Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amerikanın Səsi
Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir." == Tarixi == Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir. == Azərbaycanca == Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır. Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır.
Amerikanın adlandırılması
Amerika — Qərb yarımkürəsində qitə. O, Şimali və Cənubi Amerika qitələrinə bölünür. Qitə Xristofor Kolumbun 1492-ci il səfərindən əvvəl yerlilər tərəfindən bir çox ada malik idi. O tarixdən sonra gələn əcnəbilər isə qitəni Amerika adlandırdılar. Ümumi olaraq, Amerika adının XVII əsrdə, bu iki qitədə tədqiqatlar aparmış İtaliya səyyahı Ameriqo Vespuççidən gəldiyi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixşünaslar müxtəlif açıqlamalar irəli sürüblər. == İstifadəsi == Müasir Azərbaycan dilində, Şimali və Cənubi Amerika ayrı qitələr hesab edilir. Bu, ingilis dilində də eynidir, amma onlar cəmdə "Americas" (azərb. Amerikalar‎) adlanır. Addan tək formada istifadə edən zaman, bu ad sadəcə Amerika qitəsinə aid edilir.
Amerikanın kəşfi
Amerikanın kəşfi — XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslində kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır. Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır. Bu gün Xristofor Kolumbun "Qərbi Hindistan" kimi Amerika qitəsini kəşf etməsi coğrafiya tarixində aşağıdakı kimi səciyyələndirilməkdədir.
Amerikanın ştatları
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Amerikanın ştatı
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Amerikanın İspaniya sahilləri
Amerikanın İspaniya sahilləri — İspaniya imperiyasının Amerika qitəsindəki koloniyalarının Karib dənizi və Meksika körfəzinin sahillərini əhatə edən kontinental əraziyə verilən ad. XLVII və XLVIII əsrlərdə bu sahilyanı ərazilərin cənub hissəsi Tyerra Firme vilayəti və ya "kontinental vilayət" olaraq bilinirdi. == Konsepsiya == Termin ABŞ-nin indiki Florida ştatını, Meksika körfəzinin Texas ştatı və Meksikadakı qərb sahillərini, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal sahillərini əhatə edirdi. XLVII əsrdən XIX əsrə qədər Amerikanın İspaniya sahilləri Amerikanın qızıl, gümüş, odun və heyvan dəriləri kimi təbii sərvətlərinin İspaniyaya göndərildiyi yer idi. == İstinadlar == == Ədəbiyyat == Karl Zauer. The Early Spanish Main. Berkeley and Los Angeles: University of California Press 1969. == Xarici keçidlər == "Reefs, Wrecks and Rascals". Melfisher.org. Archived from the original on 2012-02-06.
Şimali Amerikanın kolonizasiyası
Şimali Amerikanın kolonizasiyası — Şimali Amerikanın kolonizasiyası başlayanda müasir ABŞ ərazisində ümumi sayı 3–4 milyon nəfər olan 400 hindu tayfasından ibarət idi.
Amerikanın səsi (film, 2015)
Şimali Amerikanın geoloji tarixi
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
Cənubi Amerikanın yerli xalqları
Cənubi Amerikanın yerli xalqları və ya Cənubi Amerika hindiləri — Cənubi Amerikanın Kolumbaqədərki xalqları və onların törəmələri. Bu xalqlar Avropa və Afrika mənşəli cənubi amerikalılarla ziddiyyət təşkil edir. Cənubi Amerikanın ilk insan populyasiyalarının ya Beringiya bərzəxi vasitəsilə Asiyadan Şimali Amerikaya gəlib cənuba, ya da alternativ olaraq Sakit okean boyunca Polineziyadan köçdüyü güman edilir. Cənubi Amerikada insanların məskunlaşmasına dair ən erkən ümumi qəbul edilmiş arxeoloji sübut 14,000 il əvvələ, Çilinin cənubunda yerləşən Monte-Verde ərazisinə aiddir. Amerikada İspaniya müstəmləkəçiliyindən əvvəl Cənubi Amerikanın yerli xalqlarının çoxu ovçu-yığıcı idi və bir çoxları, xüsusən də Amazoniya regionunda yaşayanları hələ də elədir. Digərləri, xüsusən də And mədəniyyətləri, mürəkkəb əkinçiliklə məşğul olurdular, qabaqcıl suvarmadan istifadə edirdilər və lamalar və alpakalar kimi ev heyvanlarını saxlayırdılar. İndiki dövrdə bir Cənubi Amerikada sadəcə Boliviyada yerli xalqlar ən böyük etnik qrupu təşkil edir. Burada əhalinin 62% özünü hansısa yerli qrupun bir hissəsi kimi tanıyır.
Biz kimik? Amerikanın milli kimliyinə təhdidlər
Biz kimik? Amerikanın milli kimliyinə təhdidlər (ing. Who Are We? The Challenges to America's National Identity) — politoloq və tarixçi Samuel Hantinqton (1927-2008) tərəfindən yazılmış traktat. Kitab Amerikan kimliyinin mahiyyətini və gələcəkdə qarşılaşacağı problemləri aşkar etməyə çalışır. == Amerikalı kimliyinin təsviri == Amerikalı kimliyini izah edərkən Hantinqton ilk növbədə "mühacir millət" anlayışının yanlış olduğunu bildirərək buna etiraz edir. O, kitabında yazır ki, britaniyalı sakinlər mühacirlərdən fərqli olaraq, Şimali Amerikaya, mövcud cəmiyyətdən başqa birisinə köçmək üçün deyil, məhz yeni cəmiyyət yaratmaq məqsədilə gəldiklərinə görə Amerikanın qurucuları mühacirlər deyil, məskunlaşan (ing. settlers) şəxslərdir. Bu şəxslər tərəfindən artıq yaradılmış olan orijinal Britaniya koloniyalarında mövcud mədəniyyətə sonralar qoşulan şəxslər isə əsl mühacirlərdir. Bir çox insanlar Amerika kimliyinin özəyi kimi "Amerikan İnancı"na (ing.
Şimali Amerikanın yerli xalqlarının uzun evləri
Şimali Amerikanın yerli xalqlarının uzun evləri — Şimali Amerikanın müxtəlif yerlərində yerli Amerika və Birinci millətlər xalqları tərəfindən tikilmiş uzun evlər. Bəzən icma yığıncaqları üçün ayrıca uzun evlər tikilirdi. Şimali Amerikanın Sakit okean sahilinin şimal-qərbindəki yerli xalqlar da uzun ev forması tikmişdilər. Onlarınki odunlar və ya parçalanmış odun çərçivəsi ilə tikilmiş, parçalanmış odunlar və bəzən əlavə qabıq örtüyü ilə örtülmüşdür. Nəhəng tuya üstünlük verilən taxta idi. Varlılar fövqəladə böyük uzun evlər tikmişdilər. Suttles, Wayne P.; Lane, Barbara. South Coakjn // Sturtevant, William C. (redaktor). Handbook of North American Indians. 7.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin səs yazısı 60 ildir "Amerikanın səsi"nin arxivində qorunub saxlanır.