Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aləmzər Əlizadə
Aləmzər Əlizadə Məmməd qızı (4 sentyabr 1950, Gəncə, Azərbaycan) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aləmzər Əlizadə 1950-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İlk yazısı 1967-ci ildə "Pioner" qazetində dərc olunub. AYB Gəncə bölməsində 1989-cu ildən bu günədək məsləhətçi işləyir. 1993-cü il Moskvada çıxan təqvimdə şeirləri dərc olunub. 1986-cı ildən Azərbaycan Yazıcılar Birliyinin (Keçmiş SSRİ Yazıçılar İttifaqı) üzvüdür. 1987-ci ildə "İlin ən yaxşı uşaq kitabı" müsabiqəsində mükafata görülüb, kitabı növbədənkənar buraxılıb. Hazırda Azərbaycan Yazıcılar Birliyinin Gəncəbasar bölməsində məsləhətci işləyir. 2009-cu ildə Azərbaycan Tele film Yaradıcılıq birliyi Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən "Yaxşı bax kitabına" adlı sənədli film çəkib və nümayiş olunub.
Bütün Aləmlər Kilsəsi
Bütün Aləmlər Kilsəsi (ing. Church of All Worlds) — qeyri-ənənəvi inanclardan biri. Ekspertlərin fikrincə, Bütün Aləmlər Kilsəsi Amerikadakı mühüm müasir bütpərəst dini təşkilatlardan biridir. 1970-ci illərdə Tim Zeltin (sonralar özünü Otter Zelt adlandırıb) rəhbərliyi altında bu kilsə müxtəlif maraqları olan bütpərəst qruplar arasında əlaqə yaradılmasında, həmçinin bütpərəst insanın təbiəti sevən insan kimi qələmə verilməsində aparıcı rol oynamışdı. Bütün Aləmlər Kilsəsinin tarixi 1961-ci ilə gedib çıxır. Oklahomadan olan Riçard Lens Kristi adlı məktəbli obyektivizm fəlsəfi cərəyanının banisi Ayn Renddin ideyaları və humanist psixologiyanın banisi Abraham Maslounun fikirləri ilə maraqlanırdı. Vestminster kollecinə daxil olduqdan sonra Kristi burada Zeltlə tanış olur. Zelt Kristinin qrupuna qoşulur və onlar birlikdə altıncı hiss mövzusunda təcrübələr aparmağa başlayırlar. Həmin vaxt Kristinin qrupu Robert Haynlaynın "Yad diyardakı yad" elmi-fantastik əsərini oxuyurdu. Məhz bu əsər Bütün Aləmlər Kilsəsinin yaranmasında katalizator rolunu oynayır.
Aləmdar
Ələmdar — kişi adı. Polad ƏləmdarBu adı olan tanınmış şəxslərƏləmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professorYaşayış məntəqələriƏləmdar — Hadişəhrin digər adı.
Alimlər Köşkü
Alimlər Köşkü və ya Alimlər Pavilyonu ― İran İslam Respublikası tərəfindən Vyanadakı Birləşmiş Millətlər Təşkilatının ofisinə bağışlanan bir abidədir. Xatirə abidəsinin İran İslam Respublikası Xəbər Agentliyi tərəfindən verilən məlumata görə İslam və Əhəməni memarlığının birləşməsi olduğu iddia edilir, lakin sonuncusu dekorativ xüsusiyyətlərdə açıq şəkildə üstünlük təşkil edir; xüsusilə Fars sütunları və digər xüsusiyyətləri Persepolis və digər yerlərdə qalmış Əhəməni memarlığı nümunələrindən götürülmüşdür. Çaxartaq köşk forması, İslamdan əvvəlki dövrlərdən bu günə qədər qalmış Fars memarlığının bir nümunəsidir. Köşkün içərisində dörd məşhur Fars orta əsr alimlərindən olan Ömər Xəyyam, Əl-Biruni, Məhəmməd ibn Zəkəriyyə ər-Razi və İbn-Sinanın (Avisena) heykəlləri vardır. Bu abidə 2009-cu ilin iyununda İranın elmdəki dinc inkişafları münasibətilə bağışlanmışdır. Bu abidə Alireza Nazem Alroaya tərəfindən dizayn edilmiş və Sadeh Architecture City Construction tərəfindən inşa edilmişdir.
Polad Aləmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Simli Alətlər
Çeşidinə və geniş yayılma arealına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri vardır. == Tarixçə == Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır. == Növləri == Simli musiqi alətləri ifa tərzinə görə dörd qrupa bölünür: Mizrabla çalınanlar: tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur Kamanla çalınanlar: kamança, çəqanə Barmaqla çalınanlar: (dartımlı) çəng, Şirvan tənburu Zərblə çalınanlar: səntur, sevəndər == Quruluşu == Simli çalğı alətləri, əsasən, üç hissədən ibarətdir: Çanaq (gövdə). Burada səs rezonansı yaranır, formalaşır və güclənir.
Övrəngzeb Aləmgir
Sultan Övrəngzib (Aləmgir) (Farsca: اورنگزیب عالمگیر Öwräŋzib Ālâmgir; 3 noyabr 1618[…] – 3 mart 1707[…], Əhmədnaqar), (1658–1707) — Böyük Moğol imperiyasının imperatoru. == Həyatı == Övrəngzibin (Aləmgirin) 1707-ci ilə qədər sürən səltənəti dövründə imperatorluq ən geniş sərhədlərinə çatdı və Hindistan tamamilə Türk hakimiyyəti altına girdi. Taxt-tac qovğasına girişən qardaşlarını aradan qaldırdı. Övrəngzib Türk və müsəlman dünyası ilə yaxşı əlaqələr yaratmış, qonşuları ilə əsaslı bir anlaşılmazlığı olmamışdır. Xalqdan alınan vergiləri azaltmış, nizam-intizamı və əmin-amanlığı təmin etmişdi. Yəmən imamına, Həbəşistan hökmdarına gümüş və qızıl pulla kömək göstərmişdi. Ancaq onun zamanında Hindistan ticarətinə ingilislərdən sonra hollandlar da əl atmış, Qucarat limanlarında onlara da bəzi imtiyazlar verilmişdi. Ölkəsində getdikcə çoxalan xarici şirkətlərin istismarçılıq xətti yeritmələrindən narazıydı, amma özünün ticarət gəmilərini hind okeanındakı dəniz quldurlarından ingilislər qoruduqları və Hindistanın iqtisadi mənafeləri onlarla xoş rəftarı zəruri etdiyi üçün gömrük vergilərini bir az artırmaqdan başqa bir iş görə bilmədi. Ən böyük nöqsanı Türküstandan kifayət qədər Türk əsgəri gətirməməsidir. Çünki Türküstan əsgərləriylə həm hindli çoxluğun təzyiqinə, həm də ölkəni ələ keçirməyə çalışan qərblilərə qarşı daha güclü və uğurlu mübarizə apara bilərdi.
Ləmbər (Meşkinşəhr)
Ləmbər (fars. لمبر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 562 nəfər yaşayır (161 ailə).
Alimlər binası (Novoçerkassk)
Alimlər binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərində mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. Bina Ataman küçəsi ünvanında yerləşir. Bina 1909-cu ildə inşa edilmişdir. Modern stilinə sahibdir. Binsnın layihə rəhbəri Cənubi Rusiya Dövlət Donsk Politexnik Universitetinin arxitektur kafedrasının müəllimi Q. M. Salnikova məxsusdur. Layihənin müəllifi 1911-ci ilə qədər burada yaşamışdır. Sonradan isə o, binanı universitet kitabxanasına icarəyə vermişdir. Özü isə digər əraziyə köçmüşdür. Bir müddət sonra bina mədəni mərkəzə çevrilmişdir.
Alimlər evi (Bakı)
Alimlər evi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Neftçilər prospektində bina. Memarlığını Sadıq Dadaşov və Mikayıl Hüseynovun etdiyi binanın tikintisi 1946-cı ildə başa çatmışdır. Binanın yaxınlıqlarında Bəhram Gur heykəli yerləşir.Bina II Dünya müharibəsindən sonrakı dövrdə Sovet Azərbaycanı memarlığının inkişafında mühüm bir mərhələ hesab edilir. == Məşhur sakinləri == Binanın layihəsinin müəllifi, memar, akademik Mikayıl Hüseynov (m. 9), SSRİ xalq artisti Rəşid Behbudov, şair, sənətşünaş, prof. Cəfər Xəndan, Azərbaycan SSR Nazirlər Sovetinin sədri, neft geoloqu, prof. Ənvər Əlixanov, SSRİ-nin əməkdar təyyarəçisi Nurəddin Əliyev, yazıçı Mir Cəlal Paşayev, ADU rektoru Mehdi Əliyev, Azərbaycan SSR EA prezidentləri, akademiklər Zahid Xəlilov, Musa Əliyev; akademiklər, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri İlyas Abdullayev, Şirəli Məmmədov, Feyzulla Qasımzadə; Azərbaycan MEA müxbir-üzvü Abdulla Muxtarov kimi məşhur şəxslər Alimlər evində yaşamışlar. Bundan başqa, akademiklər, Fuad Qasımzadə, MAA rektoru Arif Paşayev, ADA rektoru, XİN müavini, prof. Hafiz Paşayev də müxtəlif illərdə bu binada yaşamışlar. Binada, onun məşhur sakinləri haqqda memorial lövhələr vurulmuşdur.
Aləmdar Mustafa Paşa
Aləmdar Mustafa Paşa (türk. Alemdar Mustafa Paşa; 1755, Xotin – 15 noyabr 1808, Konstantinopol) — 1808-ci ildə üç ay on səkkiz gün sədrəzəmlik eləmiş Osmanlı dövlət adamı. == Həyatı == 1755-ci ildə Hotində doğulub. 14 noyabr 1808-ci ildə İstanbulda vəfat edib. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.11–12.
Dünya alimlər kuboku
Dünya alimlər kuboku — 50-dən çox ölkədən iştirak edən tələbələrlə beynəlxalq bir sıra akademik proqramdır. Müsabiqə, DemiDec tərəfindən, xüsusilə DemiDec'in prezidenti Daniel Berdichevsky tərəfindən 2006-cı ildə təsis edilmişdir. Dünya Olimpia Kuboku "gələcək alim və liderlərin qlobal birliyi" adını çəkdi . Bu, müxtəlif mədəniyyətlərdən tələbələrə bu günə aid olan məsələləri və fikirləri müzakirə etmək üçün bir araya gətirir. == Yarışların formatı == Ümumdünya Olimpiya Kubokunun komandası ümumiyyətlə üç şagirddən ibarətdir, lakin xüsusi şəraitdə iki nəfər ola bilər. Komandalar adətən eyni məktəbdən gələn şagirdlərdən ibarətdir, lakin qarışıq qruplara icazə verilir. Şagirdlər digər məktəblərdən və ya hətta digər ölkələrdən olan tələbələrə daxil ola biləcək "müstəqil" komandalar yaratmağı seçirlər. Hər komanda dörd standart, dəyirmi tədbirdə iştirak edir. Komandalar hər hansı bir regional mərhələdə iştirak edə bilərlər. Əgər komandalar regional mərhələdə iştirak edə bilmirlərsə də, qlobal turnirdə iştirak etmək istəməyəcəklərsə, onlar bir joker meydançaya uyğun ola bilərlər.
II Aləmgir Şah
II Aləmgir Şah — Böyük Moğol İmperiyasının XV padşahı.
Kürd alimlər siyahısı
Kürd İslam alimləri, elm insanları və filosoflar siyahısı. Caban əl-Kurdi, Peyğəmbər Məhəmməd səhabəsi. Zozan, Peyğəmbər Məhəmməd qadın səhabəsi.
Sultan Övrəngzeb (Aləmgir)
Sultan Övrəngzib (Aləmgir) (Farsca: اورنگزیب عالمگیر Öwräŋzib Ālâmgir; 3 noyabr 1618[…] – 3 mart 1707[…], Əhmədnaqar), (1658–1707) — Böyük Moğol imperiyasının imperatoru. == Həyatı == Övrəngzibin (Aləmgirin) 1707-ci ilə qədər sürən səltənəti dövründə imperatorluq ən geniş sərhədlərinə çatdı və Hindistan tamamilə Türk hakimiyyəti altına girdi. Taxt-tac qovğasına girişən qardaşlarını aradan qaldırdı. Övrəngzib Türk və müsəlman dünyası ilə yaxşı əlaqələr yaratmış, qonşuları ilə əsaslı bir anlaşılmazlığı olmamışdır. Xalqdan alınan vergiləri azaltmış, nizam-intizamı və əmin-amanlığı təmin etmişdi. Yəmən imamına, Həbəşistan hökmdarına gümüş və qızıl pulla kömək göstərmişdi. Ancaq onun zamanında Hindistan ticarətinə ingilislərdən sonra hollandlar da əl atmış, Qucarat limanlarında onlara da bəzi imtiyazlar verilmişdi. Ölkəsində getdikcə çoxalan xarici şirkətlərin istismarçılıq xətti yeritmələrindən narazıydı, amma özünün ticarət gəmilərini hind okeanındakı dəniz quldurlarından ingilislər qoruduqları və Hindistanın iqtisadi mənafeləri onlarla xoş rəftarı zəruri etdiyi üçün gömrük vergilərini bir az artırmaqdan başqa bir iş görə bilmədi. Ən böyük nöqsanı Türküstandan kifayət qədər Türk əsgəri gətirməməsidir. Çünki Türküstan əsgərləriylə həm hindli çoxluğun təzyiqinə, həm də ölkəni ələ keçirməyə çalışan qərblilərə qarşı daha güclü və uğurlu mübarizə apara bilərdi.
Sultan Övrəngzib (Aləmgir)

Muğam ifaçılığında idiofonlu alətlər
Muğam ifaçılığında idiofonlu alətlər - Tədqiqatda əlvah, çini kasa dəsti, kuzə dəsti, nəlbəki dəsti, xromatik laqquti, çınqıraq dəsti və zınqırov kimi idiofonlu alətlərimizin muğam ifaçılığında, həmçinin muğamlarımızın inkişafı və formalaşmasında digər çalğı alətlərindən heç də az əhəmiyyəti olmadığı aşkarlanır. Əsrlər boyu xalqımızın estetik zövqünün formalaşması və inkişafında tar, kamança, balaban, saz, qanun və s. alətlərlə yanaşı, bir sıra idiofonlu alətlərimizin də böyük rolu olmuşdur. == İdiofonlu alətlərin səsləndirilməsi == İdiofonlu alətlərin muğam ifaçılığında heç bir rolu yoxdur. Lakin ifaçılıq sənətinə dərindən diqqət yetirdikdə idiofonlu alətlərin də muğam ifaçılığının inkişafında heç də az əhəmiyyət daşımadığının şahidi oluruq. Məsələn, bir sıra idiofonlu alətlərdən (laqquti, qaşığek, çaharparə, şax¬şax, xalxal və s.) muğamların şöbə və guşələri arasında çalınan dəraməd, rəng, rəqs, diringə və ya təsniflər, eləcə də zərbi-muğamlar ifa edilərkən geniş istifadə olunur. Hətta, bəzi idiofonlu – əlvah, çini kasa dəsti, nəlbəki dəsti, kuzə dəsti, xromatik laqquti kimi alətlərimizdə muğamları da səsləndirmək mümkündür. Bir sıra muğam guşələrinin adlarında da idiofonlu alətlər əks olunmuşdur: == Əlvah aləti == Azərbaycanın böyük musiqişünas alimi Kamaləddin Əbdülqadir bin Qeybi əlHafiz Marağalının (1353-1435) icad etdiyi alətlərdən biri də əlvah adlanır. Əlvah Avropa aləti müasir ksilofona bənzəyir. Ksilofon haqqında yazılan mənbələrə görə XV əsrdə Şərqdə (Cənubi Asiyada) belə bir alətin mövcud olduğu bildirilir.
Aləmdə qalan səs (film, 2001)
Aləmdə qalan səs sənədli televiziya filmi rejissor Mirsadiq Ağazadə tərəfindən 2001-ci ildə çəkilmişdir. Lider Televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaniyə həsr olunmuşdur. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaniyə həsr olunmuşdur.
Aləmdə səsim var mənim (roman)
Aləmdə səsim var mənim — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin 1972-ci ildə qələmə aldığı tarixi roman. == Haqqında == Roman yalnız ədibin yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yer tutur. Müəllifin ilk romanı olan və ədəbi mühitdə böyük həssaslıqla qarşılanan bu əsərin adı elə məhz Seyid Əzim Şirvaninin şeirindən götürülmüşür: Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmağı düşünsə də, əsərin nəşri zamanı dəyişməyi münasib bilmişdir. Bu şübhəsiz ki, romanın ictimai məzmunu ilə əlaqədardır. "Aləmdə səsim var mənim" romanında Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da bununla kifayətlənməmiş, bütövlükdə XIX əsr Şirvan tarixini, daha doğrusu Şirvan mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında izləmişdir. Romanda Seyid Əzimin mükəmməl obrazı yaradılmışdır. "Şamaxı yollardan başlanır" deyərək yazıçı bir həyatın, bir mühitin və bir cəfakeş mübarizin həyat romanını başlayır. Şamaxı bazarlarının da təsviri geniş verilir, eyni zamanda burada bu həyat romanının iştirakçıları ilə tanış oluruq. Onalar haqqında və XIX əsr Şamaxı mühiti haqqında geniş təsəvvür əldə edirik. Romanın ilk səhifələrində Seyid Əzim gənc bir şairdir yeni tanınmağa başlayır.
Alsmer
Alsmer (nid. Aalsmeer) — Niderlandın şimalında, Harlemin şərqində şəhər. XVI əsrə aid qotik üslubunda tikilmiş kilsə mövcuddur. Avropanın aparıcı gül bazarlarından biri burada yerləşir. Toxuma və qida sənayesi, maşın zavodları var. Şəhərdə dəniz idman növləri keçirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "Postcodetool for 1431EH" [Zip Tool for 1431EH]. Actueel Hoogtebestand Nederland (holland). Het Waterschapshuis.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani (film, 2014)
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vasif Məmmədzadə tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani haqqındadır. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi, öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin həyat və yaradıcılığını əhatə edir.Filmdə şairin obrazını əməkdar artist Pərviz Bağırov canlandırır.
Aleksandr Qlezer
Aleksandr Qlezer (10 mart 1934, Bakı – 4 iyun 2016, Paris) — tanınmış yazıçı və kolleksiyaçı. == Həyatı == Aleksandr Qlezer 1934-cü ilin martında Bakıda anadan olmuşdur. Uzun müddət Ufada yaşamışdır. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlamış və gürcü şairlərinin 7 kitabını tərcümə etmişdir. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanmış və onları toplamaqla məşğul olmuşdur. 1970-ci illərdə SSRİ-dən deportasiya edilmişdir. Sürgündən sonra şair Fransaya köçmüş və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini oraya apara bilmişdir. Sonradan o, ABŞ-nin Nyu-Cersi ştatına köçüb. 2016-cı il iyunun 3-dən 4-nə keçən gecə Fransanın paytaxtı Parisdə 82 yaşında vəfat etmişdir.
Lemer boğazı
Lemer boğazı — Odlu Torpaq adasını Estados adasından ayırır. Boğazı Holland səyyahları Y.Lemer və V.K.Sxauten ilk dəfə 1616-cı ildə keçib. 1619-cu ildə Qarsiya de Nodalın ekspedisiyası zamanı keçilir və Dieqo-Ramires adası kəşf edilir. Eni 30,6 km təşkil edir. Sahillərində Magellan pinqivinlərinə rast gəlinir.
Yevgen Almer
Yevgen Almer (d. 14 yanvar 1953) — Rumıniyalı keçmiş üzgüçü. Yevgen Almer Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yevgen Almer birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:49.80 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.