Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atriplex amana
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Atriplex patula subsp. amana
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Tərlan Amanaliyev
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2023-cü ilin məlumatına görə, əhalisi 2.270.298 nəfərdir. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni mərkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930–1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Amanoa
Amanoa (lat. Amanoa) — malpigiyaçiçəklilər sırasının fillantkimilər fəsiləsinə aid bitki cinsi.
Amanu
Amanu (fr. Amanu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hao atolundan 15 km şimalda yerləşir. == Coğrafiya == Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 29 км, eni — 10 km, quru sahəsi isə 9,6 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 240 km²-dir. Qərbdən laqun okeanla kiçik boğazlarla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 163 nəfər yaşayır.
Amapa
Amapa (port. Amapá) — Braziliya ərazisində yerləşən ştat. İnzibati mərkəzi Makapa şəhəridir. == Coğrafiya == Ştatın ərazisi 142 827,9 km² təşkil edir. Bu göstərici ilə 26 ştat arasında 18-ci yerdədir. Ərazisi romb şəkilindədir. Şimaldan Surinam və Fransız Qvineyası, cənubdan və qərbdən isə Para ştatı ilə sərhədlənir. Şərqdən Atlantik okean suları ilə yuyulur. Amazon düzənliyinin şimal-şərq hussəsini təşkil edir. Ərazisinin 90 % Amazon cəngəllikləri örtülüdür.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Karataş (Adana)
Karataş — Adana ilinin ilçəsi. Şərqi Aralıq dənizi bölgəsində Seyhan və Ceyhan çaylarının təbii sərhədləri daxilində yaradılmışdır. Adanadan 48 km uzaqlıqdadır. 1986-cı ildə Adanada Yüreğir ilçəsinin qurulması ilə bəzi kəndlərin bir qismi Karataş ilçəsinin tabeçiliyinə verilmişdir. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 24.559 nəfər yaşayır. == Mühüm günlər == 19 iyun: Karataş ilçəsinin qurulması.
Karmen Amaya
Karmen Amaya (isp. Carmen Amaya; d. 2 noyabr 1918[…] – 19 noyabr 1963[…]) — İspan rəqqasə, müğənni, film aktrisası, əfsanəvi flamenko rəqqasəsi. == Bioqrafiyası == Əslən qaraçı, gitaraçı Francisko Amayanın qızı (ləqəbi El Çino, Çinli). Altı yaşından bəri rəqs edir; atası ilə Barselonadakı "Yeddi qapı" restoranında çıxış edirdi. Onun istedadını ilk dəfə Kataloniya sənətşünası Sebastiyan Qaş görür. 1923-cü ildə Madriddə çıxış edir. 1929-cu ildə Parisdə debüt edir, Rakel Meler truppasındakı ifası böyük bir uğura səbəb olur. 1936-cı ildən bəri Portuqaliyada, ABŞ-da, Latın Amerikasında, Fransada, Böyük Britaniyada, Cənubi Afrikada yaşamış və ya səyahət etmişdir. O Arturo Toscanini və Leopold Stokovskidən yüksək qiymətləndirmələr almışdır.
Melo adana
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Misaki Amano
Misaki Amano (d. 22 aprel 1985) — keçmiş Yaponiya qadın futbolçusu.
Ramana-450
Ramana-450 — 2007-ci ildə Sabunçu rayonu ərazisində salınmış qəsəbə. Əhalisi Şuşa rayonu Malıbəyli kənd sakinlərindən ibarətdir.
Ramana (dəqiqləşdirmə)
Ramana — Azərbaycanda yaşayış məntəqəsi. Yeni Ramana — Azərbaycanda yaşayış məntəqəsi. Ramana (Pakistan) — Pakistanda yaşayış məntəqəsi. Ramana (aktyor) — aktyor.
Ramana bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ramana məscidi
Ramana məscidi və ya Qurban məscidi — 1912–1914-cü illərdə Ramana kəndində tikilib. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. XIX–XX əsrlərdə yanında yerləşən hamam və yaşayış evləri ilə birgə bu məscid tarixi mərkəz rolunu oynayır. Məscid 1912–1913-cü illərdə tikilib. Memarı Zivər bəy Əhmədbəyovdur. Plana görə məscid iki kvadrat şəkilli ibadət zalından, qadınlar üçün birinci mərtəbə, zalın şimal və şərq hissələrində yerləşən yardımçı otaqlardan ibarətdir. Zivər bəy Əhmədbəyov məscidi təkcə müsəlman məbədi kimi tikmir, həm də yerli Abşeron məktəbinin bütün xüsusiyyətlərini nəzərə almaqla yaradır. Məscidin baş fasadının həlli üçün səciyyəvi olan portalın yerinin XX əsrin əvvəllərində dini tikililərdə müşahidə olunduğu kimi səthi variantda deyil, dərin taxçalı, uyğun bölgülərdə qeyd edilən girişli Abşeron memarlığının klassik üsulları ilə müəyyən edilməsidir.
Ramana qalası
Ramana qəsri — Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır. 2001-ci ildə Ramana qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. Qəsr, Şirvanşahların sifarişi ilə XIV əsrdə inşa edilmişdir. Bəzi tədqiqatçılar qəsrin inşa tarixini XII əsrə aid edirlər. Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür. Qəsr, Şirvanşahların sifarişi ilə ehtimal ki, XIV əsrdə müdafiə məqsədilə inşa edilmişdir.
Samana körfəzi
Samana körfəzi (isp. Bahía de Samaná) — Atlantik okeanda Dominikan Respublikasının şimal-şərq sahilində, eyniadlı şəhərdən və burundan cənubda yerləşən körfəz. Onu əhatə edən əsas şəhərlər: Santa Barbara de Samana, Sançes, Sabana de la Maar. Körfəzi şəxsən Xristofor Kolumb adlandırmışdı — Golfo de las Flechas. Şimaldan cənuba qədər uzunluğu — 65 km, şərqdən qərbə isə — 25 km. Körfəz sahilində «Yuna» çayının mənsəbi yerləşir. Körfəzin akvatoriyasında çoxlu riflər var, hansı ki çoxlu turist cəlb edir. Cənub-qərb sahilində «Los Xaytites» milli parkı var, bu guşə tropik bitkilərlə və heyvanlarla boldu. Samanada delfinlərə, qozbel balinalara (yanvar ayının sonundan mart ayının əvvəlinə qədər) rast gəlmək mümkündür. XIX əsrdə Fransa, İngiltərə, ABŞ bir neçə dəfə körfəzi ələ keçirmək üçün danışıqlar aparırdı.
Samana yarımadası
Samana yarımadası — Haiti adasının şimal-şərqində yerləşən yarımada. Yarımada ərazisi Dominikan Respublikasının Samana vilayəti ərazisində yerləşir. Yarımada dağlıq relyefə malikdir. Ərazisinin böyük hissəsi meşələrlə örtülüdür. Sahillərində çoxlu meşəlik vardır. Əsasən avtomobil yolu — DR-5 və DR-133. Yarımadada üç hava limanı vardır: Samana El-Catey. Yarımadada yerləşən yaşayış məntəqələri: Şimaldan və şərqdən Atlantik okean suları, cənubdan isə Samana körfəzi ilə əhatələnmişdir.
Sarıçam (Adana)
Sarıçam — Adana ilinin ilçəsi. 2018-ci ilin məlumatına görə ilçədə 173.154 nəfər yaşayır.
Adana Dəmirspor
Adana Dəmirspor — Türkiyənin Adana şəhərini Super liqada təmsil edən futbol klubu. Futbol departamenti 2022–23 Super Liqada 4-cü yeri tutan və tarixində ilk dəfə Avropa yarışlarına vəsiqə qazanan ən populyar departamentdir. Klub həmçinin avarçəkmə, stolüstü tennis, taekvondo və voleybol idman növləri üzrə də mübarizə aparır. == Tarixi == Türkiyə Dövlət Dəmir Yolları (TCDD) idman fəaliyyətlərinə 1930-cu ildə Əskişəhər Dəmirsporun qurulması ilə başlamışdı. Sonrakı illərdə İzmir Dəmirspor, Ankara Dəmirspor, Kayseri Dəmirspor və İstanbul (Haydarpaşa) Dəmirspor quruldu. == Stadion == Adana Dəmirin doğma meydanı 2021-ci ilin mart ayından etibarən Adana Stadionudur. Stadion 33543 tamaşaçı tutumuna malikdir. == Departamentləri == Futbol departamenti klubun bütün tarixini yaşadan yeganə şöbədir. Departamentə Gökhan Göktürk rəhbərlik edir.
Amanda Abbinqton
Amanda Abbinqton (London) — İngilis aktrisa.