Arazın səsi (qəzet)

Arazın səsi (qəzet) — Culfa Rayon İcra Hakimiyyətinin orqanı.

Arazın səsi

Tarixi[redaktə | mənbəni redaktə et]

1935-ci ildən nəşr edilir. Müxtəlif illərdə (“Bolşevik yolu” 1935), "Zərbəçi heyvandar" (1936-1950), "Sovet Culfası" (1951-59), "Zəfər" (1959-91) adları ilə buraxılmışdır. 1991-ci ildən Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra qəzet “Arazın səsi” adı ilə nəşrə başlamışdır. Qəzet Naxçıvan Muxtar Respublikasının, o cümlədən Culfa rayonunun sosial-iqtisadi,siyasi və mədəni həyatını işıqlandırır; Azərbaycanda və dünyada baş verən mühüm hadisələr haqqında xəbərlər, ədəbi-bədii yazılar da dərc edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 28. ISBN 5-8066-1468-9.