü illər həmin institutun nəzdindəki xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsində təhsil almışdır. Təyinat əsasında Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975). 1975 - cildə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001). 2001-ci ildən həmin institutun elmi katibidir. 28 may 1987-ci ildə “VIII-X sinif şagirdlərinin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 04 aprel 1995-ci ildə respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 yanvar 1995-сi il tarixli qərarı və akad. A.X. Mirzəcanzadənin 01 fevral 1995-ci il tarixli, 25 №-li əmri ilə yaradılmış B/D 0954.01-06 ixtisaslaşdırılmış müdafiə şurasında “Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təсrübəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.
Akif Ağabalayev
== Siyahı ==
Akif Ağatalıbov
Akif Ağatalıbov — "Tərəqqi" medalı laureatı, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri. == Həyatı == Akif Ağatalıbov 1957-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 2010-cu ildə avqustun 6-da Özbəkistan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri təyin edilib. == Mükafatları == "Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü" ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.
Akif Bakıxanov
Akif Bakıxanov (1933, Bakı – 2020, Bakı) — musiqiçi. == Həyatı == Bakıxanov Akif Məmmədxan oğlu 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Məşhur Bakıxanovlar ailəsinin yaxın dostu dahi bəstəkar Üzeyir Hacıbəyovun məsləhəti və təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 1940-cı il) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunur. Onun ixtisas müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Görkəmli incəsənət xadimlərimizdən Ə.Bədəlbəyli, C.Hacıyev, Ç.Hacıbəyov, Ə.Həsənov, T.Bakıxanov və başqaları onun yetirmələridir. Akif Bakıxanov bir solist kimi görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi viola ilə simfonik orkestr üçün "Konsert-vokaliz"i müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda qızıl fondda saxlanılır. A.Bakıxanov rus, Qərbi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Tofiq Bakıxanovun viola və fortepiano üçün 1 saylı sonatasının və bəstəkarın "Elegiya" əsərinin ifaçısıdır. 1950-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə təyin olunur və 1955-ci ildə oranı əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur.
Akif Bağırov
Akif Məmməd oğlu Bağırov (27 oktyabr 1959, Şahbuz rayonu) — Azərbaycan həkimi, uroloq, tibb elmləri doktoru, professor. == Həyatı == Akif Bağırov 27 oktyabr 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirib indiki Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, 1982-ci ildə Universiteti adlı təqaüdlə bitirib. 1983-cü ilin sentyabrında elmi şuranın qərarı ilə Universitetin Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti, 1998-ci ildə dosenti, 2018-ci ildə professoru seçilmişdir. 1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1993–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin göndərişi ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində renal transplantastiya üzrə doktoranturada olmuşdur. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildən başlayaraq klinik fəaliyyətimdə bir çox müasir və yeni cərrahi müalicə üsullarının Azərbaycanda tətbiq edilməsində fəal iştirak etmişdir. Böyrəkköçürmə, radikal uroonkologiya və rekonstruktiv əməliyyatların tətbiqinə nail olmuşdur. Hazırda bu sahədə fəaliyyətini ATU-nun cərrahi klinikasında davam etdirir. Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuş 94 elmi məqalənin, 2 metodik dərs vəsaiti, 5 kitabın, 1 elmi ixtiranın müəllifidir.
Akif Bəşirov
Akif Cabbarov
Akif Hacıyev
Akif Cəfər oğlu Hacıyev (8 dekabr 1937, Bakı – 3 fevral 2015, Bakı) — Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor akademik. == Həyatı == Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır [1] Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda "Funksiyalar nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev, 1961–1967-ci illərdə həmin İnstitutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır. Türkiyə tərəfinin dəvəti ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. 1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Akif Hüseynov
Akif Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas, tənqidçi. Akif Hüseynov (mühəndis) — texnika elmləri doktoru, professor.
Akif Həsənov
Akif Ənvər oğlu Həsənov (5 noyabr 1952, Marneuli) — Gürcüstanın ictimai-siyasi və dövlət xadimi, 1990–1992-ci illərdə Gürcüstan Respublikası Ali Şurasının deputatı. Gürcüstan Respublikasının 1991-ci il İstiqlal Bəyannaməsini imza atmış istiqlalçı deputatı. == Həyatı == Akif Həsənov 5 noyabr 1952-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlığı və erkən gəncliyi Marneuli şəhərində keşmişdir. 1969-cu ildə Marneuli şəhər 3 saylı Ümumtəhsil Azərbaycandilli orta məktəbini başa vurmuşdur. 1969-cu ildə Bakıda, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə Fizika fakültəsini bitirmişdir. Akif Həsənov əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. 1973–1974-cü illərdə Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim işləmişdir. 1974-cü ildə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış və 1975-ci ildə Sovet Ordusunda hərbi xidməti başa vurduqdan sonra yenidən Marneuliyə dönmüşdür. Akif Həsənov yenidən 1975-ci ildən 1983-cü ilə qədər Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin 70 saylı Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim vəzifəsində çalışmışdır.
Akif Kazımov
Akif Davud oğlu Kazımov (d. 6 mart 1957) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosenti, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Kazımov Akif Davud oğlu 6 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun bitirmişdir. Akif Kazımov 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1991-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda rəngkarlıq kafedrasında baş müəllim işləmişdir. O, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosentidir. Rəssamın 1991 və 1998-ci illərdə iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. O, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısıdır. Akif Kazımov əsərləri, Moskva, Gürcüstan, Almaniya, Bolqarıstan, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.
Akif Kərimov
Akif Kərimov (tam adı Akif Əkbər oğlu Kərimov) — Azərbaycan Respublikasının ilk əmək və əhalinin sosial müdafiəsi naziri (1992-1993) == Karyerası == Akif Kərimov 20 sentyabr 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş, 10 noyabr 1993-cü ildə həmin vəzifədən azad edilmişdir.
Akif Mirzəyev
Akif Mirzəyev (aktyor) — Aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının əməkdar artisti.
Akif Muradverdiyev
Akif Muradverdiyev (24 avqust 1948, İrəvan) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezidentin İşlər İdarəsinin keçmiş rəhbəri. == Həyatı == Akif Muradverdiyev 1948-ci ildə Ermənistanda anadan olub. 2013-cü ilin iyun ayında tutulub, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib. Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt — 2005-ci ilin oktyabrında da tutulmuşdu. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.
Akif Musayev
Akif Musayev (iqtisadçı) — Azərbaycan professoru, AMEA-nın müxbir üzvü (2001). Akif Musayev (film direktoru) — film direktoru, icraçı prodüser.
Akif Məhərrəmov
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Akif Məlikov
Akif Məlikov (1950, Bakı) — Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru (1989-2023), Azərbaycanın əməkdar incəsənət xadimi. == Həyatı == Akif Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsində professor Mayor Rafaeloviç Brennerin sinfində təhsil alıb. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışmış, 1976-cı ildə YİLKKİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan YİLKKİ MK-nın təlimatçısı vəzifəsinə təyin olmuşdur. 1977–1978-ci illərdə Ş. Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləmiədir. Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A. Məlikovun rəhbərliyi altında Opera və Balet teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanmışdır. 1998–2006-cı illərdə A. Məlikov həm də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə A. Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilmişdir. O, 4 aprel 2023-cü il tarixində vəzifəsindən azad edilmişdir. == Mükafatları == Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" adına, 2002-ci ildə "Hümay" mükafatına, 17 mart 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Akif Məmmədov
Məmmədov Akif Güləli oğlu (17 may 1953, Lerik rayonu – 11 iyun 2017, Bakı) — dilçi, metodist, pedaqoq. Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dilçilik və Azərbaycan dilinin tədrisi metodikası üzrə mütəxəssis. == Həyatı == 17 may 1953-cü ildə Lerik rayonunda anadan olmuşdur. 1970-ci ildə orta təhsilini başa vurub, 1971–1975-ci illər arasında V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) Filologiya fakültəsində oxuyaraq oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) ixtisası üzrə işləmişdir. 1981–1990-cı illərdə Bakıdakı Respublika internat-məktəbində müəllim, 1990–1991-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (İndiki Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçı kimi çalışmışdır. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalında şöbə müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında "Orfoqrafiya təlimində etimoloji təhlildən istıfadə (V–VIII siniflərin materialları əsasında)" adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1993–1995-ci illərdə "Futuroloq" Fasiləsiz Təhsil Kompleksində, 1993–2001-ci illərdə M. F. Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universiteti) baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1991–1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur.
Akif Nərimanov
Akif Nərimanov (Nərimanov Akif Əli oğlu; d. 10.10.1946, Gəncə şəhəri) — Azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycanın “Ali Attestasiya Komissiyası”nın eksperti, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətini yaradıcısı, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Baş direktorunun müavini - Baş geoloq, SOCAR-ın Strateji İnkişaf üzrə Vitse-prezidentinin müşaviri vəzifələrində çalışmışdı. == Həyatı == 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə bitirmişdir. A.Ə.Nərimanov 1968 ildən 50 il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) müxtəlif vəzifələrdə çalışmış, qazma köməkçisindən şirkətin “Azneft” İstehsalat Birliyinin Baş qeoloqu, ARDNŞ-nin Strateji İnkişaf üzrə vitse-prezidentinin müşaviri vəzifəsinə qədər yüksəlmişdir. A.Ə.Nərimanov 1982-ci ildə namizədlik, 1990-cı ildə isə dokrorluq dissertasiyalarını Moskvada və Bakıdə müdafiə etmişdir. Qazıma, neft hasilatı və geoloji-kəşfiyyat sahələrində çalışan zamanı qazanılan təcrübə onun “Kaspmorneft” və “Azneft” istehsalat birliklərində baş direktorun geologiya üzrə müavini vəzifəsində işləyərkən çox faydalı olub. A.Ə.Nərimanovun respublikanın qabaqcıl sənaye birliyinin rəhbərlərindən biri kimi 19 illik fəaliyyətinin əyani məziyyətlərinə 1992-ci ildə onun rəhbərliyi ilə Azərbaycanda quruda köhnə neft yataqlarının bərpası üçün hazırlanmış xüsusi Proqram daxildir ki, bu da uzun illərdən sonra ilk dəfə olaraq 1993-cü ildə neft hasilatının sabitləşməsinə nail olmağa imkan vermişdir. Bundan əlavə, şəxsən onun hazırladığı və sonradan təkmilləşdirilmiş “Günəşli” yatağının işlənməsinin optimallaşdırılması Proqramı neft hasilatının səviyyəsini sabitləşdirməyə və uzun müddət sabit saxlamağa imkan vermişdir. Nəticədə təsdiq edilmiş proqnozdan artıq 20 milyon tona yaxın neft hasil edilmişdir. == Təltifləri == Amerika Geoloq-Neftçilər Assosiasiyası İcraiyyə Komitəsinin xüsusi mükafatı.
Akif Qurbanov
Akif Qurbanov (3 avqust 1981, Gürcüstan) — azərbaycanlı siyasətçi, ictimai fəal; Mərkəzi Seçki Komissiyasının üzvü (2006–2016); Demokratik Təşəbbüslər İnstitutunun (IDI) həmtəsisçisi və rəhbəri; "Fakt Yoxla" və "Toplum TV" daxil olmaqla bir sıra müstəqil mediaların həm-təsisçisi; III Respublika Platformasının qurucularından biri və həmin platformanın 2024-cü ildən sədri. 2024-cü il martın 7-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə həbs edilmiş, yerli və beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi məhbus olaraq qəbul edilmiş, onun azadlığa buraxılması üçün beynəlxalq insan hüquqları təsisatları tərəfindən Azərbaycana çağırışlar edilmişdir. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininin İstintaq Təcridxanasında saxlanılır. == Həyatı == Akif Qurbanov 1981-ci ildə Gürcüstanda anadan olub. 1998-ci ildə 289 saylı Zəngi liseyindən məzun olub. 1998–2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2008-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurası yanında Siyasət Məktəbini bitirib. 2013–2016-cı illərdə isə V. N. Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsində ali təhsil alıb. 2014-cü ildə Birləşmiş Ştatların "Open World Program"ında olub. Evlidir.
Akif Nağı
Akif Nağı (13 avqust 1957, Ağdam rayonu) — azərbaycanlı siyasətçi, tarix elmlər namizədi, dosent; əvvəl Qarabağ Azadlıq Təşkilatının sədri, sonra isə Azad Vətən Partiyasının sədri. == Həyatı == 13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib daha sonra Bakıya gəlib. Bakıda 1 saylı evtikmə kombinatında işləmişdir. 1976–1978-ci illərdə Sovet ordusunda, Baltik flotunda xidmət etmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub. 1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir. 2004-cü ildə həmin universitetin dosenti olub. == İctimai-siyasi fəaliyyəti == 2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub.
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.