Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koralina (animasiya)
Koralina (ing. Coraline) — ailəvi cizgi film, Nil Geymanın eyniadlı əsərinin 2009-cu ildə "Laika Entertainment" studiyası tərəfindən ekranizasiya olunmuşdu. Uşaqların cizgi filminə tək baxması məsləhət olunmur. Cizgi film Oskar mükafatına namizəd olub. Koralina 3D formatında çəkilən ilk animasiya filmidir. Amerika Kinematoqrafiya İnstitutu 2009-cu ildə "Koralina"ya "İlin ən yaxşı filmi" adını vermişdir.. Dünya üzrə filmin ümumi gəlirləri 124 mln dollar təşkil etmişdi. == Süjet == Koralina Cons valideynləri ilə Çəhrayı saray adlanan bir köhnə evə köçür. Valideynləri öz işləri ilə çox məşğul olduğundan, Koralina darıxır və özünü hər hansı bir işlə məşğul etmək məqsədilə ev və onun ətrafını tədqiq etməyə başlayır. Beləliklə o cənab Bobinski adlı ekssentrik rus akrobatı və siçovulların baş məşqçisi, məcburi iki təqaüdçü aktrisalar - Miss Spink və Miss Forsibl və ağzıboş oğlan Vaybi ilə tanış olur.
Loraks (animasiya, 2012)
Loraks (ing. Dr. Seuss’ The Lorax) — 2012-ci ildə ekrana buraxılmış ABŞ cizgi filmi. == Süjeti == Xəyallarında olan qızın ürəyini fəth etmək üçün, 12 yaşda oğlanın, xəyalları gerçəkləşdirənə müraciət etməsinin əhvalatı. Cizgi filmi, yazıçı və rəssam-illüstrator Həkim Suss (Teodor Heyzel) tərəfindən, uşaqlar üçün yazdığı kitab əsasında yaradılıb. Kitabda canlı təbiətin acınacaqlı vəziyyəti və insanların bu problemə münasibəti göstərilib.
Madaqaskar (animasiya, 2005)
Madaqaskar (ing. Madagascar) — 2005-ci ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Nyu-York zooparkında yaşayan Şir Aleks, zebr Marti, zürafə Melman və begemot Qloriya Martinin ad günü tortunu üfürərkən tutduğu arzunun qurbanına çevrilirlər. Marti doğma Afrikanın təbiətinə düşmək istəyirdi. Zooparkkdan qaçan dostlar nəticədə vəhşi təbiəti olan Madaqaskara düşürlər.
Orijinal video animasiya
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Animasiya
Animasiya (lat. animātiō — canlandırma) və ya cizgi — incəsənətin bir növü. Belə əsərlər kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Tarixi == Hərəkətin təsvirləri kinematoqrafiyadan əvvəl mövcud idi. Bunun erkən nümunələri arasında mağaralarda çəkilmiş heyvanları qeyd etmək olar. Bundan əlavə, marionet və kölgə kuklaları da cizginin sələfləri sayılır. 1833-cü ildə stroboskop diskinin (fenakistiskop) yaradılması həm müasir cizgi, həm də gələcək kinematoqrafın prinsiplərini təsis edib. Animasiyanın yaranma tarixi Emil Reyno ilə bağlıdır. Fransız Emil Reyno ilk və əsl animator hesab olunur. O, ilk dəfə baraban, güzgü sistemi və fənərdən ibarət optik cihaz yaratdı.
Kim Possibl (animasiya serialı)
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır. Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. == Yaradılış == "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın.
Kim Possible (animasiya serialı)
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır. Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. == Yaradılış == "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın.
Konanın macəraları (animasiya serialı)
Konanın macəraları (ing. Conan the Adventurer) — 1992-1993-cü illərdə yayımlanan serialdır. İlk dəfə cizgi serialı 1 oktyabr 1992-ci ildə yayımlanmış, sonuncu seriyası 22 oktyabr 1993-cü ildə yayımını bitirmişdir.
Madaqaskar pinqvinləri (animasiya, 2014)
Madagaskar pinqvinləri (ing. Penguins of Madagascar) — 2014 ABŞ animasiya komediya-macəra filmidir. DreamWorks Animation tərəfindən hazırlanmışdır. == Məzmun == Sevimli pinqvinlər Şkipper, Kowalski, Riko və Privayt, güclərini Dr. Octavius Braynın dünyanı yox etmə planlarını dayandırmaq üçün birləşdirir. Onlara "Şimal Küləyi" adlı yeraltı təşkilatı da kömək edəcək.
Misir şahzadəsi (animasiya, 1998)
Misir şahzadəsi — 1998-ci il istehsalı olan amerikan musiqili dram animasiyası.
Pitin əjdahası (animasiya, 2016)
Pitin əjdahası (ing. Pete's Dragon) — 2016-cı ildə istehsal olunmuş ABŞ fentezi və macəra animasiya filmi.
Qoyun Şaun (animasiya filmi)
Qoyun Şaun — kukla multiplikasiya animasiyalı uşaq televiziya seriyasıdır. Sürünün başçısı Şaun adlı qoyundur və macəralar kiçik fermanın ətrafında baş verir. Bu animasiya filmi birinci dəfə 2007-ci ilin martında Böyük Britaniyanın CBBC kanalında yayımlanıb. Dünyada 180 ölkədə nümayiş olunub. O,hal-hazırda 107 dəqiqəlik epizoddan ibarətdir. == Personajlar == Şaun - animasiyanın baş qəhrəmanı və sürünün başçısı. Ağıllı, özünəgüvənən və dəcəlliyə meyillidir. Özünü və sürünü pis vəziyyətlərdən çıxarmaqdan çox bacarıqlıdır. Animasiyada dialoq olmadığından digər qoyunlarla mələmə dolu ilə ünsiyyət qurur və ümumən bir taxtaya diaqramlar, şəkillər çəkməklə sürüyə fikirlərini çatdırır. Bitzer ilə yaxşı dostluğu var, amma bu hərdən ona zarafatlar eləməsinə mane olmur.
Hədis (animasiya)
Hədis ― 2023-cü ildə Azərbaycanda çəkilmiş animasiya filmi. Film 2022-ci il sentyabrın 21-də İranda baş vermiş etiraz aksiyaları zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. == Haqqında == Hədis animasiya filmi 2023-cü ildə çəkilib. Film 2022-ci il sentyabrın 21-də İranda baş vermiş etiraz aksiyaları zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib. Bununla yanaşı film həm də İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. Müddəti 9 dəqiqədir. Filmin rejissoru Nəzrin Ağamalıyeva ssenarini İsmayıl İmanla birlikdə yazıb. Filmin məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesova, filmin səs rejissoru Nadir Mahmudov,montajçısı Xorxe Sançez Kalderon prodüseri isə Rəşid Ağamalıyevdir. Filmə musiqini Ondrej Zavadil yazıb. Filmin partiturasında Sevda Ələkbərzadənin musiqisi də səslənir.
Balta (animasiya)
Balta — Rəvan Muradovun rejissor və ssenaristi olduğu "Crambone Inventive League" ilə "Nicat Manafov Entertainment"ın (NME) birgə istehsalı olan və 6 fevral 2018 tarixindən 7 iyun 2021-ci ilə kimi internetdə yayımlanan dram, komediya və fantastika janrlarını özündə birləşdirən müasir Azərbaycanın ilk professional animasiya serialı. Serialda baş qəhrəman İsmayılın "bir baltaya sap olmaq" üçün atıldığı sərgüzəştlərdən söhbət açılmışdır. 2021-ci il 7 iyun tarixində 38 dəqiqəlik final seriyası yayımlanıb. == Məzmun == "Balta" animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərən yetkinlər üçün cizgi serialdır. Hekayə bu günə kimi böyüdüyünün fərqində olmayan, avara baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməsiylə başlayır. İsmayılın pul qazanmaq üçün əl atdığı yollar bizi macəralardan-macəralara aparır. Azərbaycan dilində, sosial şəbəkələrdə və internet mediasında yayımlanan "Balta" animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlib. == Yaradıcı heyət == Rejissor və ssenarist: Rəvan Muradov Art direktor: Əmrah Niyazalı Xətti Prodüser: Elçin Hüseynov Proyekt Menecer: Nicat Manafov Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov, Seymur Abdullayev Proyekt menecer: Nicat Manafov Qrafik dizayner: Nihad J, Nicat Səfərli Layihə məsləhətçisi: İlkin Yusif Səs mühəndisi: Murad Ağazadə == Personajlar == İsmayıl: Hekayənin əsas qəhrəmanı olan İsmayıl 23 yaşında pul qazanmaq üçün yollar axtarır. Musa: İsmayılın kiçik qardaşı. Hüseyn: İsmayılın atası.
Ənənəvi animasiya
Əllə çəkilmiş animasiya və ya Ənənəvi animasiya hər bir kadrın, ölçülü rəsmlərin kadr-kadr çəkilişinə əsaslanan animasiya texnikası. XIX əsrin sonu - XX əsrin əvvəllərində yaranmışdır. Bu üsul kompüter animasiyasının yaranmasına qədər kinoda dominant olmuş animasiya forması olmuşdur. == Haqqında == Ənənəvi animasiya animasiya sənətinin köhnə üsullarından biri olaraq, əl ilə çəkilmiş şəkillərin hərəkət etdirilməsi prinsipi ilə işləyir. Bu üsulda hər bir kadr sənətçilər tərəfindən əl ilə çəkilir, sonra bu şəkillər ardıcıl şəkildə göstərilərək hərəkət illüziyası yaradılır. Ənənəvi animasiya film, serial və animasiya (cizgi) filmlərinin istehsalında uzun illər boyunca geniş istifadə olunmuşdur. Ənənəvi animasiyanın əsas xüsusiyyətləri Əl ilə çəkilmiş kadrlar: Hər bir hərəkət fərqli kağız vərəqlərində çəkilir. Məsələn, bir obrazın əli yavaşca qalxanda, hər kadrda bu hərəkətin müxtəlif mərhələləri çəkilir. Kadr ardıcıllığı: Bu kadrlar bir-birinin ardınca sürətlə göstərilir (məsələn, 24 kadr/saniyə), beləliklə, hərəkət illüziyası yaranır. Rəngləmə: Kadrlar çəkildikdən sonra xüsusi şəffaf asetat vərəqlərə (“cel” adlanır) köçürülüb rənglənir.
Azərbaycan Animasiya Muzeyi
Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi — Azərbaycanda onlayn muzey. Azərbaycan Animasiya Muzeyi Azərbaycan İncəsənət Konsulluğunun təşəbbüsü ilə, Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2015-ci ildə yaradılıb. Muzey Azərbaycan animasiyasının banilərindən Nazim Məmmədovun adını daşıyır. Nazim Məmmədov Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Onun adı uşaqlığımızın ən sevimli cizgi filmləri ilə bağlıdır. Uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyada çalışmış və Azərbaycan animasiyasının banisi olmuşdur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub, 400-dən artıq uşaq kitablarına illüstrasiyalar çəkib. Muzeyin yaranması Azərbaycanın zəngin animasiya tarixini əks etdirən və gənclərin Azərbaycan Animasiya tarixini tanımasına və maarifləndərilməsinə yönəlmiş bir internet resursudur.
Ratatuy (animasiya, 2007)
Ratatuy (fr. Ratatouille) — Pixar tərəfindən istehsal olunmuş 2007-ci ilin komediya-dram janrındakı cizgi filmi. Studiyanın sayca səkkizinci filmidir. Rejissor Bred Börd bu filmdə Yan Pinkavanın orijinal ideyasını böyük ekrana gətirib. Filmin adı həm fransız mətbəxinə aid olan yeməyə, həm də siçovul olan əsas personajın növünə istinad edir. Parisdə keçən film “Auguste Gusteau's” adlı restoranda aşpaz olmaq arzusunda olan istedadlı siçovul Remi haqqında ürəkaçan hekayə təqdim edir. Filmdə Remi həmin restoranda qab yuyan kimi çalışan səriştəsiz gənc oğlan Linqvini ilə tanış olur. İkisi dostlaşır və bir-birlərinə kömək edərək ləzzətli yeməklər hazırlamağı və uğurlu aşpaz olmağı bacarırlar. “Ratatuy” filminin yaradılması üzərində işlər 2000-ci ildə Yan Pinkava film üçün ilk konsepsiyaları hazırlayanda başladı. O, layihənin ilkin mərhələlərində iştirak etsə də, son nəticədə filmin rejissoru olmamışdır.
Ruh (animasiya, 2020)
Ruh (ing. Soul) — "Pixar Animasiya Studiyası" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2020-ci il animasiya filmi. Film Pit Dokter və Kemp Poversin rejissorluğu ilə çəkilib. Filmdə qəzadan sonra komaya düşən və ruhunu bədəninə qaytarmağa çalışan məktəb müəllimi Co Qardnerdən bəhs edilir. == İstehsal == "Soul" Pit Dokterin "88. Akademiya Mükafatları" haqqında məlumatın duyurulması əsnasında yeni yaradıcı tərəflər axtardığı 2016-cı ilin yanvarından etibarən inkişaf etdirdiyi bir layihə idi.
Şrek (animasiya, 2001)
Şrek 1 (ing. Shrek) — 2000-ci il ABŞ istehsalı cizgi filmi. Animasiyası “DreamWorks Animation” studiyası tərəfindən hazırlanmışdır. Film Vilyam Steyqin 1990-cı ildə yazdığı eyniadlı rəsmli uşaq kitabının motivləri əsasında çəkilmişdir. Filmin rejissorları Endrü Adamson və Viki Censondur. Bu “Şrek” seriyasının ilk filmidir. Personajlar Mayk Mayers, Eddi Mörfi, Kameron Diaz və Con Litqou tərəfindən səsləndirilib. Filmdə qaş-qabaqlı oqr olan Şrek aşkar edir ki, onun sahib olduğu bataqlıqlar zalım hökmdar Lord Farkuad tərəfindən sürgün edilmiş nağıl qəhrəmanları tərəfindən ələ keçirilib. O, bu varlıqların başqa yerə köçürülməsini tələb etmək üçün Farkuadın yanına getməyə qərar verir. Şrek ona Duloka gedən yolu göstərsin deyə əvvəllər Farkuadın mühafizəçilərindən xilas etdiyi çoxdanışan yoldaşı Eşşəyin də gəlməsi ilə könülsüz razılaşır.
Animafilm Beynəlxalq Animasiya Festivalı
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı (ANIMAFILM International Animation Festival) —2018-ci ildə yaradılmış Azərbaycanın ilk beynəlxalq animasiya festivalı. Festival ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini nümayiş etdirilir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır. ANİMAFİLM festivalının təsisçisi və təşkilatçısı “PERİ FİLM” MMC-dir. Festivalın direktoru rejissor və prodüser Rəşid Ağamalıyevdir. Festivalın keçmiş və hazırkı tərəfdaşları: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, "YARAT" Müasir İncəsənət Məkanı, "Nizami" Kino Mərkəzi, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, "Çinar Yayımları" nəşriyyatı, "Buta Film" studiyası, "Müasir İncəsənət Mərkəzi" qalereyası, Birləşmiş Rəssamlar Klubu. == I ANİMAFİLM (2018) == === Proqram === I ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 19–21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində YARAT Müasir İncəsənət Məkanı, Buta Film, "Müasir İncəsənət Mərkəzi" qalereyası, Birləşmiş Rəssamlar Klubu (BRK), Nizami Kino Mərkəzinin dəstəyi ilə keçirilib. Festivalın mövzusu Azərbaycan animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Azərbaycan filmlərinə iki baxış təşkil olunub, festivalın plakatı isə Azərbaycan rəssamı Vüqar Muradova məxsusdur. Festivalı çərçivəsində "ReAnimasiya" adlı sərgi təşkil olundu, “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirlidi, Azərbaycan, Gürcüstan və Rusiyanın retrospektiv filmləri nümayiş etdirildi, uşaqlar üçün animasiya ustad dərsləri və kukla tamaşası göstərildi.
Buz dövrü (animasiya, 2002)
Buz dövrü (ing. Ice Age) - 2002-ci ildə "Blue Sky Studios" şirkəti tərəfindən istehsal olunmuş animasiyadır. == Məzmun == Eramızdan 20 min il əvvəl canlılar Buz dövrünün yaxınlaşması ilə əlaqədar cənuba köç edirlər. Lakin köç edən canlılardan fərqli olaraq Mamont Manfred və tənbəl Sid yerlərində yaşamağa qərara gəlirlər. Bu müddətdə pələng dəstəsi insanların yaşadığı yerə hücum edir. Bu zaman körpəsi olan ana onlara yem olmamaq üçün buradan qaçır və sonda körpəsi ilə birgə çayda üzməyə məcbur olur. Ölməmişdən əvvəl ana körpəsini Mamonta və tənbəl Sidə verir. Bu səbəbdən onlar körpəni geri qaytarmaq üçün uzun müddət səyahət etməyə məcbur olurlar. Bu müddətdə isə körpəni əldə etmək pələng dəstəsinin başçısı bu işi Diyeqoya tapşırır...
Toyuqların qaçışı (animasiya, 2000)
Yaponiya animasiya studiyalarının siyahısı
Burada Yaponiya animasiya studiyalarının siyahısı verilib. == # == 8-Bit (株式会社エイトビット) == A == A-1 Pictures Inc. (株式会社A-1Pictures) A・C・G・T (エー・シー・ジー・ティー) A.P.P.P. (Another Push Pin Planning) (アナザープッシュピン・プランニング) Actas Inc. (株式会社アクタス) ajia-do Animation Works (株式会社亜細亜堂) Anime International Company Inc. (AIC) (株式会社アニメ・インターナショナルカンパニ) Arms Corporation (有限会社アームス) Artland, Inc. (株式会社アートランド) Asahi Production (旭プロダクション) Asread (アスリード) == B == BEE TRAIN Production Inc. (ビィートレイン株式会社) Bones (ボンズ) Brain's・Base (ブレインズ・ベース) Bridge (ブリッジ) == C == C2C C-Station (シーステイション株式会社) Chaos Project (カオスプロジェクト) CoMix Wave Films (コミックス・ウェーブ・フィル) == D == Daume (童夢) David Production (デイヴィッドプロダクション ) Dax International (ダックス・インターナショナル) Digital Frontier (デジタルフロンティア) Diomedéa (ディオメディア) DLE (株式会社ディー・エル・イー) Doga Kobo (動画工房) == E == Eiken (エイケン) == F == Feel (フィール) == G == G&G Direction GAINAX (ガイナックス) Gallop (ぎゃろっぷ) Gansis (ガンジス) GoHands (ゴーハンズ) Gonzo (ゴンゾ) Group TAC (グループ・タック) == H == Hal Film Maker (ハルフィルムメーカー) Hoods Entertainment (フッズエンタテインメント) == I == Imagin (イマジン) == J == J.C.Staff (ジェー・シー・スタッフ) == K == Khara (株式会社カラ) Kinema Citrus (キネマシトラス) Knack Productions (ナック) Kyoto Animation (京都アニメーション) == L == Lay-duce Lerche (ラルケ) == M == MADHOUSE (マッドハウス) Magic Bus (マジックバス) Manglobe (マングローブ) MAPPA MOM Productions (MOMプロダクション) Mook Animation (ムークアニメーション) M.S.C (エム・エス・シー) Mushi Production (虫プロダクション) == N == Nippon Animation (日本アニメーション) Nomad (ノーマッド) == O == Office Academy (オフィス・アカデミー) Oh!
Şrek 2 (animasiya, 2004)
Şrek 2 (ing. Shrek 2) — 2004-cü ildə 3D formatında çəkilmiş, Oskar mükafatı nominasiyasına layiq görülmüş qısametrajlı ABŞ animasiyasıdır. Filmin rejissoru Yeni Zelandiya rejissoru Endryu Adamsdır. Animasiya "Ən yaxşı qısametrajlı animasiya Oskar mükafatı"na layiq görülmüşdür. == Məzmun == Çox xoşbəxt cütlük olan Şrek və Fiona bal ayındadırlar. Fionanın valideynləri onların hər ikisini şam yeməyinə dəvət alırlar. Xoşbəxt cütlük eşşəklə birlikdə səyahətə yollanırlar, lakin valideynləri yeni sürpriz gözləyir. Onların övladı Fiona div halına dönmüşdü.
Azərbaycan animasiya filmlərinin siyahısı
== A == Abbasın bədbəxtliyi (film, 1935) (cizgi filmi) Ad günü (film, 1992) (cizgi filmi) Adil və Hudhud (animasiya serialı) Akvarium (film, 1983) (cizgi filmi) Allahla danışan uşaq – 1-ci bölüm: Allahla tanışlıq (animasiya serialı) Anam ağaca çıxıb (film, 1986) (cizgi filmi) Analar və laylalar (film, 1992) (cizgi filmi) (TV) Araqçın (2020) Arzular... Arzular... (film, 1988) (cizgi filmi) Arzunu yarat (film, 1977) (cizgi filmi) Aslan və iki öküz (film, 1970) (cizgi filmi) Aydın və Aydan (animasiya serialı) Ayı və siçan (film, 1970) (cizgi filmi) Ayna (film, 2006) (cizgi filmi) == B == Bahar əyləncələri (film, 1989) (cizgi filmi) Balaca çoban (film, 1985) (cizgi filmi) Balta (animasiya serialı) Basatın igidliyi (film, 1988) (cizgi filmi) (TV) Başlanğıc (film, 1982) (cizgi filmi) (TV) Bil (film, 2017) (animasiya serialı) Bir axşam... (film, 1985) (cizgi filmi) Bir dəfə (film, 1990) (cizgi filmi) Bulud niyə ağlayır? (film, 1973) (cizgi filmi) Bucağ (animasiya serialı) == C == Cat (film, 1933) (cizgi filmi) Cavanşir (film, 2002) (cizgi filmi) Cəhənnəmin isti bucağı (animasiya serialı) Cəsur təyyarə (film, 2009) (animasiya filmi) Cırtdan (film, 1969) (cizgi filmi) Cırtdan-"pəhləvan" (film, 1981) (cizgi filmi) Cırtdan və div (film, 1983) (cizgi filmi) Cırtdan və sehirli xalat (animasiya filmi) Cırtdan və sehrli xalat – 2-ci hissə (film, 2019) ( animasiya filmi) Cırtdan və təpəgöz (2012, animasiya filmi) Cırtdanın yeni sərgüzəşti (film, 1973) (cizgi filmi) Cücələrim (film, 1975) (cizgi filmi) == Ç == Çaqqal oğlu çaqqal (film, 1972) (cizgi filmi) Çalalar (film, 2000) (cizgi filmi) Çətin məsələ (film, 1988) (cizgi filmi) == D == Danışan işıqlar (film, 1965) (cizgi filmi) (TV) Daş (film, 1977) (cizgi filmi) Dostlar (film, 2017) (animasiya serialı) Dəcəl dovşan (film, 1981) (cizgi filmi) Dəniz səyahəti (film, 1992) (cizgi filmi) Dəniz səyyahı Sindbadın macəraları (film, 1941) (cizgi filmi) Dınqıl, sazım, dınqıl (film, 1976) (cizgi filmi) Düşüncə (film, 1987) (cizgi filmi) Dörd fəsil (film, 2018) (animasiya filmi) == Ə == ...Əks-səda doğuracaq (film, 1987) (cizgi filmi) Əlifba (film, 2016) (animasiya filmi) Əndazədən çıxanda (film, 1988) (cizgi filmi) Ən güclü kimdir? (film, 2014) (animasiya filmi) == F == Fitnə (film, 1970) (cizgi filmi) == G == Gəldi kosa (film, 1988) (cizgi filmi) Gəlin birgə öyrənək: Rənglər (film, 2014) (animasiya filmi) Gəlin birgə öyrənək: Rəqəmlər (film, 2015) (animasiya filmi) Gənc memar (film, 1978) (Cizgi Süjet-Mozalan № 41) Göyçək Fatma (film, 1973) (cizgi filmi) (TV) Göyçək Fatma (film, 1988) (cizgi filmi) Günlərin bir günündə... (film, 1975) (cizgi filmi) Güzgü (cizgi filmi, 1990) (cizgi filmi) == H == Hədis (film) (2023 animasiya filmi) Humayın yuxusu (film, 1985) (cizgi filmi) == X == Xeyir və Şər (film, 1980) (cizgi filmi) Xeyirxah nağıl (film, 1986) (cizgi filmi) (TV) Xoruz (film, 1977) (cizgi filmi) Xrizantema yarpağı (film, 1989) (cizgi filmi) == İ == İfritə Meymunə (film, 1992) (cizgi filmi) İlbizin evi (film, 2011) (animasiya filmi) İlham (film, 1972) (cizgi filmi) (TV) İthaf (film, 1990) (cizgi filmi) İt sərgisi (film, 2010) (animasiya filmi) == K == Karvan (film, 1995) (cizgi filmi) Keşikçi (film, 1990) (cizgi filmi) Kirpi balası və alma (film, 1977) (cizgi filmi) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) (cizgi filmi) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) (cizgi filmi) Köhnə mismar (film, 2014) (animasiya filmi) Köhnə saat (film, 2014) (animasiya filmi) Kürən (film, 1989) (cizgi filmi) == Q == Qara leylək (film, 1985) (cizgi filmi) (TV) Qarabağ atı (2015) Qarabağ nağılı (2021) Qaravəlli (film, 1989) (cizgi filmi) Qaravəlli-2 (film, 1992) (cizgi filmi) Qarğa balası və özgə yuvası (film, 2005) Qarınqulu (tammetrajlı animasiya filmi) Qavaldaş (film, 2022) (animasiya filmi) Qozbeli qəbir düzəldərmi? (film, 1972) (Cizgi Süjet-Mozalan № 6) Qəribə əjdaha (film, 1984) (cizgi filmi) Qırmızılar, qaralar və başqaları (film, 1969) (cizgi filmi) (TV) Qız qalası (film, 1984) (cizgi filmi) (TV) Qız qalası əfsanəsi (film, 1978) (cizgi filmi) Qızıl (film, 2004) (cizgi filmi) Qurbanəli bəy (film, 1989) (cizgi filmi) (TV) == L == Lağım (film, 1993) (cizgi filmi) (TV) Lələtəpə (film, 2020) (animasiya filmi) (TV) Lovğa fil balası (film, 1987) (cizgi filmi) == M == Meşəyə insan gəlir (film, 1980) (cizgi filmi) Mənim balaca Şahzadəm (film, 2019) (cizgi filmi) Mərhəmətin dadı (film, 2007) (qısametrajlı cizgi filmi) Milli əjdaha (film, 2007) (Cizgi Süjet-Mozalan No:183) Molla Nəsrəddin lətifələri (film) (1993, cizgi filmi) "Mozalan"ın nağılı (film, 1979) (Cizgi Süjet-Mozalan № 50) Möcüzələr adası (film, 1978) (cizgi filmi) (TV) Münəccimin şagirdi (film, 1983) (cizgi filmi) Mübariz İbrahimov (film, 2021) (animasiya filmi) “Mükəmməl zədə” (2019, rej.
Kompyuter animasiyası
Kompüter animasiyası və ya hərəkətli şəkillər — kompüter vasitəsilə yaradılan hərəkətli şəkillər. Kompüter animasiyası son dövrlər yalnız əyləncə sahəsində deyil, eyni zamanda elmdə, istehsalatda və müxtəlif işgüzar sahələrdə geniş istifadə olunur. Kompüter qrafikasının köməyi ilə yaradılan animasiyalar qrafikada olduğu kimi müxtəlif növlərə bölünür: Vektor qrafikası Rastr qrafikası Fraktal qrafika Üçölçülü qrafika. == Animasiya konstruktorları == Animasiya görüntülərini yaratmaq üçün çoxlu sayda pullu və pulsuz proqramlar vardır: Adobe Photoshop — pullu GIMP — pulsuz Adobe Flash Professional — pullu CoffeeCup — yalnız pulsuz Blender — pulsuz == Proqramlaşdırılmış animasiya == Animasiya obyektləri, əsasən, 2 dil ilə proqramlaşdırılır: Java-Script — Brauzer dili Action-Script — Flash dili ilə işləmə zamanı tətbiq edilir. == Ədəbiyyat == Rick Parent: Computer Animation: Algorithms and Techniques.
Kompüter animasiyası
Kompüter animasiyası və ya hərəkətli şəkillər — kompüter vasitəsilə yaradılan hərəkətli şəkillər. Kompüter animasiyası son dövrlər yalnız əyləncə sahəsində deyil, eyni zamanda elmdə, istehsalatda və müxtəlif işgüzar sahələrdə geniş istifadə olunur. Kompüter qrafikasının köməyi ilə yaradılan animasiyalar qrafikada olduğu kimi müxtəlif növlərə bölünür: Vektor qrafikası Rastr qrafikası Fraktal qrafika Üçölçülü qrafika. == Animasiya konstruktorları == Animasiya görüntülərini yaratmaq üçün çoxlu sayda pullu və pulsuz proqramlar vardır: Adobe Photoshop — pullu GIMP — pulsuz Adobe Flash Professional — pullu CoffeeCup — yalnız pulsuz Blender — pulsuz == Proqramlaşdırılmış animasiya == Animasiya obyektləri, əsasən, 2 dil ilə proqramlaşdırılır: Java-Script — Brauzer dili Action-Script — Flash dili ilə işləmə zamanı tətbiq edilir. == Ədəbiyyat == Rick Parent: Computer Animation: Algorithms and Techniques.
Kim Possibl animasiya serialının personajlar siyahısı
Kim Possibl animasiya serialının personajlar siyahısı - 2003-2007-ci illərdə istehsal olunmuş Kim Possibl animasiya serialının personajlarını ehtiva edir. == Müsbət personajlar == === Kim Possibl === Kim Possibl - "Kim Possibl" serialının baş qəhrəmanıdır. Serialın başlanğıcında təxminən 13 yaşındadır və hər mövsüm yaşlanaraq dördüncü mövsümdə 17 yaşı tamam olar. Boş zamanlarında isə yoldaşı Ron ilə birgə Dünyanı qurtarar. Onun yaşıl gözləri və qırmızı uzun saçları vardır. Ümumiyyətlə, saçları bir gözünü bağlayır... === Ron Stoppabl === Ron Stoppabl - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Ron sevimli və nəzakətli bir gəncdir. Vəzifəsini icra edərkən Kim Possiblın paltarına bənzər bir paltar geyər. Cibində Rufus adında tüksüz köstəbək gəzdirir.
Kim Possibl animasiya serialının seriyalar siyahısı
Kim Possibl animasiya serialının seriyalar siyahısı - 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatı qazanmış Kim Possibl animasiya serialının bütün seriyalarını cəmləşdirir. Əslində 65 hissə olan serial tamaşaçıların istəyi sayəsində 22 hissə daha əlavə olunaraq 87 hissəyə çatdırılmışdır.
Kim Possible animasiya serialının personajlar siyahısı
Kim Possibl animasiya serialının personajlar siyahısı - 2003-2007-ci illərdə istehsal olunmuş Kim Possibl animasiya serialının personajlarını ehtiva edir. == Müsbət personajlar == === Kim Possibl === Kim Possibl - "Kim Possibl" serialının baş qəhrəmanıdır. Serialın başlanğıcında təxminən 13 yaşındadır və hər mövsüm yaşlanaraq dördüncü mövsümdə 17 yaşı tamam olar. Boş zamanlarında isə yoldaşı Ron ilə birgə Dünyanı qurtarar. Onun yaşıl gözləri və qırmızı uzun saçları vardır. Ümumiyyətlə, saçları bir gözünü bağlayır... === Ron Stoppabl === Ron Stoppabl - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Ron sevimli və nəzakətli bir gəncdir. Vəzifəsini icra edərkən Kim Possiblın paltarına bənzər bir paltar geyər. Cibində Rufus adında tüksüz köstəbək gəzdirir.
Kim Possible animasiya serialının seriyalar siyahısı
Kim Possibl animasiya serialının seriyalar siyahısı - 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatı qazanmış Kim Possibl animasiya serialının bütün seriyalarını cəmləşdirir. Əslində 65 hissə olan serial tamaşaçıların istəyi sayəsində 22 hissə daha əlavə olunaraq 87 hissəyə çatdırılmışdır.
Kunq-fu Panda (animasiya, 2008)
Kunq-fu Panda (ing. Kung Fu Panda ) — 2008-ci ildə istehsal olunmuş ən məşhur animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Ceki Çan "Meymun" personajını, Ancelina Coli isə "Pələng" personajını səsləndirmişdir. == Məzmun == Qədim Çində, "Sülh Vadisi" adlanan, heyvanların insan kimi olduğu bir diyarda Po adlı böyük bir panda yaşayır. O, atası qaz Mr. Pinqə əriştə restoranını işlətməkdə kömək edir. Pi arzulayır ki, qoca kiçik panda olan Usta Şifunun yetirmələri, kunq-fu ustaları Qəzəbli Beşliyə (Pələng, Meymun, Durna, Gürzə və Dəvədəlləyi) qoşularaq onlarla birlikdə Ceyd Sarayında yaşasın və döyüşsün. Günlərin birində kunq-funun banisi və bu torpaqların bünövrəsini qoyan müdrik ağsaqqal tısbağa Uqvey Usta, Şifuya belə bir proqnoz çatdırır. O, xəbər verir ki, nə vaxtsa Şifunun Monqolustana sürgün edilən keçmiş yetirməsi İrbis Tai Lunq həbsdən qaçaraq Vadiyə hücum edəcək. O, oxucusuna böyük güc bəxş edən Əjdaha Kağızını oxumaq üçün bu torpaqlara üz tutacaq.
Kunq-fu Panda 2 (animasiya, 2011)
Kunq-fu Panda 2 (ing. Kung Fu Panda 2) — 2011-ci ildə istehsal olunmuş ən məşhur animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Ceki Çan yenidən "Meymun" personajını səsləndirmişdir. Jan-Klod Van Damm isə "Usta Krok" personajını canlandırmışdır. Animasiyanın hər iki hissəsi uğur qazanmışdır. Animasiya 2012-ci ildə "Ən yaxşı qısametrajlı animasiyaya görə Oskar mükafatı" nominasiyasına layiq görülmüşdür. == Məzmun == Bu bölümdə əsas obraz olan Po və dostları Çini fəth etmək üçün istifadə etməyi planladığı güclü silaha - topa sahib olan Şen adlı pisniyyətli, ağ tovuzquşu ilə mübarizə aparır. İllər əvvəl Şen faldan öyrənir ki, gələcəkdə "ağ-qara döyüşçü" onu məğlub edəcək. Buna görə də Şen tapa bildiyi üçün pandaları öldürür. Bəzi pandalar qaçaraq canını qurtara bilir.
Madaqaskar (animasiyanın seriyaları)
Madaqaskar (animasiyanın seriyaları) - "DreamWorks Animation" şirkəti tərəfindən çəkilən, ABŞ animasiya seriyasıdır. İlk dəfə birinci seriya 2005-ci ildə çəkilmiş və böyük uğur qazanmışdır. Bu səbəbdən filmin davamı olaraq qısametrajlı seriyalar çəkilmişdir.
Madaqaskar 2: Afrikaya qaçış (animasiya, 2008)
Madaqaskar 2: Afrikaya qaçış (ing. Madagascar: Escape 2 Africa) — 2008-ci ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Nyu-York zooparkının rahat həyat tərzinə öyrəşən heyvanlar — şir Aleks, zebr Marti, zürafə Melman və begemot Qloria Madaqaskar adasında yaşadıqları çətin həyatdan bezib buradan qaçmaq qərarına gəlirlər. Lakin təsadüfən onların hamısı Afrikaya gedib çıxırlar. Və burada Aleks uşaqlıqdan görmədiyi ailəsi ilə rastlaşır. Onlarla birlikdə olmaq nə qədər xoş olsa da, bir o qədər də çətin olur. Çünki bura vəhşi Afrika təbiətidir, qaydaları da buna uyğun yaranıb.
Madaqaskar 3: Avropanın ən çox axtarılanları (animasiya, 2012)
Madaqaskar 3: Avropanın ən çox axtarılanları (ing. Madagascar 3: Europe's Most Wanted) — 6 iyun 2012-ci ildə istehsal edilmiş qısametrajlı animasiya filmidir. Filmin rejissorları Erik Darnell, Konrad Vernon və Tom MakQratdır. "DreamWorks" kompaniyasının başçısı Ceffi Katsenberqin sözlərinə görə ikinci filmin prokata satışının uğurundan sonra üçüncü filmin üzərində işləməyə başlamışdır. Filmin rejissoru Tom Makqrat deyir ki, mütləq cizgi filminin baş qəhrəmanlarını Mərkəzi Nyu-York parkına geri qaytaracaqdır. Cizgi filmi 3D formatında çəkilmişdir. "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının mövzusu əvvəlki frenşizalara yaxındır. Baş qəhrəmanlar Aleks, Marti, Melman və Qloriya doğma Mərkəzi Nyu York Zooparkına geri qayıtmaq niyyətindədirlər. Lakin onların bu planlarına Kapitan Şantell Dübua mane olur. Bu səbəbdən baş qəhrəmanlar bütün Avropa yollarını keçəcək sirk heyətinə qoşulurlar.
Maşa və Ayı (animasiya filmi)
Maşa və Ayı (rus. Маша и Медведь) — ümumi auditoriyaya nəzərdə tutulmuş Rusiya multiplikasiya serialı. Cizgi filmi üçölçülü qrafikanın köməyi ilə yaradılmışdır. Serial Andrey Dobrunov, Oleq Kuzovkov və Dmitri Loveiko tərəfindən yaradılmışdır. Deyilənə görə rejissoru bu həvəsə gətirən "Tom və Jerri" olub. Digər animasiyalardan fərqli olaraq Kuzokov öz filmində təkcə heyvanlardan deyil, kiçik qız uşağı obrazından da istifadə etmək qərarında gəlir. Hansı ki, bir çox kiçik qız tamaşaçılar özlərini onun yerində hesab edirlər. Serial 7 yanvar 2009-cu ildə Rusiya 1 kanalında yayımlanıb. Maşa və Ayı (rus. Маша и Медведь) bu günləri - Youtube portalında 20 milyarddan çox baxış sayına malik olan, ancaq lisenziyalı malların (oyuncaq, şokolad, uşaq yeməkləri və sair...) satışından 225 milyon dollar vəsait əldə edən, Avropada uşaq bendləri arasında ilk beşliyə daxil olan animasiya serialıdır.
Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi
Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi — Azərbaycan animasiyası barədə onlayn muzey. Azərbaycan Animasiya Muzeyi Azərbaycan İncəsənət Konsulluğunun təşəbbüsü ilə, Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2015-ci ildə yaradılıb. Muzey Azərbaycan animasiyasının banilərindən Nazim Məmmədovun adını daşıyır. Nazim Məmmədov Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Onun adı uşaqlığımızın ən sevimli cizgi filmləri ilə bağlıdır. Uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyada çalışmış və Azərbaycan animasiyasının banilərindən olmuşdur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub, 400-dən artıq uşaq kitablarına illüstrasiyalar çəkib. Muzeyin yaranması Azərbaycanın zəngin animasiya tarixini əks etdirən və gənclərin Azərbaycan Animasiya tarixini tanımasına və maarifləndərilməsinə yönəlmiş bir internet resursudur. == Həmçinin bax == Azərbaycan animasiyası Azərbaycan animasiya filmlərinin siyahısı Azərbaycan animasiyası (kitab) == Mənbə == Azərbaycanda animasiya filmlərinin qısa tarixi == Xarici keçidlər == animation.az — Rəsmi saytı Rəsmi Vimeo kanalı Axundov, Şahin.
Qanlı çay və qırmızı sap (animasiya)
Qanlı çay və qırmızı sap (ing. Blood Tea and Red String) — ailəvi cizgi film, 2006-cı ildə Kristiana Seqavske tərəfindən ekranizasiya olunmuşdu. Uşaqların cizgi filminə tək baxması məsləhət olunmur. Cizgi filmində möcüzələr ölkəsində hündür bir palıd ağacında yaşayan qarğaya bənzər məxluqların hazırladıqları marionet kukla üstündə onlarla düşmən kəsilən siçanlar haqqda rəvayət edir. "Stop-mouşn" (ing. Stop-motion) üsulu ilə yaradılmış animasiya filmini K.Seqavske böyüklərin izləmələri üçün hazırlandığını bildirmişdi. Bu film digərlərindən heç bir dialoq və monoloqların olmaması ilə diqqəti cəlb edir, burada səslənilən musiqiləri isə bəstəkar Mark Qrouden bəstələyib. == Məzmun == Böyük və hündür palıd ağacının içində dörd qarğaya bənzər canlı yaşayır. Bir gün onların evinə 3 ağ siçan qonaq gəlir. Siçanlar bir qadının portreti əsasında gözəl kukla hazırlamaları üçün onlara pul verərək bu işin vaxtında həll olunmasını tapşırırlar.
Ajitasiya
Ajitasiya (fr. agitation – həyəcan, təlaş;) — tez-tez narahatlıq və qorxu hissi ilə müşayiət olunan güclü emosional həyəcanla davam edən hərəki narahatlıq. Buna səbəb katatoniya sindromu, alkoqol deliriyası, melanxolik depressiyada ümidsizlik partlayışları, narahatedici depressiya, qarışıq depressiya və bəzi digər psixi pzountular ola bilər. Bu vəziyyətdə olan bir insan son dərəcə təlaşlı olur, yalnız sadə avtomatlaşdırılmış hərəkətləri yerinə yetirə bilir. Boşluq və düşüncəsizlik hissi yaranır, düşünmə qabiliyyəti pozulur, hadisələr arasında mürəkkəb səbəb-nəticə əlaqələri qurulur.
Anomaliya
Anomaliya (yun. άνωμαλία, anomalia - qeyri-normallıq) — normadan, ümumi qanunauyğunluqdan kənara çıxma, yanlışlıq (xəta); biologiyada və tibbdə orqanizmin və ya hər hansı orqanın quruluş və funksiyaca normadan kənara çıxması, orqanların quruluşunun formalaşmasında irsi pozğunluq. Bu pozğunluqlar genlərin və ya xromosomların dəyişilməsi ilə əlaqədardır. Məsələn, polidaktiliya, sindaktiliya, araxiodaktiliya və s. == İstinadlar == "Biologiya lüğəti" kitabı, Bakı, "Çaşıoğlu" mətbəəsi, 2011, səh.
Andixasiya
Andixasiya (yun. Αντιχάσια "Xaziya ilə üzbəüz") — Yunanıstanda alçaq dağ silsiləsi. Fessaliya periferiyasında Trikala və Larissa periferik bölmələrinin sərhədində, Fessaliya düzənliyinin və Pinyos çayının şimalında yerləşir. Xasiya silsiləsinin şərq davamıd;r. Ən yüksək zirvəsi Oksiya ( Οξυά ) dəniz səviyyəsindən 1416 metr yüksəklikdədir. Digər zirvə hündürlüyü 1382 metr olan Meterisiya ( Μετερίζια ) zirvəsidir.
Animalia
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Aviasiya
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu. == Sənayesi == Təyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır. İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü.
Amasiya
Amasiya (kənd) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Amasiya (Ağbaba) — Amasiya rayonununda kənd və eyni adlı rayonun mərkəzi. Amasiya rayonu — Qərbi Azərbaycannın (indiki Ermənistan) Ağbaba mahalı ərazisində rayon. Amasya ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. Amasya — Qaradəniz Bölgəsində Türkiyənin Amasya ilinin inzibati mərkəzi. Amasya sülh müqaviləsi — Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında sülh müqaviləsi. Amasyalı Bəyazid Paşa — Osmanlı sultanlığının Fetret döründə, 1413-cü ildə Sultan I Mehmed səltənətində sədrəzəm. Amasiya (qitə) — 20 milyon il sonra reallaşması gözlənilən bir superqitə.
Azərbaycan animasiyası
Azərbaycan animasiyası == Tarixi == Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" (rej. B. Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A. Papov yazdı.
Geomorfoloji anomaliya
Mülki aviasiya
Mülki aviasiya, həm özəl, həm də kommersiya baxımından bütün qeyri-hərbi aviasiyaları təmsil edən iki əsas uçuş kateqoriyasından biridir. Dünyanın əksər ölkələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür və bu agentlik vasitəsilə mülki aviasiya üçün ümumi standartlar və tövsiyə olunan təcrübələrin yaradılması üçün birlikdə çalışırlar. Civil aviation includes two major categories: Planlaşdırılmış hava nəqliyyatı, müntəzəm marşrutlarda işləyən bütün sərnişin və yük uçuşları daxil olmaqla; və Ümumi təyinatlı aviasiya, özəl və ya kommersiya kimi bütün digər mülki uçuşlar da daxil olmaqla Planlaşdırılmış hava nəqliyyatı sərnişin sayı baxımından daha böyük əməliyyat olsa da, ümumi təyinatlı aviasiya uçuşların sayında daha böyükdür (və uçuş saatlarına görə). Bəzi ölkələr, təyyarələrin istifadəyə verildiyinə görə tənzimləmə fərqi də göstərir: Kommersial aviasiya uçuşların əksəriyyətini və ya hamısını, xüsusən də hava yollarında planlaşdırılan xidmətlər daxildir; və Özəl / biznes aviasiya hər hansı bir mükafat almadan öz məqsədləri (istirahət, işgüzar görüşlər və s.)üçün uçan pilotlar daxildir. Bütün planlaşdırılan hava nəqliyyat kommersiya, lakin ümumi aviasiya həm kommersiya və özəl ola bilər. Normalda, pilot, təyyarə və operatorun hamısı ayrıca kommersiya lisenziyası, qeydiyyatı və istismar sertifikatları vasitəsilə kommersiya əməliyyatları aparmaq səlahiyyətinə sahib olmalıdırlar. == Tarixi == İkinci dünya müharibəsindən sonra ticarət aviasiyası sürətlə böyüdü və əsasən hərbi təyyarələrdən istifadə edərək insanları və yükləri daşıdı. Bu böyümə, B-29 və Lancaster kimi ağır və həddindən artıq ağır bombardmançı təyyarələrini kommersiya təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 də daha asan və uzun kommersiya uçuşları üçün düzəldi. Reaktiv təyyarə ilə ilk kommersial uçuş de Havilland Comet təyyarəsi ilə yerinə yetirilib.
Sanitar aviasiya
Sanitar aviasiya (Hava təcili yardımı) - nəqliyyatın əlçatan olmaması və ya tibb müəssisələrindən çox uzaq məsafədə, qəzalı vəziyyətdə olan təyyarələrin və sərnişinlərin axtarışında və xilas edilməsində, habelə xəstələrin və qurbanların sürətli daşınması üçün təcili tibbi yardım göstərmək üçün hazırlanmış təyyarələrdir. == Tarixi == Sanitar aviasiya Birinci Dünya Müharibəsindən sonra yarandı. Artıq 1930-cu illərdə, SSRİ-də təyyarələrin sanitar növləri (Sh-2, K-3 və s.) hazırlandı və quruldu, təyyarənin təchiz edilməsi üçün əsas tələblər və uçuş keyfiyyətləri inkişaf etdirildi. İkinci Dünya Müharibəsi zamanı təcili yardım təyyarələri geniş yayıldı və kiçik miqyasda olsa da, bir çox döyüşən tərəflər tərəfindən istifadə edildi. Sanitar aviasiya inkişafının zirvəsi 20-ci əsrin ikinci yarısında başladı. Bu zaman vertolyotlar geniş yayıldı, yəni əvvəlcədən mümkün olmayan - məsələn, meşənin evin yaxınlığında və ya xəstəxana binasının yanında vertolyotu yerə endirmək mümkün oldu. Təyyarənin daşıma qabiliyyəti artdı, kabin hava sıxlığını aldı, bu isə daha çox xəstəni qəbul etməyə və daha az narahatlıq keçirməyə imkan verdi. == Hava Təcili Yardım == Hava təcili yardım (ing.Air ambulance) — xəstə və ya yaralı insanları uzun məsafələrə daşımaq üçün hazırlanmış hava nəqliyyatı. Ənənəvi təcili yardım maşınlarının heç biri hadisə yerinə asanlıqla və tez gələ bilmədikdə və ya xəstə hava nəqliyyatının ən praktik olduğu uzaq bir məsafədə olduqda istifadə olunur. Təcili yardım hava heyətləri avadanlıqla təchiz olunmuşdur ki, bu da xəsarət almış və ya ağır xəstələrə təcili tibbi yardım göstərmək imkanı verir.
Sud Aviasiya
Sud Aviasiya — keçmiş Fransa təyyarə istehsalçısı idi. Şirkət 1 mart 1957-ci ildə SNCASO və SNCASE-nin birləşməsi ilə quruldu və 10 iyul 1970-ci ildə Nord Aviasiya və SERB ilə birləşərək Aérospatiale adını aldı.