Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aranlı
Aranlı — təxəllüs. Bu təxəllüsü olan tanınmışlar Mücahit Ahmet Aranlı — şair. Məqsəd Aranlı — şair. Yaşayış məntəqələri Aranlı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Aranlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Aranlı bələdiyyəsi Aranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Aranlı (Biləsuvar)
Aranlı (əvvəlki adı: Tatyanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindəki Tatyanovka kəndi Aranlı kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindən Aranlı kəndi Çinarlı kənd Sovetinin tərkibinə verilmişdir. Kəndi XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. 1991-ci ilədək Tatyanovski, Tatyanovka adlandırılmışdır. Oykonim "düzənlikdə yaşayanlar, arandan gələnlər" mənasındadır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd düzənlikdə yerləşir. İran İslam Respublikası ilə sərhəddir. Kənddə Aranlı kənd kitabxana filialı fəaliyyət göstərir.
Aranlı (İmişli)
Aranlı (keçmiş adı: Poltavka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İmişli rayonunun Poltavka kənd inzibati-ərazi vahidi tərkibindəki Poltavka kəndi Aranlı kəndi, Poltavka kənd inzibati-ərazi vahidi Aranlı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kənd əhalisinin sayı 7145 nəfərdir ki, onun da 3593 nəfəri kişi, 3552 nəfəri isə qadındır. Kənddə İmam Əli adına "Cümə" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Aranlı bələdiyyəsi
Aranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Məmməd Aranlı
Məmməd Aranlı (tam adı: Ağayev Məmməd Salman oğlu; d.22 oktyabr 1922, Azərbaycan SSR, Ağcabədi rayonu — 7 oktyabr 1950, Bakı şəhəri) — Azərbaycanlı yazıçı-publisist, 1941—1945-ci illər müharibəsi iştirakçısı, 416-cı atıcı diviziyasının "Qızıl əsgər" qəzetinin məsul katibi Ağayev Məmməd Salman oğlu 22 oktyabr 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. İbtidai təhsilini burada və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini bitirmişdir(1932—1935).Sonra M.Sabir adına Pedaqoji Texnikumda təhsil almışdır. O, Ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır. 1937—1938-ci illərdə "Pioner" jurnalında,1939—1940-cı illərdə isə "Azəbaycan qadını" jurnallarında çalışmışdır. Hekayələri "Yeni il", "Gənc işçi", "Ədəbiyyat" qəzetlərində, "İnqilab və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuşdur. Burada ədəbiyyat və dil fakültəsində təhsil aldığı dövrdə "Qara xal qız", "Gecənin qəlbi" ,"Aldanmış ümid" və digər hekayələri yazmışdır. 1941-ci ildə Böyük Vətən Müharibəsinə başladığından İnstitutun son kursundan cəbhəyə getmişdir. O, kiçik leytenant kimi 416-cı atıcı diviziyada xidmətə başlamışdır.
Aranlı bələdiyyəsi (Biləsuvar)
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aranlı bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
Arallı
Arallı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər. 2019-cu ildə, Böyük Arallı və Kiçik Arallı kəndləri birləşdirilərək, şəhər statusu almışdır. 2016-cı ilin məlumatına görə şəhərdə 3,261 nəfər yaşayır (913 ailə). Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Araplı
Araplı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 1118 nəfərdir və azərbaycanlılardan ibarətdir.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Avranlı
Avranlı Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa rayonu) kənd adı. Avranlı- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa rayonu) kənd adı. Gürcücə yazılış forması Avranlo. XIX əsrin II yarısında əhalisi Türkiyədən gəlmə yunanlar idi (yenə orada). XIX əsrin 70-ci illərində Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. Yerli tələffüz forması Əvrənli olmuşdur. "Kitabi-Dədə Qorqud" eposunda Əvrən şəxs adı ilə səsləşir.
Ayranlı
Ayranlı Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Ayranlı — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Qazax qəzasında da bir dağ Ayranlı adlanır. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Ayranlı kənd adı ilə mənşəcə eynidir. Avranlı adının təhrifidir.
Dürdanə Araslı
Dürdanə Araslı (9 iyun 1939, Bakı)— fizika-riyaziyyat elmləri doktoru, professor. Araslı Dürdanə Həmid qızı 1939-cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. D. H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon — elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D. H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. Yüksək dərəcədə legirlənmiş klassik yarımkeçiricilərdə — germanium və silisiumda kinetik effektlərin kompleks tədqiqi ilə məşğul olmuş və müxtəlif növ aşqarların istiliyin köçürmə hadisələrində yaratdığı xüsusiyyətləri müəyyənləşdirmişdir. III–V və II–VI birləşmələri, onların əsasında alınan bərk məhlullarda və evtektikalarda istilikkeçiricilik məsələlərini hərtərəfli və dərindən tədqiq etmişdir.
Elman Araslı
Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — Şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi. Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır. Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub. 22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur. Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur.
Hüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Həmid Araslı
Həmid Məmmədtağı oğlu Araslı (Tam adı: azərb. Həmid Hacı Məmmədtağı oğlu Araslı‎; 23 fevral 1909, Yelizavetpol – 20 noyabr 1983, Bakı) – ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi. Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. Atası qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı "Vəşrihi-fəraiz" adlı kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdi. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur.
Həmid Arazlı
Həmid Məmmədtağı oğlu Araslı (Tam adı: azərb. Həmid Hacı Məmmədtağı oğlu Araslı‎; 23 fevral 1909, Yelizavetpol – 20 noyabr 1983, Bakı) – ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi. Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. Atası qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı "Vəşrihi-fəraiz" adlı kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdi. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur.
Nüşabə Araslı
Nüşabə Həmid qızı Araslı (25 mart 1941, Bakı) — Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2017). Nüşabə Araslı 25 mart 1941-ci ildə Bakıda anadan olub. Akademik Həmid Araslının sonuncu övladıdır. İlk təhsilini 1947–1957-ci illərdə alıb. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1969-cu ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Nizamişünaslıq", "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbələrində əvvəl kiçik, sonra böyük və aparıcı elmi işçi vəzifələrində çalışır, 1988-ci ildə "Nizami və Türk ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Alim əmək fəaliyyətinə Azərbaycan EA-nın (hazırkı AMEA-nın) Əlyazmaları Fondunda kiçik elmi işçi vəzifəsindən başlayıb. 1963-cü ildə keçmiş SSRİ Geologiya Nazirliyinin xətti ilə Əfqanıstana ezam olunaraq, Məzari-Şərifdə çalışan neftçilər qrupunda rus-fars dilləri üzrə tərcüməçi işləyib. Nüşabə Araslı klassik Şərq və Azərbaycan ədəbiyyatının mahir bilicisi olmaqla yanaşı, qədim və orta əsrlərdə ədəbi dil, mətnşünaslıq və Şərq poetika sənəti üzrə hal-hazırda bütün Asiya regionunda seçilən nadir mütəxəssislərdən biridir. Onun elmi fəaliyyətinin əsas aparıcı istiqamətini qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik Azərbaycan poeziyasının Şərq xalqları ədəbiyyatları ilə, xüsusən Türk ədəbiyyatı ilə qarşılıqlı əlaqələri, tipologiyası, özəl xüsusiyyətləri təşkil edir.
Oranlı Vilhelm
I Oranlı Vilhelm (Dinməz Vilhelm, 24 aprel 1533 – 10 iyul 1584[…], Delft, Yeddi Birləşmiş Əyalət Respublikası) — Oran ‏şahzadəsi, Nassau qrafı, Niderland inqilabı xadimi. 60-c illərdə Niderlandda ispan rejiminə qar‏şı müxalifətə ba‏şçılıq etmiş‏di. Çevik siyasətçi, diplomat Vilhelm ‏şəxsi hakimiyyətini möhkəmləndirməyə və İspaniyaya qarşı‏ müharibə aparmağa cəhd göstərirdi. Vilhelmi İspaniyaya xəfiyyəsi öldürmüş‏dür.
Sultanhüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Tünzalə Arazlı
Şaranlı (Məlikan)
Şaranlı (fars. شرانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 423 nəfər yaşayır (101 ailə).
Abbas Arazlı
Abbas İsmayılov (24 may 1936, Maşanlı, Cəbrayıl rayonu) — Azərbaycan-sovet şairi, publisisti, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Abbas Arazlı 1936-cı il mayın 24-də Cəbrayıl rayonunun Araz Maşanlı kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbini, qonşu Soltanlı kəndində orta məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi çalışmışdır (1953-1954). Bakı 7 saylı tibb məktəbində təhsil almışdır (1954-1956). Cəbrayıl rayonu kənd xəstəxanalarında feldşer olmuşdur. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmişdir (1962-1967). Sarıcallı kənd səkkizillik məktəbinə rus dili və ədəbiyyatı müəllimi təyin olunmuşdur. Bir ildən sonra Araz Maşanlı kənd orta məktəbinə dəyişdirilmişdir (1968-1993). Erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edəndən sonra Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmışdır. Hazırda orada 273 saylı orta məktəbin müəllimidir (1993-cü ildən).
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.