Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
XBIZ Award
XBIZ Award (azərb. "XBIZ" mükafatı‎) porno sənayesininin sənətçilərinə verilən mükfatatdır. Mükafat XBIZ tərəfindən ilk dəfə 2003-cü ildə verilmişdir.
XRCO Award
XRCO Award — X-Rated Critics Organization tərəfindən hər il porno sənayesindəki sənətçilərə verilən mükafat. Mükafat mərasimi əsasən yaz aylarında keçirilir.
American Music Award
American Music Award (AMA) — ABŞ-də ən əsas musiqi mükafatlarından biridir. American Music Awards — 1973-cü ildə, Grammy mükafatına alternativ olaraq, Dik Klark tərəfindən təsis edilib. Mükafat internet-səsvermənin nəticələri əsasında təqdim edilir. Hesab edilir ki, bu cür seçim hər bir ifaçının məşhurluğunun real səviyyəsini ən obyektiv şəkildə əks etdirir. Namizədlər disklərinin satış göstəriciləri, videokliplərinə baxış, qastrol və konsertlərin sayına, həmçinin sosial şəbəkələrdə fəallıqlarına əsasən müəyyən edilir. American Music Awards mükafatı pop-rok, soul/R&B, kantri, rep-hip/hop və ümumilikdə, səkkizdən artıq musiqi janrı üzrə təqdim edilir.
Dubai International Holy Quran Award
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
AVN Awards
AVN Awards – ABŞ-nin "AVN" (Adult Video News) jurnalı tərəfindən pornofilmlərdə qazanılmış naaliyyətlərə görə verilən mükafatdır. İlk dəfə 1984-cü ildə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində təltif edilməyə başlanmışdır. Pornoqrafik filmlər üçün bu mükafat Oskar mükafatına bənzəyir.
Filmfare Awards
Filmfare Mükafatları hər il Times Group tərəfindən Bollivud mütəxəssislərini həm bədii, həm də texniki cəhətdən təltif etmək üçün verilən film mükafatlarıdır. Filmfare mükafatlarının təqdim olunduğu mərasim Hindistan kinosunda ən qədim və ən mühüm film hadisələrindən biridir. Mükafatların ilk dəfə verildiyi 1954-cü il həm də Milli Film Mükafatlarının verilməyə başladığı il olmuşdur. Əvvəlcə onu “The Times of India” jurnalının və onun naşiri Clare Mandynin şərəfinə Clare Mükafatları (Clare Awards) adlandırılırdı. Tədbirin qaliblərini müəyyən etmək üçün 1956-cı ildən ikiqat səsvermə sistemi tətbiq olunmuşdur. Milli Film Mükafatları tədbirində isə bundan fərqli olaraq, Hindistan hökuməti tərəfindən təyin olunan münsiflər heyəti tərəfindən mükafatın kimə veriləcəyi haqqında qərar verilir. İlk mükafatlandırma mərasimində yalnız beş kateqoriya üzrə mükafatlar verilmişdir. Bu gün bu rəqəm otuza çatıb. Filmfare Mükafatları ictimaiyyət və ekspertlər komitəsi tərəfindən səsə qoyulur. Filmfare Mükafatları ümumiyyətlə Hind kinosunda Oskarların ekvivalenti kimi qəbul edilir.
Webby Awards
"Webby Awards" və ya "Vebbi" mükafatları — beynəlxalq peşəkar internet mükafatı. Hər il dünyanın ən yaxşı veb layihələri mükafatlandırılır. "Vebbi" mükafatları 1996-cı ildə təsis edilmişdir. Veb layihələr dünya internetinin tanınmış və səlahiyyətli şəxsləri tərəfindən seçilir. Onların arasında musiqiçi Devid Boui, "Simpsonlar" serialının yaradıcısı Mett Qreyninq, "Real Networks" şirkətinin baş direktoru Rob Qleyzer və Beynəlxalq Rəqəmsal İncəsənət və Elmlər Akademiyasını (IADAS) təşkil edən 550-dən çox mütəxəssis var. 2006-cı ildə münsiflər heyətinin üzvləri və ümumxalq səsverməsinin iştirakçıları 60 ölkədən 8 minə yaxın veb layihə arasından namizəd və laureatları seçiblər. Bu illər ərzində "Vebbi" mükafatlarının qalibləri öz şəbəkə seqmentlərində lider olan layihələr olub: "Russia Today", "Amazon", "eBay", "Yahoo!", "iTunes", "Google", "BBC", "CNN", "Vikipediya", "YouTube" və s.. Mükafat bəzən "İnternet Oskar" kimi də adlandırılır."Vebbi" mükafatları veb-saytların, interaktiv reklamların, mobil telefon xidmətləri və videolarının tədqiqi və dizaynı, yaradılması, məlumat və marketinq inkişafı ilə məşğul olan bütün təşkilatlar və şəxslər, habelə onların sahibləri və pərəstişkarları üçün açıqdır.
Zirve Awards
Azerbaijan Woman Awards
People's Choice Awards
People's Choice Awards (azərb. "Xalqın seçimi" mükafatı‎) — ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat.1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər ABŞ-nin "Gallup" ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir.
Azard (esmines)
"Azard" (Азард), 31 dekabr 1922-ci ildən "Zinovyev" (Зиновьев), 27 noyabr 1928-ci ildən "Artyom" (Артём) — 1916–1941-ci illərdə Rusiya imperiyasına bağlı Baltik donanmasının esminesi. Gəmi 1916-cı ildə Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə girmişdir. Esminesin yerdəyişməsi 1260 ton, sürəti 35 düyün (təxminən 65 km/saat) idi. Gəminin silahlarına dörd ədəd 100 mm-lik silah, iki pulemyot və üç borulu torpedo borusu aiddir. Gəminin ekipajı 150 nəfərdən ibarət idi. Rusiyada vətəndaş müharibəsi illərində "Azard" Baltikyanı döyüşlərdə iştirak etmişdir. 4 iyul 1919-cu ildə "Qavriil" esminesi ilə birlikdə Koper körfəzi ərazisində Birləşmiş Krallığa bağlı "L-55" sualtı qayığını batırmışdır. "Artyom" esminesi İkinci Dünya müharibəsinin əvvəlində, Baltik donanmasının gəmilərinin Tallindən Kronştadta keçidi zamanı 28 avqust 1941-ci ildə esmines batırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Дицкий Г. Ф. Брат наш "Артем" // "Военно-исторический журнал". — 1986.
Infinity Ward
Infinity Ward — ABŞ videooyun istehsalı şirkəti. 2002-ci ildə yaradılmışdır. Əsas oyun konsolları və fərdi kompüterlər üçün videooyunlar yaradır. Şirkətin ən əhəmiyyətli brendi "Call of Duty" videooyunları seriyasıdır.
Mira Awad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Ward Hill Lamon
Ward Hill Lamon (6 yanvar 1828 – 7 may 1893) Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolnun ən yaxın dostu və yaxın mühafizəçisi idi. 2 il ABŞ-nin Virciniya ştatında tibb təhsili almışdır. Angelina Turner ilə evləndi. Bu evlilikdən Angelina Ehud adlı bir qızı da var idi. ABŞ-də köləliyə son qoymaq üçün demək olar ki, Linkoln səylərinin hamısında Linkolnun yanında idi. Linkoln və həyat yoldaşının Ford Teatrındakı Linkolnun ölümünə səbəb olan “Amerikalı əmimiz” (“Our American Cousin”) tamaşasını izləməyə getdiyi gecə, o getməmişdir. Bu gecə Linkoln, Konfederasiyaya işləyən Mryland casusu John Wilkes Booth tərəfindən öldürüldü. Bu sui-qəsd həm də ABŞ prezidentlərinə edilən ilk sui-qəsddir. Sui-qəsddən 12 gün sonra John Wilkes Booth Federal agentlər tərəfindən tapıldı. Sonda Virciniyadakı bir anbarda öldürüldü.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Acari
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Adware
Adware (ing. ad, advertisement — "reklam" и software — "proqram təminatı") — istifadəçinin kompüterində reklam göstərilməsi üçün proqram təminatlarıdır. Çox vaxt belə proqramlar rəsmi satılan məhsulların tərkibinə daxil olurlar, onların istehsalçıları öz proqram təminatlarının şərti pulsuz versiyalarını təklif edirlər. == Müdafiə üsulları == Adware proqramından effektli müdafiə üçün veb-saytlarda xüsusi filtrlərdən - Adblock Plus istifadə edirlər.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Arara
Arara — Braziliyanın şəhəridir.
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Asqard
Asqard — Qədim german-skandinav dinində Asqard Doqquz Aləmdən biri və Asar adlanan ali tanrı topluluğunun evidir. Asarların başçısı Odindir və o, arvadı Friqq ilə birlikdə Asqardın hökmdarıdır. Asqardda yerləşən 2 məşhur yer vardır: Valhalla və Folkvanqr. Döyüşlərdə ölənlərin yarısı Odin tərəfindən Valhallaya göndərilir. Digər yarısı isə Folkvanqra yollanır. Asqardla bağlı əsas mənbələr 13-cü əsrə aid Kiçik Edda və Nəzm Eddası əsərləridir. == Attestasiya == Asqardla əlaqəli əsas mənbələrdən biri olan Kiçik Edda 13-cü əsrdə İslandiya tarixçisi Snorri Sturluson tərəfindən yazılmışdır. Digər mənbə, Nəzm Eddası daha qədim Skald poeziyası əsasında 13-cü əsrdə yığılmışdır. === Nəzm Eddası === Bu əsər Völuspá adlanan şeirlə başlayır. Bu şeirdə Asqardın bir neçə özəlliyi və xarakteri haqqında danışılır.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Awake
Awake — L'Arc~en~Ciel qrupunun albomudur.
Azart
[[Fayl:Dice.jpg|thumb|[[Zər]] ən qədim şans oyunlarından biridir.]] Azart — bir şeydə uğur gözləməsi ilə əlaqəli emosiya (reallığa adekvat deyil). Çox vaxt şans, oyun, risk, təhlükə ilə əlaqələndirilir. Azart anlayışının özü onunla əlaqəli riski və müəyyən maddi sərvət qazanmaq istəyini izah edir.Azart yaşamaq üçün daimi ehtiyacla əlaqəli bir xəstəlik var – ludomaniya. V. P. Serbski adına Dövlət Sosial və Məhkəmə Psixiatriya Elmi Mərkəzinin alimlərinə görə, ludomaniyaya qapılmaq riski sağlamlıqdan, sosial və ya bəzi bioloji parametrlərdən deyil, xarakter və temperamentdən asılıdır.
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Etimologiyası == Talış dilində azu (asu) «sürətli» və rud «çay» sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Pəncəli Teymurov (1981-2016).
Ağarx
Ağarx — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağarx Ağsu rayonunda kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi eyni-adlı arxın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Hidronim isə ağ (Şəffaf) və arx (süni suvarma kanalı) sözlərindən düzəlib. == Din == Kənddə Ağarx kənd məscidi dini icması fəaliyyət göstərir.
Kahard
Kahard kəndi, İranın Həmədan ostanında, Rəzən şəhristanının Mərkəzi bəxşi və Rəzən qəsəbəsində yerləşib. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, bu kəndin 1,411 nəfər əhalisi və 301 ailəsi var.
VCard
vCard — elektron biznes kartlarının ötürülməsi üçün fayllar formatıdır. vCard-fayl hərəsinin özündə bir biznes kartı saxlayan müxtəlif vCard-yazılardan ibarətdir. vCard-yazı özündə ad, ünvan, telefon nömrələri, URL, loqo, video və audio parçalar birləşdirə bilər. Формат vCard və ya Versitcard formatı 1995-ci ildə Apple Computer, AT&T (sonradan Lucent), IBM və Siemens-in daxil olduğu Versit konsorsium tərəfindən hazırlanılıb. 1996-cı ilin dekabr ayında formata olan bütün haqlar Internet Mail Consortium-a keçib. 2.1 versiyası çoxlu sayda poçt kliyentləri tərəfindən dəstək alıb. 3.0 versiyası RFC 2425 və RFC 2426-da izah olunub. Adətən vCard faylı .vcf genişlənməsinə malik olur. == Nümunə == BEGIN:VCARD VERSION:3.0 N:Oder;Orxan FN:Orxan Oder ORG:AzViki URL:http://az.wikipedia.org/ EMAIL;TYPE=INTERNET:[email protected] END:VCARD == Xüsusiyyətləri == vCard özündə bu xüsusiyyətləri birləşdirir: *FN, *N, NICKNAME, *PHOTO, *BDAY, *ADR, *LABEL, *TEL, *EMAIL, *MAILER, *TZ, *GEO, *TITLE, *ROLE, *LOGO, *AGENT, *ORG, CATEGORIES, *NOTE, PRODID, *REV, SORT-STRING, *SOUND, *URL, *UID, *VERSION, CLASS, *KEY bax. vCard RFC 2425 genişlənməsində olduğu üçün o həm də bu uyğunluqları dəstəkləyir: SOURCE, NAME, PROFILE, BEGIN, END. == vCard genişlənməsi == vCard "X-" prefiksli şəxsi genişlənmələri dəstəkləyir.