Seyfəddin Dağlı
Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) (27 avqust 1921, Xızı, Quba qəzası – 18 yanvar 1983) — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist.
Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor (1956–1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.08.1981
Onun bəlalı sevgisi (film, 1980)
Qayınana (film, 1978)
Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)
Gecəniz xeyrə qalsın (film, 1977)
Kommunist (film, 1969)
Solmaz bir bahar kimi (film, 1979)
Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.