Androsov yemişanı
Androsov yemişanı (lat. Crataegus androssovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Türkmənistan, Kopetdağ qoruğu, Qarağac dərəsində təbii halda rast gəlinir.
== Botaniki təsviri ==
Hündürlüyü 4-6 m-dək olan, enli oval çətirli ağac və ya koldur. Gövdəsinin qabığı tünd boz, budaqlarda isə qonur-bozdur; cavan zoğları sıx, xırda tükcüklü, payızda isə az tükcüklü olub, bozumtul-qonurdur. Yarpaqları açıq yaşıl, qalıntəhər, dərili, üstü və kənarları tükcüklü, alt tərəfi çılpaq və ya damarcıqlarda tükcüklü; alt yarpaqları pazşəkilli və ya pazşəkilli - əksyumurta-vari, ucunda iri dişlidir. Uzunluğu və eni 4-4,5 mm, dərin 3-5 (7) kəsikli, enli-pazşəkilli bünövrəlidir; oyuqları iti, əyri, yuxarıya istiqamətlənmiş, hissələri uzunsov, uzunluğu enindən 2 dəfə çoxdur, ucu azsaylı iti dişlidir. Çiçək qurupları 6-12 (13) çiçəkdən ibarət, azçiçəkli yarımçətirlidir. Çiçəklərin diametri 1,5-1,8 sm, enli-üçkünc, kasayarpaqlarının uzunluğu təxminən 3 mm, ucu daralmış, yuxarı hissəsində və kənarlarında tükcüklüdür. Çiçək zoğu sıx xırda tükcüklüdür, hipatilərin aşağı hissəsi və çiçək saplaqları ağ tükcüklüdür.