Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Küftə
Küftə - Azərbaycan mətbəxinin önəmli yeməklərindən biridir. Çəkilmiş ətin qarışıq tərkiblə bişirilmiş halıdır və çox növləri vardır. Ən çox məşhur olanları Küftə-bozbaş, Təbriz küftəsi, Rizə küftə və Tava küftəsidir.
Küftə-Bozbaş
Küftə-bozbaş - Azərbaycanın milli yeməyi. == Tərkibi == Qoyun əti - 163q, quyruq - 20q, düyü - 15q, təzə alça - 30q, noxud - 25 q, kartof - 150q, baş soğan - 18q, zəfəran - 0,1q, quru nanə - 0,1q, istiot, duz. == Hazırlanma qaydası == Küftə bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.
Rizə küftə
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 1 baş soğan 40 qr ərinmiş yağ 20 qr üzüm sirkəsi 10 qr şəkər 15 qr tomat – püre 25 qr keşniş və şüyüd habelə tam üçün duz və istiot götürülür. == Hazırlanma qaydası == Qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir. Buna istiot və duz vurulub, yaxşı qarışdırılır və 30 dəq soyuq yerdə saxlanılır. Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır. Doğranmış soğan ayrıca qızardılıb içinə tomat püre qatılır və bulyonda açıldıqdan sonra buna sirkə, yaxud limon duzu, şəkər, istiot, duz vurulub hazır olunca bişirilir. Qızardılmış ət küftəciklərinin üstünə sous tökülüb 5 – 10 dəq ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman rizə küftənin üstünə doğranmış göyərti səpilir.
Çiy küftə
Çiy küftə - Türk mətbəxində yemək, Türkiyənin Urfa bölgəsində çox yayılıb. Urfadan kənarda Türkiyənin Adıyaman, Qaziantəp, Diyarbəkir, Mardin, Adana bölgələrində bir qədər fərqliliklə hazırlanır. Çiy küftə içindəki yarmanın şişməsi nəzərə alınaraq tez yeyilməlidir. Çiy küftədə çiy ət olduğundan Türkiyə Səhiyyə Nazirliyi onun hazırlanmasını qadağan etmişdir. Çiy küftənin ilk dəfə İbrahim peyğəmbərin anası tərəfindən, qıtlıq dövründə yarma və ceyran ətini daşla döyərək hazırlandığına inanılır. == Hazırlanması == Hazırlanması : Əvvəlcə yarma, qıyılmış ət ya da yağda qızardılmış yumurta, sous, soğan, cəfəri və ədviyyatlar bir yerdə qarışdırılır. Kahı yarpağı ilə birlikdə Urfa ev çörəyi ilə yeyilir.
İçli küftə
İçli küftə yarmanın xəmir halına gətirilərək içinin doldurulması ilə hazırlanan ənənəvi Anadolu yeməyidir. Mənşəcə ərəb mətbəxinə aiddir və orijinal adı kibbədir. Türkiyədə Bitlis, Osmaniyə, Sivas, Qəhrəmanmaraş, Tunceli, Elazığ, Malatya, Mardin, Diyarbəkir, Hatay, Qaziantep, Adana, Şanlıurfa və Adıyaman bölgələrində hazırlanır. Küftənin içi qıyma, quyruq yağı, soğan, cəfəri və ədviyyatlar ibarət qarışıqla doldurulur. Bundan sonra isə bişirmə prosesi başlayır. Bişirmə üsuluna görə iki növə ayrılır: qaynadılaraq və qızardılaraq bişirilən. Adətən ayranla süfrəyə verilir.
Mərcili çiy küftə
Lazım olan ərzaqlar: 100 qram qırmızı mərci, 100 qram narın bulğur, 1 baş soğan, 1az cəfəri, 2 xörək qaşığı tomat (pamidor əzməsi) duz, istot (qirmizi+qara), sarıkök (yoxdursa problem deyil), Bitki yağı (günəbaxan və ya zeytun yağı). Bəzək və qarnitur üçün Kahı yarpaqları. Hazırlanması: Deməli, bir qazana 2 stəkan su(təxminən) və mərcini əlavə edib, mərci əzilib, bişənə qədər qaynadırsınız. Arabir mərcini qarışdırmanız məshləhətdir. Sonra (suyu çox qurumamalıdır=normal qarışım olmalidir) Bu prosedur bitdikdən sonra 100 qr bulgurumuzu bişmiş mərcimizin üzərin\ töküb, narım-narın cəfəriləri də doğrayıb, üzrinə tökürük və qarışdırırıq yaxşıca. Sonra ayrı bir tavaya soğanları xırda-xırda doğrayıb üzərinə çıxana qədər bitki yağı əlavə edib, soğanları yaxşıca qızardırıq və üzərinə duz və sarıkök əlavə edib, qızardırıq. Ən sonda 2 qaşıq tomatımızı da əlavə edib, ocaqdan götürürük və isti-isti bulgurlu, mərcili qarışığımızın üzrinə soğanı ve qirmizi istiot əlavə edib, yaxşıca yoğururuq və əlimizdə küftə halına gətirib əvvəlcədən təmizlənmiş kahı yarpaqlarının üzərinə düzürük.
Aluşta
Aluşta (rus. Алу́шта, ukr. Алу́шта, krımtat. Aluşta) — Ukraynada, Krımın Cənub sahilində şəhər, Aluşta rayonunun mərkəzi. == Əhali == 1805-ci ildə — 208 nəfər (ümumi Krım tatarları) 1849-cu ildə — 429 nəf.. 1864-cü ildə — 763 nəf.. 1887-ci ildə — 1172 nəf.. 1897-ci ildə — 2182 nəf. (1 568 Krım tatarı) 1926-cı ildə — 4800 nəf. (2 070 Krım tatarı, 1 450 rus, 480 ukraynalı, 270 yəhudi, 250 yunan, 30 alman, 20 erməni, 10 bolqar) 1939-cu ildə — 9689 nəf.
Ülufə divanı
Ülufə — Qapıqulu əsgərlərinə, yeniçərilərə və bəzi saray adamlarına üç ayda bir dəfə verilən maaş. Gündəlik olaraq hesablanan bu maaş Ədalət Meydanında xüsusi mərasimlə ödənilirdi. Əvvəlcə yeniçərilər saray mətbəxi önündə, sipahi əsgərləri isə saray anbarları önündə sırayla düzülməli idi. Daha sonra ülufələr paylanılırdı. Ardından yeniçərilərin önünə qapaqlı qazanlarda aş, ət və şorbalar düzülürdü. Əsgərlərin ülufələrindən razı olub-olmaması bu yeməkləri yemələrindən asılı idi. Əgər əsgərlər yeməkləri yesələr, deməli aldıqları maaşdan razıdılar. Ancaq Osmanlı tarixi boyunca bir çox dəfə ülufə divanı dağılmış, əsgərlər aldıqları maaşda narazı qalıb yemək qazanlarını aşırdıb üsyan çıxarmışdır.
Şeyla Vott-Klute
Şeyla Vott-Klute (ing. Sheila Watt-Cloutier) — ictimai xadim, siyasətçi, yazıçı, fəal, insan hüquqları və inuitlərin, digər yerli xalqların hüquqlarına, habelə mədəniyyətinin müdafiəçisi. O, 2006-cı ildə Kanada Ordeninə, 2005-ci ildə Sofiya Mükafatına və 2015-ci ildə Ləyaqətlə Yaşamaq Mükafatına layiq görülüb. == Bioqrafiya == Şeyla Vott-Klute 2 dekabr 1953-cü ildə Nunavik bölgəsinin Kuucuaq şəhərində anadan olub. Anası Ceyzi Vott (1921–2002) tərcüməçi və həkim idi. Atası Qeorqe Kornelson Şimalın araşdırmaçısı olur. 1956-cı ildə ailə keçmiş Amerika hərbi bazası olan Nyu Fort Çimoya köçür. Atası ailəni tərk etdiyi üçün həyatının ilk on ilində Şeyla anası və nənəsi tərəfindən böyüdülür. Akademik mükəmməlliyə görə, 10 yaşında Şeyla Kanadanın cənubunda federal hökumətin təhsil proqramının üzvü olur. Bu dəfə cənuba köçürüləndə və Yeni Şotlandiya əyalətində yaşayan avropalılar ailəsində məskunlaşdıqda olduqca travmatik həyat sürür.
Santa Mariya della Salute kilsəsi
Santa Mariya della Salute (it. Basilica di Santa Maria della Salute) Venesiyada Grand-kanalının sahilində, Dojlar sarayının qarşısında yerləşən patriarx roma-katolik məbədi. Məbəd şəhərin 100000 sakininin tələfinə səbəb olmuş taun epidemiyasının sona yetməsi münasibətilə 1630-1631-ci illərdə barokko stilində inşa edilmişdir. Tikilinin memarı Baltazar Lonqenadır. Kilsənin əzəmətli bazilikası səkkizguşəli olub, üstü yarım sferik kümbəzlə örtülmüşdür. Qurbangah üzərində sonralar bir qədər kiçik daha bir kümbəz əlavə olaraq tikilmişdir. Əsas kümbəz on beş tağ üzərində formalaşır. Kümbəz tağlarının arasında müvafiq cüt pəncərələr yerləşir. Məbədin girişi zəfər tağı formasındadır. Binanın fasadı iblisə həmlə edən mələk Mikayılın, Vəftizçi Yəhyanın, Bakirə Məryəmin heykəlləri ilə bəzədilmişdir.
Das alte Karussell
Das alte Karussell (azərb. Köhnə karusel‎) — İsveçrənin 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Liz Assia tərəfindən alman dilində ifa edilmişdir. Bu mahnı ikinci nömrə altında ifa olunmuşdur. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.