Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
.onion
.onion xüsusi istifadə üçün nəzərdə tutulmuş onion servisini təmsil edən yüksək səviyyəli domendir. Bu domenə keçid Tor şəbəkəsi vasitəsilə mümkündür. Bu tip adreslər nə əsl DNS adlarıdır, nə də .onion TLD İnternet DNS kökünə daxildir. Lakin müvafiq proksi tətbiqləri vasitəsilə Tor şəbəkəsindən tələblər göndərməklə .onion adresli saytlara giriş mümkündür. Bu sistemin əsas məqsədi informasiya ilə təmin edən və edilənin şəbəkə sahibi və ya kənar şəxs tərəfindən izlənilməsini çətinləşdirməkdir. EV HTTPS Certificates vasitəsilə xüsusi .onion adresləri ehtiva edən saytları əlavə kimlik təstiqləyici lay ilə təmin etmək mümkündür. HTTP sertifikatının bərqərar olması .onion saytlarının istifadəçiləri üçün bir sıra brauzer xüsusiyyətlərinə dair imkanlar yaradır. Bu həmçinin Tor şəbəkəsindəki zərərli çıxış qovşaqları tərəfindən həyata keçirilən "SSL stripping" hücumlarının da qarşısını qismən alır. == Format == .onion sonluqlu adreslər adətən anlaşılmayan, yadda qalmayan, 16 və ya 56 yarı hərf, yarı rəqəmlərdən ibarət sətirlər olur. Bu sətirlər avtomatik olaraq onion servisi konfiqurasiya edilən zaman istifadə edilmiş açıq açara əsaslanaraq yaradılır.
Amnion
Amnion — sürünənlərdə, quşlarda, məməlilərdə və bəzi onurğasızlarda rüşeym pərdəsi. Onurğalılarda amnion, rüşeymin ətrafında ektodermadan xaric rüşeym büküşləri şəklində inkişaf edib onu əhatə edir. Kisənin içərisi maye ilə dolu dolu olur ki, bu da rüşeymi mexaniki təsirlərdən qoruyur. Doğuş zamanı amnion qopur. maye xaric olur, doğuşu asanlaşıdırır.Amnionun qalığı uşaq "köynəyi" adlanır. Ektoderma büküşü kimi rüşeym pərdəsinə, həmçinin, həşəratlarda, əqrəblərin və nemertinlərin sürfələrində təsadüf edir.
Andon
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 54,3 km², əhalisi 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Anison
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Ansion
Ansion — "Ulduz müharibələri" kainatında uydurma planet. Obi-Van Kenobi və Anakin Skayvolker "Klonların hücumu" (2002) filminin hadisələrindən əvvəl planeti ziyarət etmişdir. Ansion planetinin Qalaktik respublikadan çəkilərək separatçı hərəkata qoşulacağı haqqında dedi-qodular yayılmışdır və bu məsələni həll etmək cedaylara həvalə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ansion — Vukipediya saytında.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Anson arxipelaqı
Anson arxipelaqı (ing. Anson Archipelago) — Sakit okaenda, Yaponiya ilə Havay adaları arasında sahəni əhtə edən edir. Qrupa Ueyk rifi, Minamitori və bir neçə Kabus ada daxildir. Kabus adalar: Los Hardines (Los Jardines) — Marşall adalarından şərqdə, iki kabus ada. Adalar 1528-ci ildə Alavaro de Saavedra və 1542-ci ildə isə Lopes de Vilyalobes ziyarət etmişdir Nakanotorişima, həmcinin Qanqnes adı ilə (ing. Ganges Island) tanınır. — kabus ada 30°45′ şm. e. 154°25′ ş. u.
Anton Muxlinski
Anton Osipoviç Muxlinski (rus. Антон Осипович Мухлинский; 1808 - 1877)—polyak Rusiya türkoloqu. == Həyatı == Anton Osipoviç Muxlinski 1808-ci ildə anadan olmuşdur. 1828-ci ildə Vilnus Universitetini bitirmişdir. Daha sonra şərq dillərini araşdırmaq üçün Sankt-Peterburq Universitetinə daxil olmuş və 1836-1839-cu illərdə orada ərəb dilindən dərs vermişdir. 1839-cu ildə isə türk dilləri üzrə professor adını qazanmışdır. 1849-1866 illərdə Peterburq Universitetinin şərq dilləri kafedrasında çalışmışdır. Öz dövrünün türkoloqları arasında xüsusi yer tutmuş Muxlinski 1858-ci ildə «Zrodloslownik wyrazöw ktöre przeszly do naszej mowy z jçzyköw wschodnich» elmi əsərində polyak dilindəki türk alınmaları araşdırmışdır. Müəllifin 1857-ci ildə nəşr edilmiş «Issledovanie o proishozdenii i sostojanii Litevskih tatar» adlı çalışması türkologiya üçün dəyərli bir əsərdir. Anton Muxlinski 13 oktyabr 1877-ci ildə Varşavada 69 yaşında vəfat etmişdir.
Anton Obolaşvili
Anton Obolaşvili (gürc. ანტონ ობოლაშვილი) gürcü siyasətçi. 2020-ci illər arasında Gürcüstan Parlamentinin üzvü olub.
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir.Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır.Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər. Meyci hökuməti imtiyazın şoqunluğun dağılmasından sonra verildiyini bildirərək bu tələbi rədd etmişdir. ABŞ-nin etirazılarından sonra hökumət Britaniyanın maddi və texniki dəstəyi ilə Tokio-Yokohama dəmiryolunun tikilməsinə razılıq verilmişdir.
Anton Povolnı
Anton Povolnı (alm. Anton Powolny‎; 29 avqust 1899, Vyana – 1961, Vyana) — Avstriyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. == Karyera == Əsl peşəsi polis olan Povolnı, futbol oynamağa Vyananın " Avstriya" klubunda başlayır. 1916-cı ildə komandanın əsas heyətində debüt edir. "Avstriya"dakı futbolçuların əksəriyyətinin Birinci Dünya Müharibəsinə yollanması onun əsas heyətdə möhkəmlənməsinə kömək olur. 1921-ci ildə Povolnyı Avstriya ikinci divizionunda yarışan "Ober Sent Veyt" klubuna, oradan da bir neçə ay sonra 1921/22 mövsümündə ilk çempionluğunu qazandığı "Viner Şport Klub" komandasına keçir. 1924-cü ildə "Viner Alf" komandasına transfer olunur. Ancaq burada çox qalmır və İtaliyanın "Recana" klubuna transfer olunur. Burada ilk mövsumundə 22 oyuna 15 qol vurur.
Anton Purseladze
Anton Purseladze (6 dekabr, 1839- 3 noyabr, 1913) — Gürcüstan yazıçısı. == Həyatı == Anton Purseladze 6 dekabr, 1839-cu ildə Tiflis quberniyasının Qori qəzasında anadan olmuşdu. Anton Purseladze 3 noyabr, 1913-cü ildə vəfat edib.
Anton Rubenşteyn
Anton Qriqoryeviç Rubinşteyn (Rusca:Антóн Григóрьевич Рубинштéйн), (28 noyabr, 1829 – 20 noyabr 1894) Rus pianoçu, bəstəkar və dirijoru. Sankt-Peterburq konservatoriyasının qurucusu. == Həyatı == Rus pianoçusu və bəstəkarı Anton Rubenşteyn 1829-cu il noyabrın 28-də Sankt-Peterburqda anadan olub. O, həm də Rusiya musiqi tarixinə ilk orkestrin və konservatoriyanın qurucusu kimi düşüb. Onun anası pianoçu idi. Buna görə də kiçik yaşlarından Antonun musiqi ilə maraqlanması təsadüfi deyildi. İlk pianino dərslərini də bəstəkar məhz anasından alıb. Lakin, əvvəllər ailəsi onun bu marağına sadəcə həvəs kimi baxırdısa da, sonralar Antonun istedadının fərqinə vardılar. 1844-cü ildə yeniyetmə qardaşı Nikolay ilə birgə Berlinə gedərək orda musiqi təhsilinə davam edir. 4 il sonra vətənə qayıdaraq burada pianoçu və orkestr rəhbəri kimi bədii fəaliyyətə başlayır.
Anton Rubinşteyn
Anton Qriqoryeviç Rubinşteyn (Rusca:Антóн Григóрьевич Рубинштéйн), (28 noyabr, 1829 – 20 noyabr 1894) Rus pianoçu, bəstəkar və dirijoru. Sankt-Peterburq konservatoriyasının qurucusu. == Həyatı == Rus pianoçusu və bəstəkarı Anton Rubenşteyn 1829-cu il noyabrın 28-də Sankt-Peterburqda anadan olub. O, həm də Rusiya musiqi tarixinə ilk orkestrin və konservatoriyanın qurucusu kimi düşüb. Onun anası pianoçu idi. Buna görə də kiçik yaşlarından Antonun musiqi ilə maraqlanması təsadüfi deyildi. İlk pianino dərslərini də bəstəkar məhz anasından alıb. Lakin, əvvəllər ailəsi onun bu marağına sadəcə həvəs kimi baxırdısa da, sonralar Antonun istedadının fərqinə vardılar. 1844-cü ildə yeniyetmə qardaşı Nikolay ilə birgə Berlinə gedərək orda musiqi təhsilinə davam edir. 4 il sonra vətənə qayıdaraq burada pianoçu və orkestr rəhbəri kimi bədii fəaliyyətə başlayır.
Anton Sinapov
Anton Sinapov (1 sentyabr 1993) — Bolqarıstanlı biatlonçu. Anton Sinapov Bolqarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Anton Sinapov birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Sinapov 25:47.9 saniyəlik nəticəsi ilə 87 atlet arasında 56-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Anton Suseno
Anton Suseno (15 dekabr 1971) — İndoneziyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Anton Suseno İndoneziyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Anton Suseno İndoneziyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Anton Suseno İndoneziyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub.
Anton Vayno
Anton Vayno (est. Anton Vaino, rus. Анто́н Эдуа́рдович Ва́йно; d. 17 fevral 1972, Tallin, Estoniya SSR, SSRİ) — Rusiya prezidenti Administrasiyasının rəhbəri (12 avqust 2016-cı ildən). == Həyatı == 17 fevral 1972-ci ildə Estoniya SSR-in paytaxtı Tallində anadan olmuşdur. 1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Rusiyanın Yaponiyadakı səfirliyində, Xarici İşlər Nazirliyində işləmişdir. 2003-cü ildə Rusiya Prezident Administrasiyasına keçmiş və protokol xidməti İdarəsinə təyin olunmuşdur. O, bu idarədə müxtəlif vəzifələr tutmuşdur. Putin prezident postunu Dmitri Medvedyevə ötürdüyü dövrdə baş nazir postuna keçəndə Anton Vayno Hökumət Aparatına təyin olunub, daha sonra aparat rəhbərinin müavini, baş nazirin protokol xidmətinin rəhbəri olmuşdur.
Anton Vaysbeker
Anton Vaysbeker (alm. Anton Waisbecker‎; 29 yanvar 1835 – 4 aprel 1916) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Anton Vaysbeker toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === == Əsərləri == "Köszeg és vidékének edényes nôvényei" (1882, второе издание в 1891) - Семени Кесег и окрестности. "Beiträge zur Flora des Eisenburger Comitates" (1893) - Вклад в изучение флоры медье Ваш == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Mənbə == Dr. Balogh Lajos. "175 éve született dr. Waisbecker Antal kőszegi orvos és botanikus" (macar). diszmadarmagazin.hu. 2016-04-02 tarixində orijinalından arxivləşdirilib.
Anton Volks
Anton Çarles Volks (8 fevral 1997, London – 19 yanvar 2023, Mayami, Florida) — Tottenhem Hotspur klubuna məxsus, icarə əsasında Portsmut klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == Volks Tottenhem Hotspur akademiyası vasitəsilə inkişaf etmişdir. O, əsas komanda ilə debütünü 21 sentyabr 2016-cı ildə İngiltərə Liqa Kubokunda Gillingem klubuna qarşı oyunda etmişdir. 26 yanvar 2017-ci ildə Volks MLS təmsilçilərindən olan Atlanta Yunayted klubuna icarəyə verilmişdir. İcarə haqqları mediyaya açıqlanmamışdır.O, 2018-ci ilin yanvar ayında Portsmut klubuna icarəyə verilmişdir. == Karyera statistikası == 4 iyul 2017 tarixində yenilənib.
Anton Yelçin
Anton Viktoroviç Yelçin (ing. Anton Yelchin; 11 mart 1989, Leninqrad – 19 iyun 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb. == Həyatı == Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı. Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir.
Anton Zabolotnı
Anton Konstantinoviç Zabolotnı (13 iyun 1991, Ayzpite, Latviya SSR, SSRİ) — Rusiya futbolçusu, "Soçi" klubunun hücumçusu. == Bioqrafiyası == Latviyanın Aizpute şəhərində anadan olmuşdur. Ata Rubezhnoye Luhansk bölgəsində anadan olub, uçuş akademiyasında oxuyub, voleybolla məşğul olub, hərbçi olub. Anası isə sprinetr qaçışı ilə məşğul olurdu. Anton uşaq kimi çox şəhərlərdə yaşamış, ən çox Lipetskdə yaşamışdır. Beş yaşından yeddi yaşınına kimi akrobatika ilə məşğul olmuşdur. == Klub karyerası == Lipetskin "Metallurq" klubunda ilk olaraq məğul olmağa başlamışdır. İlk məşqçisi Oleq Krivolutski olmuşdur. 13 yaşında MOİK futbol klubuna keçdi. Məşqçilər Nikolay Kozlov və Andrey Plakhetko idi.
Anton Çexov
Antоn Pavloviç Çeхоv (rus. Анто́н Па́влович Че́хов, rusca tələffüz: ˈpavɫəvʲɪtɕ ˈtɕɛxəf; 17 (29) yanvar 1860, Taqanroq, Yekaterinoslav quberniyası[d], Rusiya imperiyası[…] – 15 iyul 1904[…], Badenvayler[d], Baden knyazlığı[d], Almaniya imperiyası[…]) — görkəmli rus yazıçısı. Rus pyeslərinin və qısa hekayələrinin yazıçısıdır. Rus ədəbiyyatı tarixində ən böyük yazıçılardan biridir. Bir dramaturq kimi karyerasında dörd klassik əsər hazırladı və ən yaxşı qısa hekayələri, yazıçı və tənqidçilərin müsbət rəylərini aldı. Çexov Henrik İbsen və Avqust Strindberqlə birlikdə teatrda tez-tez erkən modernizmin yaranmasında rolu olan üç yaradıcı şəxsdən biri kimi xatırlanır. Çexov ədəbi karyerasının böyük hissəsini tibb həkimi kimi keçirdi və dedi: "Tibb mənim qanuni həyat yoldaşımdır".Çexov 1896-cı ildə Qağayılar tamaşasında sonra teatrı tərk etdi, lakin tamaşa 1898-ci ildə Konstantin Stanislavskinin Moskva İncəsənət Teatrı tərəfindən yenidən canlandırıldı. Moskva İncəsənət Teatrı daha sonra Çexovun dayısı Vanyanı səhnələşdirdi və Çexovun son iki pyesi - Üç bacı və Albalı bağçasının premyerası oldu. Çexov ruh əhval-ruhiyyəsi teatrı təklif etdiyi üçün və ənənəvi fəaliyyət əvəzinə batmış bir həyat vurduğundan, bu dörd əsər həm tamaşaçılara, həm də ansambl üçün çətinlik yaradır. Əvvəlcə Çexov yalnız maddi mənfəət üçün yazdı, amma sənətkarlıq ehtirası artdıqca müasir qısa hekayələrin təkamülünə təsir edən rəsmi yeniliklər etdi.
Anton Üyerjaa
Anton Üyerjaa (tuvaca: Антон Үержаа , d. 2 dekabr 1957) – Tuvanın Qərbi Hemçik bölgəsindəki Höndelen məntəqəsində anadan olmuş tuvalı şair, mənzum əsərlər müəllifi. == Həyatı == 2 dekabr 1957-ci ildə Barrıın-Hemçik kojuununun Höndelen məntəqəsində heyvandarlıqla məşğul olan ailədə anadan olmuşdur. 1975-ci ildə Aksı-Barlıq məntəqəsində təhsil almağa başlamışdır. Burada təhsil aldığı müddətdə qiymətləti yaxşı olduğuna görə ailəsinin də dəstəyi ilə o, Hərbi xidmətdən sonra Qızıl şəhərindəki Dövlət Pedoqoji İnistitutunun dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. Ali təhsilini fərqləndirilmiş diplomla baş vurduqdan sonra “Tıvanın anıyaktarı” adlanan gənclər qəzetində işləməyə başlamışdır. Tuva nəşriyyatında redaktorluq, baş redaktorluq etmişdir. Üyerjaa Tuvanın Komsomol mükafatı namizədi, Rusiya Federasiyasının Yazıçılar Birliyinin üzvüdür. Anton Üyerjaa evildir və iki övladı vardır. == Əsərləri == Heelеr” şeir kitabı “Sааrıg ırı” şeir kitabı “Nоgааn аt” şeir kitabı “Inаk-tır mеn” şer antologiyası (1997) == Şeiri == Аjıldı kım tааlаl didi?
Anton İpsen
Anton İpsen (4 sentyabr 1994, Berlin) — Danimarkalı üzgüçü. Anton İpsen Danimarkanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Anton İpsen birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:05.91 saniyəlik nəticəsi ilə 18-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.