Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burnaz Atikə Sultan
Burnaz Atikə Sultan (1614, İstanbul, Osmanlı imperiyası – 1674, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Xanzadə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.
Atikə Sultan (III Əhmədin qızı)
Atikə Sultan (29 mart 1712, İstanbul – 2 aprel 1738, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. == Həyatı == Atikə Sultan 29 mart 1712-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Əhməd, anasının kimliyi isə bilinmir. Hələ 12 yaşında ikən 6 yanvar 1724-cü ildə sədrəzəm Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed Paşayla nişanlandı. 20 fevral günü İbrahim Paşa sarayından Topqapı sarayına daşınan nişan hədiyyələrinin ardından cütlüyün nigahı bağlandı. Eyni mərasimlə bacısı Xədicə Sultan da Osman Paşanın oğlu Əhməd Paşayla nigahlandı. Cütlüyün toy mərasimi isə 13 mart günü baş tutdu və 3 gün boyunca davam etdi. Mərasimin ardından Cağaloğlu sarayı cütlüyə təsis edildi. Övladının olub-olmadığı bilinmir. Atikə Sultan 2 aprel 1738-ci ildə Cağaloğlu sarayında vəfat etdi və cənazəsi Validə Turxan Sultan türbəsində atasının yanına dəfn edildi.
Atikə Sultan (Sultan İbrahimin qızı)
Atikə Sultan (1644, İstanbul – 1667, İstanbul) — Osmanlı sultanı Sultan İbrahimin qızı. Sultan İbrahimin çərkəs əsilli kənizlərindən Leyla Saçbağlı Sultandan doğulan Atikə Sultanın həyatıyla bağlı yetərli məlumat yoxdur. Hətta bəzi mənbələrdə anasının baş hasəki Xədicə Turhan Sultan olduğu qeyd olunur. Hələ 2 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, mərhum sultanın digər xanımları və qızları kimi o da, Köhnə saraya göndərilmişdir. Ancaq həmin il nənəsi Validə Kösəm Sultanın istəyilə atasının müsahiblərindən Topal Kənan Paşayla nikahlanmışdır. Tamamilə formal olan bu nikahın ardıından Kənan Paşa müxtəlif əyalətlərə təyin edildi. 1656-cı ildə 2 ay müddətinə kaptan-ı dərya olaraq xidmət etmişdir. Ancaq daha sonra vəzifələrindən azad edilmiş, bu səbəblə 1658-ci ildə Abxaz Həsən Paşa üsyanına qoşulmuşdur. Bu səbəblə qardaşı IV Mehmedin əmriylə nikah dərhal pozulmuşdur. Boşandıqdan bir il sonra Topal Kənan Paşa 16 fevral 1659-cu ildə vəfat etmişdir.
Atiyə Dəniz
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Atiyə Sultan
Atiyə Sultan (2 yanvar 1824, İstanbul – 11 avqust 1850, İstanbul) — 30. Osmanlı sultanı II Mahmudun qızı. == Həyatı == Atiyə Sultan 2 yanvar 1824-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Mahmud, anası isə Pərviz-fələk Sultandır. Ondan yaşca kiçik 2 doğma bacısı dünyaya gəlsə də, bunlardan Xədicə Sultan 17 yaşında, Fatma Sultan isə cəmi bir yaşında ikən vəfat etmişdir. 1839-cu ildə atası vəfat etdi və ögey qardaşı Sultan Əbdülməcid taxta çıxdı. Cəmi bir il sonra 8 yanvar 1840-cı ildə qardaşı onu Rodoslu Əhməd Fəthi Paşayla nişanladı. Həmin ilin 25 iyununda şeyxülislam Mustafa Asım Əfəndi tərəfindən nigahlanan cütlüyün toy mərasimi 7 avqust 1840-cı ildə Dolmabağça sarayında baş tutdu və yeddi gün boyunca davam etdi. Mərasimin ardından Arnavutköy sahilsarayında yaşayan cütlüyün bu nigahdan 2 qızı dünyaya gəldi. Ancaq əri Əhməd Fəthi Paşa daha öncə Ayşə Şəmsinur (ö.
Or Atika
Atikə Or(fr. Aure Atika; doğ. 12 iyul 1970, Monte-Eştoril, Portuqaliya) — Mərakeş əsilli Fransa aktrisası. == Həyatı == Atikə Or 12 iyul 1970-ci ildə Portuqaliyanın Monte-Eştoril şəhərində anadan olub.Valideynləri — atası Mərakeş əsilli Ode Bitton, anası fransız Mişel Furnyedir. Atikə Or Parisdə və Fransanın cənubunda böyümüşdü. Təhsilini Paris hüquq və Luvr məktəbində almışdı. 9 yaşından sınaq çəkilişlərinə başlamışdı və Janna Moronun "Yeniyetmə" filmində rol almışdı.
Atik Sinan
Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol – 1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından == Həyatı == Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir. Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır.
Tikə kabab
Tikə kabab, şişlik və ya şiş kabab — müxtəlif adlar altında tanınan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa yeməyi. Kababın növlərindən biri. == Etimologiya == Şiş sözü türk mənşəlidir. Bu söz öncə Krım tatar dilindən Zaporojye kazakları tərəfindən alınmışdı. Ordan bu söz rus dilinə шашлык formasında, rus dilindən isə ingilis və başqa Avropa dillərinə shashlik və ya shashlick formasında keçmiş. Tikə sözünün də türk mənşəyi var. Onun prototürk dilindəki forması tikkü kimi yazılır və hissə və ya parça mənasını daşıyır. Cığatay dilində o, tikka formasında mövcud idi. Cığatay dilindən həmin söz Muğal sülaləsi dövründə "bişirilmiş sümüksüz ət parçaları" mənasında Hindistana gəlib. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur.
Burnaz Atiyə Sultan
Burnaz Atikə Sultan (1614, İstanbul, Osmanlı imperiyası – 1674, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Xanzadə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.
Atik Validə məscidi
Qədim Validə məscidi və ya külliyəsi (müftiliyin qeydlərinə görə Atik Validə məscidi) (türk. Atik Valide Camii, Eski Valide Camii) — İstanbulun Üsküdar mahalının hakim mövqeli ərazisi Toptaşının zirvəsində II Səlimin həyat yoldaşı və III Muradın anası Afifə Nurbanu Validə Sultanın istəyi ilə Memar Sinan tərəfindən inşa edilmişdir. Məscid, mədrəsə, təkkə, xəstəxana, darülhədislər, darülkurra, ibtidai məktəb və aşxanadan ibarət olan obyekt Memar Sinanın tikdirdiyi və bir parçası günümüzə gəlib çatmış külliyə olaraq qəbul edilir. Memar Sinanın tikdirdiyi məscid onun vəfatından sonra tələbəsi Davud Ağa tərəfindən genişləndirilib. Nəhayət, II Mahmudun dövründə köhnə İstanbul evlərinə bənzəyən və ayrıca girişi olan sultanın köşkü və mahfil də əlavə edilmişdi. Tikintinin tarixi 1570-1579-cu illərə təsadüf edir və 1583-cü ildə Memar Sinanın tələbəsi Davud Ağa tərəfindən genişləndirilmişdir. == Tarixi == Atik Validə məscidi (adının tərcüməsində Sultan Anasının Qədim məscidi) İstanbulun ən geniş məscid komplekslərindən biri idi. Sultan II Səlimin həyat yoldaşı və varisi III Muradın anası Nurbanu Sultan üçün tikilmişdir. Qadınlar səltənəti kimi tanınan dövrdə Osmanlı imperatorluğunu hərəmxanadan effektiv şəkildə idarə edən ilk etibarlı sultan idi. Atik Validə məscidlərinin tikintisi və təmiri üçün, 1583-cü ildə fond yaradılmışdır.
Atik Mustafa Paşa Məscidi
Atik Mustafa Paşa Məscidi — və ya Kristos Pantepoptes Kilsəsi, İstanbulun mahalı. Orta Bizans dövrünə aid olan binanın köhnə adı “Kristos Pantepoptes”dir. Konstantinopolda binalar ya Sərbəst Xaç plan növü ilə, ya da Qapalı Yunan Xaçı plan növü ilə tikilirdi. Kristos Pantepoptes plan növü Kvadrat daxilində Xaç Planı və ya Qapalı Yunan Xaçı adlanır. == Tarixi == Binanın tarixi ilə bağlı bəzi şayiələr var.Onlardan biri; Xəlifənin bayraqdarı olan Cabirin növbəti fəth üçün Konstantinopola gəldiyi, fəth zamanı öldüyü və burada dəfn edildiyi ilə bağlıdır. İstanbulun fəthi zamanı kilsənin vəziyyəti məlum deyil. Bəyazit dövründə bina məscidə çevrilmişdir. Məscidin içərisində Şərqi Roma dövrünə aid heç bir bəzək yoxdur. 1957-ci ildə Amerika Bizans İnstitutu tərəfindən binanın cənub tərəfindəki ağartma təbəqəsinin altından tapılan freskaların Ayios Kosma, Hagios Damianosa aid olduğu müəyyən edilmişdir.
Atiye
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Atiye (albom)
Atiye - türk müğənni Atiyə Dənizin ikinci studiya albomu. == Albom haqqında == 24 mart 2009-cu ildə "Atiye" adlı ikinci studiya albomunu Sony BMG etiketi ilə satışa buraxan müğənni, bu albomun ilk video klipini Murad Küçük-ün rejissorluğu ilə Muamma adlı mahnıya çəkmişdir. Bu mahnısı Billboard Türkiyənin Top 20 listində 5-ci yerə, MTV Türkiyənin 5+TR siyahısında isə ilk həftədə 1-ci yerə yüksəlmişdir. Bu albomda Nazan Öncelin mahnısı olan "Aşkına da sana da" və Teoman ilə duet olaraq oxuduğu "Kal" adlı mahnıları da dinləyicilər tərəfindən rəğbət qazanmış və hitə çevrilmişdir. Albomun ikinci klipi "Salla" adlı mahnıya çəkilib. Bu klip də həmçinin Murad Küçük tərəfindən çəkilmiş və iyun ayında yayımlanmışdır. Mahnı Powertürk, Kral TV və Number One TV-də 4, MTV Türkiyə və Billboard Türkiyədə isə 3-cü yerə qədər yüksəlmişdir. Alboma daxil olan "Muamma" və "Salla" sinqlları Balkan ölkələrində də uğurlu olmuş və Balkanika TV-də yayımlanmışdır. Albomun üçüncü klipi olaraq noyabr ayında "Deli ya" adlı mahnı seçilmiş və bu mahnıya klip Kıbrısda çəkilən konsertdən götürülmüş hissələrlə düzəldilmişdir. Albomun dördüncü video klipi də Teomanla birlikdə oxuduğu duetə-Kal duetinə olmuşdur.
Atiye (serial)
Atiye (ing. The Gift) — Türkiyə istehsalı internet serialı. Yazıçı Şengül Boybaşın Dünyanın oyanışı adlı əsərinə əsaslanır. == Mövzu == İstanbul əsilli bir rəssam Atiye, universal sirrlərə sahib olduğu və keçmişi ilə əlaqəli bir arxeoloji bir yer araşdırmaq üçün bir macəraya imza atır. == Çəkilişlər == Serial çəkilişləri Göbeklitepe- də aparılmaqdadır.
Atiye (serial, 2019)
Atiye (ing. The Gift) — Türkiyə istehsalı internet serialı. Yazıçı Şengül Boybaşın Dünyanın oyanışı adlı əsərinə əsaslanır. == Mövzu == İstanbul əsilli bir rəssam Atiye, universal sirrlərə sahib olduğu və keçmişi ilə əlaqəli bir arxeoloji bir yer araşdırmaq üçün bir macəraya imza atır. == Çəkilişlər == Serial çəkilişləri Göbeklitepe- də aparılmaqdadır.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Acika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. == Tərkibi == 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz == Hazırlanma qaydası == Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Akiko
Akiko — Yapon adı. Akiko Hayakava — keçmiş Yaponiya qadın futbolçusu. Akiko Nivata — keçmiş Yaponiya qadın futbolçusu. Akiko Sudo — keçmiş Yaponiya qadın futbolçusu. Akiko Futaba — məşhur yapon musiqisi olan yukoka ifaçısı. Akiko Furu — Yaponiyanı təmsil edən batut gimnastı.
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Antik dedikdə tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XVIII əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Atsik
Atsik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Attika
Attika — Orta Yunanıstanda, Afinanın özünün və kənd təsərrüfatı ilə məşğul olan ətraf ərazilərdən ibarət olan Afina polisinin yerləşdiyi vilayət.
Ayişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 605 - 672) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. İlk müsəlmanlardan olan Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. İslamı bacısı Əsma ilə birlikdə qəbul edən Aişə 16 yaşında nişanlamış, 19 yaşında peyğəmbər Məhəmməd ibn Abdullahla evlənmişdir. Aişə Məhəmməd peyğəmbərlə evlənməzdən əvvəl isə Cübeyr ibn Mutim ilə nişanlı olmuşdur.
Asilə
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Aliyə
Aliyə — qadın adı. Aliyə Qarayeva — Azərbaycanı təmsil edən bədii gimnast Aliyə Sultan — 33. Osmanlı sultanı V Muradın qızı. Aliyə Rüstəmbəyova — İkinci Dünya müharibəsi qəhrəmanı Aliyə Moldaqulova — Sovet İttifaqı qəhrəmanı, snayper.
Batika
Batika (yav. mumla çəkmək) — möhürləyici məhlulların istifadəsi ilə aparılan qumaş üzərində nəqqaşlıq. Şərq ölkələrində (İndoneziya, Hindistan, Çin, Azərbaycan və s.) yayılmışdır. 2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub. == Söz açımı == == Tarixçə == Batikanın vətəninin Malaziya və İndoneziya olduğu söylənilsə də, araşdırmalar bu ölkələrdə sənət növünün Azərbaycanla eyni dövrdə yarandığını təsdiqləyir. Batika Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyət növü kimi bu sənətlə məşğul olanların sayı yüzlərlə olmuşdur. Şərq ölkələrində (Hindistanda, Çində, İndoneziyada və s.) batika texnikasında əsas etibarilə ipək və pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni olan cənub-şərqi Asiyada bir neçə texnika geniş yayılmışdı. Yavada hər bir rəngin üstü daim isti mumla örtülür, Malayziyada isə rəsmin əsas hissəsi nəfis şəbəkəli ornamentlə xüsusi möhürün köməyi ilə basılır.
Etika
Etika (q.yun. ἠθικόν qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Əxlaq fəlsəfəsi də adlandırılır Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.
Fatihə
Fatihə surəsi (ərəb. سورة الفاتحة‎ (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir. Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaların divar yazıları üçün geniş istifadə edilir. == Əl-Fatihə surəsi == Bağışlayan və mehriban Allahın adı ilə. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha. Cəza gününün sahib və hökmdarına.
Fatimə
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Stiks
Stiks (yun. Στύξ "əcaib", lat. Styx) — yunan mifologiyasında ilk canlıların əmələ gəlmiş olduğu dəhşətin tərənnümü, eyni zamanda şəxsləşdirilmiş mifik çay "Stiks"in obrazı, Okean və Tefidanın qızı , Higinə görə Niks və Erebin qızı , Hesioda görə titan Pallantın arvadı, Zel (qısqanc), Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) anası.
Tikmə
Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma. == Tarixçə == Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir. Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
Xatirə
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Katibə
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE)
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı == Cildlər == Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, I cild, Bakı: Yeni Poliqrafist, 2011, 336 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, II cild, Bakı: Yeni Poliqrafist, 2012, 256 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, III cild, Bakı: Yeni Poliqrafist, 2013, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IV cild, Bakı: Yeni Poliqrafist, 2014, 232 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, V cild, Bakı: Yeni Poliqrafist, 2015, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VI cild, Bakı: "Şərq-Qərb", 2016, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VII cild, Bakı: "Şərq-Qərb", 2017, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VIII cild, Bakı: "Şərq-Qərb", 2018, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IX cild, Bakı: "Şərq-Qərb", 2019, 216 səh.
Active Shooter (Aktiv atıcı)
Anime
Anime (yap. アニメ, azərb. Animasiya‎, IPA. ) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Atrek
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. == Adının etimoloqiyası == Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. == Coğrafiyası == Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. == Gidroqrafiyası == İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Awake
Awake — L'Arc~en~Ciel qrupunun albomudur.