Qədim Validə məscidi və ya külliyəsi (müftiliyin qeydlərinə görə Atik Validə məscidi) (türk. Atik Valide Camii, Eski Valide Camii) — İstanbulun Üsküdar mahalının hakim mövqeli ərazisi Toptaşının zirvəsində II Səlimin həyat yoldaşı və III Muradın anası Afifə Nurbanu Validə Sultanın istəyi ilə Memar Sinan tərəfindən inşa edilmişdir. Məscid, mədrəsə, təkkə, xəstəxana, darülhədislər, darülkurra, ibtidai məktəb və aşxanadan ibarət olan obyekt Memar Sinanın tikdirdiyi və bir parçası günümüzə gəlib çatmış külliyə olaraq qəbul edilir. Memar Sinanın tikdirdiyi məscid onun vəfatından sonra tələbəsi Davud Ağa tərəfindən genişləndirilib. Nəhayət, II Mahmudun dövründə köhnə İstanbul evlərinə bənzəyən və ayrıca girişi olan sultanın köşkü və mahfil də əlavə edilmişdi.[1] Tikintinin tarixi 1570-1579-cu illərə təsadüf edir və 1583-cü ildə Memar Sinanın tələbəsi Davud Ağa tərəfindən genişləndirilmişdir.[2]
islam | |
Atik Validə məscidi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Rayon | Üsküdar |
Yeri | Toptaşı zirvəsi |
Memarlıq | |
İnşa tarixi | 1571 – 1586 |
Tikdirəni | Nurbanu Sultan |
Memarı | Memar Sinan |
Üslubu | Osmanlı memarlığı |
Minarələrin sayı | 2 |
Materialı | qranit, mərmər və kafel |
Hündürlüyü | 12.7 m (42 ft) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Atik Validə məscidi (adının tərcüməsində Sultan Anasının Qədim məscidi) İstanbulun ən geniş məscid komplekslərindən biri idi.[3] Sultan II Səlimin həyat yoldaşı və varisi III Muradın anası Nurbanu Sultan üçün tikilmişdir. Qadınlar səltənəti kimi tanınan dövrdə Osmanlı imperatorluğunu hərəmxanadan effektiv şəkildə idarə edən ilk etibarlı sultan idi.[4]
Atik Validə məscidlərinin tikintisi və təmiri üçün, 1583-cü ildə fond yaradılmışdır. Kilisdən olan kürdlərin və Reşiyanan tayfalarının vergiləri də bu fonda daxil edilirdi.[5]
Məscid imperator memar adlanan Memar Sinan tərəfindən layihələndirilərək, üç mərhələdə tikilib. 1571-ci ildə təməlin qoyulmasından 1574-cü ildə məscidin orijinal variantının tamamlanmasına qədər, Sinan Səlimiyə məscidinin tikintisinə nəzarət edən zaman Ədirnədə olduğu üçün işə başqa bir Osmanlı memarı rəhbərlik etmişdir.
Külliyə, məscid, mədrəsə, loja, ibtidai məktəb, karvansaray, hamam, darülkurra və xəstəxanadan ibarətdir. Külliyənin mərkəzini təşkil edən məscid və mədrəsə kompleksin ortasında yerləşir. Əsas girişi Kartal Baba küçəsindən olan mədrəsəyə fəvvarəli həyətin sonunda yerləşən darvazadan daxil olmaq olar. İkinci bölmə, külliyənin əsas strukturunu təşkil edən mədrəsə də Memar Sinanın əsəridir və trapesiya planlı həyəti də vardır. Eyvanlarla bəzədilmiş mədrəsənin on beş hücrəsi tələbələrə, ikisi müidlərə, biri isə bəvvablara ayrılmış cəmi on səkkiz hücrədən ibarətdir. [6]
Məscidin günbəzi altı dayaq üzərindədir. Hər iki tərəfdən iki yarımqübbə ilə əhatə olunmuşdur. Çıxıntılı mehrab tərəfdə beşinci yarımqübbə də vardır. Mehrab tərəfdə İznik kaşıları da vardır. Minarələr, klassik Osmanlı üslubuna zidd olaraq bina tərtibatının daxilində qalmış, ikinci eyvan isə hərimin şimal divarı səviyyəsində kəsilmiş və onun tağlarından biri yeni tikilmiş divarlara hörülmüşdür.[2]
XIX əsrdə hərbi xəstəxana və həbsxanaya çevrilən hospital binalarına yuxarı mərtəbələr də əlavə edilmişdi.[7]