Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Araxçın
Araxçın və ya Tübətəy (başq. түбәтәй, qaz. төбетей, тақия, qırğ. тебетей, çeç. пяс, tatar. түбәтәй, türkm. tahýa) — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Krımda yayılmış milli baş geyimi. Əsasən əlavə baş geyimi kimi tanınıb. Araxçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar.
Alaxçın
Araqçın

Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Alahçın
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Araxış sövməsi
Araxış — Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində yerləşən Ərikli kəndinin ərazisində, mövcud olmuş Araxış kəndinin mərkəzində və XVII əsrdə tikildiyi güman edilən sövmə. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Məbəd hal-hazırda Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır.
Arazın səsi
Arazın səsi (qəzet) — Culfa Rayon İcra Hakimiyyətinin orqanı. == Tarixi == 1935-ci ildən nəşr edilir. Müxtəlif illərdə (“Bolşevik yolu” 1935), "Zərbəçi heyvandar" (1936-1950), "Sovet Culfası" (1951-59), "Zəfər" (1959-91) adları ilə buraxılmışdır. 1991-ci ildən Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra qəzet “Arazın səsi” adı ilə nəşrə başlamışdır. Qəzet Naxçıvan Muxtar Respublikasının, o cümlədən Culfa rayonunun sosial-iqtisadi,siyasi və mədəni həyatını işıqlandırır; Azərbaycanda və dünyada baş verən mühüm hadisələr haqqında xəbərlər, ədəbi-bədii yazılar da dərc edir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 28.
Arazın o tayında
Arazın o tayında (vokal-simfonik poema)
Arazın səsi (qəzet)

Arazın sahillərində (film, 1953)
Arazın sahillərində tammetrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1953-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır. == Məzmun == Film Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır.
Arazın o tayında (film, 1947)
Arazın o tayında tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1947-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. == Məzmun == Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir.Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar- Şeyx Xiyabanı, Səttar xan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır.Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır. == Film haqqında == Filmi montaj etmək üçün operator Muxtar Dadaşov o vaxt məşhur montajçı və rejissor olan Esfir Şubu dəvət etmişdi. Esfir Şub İranda çəkilişlərdə iştirak etməmişdi, yalnız çəkilmiş materiallara quruluş vermişdi. Sonralar Esfir Şub titrlərdə rejissor olaraq Muxtar Dadaşovun da adının yazılmasını təklif etsə də M.Dadaşov imtina etdi. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Esfir Şub Rejissor: Esfir Şub Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov Bəstəkar: Niyazi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Arazın o tayında (vokal-simfonik poema)
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır. Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir. Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir. Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır.
Arazın o tayında (vokal-xoreoqrafik poema)

Araxis
Araxis (Yerqozu) (lat. Arachis hypogaea), paxlameyvəlilər (lat. Fabaceae) fəsiləsindən olub birillik ot bitkisidir. Gövdəsi qol-budaqlıdır. Bəzi növünün gövdəsi düz, bəzilərinki isə yerlə sürünəndir. Bunun saplağı uzun, yarpaqları cüt lələkvarıdır. Parlaq sarı və ya çəhrayı rəngli çiçəkləri nəzəri cəlb edir. Paxladan ibarət meyvəsinin içində iki toxumu olur. Araxisin vətəni Braziliyadır. Lakin onun sənaye əhəmiyyətli növü qədim vaxtlardan müxtəlif ölkələrdə becərilir.
Raycin
Raycin (雷神) — ilk növbədə buddizmdə, sonra isə Yaponiya şintoizmində şimşək tanrısı. Bir əfsanədə Raycin Yaponiyanı işğalçı monqollara qarşı müdafiə etdiyi göstərilir. Burada monqollar şiddətli fırtına nəticəsində geri çəkilməli olur, bu zaman Raycin buludların arasında dayanaraq işğalçılara şimşək və oxlar atır.Raycin kabuki pyesi "Narukami"də obrazlardan biridir. Burada o, su hövzəsinin altında həbs edilir və bununla da quraqlığa səbəb olur.
Artemisia araxina
Araz yovşanı (lat. Artemisia araxina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 50-80 sm-ə çatan kol bitkisidir. Aşağı yarpaqları 4-8 sm-dən az olmayıb, uc pulcuqları 4-12 mm-dir. Səbəti oturaq, dar silindrşəkilli olub, uzunluğu 4,5 mm-ə çatır. Örtüklə birlikdə çox ağımtıl qabarıq, qızılı tüklüdür. Gövdələri nazik, vegetasiyanın sonunda çılpaq olub tünd-qonur rəng alır. Sentyabr ayında çiçəkləyir, toxumları oktyabr-noyabr ayında yetişir. == Ekologiyası == Quraqlığadavamlıdır, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da rast gəlinir.
Prunus araxina
Araz albalısı (lat. Prunus araxina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Mərkəzi Çindir, buradan bitkinin bir adı da - çin albalısıdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, nazik, çubuqvari, açıq, sarımtıl-boz zoğları olan, düz dayanan koldur. Yalançı zoğlarının uzunluğu 0,7 sm-dək, kənarları seyrək dişlidir. Saplaqların uzunluğu 3 mm-dəkdir. Yarpaq ayaları xətvari-lansetvari və ya ensiz lansetvari, mərkəzdə enli, uzunluğu 5-8 dəfə enindən artıq, çox vaxt əyilmiş, kənarları içəriyə qatlanmış və ya təxminən iki dəfə qatlanmış, ucu tədricən biz, bünövrəsində saplağa çevrilmiş, kənarları iti dişlidir. Çiçəkləri bəzən 1-2, çox vaxt 3-6 ədəd olur. Ləçəkləri əks-oval-belvari, qısa saplaqlı, küt, uzunluğu təxminən 0,5 sm və eni 0,3 sm-dir. Çəyirdəklərin uzunluğu təxminən 0,8 sm, yetişmişləri tükcüklüdür.
Aracan (Vərziqan)
Aracan (fars. اره جان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 449 nəfər yaşayır (84 ailə).
Aracı dağı
Aracı dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 3071,6 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın Şahbuzçay və Əlincəçayın Ərəfsəçay qollarının mənbə hissəsində, Keçili kəndidən 6,5 km şərqdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli uzunsov ştok formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.
Arçin dili
Arçin dili — arçinlərin dili. Dağıstanın Çarodin rayonunun Arçin kəndində məişət dili kimi yayılmış dil. Arçin dilində 970 nəfər danışır. (2010, siyahıyaalma). Arçin dili ləzgi dillərindən biridir. Dialektləri yoxdur. == Ədəbiyyat == Дирр А. М. Арчинский язык // Сборник материалов для описания местностей племён Кавказа. В. 39. Тифлис, 1908; Микаилов К. Ш. Арчинский язык. (Грамматический очерк с текстами и словарём).
Raçin silsiləsi
Raçin (gürc. რაჭის ქედი)- Gürcüstanın Cənubi Osetiya bölgəsində dağ silsiləsi. Böyük Qafqaz dağlarının mərkəzi hissəsi olub, onun cənubunda yerləşir. Hündürlüyü 2862 m-dir. Bu silsilə şərqdən Kişelta, Çata, Böyük Liaxvi çaylarının hövzələrini, qərbdən isə Djoçoara, Djodjora və Rioni çaylarının hövzələrini ayırır. Burada karst relyef formaları geniş yayılmışdır. Yamaclarda fıstıq və iynəyarpaqlı meşələr, subalp və alp çəmənlikləri ilə əvəz olunur. Cənub-qərb hissəsində Tkibulsk kömür hövzəsi yerləşir. Şimal-şərqində isə Kvaisk qurğuşun-sink filiz yatağı yerləşir.
Keyk (Traxin çarı)
Keyk (q.yun. Κήϋξ) — yunan mifologiyasında personaj. O, Hesperin oğludur. Keyk Amfitrionun və ya Heraklın qardaşı oğludur. O, Heraklın müttəfiqi olmuşdur. Keyk Traxin çarı olmuş, həyat yoldaşı Kikndan Feminist adlı övladı olmuşdur. Bir versiyaya görə, o, Hilasın atasıdır.Keyk Heraklın övladlarını hərarətlə qarşılamışdır. Herakl o və arkadiyalıları ilə birlikdə məskən salmışdır. Keyk Heraklın övladlarına sığınacaq vermişdir.
Arazın o tayında ərəb şriftidir (film, 1945)
Arazın o tayında ərəb şriftidir qısametrajlı sənədli 1945-ci ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == Məzmun == Kinolent Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.