Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Advokat
Аdvokat (Advocat, Advocaat, Advokaat) — əlvan sarı holland pendirli-yumurtalı likor, üzüm və eqq-noqun qarışığından (yumurta sarısı, şəkər tozu və süd), hamar qarışıqlıdır. Avstriyada istehsal olunur. == Tarixi == Fərziyyələrə görə advokat ilk dəfə Braziliyada hazırlanıb. Yerli hindlilər bu qarışığı bal, spirt, avakado meyvəsinin (adını da buradan almaqdadır.) Portuqal kolonistlər içkinin hazırlanmasını öyrənsələr də onu Köhnə dünyaya apara bilməmişlər. Bununla da Advokadın orijinal reseptinin əsası qoyuldu. Belə ki, bu zaman Amerika perseyasını yumurtanın sarısı ilə əvəz etdilər və ona brendi ilə şəkər tozu qatdılar. Alınan bu içki hindlilərin hazırladıqları içkiyə çox oxşayırdı.Advokatın tutumu 14-20%-dir.Advokatı müxtəlif kokteyllər ilə qatırlar, çünki o elə qatıdır ki, onu qaşıqla qoyurlar. Onu bəzən layma soku ilə, süd ilə müxtəlif likorlarla qatırdılar.
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Avtomat
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.
Avdat
Avdat — Petra ilə Qəzzə limanı arasında Buxur Yolu adlanan ticarət yolunun üzərində yerləşən Nəbatilərin mərkəzi şəhəridir. Şəhərin akropolu dəniz səviyyəsindən 655 metr yüksəklikdə Negev dağının yamacında yerləşir. Avdatın tikilmiş hissəsi 85 dunamdır və bütün Avdat Milli Parkı isə 2100 dunam ərazini əhatə edir. Avdat Milli Parkında qədim Nəbati tikililərinin qalıqları, o cümlədən gözətçi qülləsi, yaşayış kompleksi, məbəd tikililəri, şərabçılıq sahəsi , hərbi şəhərcik, yaxşı vəziyyətdə qalmış hamamlar və yenidən qurulmuş kənd təsərrüfatı terrasları var. 2005-ci ildə YUNESKO Avdatı Buxur Yolunun bir hissəsi kimi ümumdünya irsi siyahısına əlavə etdi. == Arxeoloji qazıntılar == Avdatın yaranma tarixi eramızdan əvvəl III əsrə təsadüf edir. Avdat haqqında ilk dəfə Yunan alimi Ptolemeyin “Coğrafiya” əsərində Roma əyaləti Ərəbistanın yeddi yaşayış məntəqəsi siyahısında rast gəlmək olar. Bizanslı Stefan, Herodyanın yazılarına əsaslanaraq, Avdat haqqında yazır ki, nəbatilərin məskənidir, tanrı kimi hörmət edilən padşahlarının adını daşıyır. Nəbatilərin tarixində Obodat (Avdat) adlı üç padşah olub, ancaq ölümdən sonra yalnız I Obodat ilahiləşdirilib. Eramızın I əsrində şəhər köçəri ərəb tayfalarının basqınlarından çox əziyyət çəkirdi.
Avtomat (silah)
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.
Avtomat açar
Avtomat açar (ing. Circuit breaker, rus. Автоматический выключатель )— cərəyan yüklənməsi və qısa qapanma nəticəsində yarana biləcək zədələnmələrdən elektrik dövrəsini qorumaq üçün layihə olunmuş, avtomatik fəaliyyət göstərən elektrik açarı. Onun əsas funksiyası nasazlıq aşkar edildikdən sonra cərəyanın axınını kəsməkdən ibarətdir. Əriyən qoruyucudan fərqli olaraq, avtomat açarın normal iş fəaliyyəti bərpa edilib, yenidən işlədilə bilər (əllə və ya avtomatik). Avtomat açarlar müxtəlif ölçülərdə hazırlanırlar. Kiçik avtomat açarlar aşağı cərəyan dövrələrini və fərdi məişət cihazlarını qorumaq üçün nəzədə tutulur. Bütün şəhəri elektrik enerjisi ilə təmin edən yüksək gərginlik dövrələrinin qorunması üçün isə daha fərqli kontruksiyada açarlar istehsal olunur. DIN-reykaya montaj edilə bilən termal maqnetik modulyar avtomat açar aşağıdakı hissələrdən ibarətdir. Açma və qoşma üçün istifadə olunan ling.
Avtomat qələm
Doldurma qələm — su əsaslı mürəkkəb rezervuarı olan bir qələmdir. Doldurma qələm kimi bir şey yaratmaq üçün ilk sifariş,Misir xəlifəsi Əl-Muizz li-Din Allah, tərəfindən onuncu əsrdə təqdim edilmişdir ki, Qazi əl-Numan əl-Tamiminin Kitab əl-Məcalis vəl-musayardtda qeyd olunub.(d. 974).
Avtomat tüfəng
Avtomat tüfəng və ya avtomat silah — odlu silah. Atəş açılarkən əmələ gələn barıt qazı enerjisindən nəinki gülləyə (mərmiyə) hərəkət vermək, həmçinin silahı yenidən doldurmaq və atəş açmaq üçün istifadə olunur. == Tarixi == Amerikalı Requlus Pilon 1863-cü ildə ilk avtomat tüfəng quraşdırmışdır. Rusiyada ilk avtomat tüfəngi layihəsini 1887-c ildə D. A. Rudnitski vermişdir. == Xarakteristikası == Avtomat silah həm fasiləsiz, həm də tək-tək atəş açır. Yalnız yenidən doldurma əməliyyatı avtomatlaşdırılmış silah yarımavtomat və ya özüdolan avtomat silah adlanır. Avtomat silahın yüksək sürətlə atəş açması tez hərəkət edən hədəfi vurmağa və yüksək atış sıxlığı yaratmağa imkan verir. Patronlar avtomat silaha patronla dolu xüsusi mağazadan (tapança, avtomat, tüfəng, karabin, əl pulemyotu, ortakalibrli avtomat toplarda) və ya elastik metaldan hazırlanmış lent (qundaqlı pulemyot, irikalibrli pulemyot, kiçikkalibrli avtomat toplarda) vasitəsilə verilir. Avtomat tapança, tapança-pulemyot, avtomat və özüdolan tüfənglər, əl pulemyotu, irikalibrli (12,7–15 mm) pulemyot və avtomat top (kalibri 20 mm və daha artıq olan) avtomat silahlardır. == Növləri == Müasir avtomat silah aşağıdakı növlərə bölünür: Avtomatik rejimli lülə təpməsindən istifadəyə əsaslanan silahlar sistemi.
Xəzri (avtomat)
Xəzri — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən təkmilləşdirilimiş döyüş silahı, avtomat. AK-74M-in bazası uzərində yaradılmışdır. Avtomatın istehsalı ən əsası xüsusi təyinatlı dəstələr üçün nəzərdə tutulmuşdur. Amma plana görə 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan bütün atıcı silahların təkmilləşdirilməsi nəzərdə tutulur. Çox güman ki, nəzərdə tutulan silah elə Xəzri olacaqdır. Silahın üzərinə kolimatrik nişangah, avtomat tutacağı, və s. bu kimi atıcılıq qabiliyyətini artıran qurğular quraşdırılmışdır.
Nikocado Avocado
Nikocado Avocado (tam adı: Nikolas Perri; 19 may 1992, Xerson) — amerikalı internet ulduzu, YouTuber. Kanalına yerləşdirdiyi mokban videoları sayəsində məşhurlaşıb. O, 2022-ci ilin noyabrına kimi sahib olduğu altı kanalı ilə 7 milyon abunəçi və 1.8 milyarddan çox baxış sayı toplayıb. Nikolas Perri əslən Ukraynadandır. Uşaq yaşlarında amerikalı ailə tərəfindən övladığa götürülüb və Pensilvaniya ştatının Filadelfiya şəhərində böyüyüb. Perri kollecdə musiqi üzrə təhsil alıb. 2011–2012-ci illərdə o, skripka çalaraq pul qazanıb, həm də Home Depot mağazasında çalışıb. O, 2013-cü ildə Brodvey tamaşasında çıxış etmək arzusunu reallaşdırmaq üçün Nyu-York şəhərinə köçüb. Lakin istedadlı musiqiçilərlə dolu bir şəhərdə dolanmaq onun üçün çətin oldu. O, 2016-cı ildə veqan Facebook qrupunda Orlin Hom ilə tanış olub.
Avtomat (dəqiqləşdirmə)
Avtomat
Avtomat (mexanizm)
Avtomat — nisbətən öz-özünə işləyən maşın və ya əməliyyatlar ardıcıllığını avtomatik izləmək və ya əvvəlcədən müəyyən edilmiş təlimatlara cavab vermək üçün nəzərdə tutulmuş idarəetmə mexanizmi. Bəzi avtomatlar, məsələn, mexaniki saatlarda zəng vuranlar, təsadüfən baxan şəxsə mexaniki robot kimi öz gücü və ya iradəsi ilə işlədikləri illüziyasını vermək üçün nəzərdə tutulub. Termin uzun müddətdir hərəkət edən insanlara və ya heyvanlara bənzəyən, insanları heyran etmək və/və ya əyləndirmək üçün hazırlanmış avtomatlaşdırılmış kuklalarla əlaqələndirilir. Animatronik, tez-tez filmlərdə və əyləncə parklarında personajların və ya canlıların təsviri üçün istifadə olunan elektronika ilə müasir avtomat növüdür. == Etimologiya == "Avtomat" sözü qədim yunanca "öz iradəsi ilə hərəkət edən" (q.yun. αὐτόματον) sözünün latın dilinə tərcüməsidir. Bu söz ilk dəfə Homer tərəfindən qapının avtomatik açılmasını və ya təkərli ştativlərin avtomatik hərəkətini təsvir etmək üçün istifadə edilmişdir. Əsasən qeyri-elektron hərəkət edən maşınları, xüsusən də insan və ya heyvan hərəkətlərinə bənzəmək üçün hazırlanmış maşınları, məsələn, köhnə açıq saatlardakı jakları və ya ququ quşlu saatdakı quşu və hər hansı digər cizgi fiqurlarını təsvir etmək üçün istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == The Automata and Art Bots mailing list home page Modern Automata Museum The House of Automata – The largest online gallery of automata J. Douglas Bruce, 'Human Automata in Classical Tradition and Mediaeval Romance', Modern Philology, Vol. 10, No.
Alburnus avola
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Back vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Backing vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Nosaka Avtomat Muzeyi
Nosaka Avtomat Muzeyi (野坂オートマタ美術館, Nosaka Otomato Bicutsukan) – Yaponiyanın Şizuoka prefekturasının İto şəhərində yerləşən və avtomat mexanizmlərə həsr olunmuş muzey. == Ekspozisiya == Nosaka Avtomat Muzeyi 18 mart 2000-ci ildə avtomat kolleksiyaçısı Masao Nosaka tərəfindən açılmışdır. Muzey avtomat mexanizmlərə həsr olunmuşdur. Dünyanın yeganə avtomat mexanizmlər muzeyidir. Burada XVIII və XIX əsrlərdə Avropa mühəndisləri və saatsazları tərəfindən hazırlanmış avtomatlar sərgilənir. Muzeydə kitabxana və mağaza yerləşir. Muzeyin videokolleksiyasına avtomatların hərəkətlərini, səslərini və ifadələrini əks etdirən videomateriallar daxildir. Muzey iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə giriş, bilet köşkü, məlumat masası, mağaza, sərgi və nümayiş guşələri, kafe yerləşir. İkinci mərtəbədə avtomat mexanizmlər düzəltmiş Mişel Bertranın İsveçrədəki studiyasının replikası, avtomat sərgisi və "Üç təlxək" adlı avtomatlar yerləşir.
2009 Voleybol üzrə Avopa çempionatı (qadınlar)
Qadınlar arasında voleybol üzrə XXVI Avropa çempionatının final mərhələsi 2009-cu il 25 sentyabr-4 oktyabr tarixində Polşanın dörd şəhərində keçirilmişdir. Bu yarış Avropa qadınlar voleybol çempionatının iyirmi altıncısıdır. Ardarda ikinci dəfə İtaliya yığması çempion adını qazanmışdır. == Komandalar == Ev sahibi olan ölkə Polşa Avropa qadınlar voleybol çempionatı 2007də ilk 6-ya girən ölkələr İtaliya Serbiya Rusiya Niderland Almaniya Belçika Təsnifat mərhələsindən gələn 9 ölkə Slovakiya Çexiya Azərbaycan İspaniya Fransa Türkiyə Bolqarıstan Belarus Xorvatiya === Salonlar === === Qruplar === === 1. Turun oyunları === ==== A Qrupu ==== ==== B Qrupu ==== ==== C Qrupu ==== ==== D Qrupu ==== === 2. ===
Avaça (vulkan)
Avaça (rus. Авача) — Rusiyanın Kamçatka yarımadasının cənubunda, Petropavlovsk-Kamçatski şəhərindən şimalda vulkan. Hündürlüyü 2,741 metr olan vulkan son 230 ildə 12 dəfə püskürmüşdür. Həmişə tüstülənir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авачинская сопка // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978. Брайцева О. А., Базанова Л. И., Мелекесцев И. В., Сулержицкий Л. Д. Крупнейшие голоценовые извержения вулкана Авачинский на Камчатке (этап 7250-3700 лет назад) // Вулканология и сейсмология, 1998.
Avaça körfəzi
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir. Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə).