Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
When We All Fall Asleep, Where Do We Go?
When We All Fall Asleep, Where Do We Go? — (böyük hərflərlə stilizə olunur) amerikalı müğənni-mahnı yazarı Billi Aylişin ilk studiya albomu. ABŞ-də 9 mart 2019-cu ildə Darkroom və Interscope Records tərəfindən, Birləşmiş Krallıqda isə Polydor Records tərəfindən buraxılıb. Ayliş albomu qardaşı Finneas O'Konnell ilə birlikdə yazıb, qardaşı albomun prodüserliyini Los-Ancelesin Highland Park məhəlləsində yerləşən kiçik yataq otağı studiyasında etmişdir.
Team Sleep
1994-cü İldə qurulmuşdur. Qrup üzvləri Çino Moreno (Deftones'un vokalı, gitara), Todd Wilkinson (gitara), Dj Crook, Zach Hill (Baraban) və Rick Verrett (bass). Team Sleep ilk olaraq Çino Moreno və Todd Wilkinson tərəfindən qurulmuşdur və daha sonra sırasıyla DJ Crook, Zach Hill və Rick Verrett qatılmışdır. == Diskoqrafiya == Team Sleep - 2005 Soundtreklər "Ataraxia" – 3:17 "Ever (Foreign Flag)" – 2:51 "Your Skull Is Red" – 3:41 "Princeton Review" – 5:09 "Blvd.
Cryostasis: Sleep of Reason
Cryostasis: Sleep of Reason (rus. Анабиоз: Сон разума; azərb. Anabioz: İdrak yuxusu‎) — "Action Forms" tərəfindən hazırlanan və nəşr olunan "survival horror" janrında videooyun. == Geympley == Oyunun hekayəsi başqa bir personajın yaddaşına nüfuz etmək və bu personajın keçmişdə etdiyi hərəkətləri dəyişdirmək bacarığı olan "Mental Echo" adlı unikal sistemin köməyi ilə cərəyan edir. Bu, insanların xatirələrində bədənlərini ələ keçirərək və tarixin gedişatını dəyişdirərək, insanların həyatını xilas edə bilər.Arktika şəraitində qurulan oyun sağlamlıq sayğacı kimi bədən istiliyindən istifadə edir. Oyunçu sağlamlığını artırmaq üçün istilik mənbələrindən istifadə etməlidir. Oyun birinci şəxs baxış bucağından oynanılır.
Asklep
Asklepi (yun. Ἀσκληπιός, kəsib yaran, lat. Aesculapius) — qədim yunan mifologiyasına görə təbib, təbabət tanrısı. Tanrı Apollon və çariça Koronidin oğlu. Adətən əsaya dolanmış ilanla təsvir edilir. İnsan kimi dünyaya gəlmiş, sonradan yüksək təbabət bilicisi olduğu üçün ölməzliyə, tanrı rütbəsinə layiq görülmüşdür. == Doğulması == Əfsanəyə görə Asklepi Apollonun çar Flegiyanın qızı çariça Koroniddən olan oğludur. İsxiyə nişanlı olmasına baxmayaraq Apollondan Asklepiyə hamilə qalan Koronid bu halından çox utanaraq heç kimə heç nə deməməyi qərara alır. Toy günü İsxiyə evlənmə xəbərini ağ qarğa uçub Delfə gələrək Apollona çatdırır. Qarğanın ona gətirdiyi bu xəbərdən qəzəblənən Apollon oxu ilə İsxini öldürür və bacısı Artemidaya Koronidi öldürməyi tapşırır.
Bos asseel
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Ulaş Tuna Astepe
Ulaş Tuna Astepe (5 may 1988, İzmit) — Türk aktyor. == Həyatı == Ulaş Tuna Astepe 5 may 1988-ci ildə İzmit-də anadan olub. İlk və orta təhsilini orada tamamlayandan sonra İstanbul liseyində oxuyub. Bütün bunlardan sonra bir çox teatr və televizor layihələrində iştirak edib. Karadayı kinosunda Orhan, Analar ve Anneler kinosunda Mustafa, Rüya adlı kinoda Alaz, Sen Anlat Karadeniz'də isə Tahir karakterini canlandırıb. Berkun Oyanın Bayrak və Babamın Cesetleri, Sami Berat Marçalının səhnələdiyi Cam Yarpaklar oyunlarında rol alıb. Emre Yeksanın Körfez filmində isə Selim karakterini canlandıran Astepe, həmçinin Üniversiteli, Zayiat, Meşşakat ve karısı, Balık havuzu adlı qısa filmlərdə də yer almışdır.