Alahçın — türk mifologiyasında həyat ilahəsidir. Yer üzünü qoruyar. Təbiətə can verər. Yaşıllıq sahələrdə külək olub gəzər. Bataqlıq bölgələrdə gəzər. Təbiətdə nə varsa, hamısının yaxşılıq içərisində olmasını istər. İnsanlar başqa canlılara zərər verdiklərində məsələn bir heyvanı zövq üçün öldürdüklərini dərin kədərlənir və hətta ağlayar. Nurlu simaya və ağ saçlara malikdir. Bir oğlu və bir qızı vardır. Uşaqlarının adları belədir:
1. Ereke ve 2. Cereke
Oğulları və qızları da bitki Tanrısı və ilahələri olaraq yer üzünü qoruyar, nəfəslərilə bitkilərə, otlara, ağaclara can verərlər. Ağaclar onların nəfəslərilə çiçək çıxararlar.
(Al/Əl) kökündən törəmişdir. Almaq hərəkətiylə əlaqəlidir. Ələq sözü batak, palçıq deməkdir. Torpaq həyata işarədir. Monqolcada Alah öldürmək deməkdir. Və əslində ölüm yeni bir başlanğıc olduğundan eyni zamanda həyat da deməkdir.