Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abraziya
Abraziya (geomorfologiya)
Adheziya
Adheziya (lat. adhaesio — yapışma) fizikada müxtəlif cinsli bərk və ya maye hissəciklərin ilişməsini ifadə edir. Adheziya üst səthdə molekulalararası əlaqə (qütb, bəzən kimyəvi və ya qarşılıqı diffuziya) ilə şərtlənir və səthlərin ayrılmasına lazım olan xüsusi işlə xarakterizə olunur. Bəzi hallarda adheziya koheziyaya nisbətən güclü ola bilir (yəni bircinsi material daxilində ilişmə baş verərkən). Bu halda qüvvə tətbiq edildikdə koheziya parçalanması baş verir. Bu mexaniki hala təsir edən qüvvələr tam tədqiq olunmayıb. Ona görə də, müxtəlif adheziya nəzəriyyələri mövcuddur. == Adheziya möhkəmliyi == Nazik təbəqələrin və quruluş kütlələtinin qopardılması zamanı adheziya möhkəmliyi ölçülür. Bu proses özünə adheziyadan başqa deformasiya və qümunənin axmasına, ikiqat elerktrik təbəqəsinin boşaldılmasına və s. əlavə hadisələrə güc daxil edir.
Amneziya
Amneziya (yun. Αμνησία; hərfi tərcümədə "yaddaşsızlıq") — yaddaşın müəyyən müddətə itməsi və ya bəzi hadisələrin yaddan çıxması. Amneziya zamanı yaddasaxlama funksiyası və hadisələrin yada salınması zəifləyir. Amneziya dərin şüur pozuntusu ilə müşayiət edilir və zəhərlənmə, infeksiya, yaxud boğulma nəticəsində beyin hipoksiyası, başbeyin zədələnmələri, amensiya, özündəngetmə, insult zamanı müşahidə olunur.
Arteriya
Arteriyalar lat. arteriae (aer – hava, tereo – saxlayıram) — venalardan fərqli olaraq qanı ürəkdən aparan damarlar. Arteriyalar elastik olduqları üçün kəsildikləri zaman ağızları açıq qalır və artıq dərəcədə qanaxma əmələ gəlir. Meyitdə çox vaxt bunlar boş olur, çünki, insan öləndə ürəyin axırıncı sistolasından sonra arteriyalar elastik olduqları üçün yığılır və özlərində olan qanı kapillyarlara vururlar. Buna əsaslanaraq keçmişdə arteriyaları boş gördükləri üçün hava borusu deyə adlandırmışlar. Arteriyalar üç qişadan təşkil olunmuşdur: daxili qişa və ya intima qişası – lat. tunica intima; orta qişa (əzələ qişası) – lat. tunica media; xarici qişa – lat. tunica externa (tunica adventitia -BNA). == İntima qişası == İntima qişası nazik birləşdirici elasiki toxumadan (lat.
Atrofiya
Atrofiya (ing. Atrophy — qidalanmanın olmaması) — Normal böyüklükdə bir orqanizmin, orqanın, toxumanın və ya hüceyrənin sonradan kiçilməsidir. Atrofiyalar, hüceyrə sayısının azalmasına (riyazi) və ya hüceyrə həcmlərinin kiçilməsinə bağlıdır; İkisi birlikdə ola bilər. Atrofiya səbəbilə həcmi kiçilən toxumanın yerini bağ toxuması ala bilər. Sümük iliyi atrofiyasında, bu toxumanın yerini yağ toxuması alır. Atrofiyalar iki qrupa bölünür: — Fizioloji atrofiya — Patoloji atrofiya Fizioloji Atrofiya- Həyatın müəyyən dövrlərində bəzi orqan və toxumaların atrofiyaya məruz qalmasıdır, buna involusiya da deyilir. Yaranması normaldır, olmadığı zaman patologiya kimi qəbul edilir. Məsələn; Doğuşdan sonra ana bətni, əmizdirməkdən sonra məmələr kiçilir və normal halına qayıdır. Yaşlandıqda bütün orqanlar və bədən kiçilir, buna senil atrofiya deyilir. Müəyyən sərhədlər daxilində təbiidir.
Aureliya
Aureliya — (lat. Hydrozoa) sinfinə aid tip. == Haqqında == Bunlar arktika dənizlərindən başlamış, tropik dənizlərə qədər yayılmışdır. Aureliya tipik meduz olub, hidroid meduzu obeliya ilə oxşarlığa malikdir. Lakin bəzi xüsusiyyətlərinə görə məsələn, çoxlu miqdarda çoxlu çıxıntıların olması, yelkənciyin olmaması, iri ölçüyə malik olmaları ilə hidroid meduzalarından fərqlənirlər. Aureliyalarında mezoqley güclü inkişaf etmişdir. Qolların ektoderması dalayıcı hüceyrələrlə zəngindir. Əzələləri epiteli əzələ hüceyrələrindən ibarətdir. Qastrovoskulyar sistem mürəkkəb quruluş səviyyəsinə çatmışdır. Ağız dəliyi qısa udlağa, o isə bədənin mərkəzində yerləşən qastral boşluğa açılır.
Mireziya
Mireziya salatı (pol. mizeria) — Polşa mətbəxinin milli salatı olub xiyar və xamadan ibarətdir. Onu adətən balıq və ətin yanında təqdim edirlər. Salatın adı fransızcada misère — kasıblıq mənasını verir. Polşanın aristokrat təbəqəsinin kənd camaatına hörməti kimi də başa düşülür. Salat əsasən nazik doğranmış təbii xiyardan, xamadan, duz, istiot və keşnişdən hazırlanır. Bəzən salata zövqə görə şəkər tozu, uksus və başqa ədviyyatlar da qatılır. Bir çox milli yeməklərdə olduğu kimi bu salatında müxtəlif növləri mövcuddur. Rahat və tez başa gəldiyi üçün çox onu çox miqdarda da hazırlamaq mümkündür. Çox vaxt kababların kənarında qarniyer kimi də təqdim etmək mümkündür.
Aqresiya
Aqressiya (lat. aggredi - "hücum etmək" deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental -məqsədə çatmaq üçün; == Uşaqlarda aqressiyanın səbəbləri == 3 yaşa qədər uşaqlarda aqressiyanın növləri: 1-2 yaşda qıcıqlandırıcı amilə qarşı (iynə vurmada, tanımadığı insanların əhatəsində) 2-2,5 yaşda öz yaşıdlarına qarşı. Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir. 3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir. Öz istəklərinə çatmaq istəyi baş qaldırır (qışqırır və ya ağlayır) === Orqanik səbəblər === Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi. Uşağın müşahidə etdiyi aqressiv nümunə : Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı, bir yaxını və ya Tv qəhrəmanı ola bilər.
Aleziya
Aleziya (lat. Alesia) — Fransada qədim şəhər-qala. E.ə. 52-ci ildə Yuli Sezar Aleziyada qalların üsyanını yatırmaqla Qalliyanın işğalını başa çatdırmışdır. 1860-cı ildən aparılan arxeoloji qazıntılar zamanı Sezarın tikdirdiyi bəndlər, qazdırdığı xəndəklər, Roma və qall silahları, müxtəlif sikkə, məbəd xarabalıqları və s. aşkar olunmuşdur. Orta əsrlərdə tənəzzul etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Jean-Louis Voisin. Alésia: Un village, une bataille, un site. Librairie Académique Perrin.
Abraziya (geomorfologiya)
Abraziya və ya abrazion proses — dəniz dalğaları və axınların köklü süxurları mexaniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir. Abraziya dalğavə ləpədöyənin ölçülərindən, suyun və süxurların xassələrindən aslıdır və əsasən hövzənin 10-20 metr dərinliynə qədər təzahür edir. == İstinadlar == == Ədəbiyyat == Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Aureliya Qriqoriu
Aureliya Andreyevna Qriqoriu (mold. Aurelia Grigoriu, 2 aprel 1962, Anenii Noi[d]) — Moldovanın parlament vəkili, ombudsman (2008–2015), Moldova Vəkillər Kollegiyasının üzvü. 4 iyul 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətməkdə günahlandırıb. == Bioqrafiya == Aureliya Qriqoriunun dövlət idarəetmə və hüquq üzrə magistr dərəcəsi və hüquq üzrə ali təhsili var. O, həmçinin Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Milli Akademiyasının aspiranturasını bitirmişdir. 30 oktyabr 2008-ci ildə həmin məqamda hakimiyyətdə olan "Moldova Kommunist Partiyasının" təklifi ilə və Moldova Respublikası Parlamentinin № 222-XVI saylı qərarı ilə Moldova Respublikasının parlament vəkili vəzifəsinə beş il müddətinə təyin edilmişdi. Bu vəzifəyə təyinat almadan öncə o, dəmir yolu nəqliyyatının insan resursları sahəsində mütəxəssis kimi çalışmışdır, həmçinin İcraiyyə Komitəsinin "Tsentr" adlı Kişinyov sektorunun məsləhətçisi kimi peşəkar fəaliyyət aparırdı. Həmçinin, "Vistarn" hüquq firmasının direktoru və özünün yaratdığı və rəhbərlik etdiyi "Aureliya Qriqoriu" (mold. Biroul Avocatilor «Aurelia Grigoriu») fərdi vəkil bürosununda da işləyirdi. Moldova Respublikasının Vəkillər Kollegiyasının üzvüdür və lisenziyalaşdırılmış vəkildir.
Dizaltı arteriya
Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — lat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — lat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir. == Şaxələri == === Uc şaxələri === Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür: Ön qamış arteriyas — lat. a.
Körpücükaltı arteriya
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Abraziya sahil tipi
Abraziya sahil tipi- Abraziya dedikdə,dənizin dağıdıcı fəaliyyəti nəzərdə tutulur. Dənizin abraziya fəaliyyəti, akademik D. V. Nalivkinə görə, əsasən küləyin təsirindən əmələ gələn dalğaların dağıdıcı fəaliyyəti ilə əlaqədardır. V. P. Zenkoviçin fikrinə görə, abraziya prosesi uzun müddət dəniz sahilinə təsir edirsə, həmin proses nəticəsində abrazion terras və ya sahil əmələ gəlir və olduqca geniş sahəni əhatə edir. Abrazion sahil tipinin eni maksimum 200–250 metr ola bilər. Abraziya sahil tipinə misal olaraq Qara dənizin şərq sahilini və bəzi başqa sahilləri göstərmək olar.
Amneziya adlı külək
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir.
Aşağı epiqastrik arteriya
Aşağı epiqastrik arteriya — insan anatomiyasında xarici qalça arteriyasından yaranan arteriya. O, aşağı epiqastrik damar ilə müşayiət olunur. Aşağı tərəfdən bu 2 aşağı epiqastrik damar birlikdə yanal göbək qatı daxilində hərəkət edir (bu, Hesselbah üçbucağının yan sərhədini, birbaşa qasıq yırtıqlarının çıxdığı sahəni təmsil edir.) Daha sonra aşağı epiqastrik arteriya düz bağırsaq qabığının qövsvari xəttini keçərək düz qişaya daxil olur, sonra düz qişanın içərisində yuxarı epiqastrik arteriya ilə anastomoz edir. == Strukturu == === Mənşəyi === Aşağı epiqastrik arteriya qasıq bağından bir az yuxarı olan xarici qalça arteriyadan yaranır. === Əlaqələri === Aşağı epiqastrik arteriya subperitoneal toxumada irəli əyilir, sonra qarın qasıq halqasının medial kənarı boyunca əyri şəkildə yüksəlir. Yuxarı istiqamətini davam etdirərək, transversalis fasyasını deşərək yarımdairəvi xəttin qarşısından keçərək, düz qarın əzələsi ilə onun qişası arasında yüksəlir. Nəhayət, o, çoxsaylı budaqlara bölünür, göbəkdən yuxarı daxili süd vəzi arteriyasının yuxarı epiqastrik budağı və aşağı qabırğaarası arteriyalarla anastomozlaşır. Aşağı epiqastrik arteriya mənşəyindən əyri şəkildə yuxarıya doğru keçdikcə qarın qasıq halqasının aşağı və medial kənarları boyunca və toxum ciyəsinin başlanğıcının arxasında yerləşir. Aşağı epiqastrik arteriya kişilərdə spermatik kordondan və qadınlarda uşaqlığın yuvarlaq bağından çıxan vas deferens arteriyanın yan və arxa hissələrini əhatə edir. == Anastomozları == Üst epiqastrik arteriya ilə anastomoz edir.