Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayaqsız kərtənkələ
Ayaqsız kərtənkələ (lat. Anniella) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin ayaqsız kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
Ayaqsız kərtənkələlər
Ayaqsız kərtənkələlər (lat. Anniellidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Aşağı Ayıblı
Əyyublu (əvvəlki adları: Çıraqlılar; Aşağı Ayıblı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq 3 hissəyə ayrılır: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılardır. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Oykonim "Eyyublu kəndinin Aşağı hissəsi" kimi başa düşülməlidir. Rayonun ərazisində Ayıblı qobusu adlı yarğan da vardır.1918-ci illərə aid edilən Rusiyanın bir hərbi xəritəsində 6 (altı) yerdə bu yaşayış məntəqələrinin adı göstərilmişdir.
Ceronim ayaqsız kərtənkələsi
Anniella geronimensis (lat. Anniella geronimensis) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Kaliforniya ayaqsız kərtənkələsi
Anniella pulchra (lat. Anniella pulchra) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Atlas ayısı
Atlas ayısı (lat. Ursus arctos crowtheri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bəzən onları müstəqil növ olaraq qiymətləndirirlər. Onların yaşayış arealı Atlas dağlarından başlayaraq, Mərakeşdən Liviya ərazisinə qədər uzanırdı. Altlas ayıları qənimət olaraq ovlanılır və ya idman yarışlarında öldürülürdü. Sonuncu sərd ovçular tərəfindən Mərakeşin şimalında 1870-ci illərdə öldürülmüşdür. Ondan sonra bu canlılar haqqında məlumat əldə edilməmişdir. Atlas ayıları əsssən tünd qəhvəyi rəngdə oludular. Üstəlik sifət nahiyyəsində ağ ləkələr müşahidə edilirdi. Xəzin qalınlığı 10-12 sm olurdu.
Bambuk ayısı
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. == Bədən quruluşu == Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Etrus ayısı
Etrus ayısı (lat. Ursus etruscus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu canlılar yarım milyon il əvvəl yaşamışlar. Qonur ayı və ya Himalay ayısının əcdadı sayılır. Bu canlılar tam araşdırılmamışdır. Alimlərin əlində yalnız kəllə və bədənin sümükləri vardır. Onların yayılma arealı mübahisə pridmetidir.
Himalay ayısı
Asiya qara ayısı (lat. Ursus thibetanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bədənin uzunluğu erkəklərdə 158–171, dişilərdə 128–144 sm-dir. Erkəklərin kütləsi 120–150, dişilərin isə 50–125 kq-dır. Əsasən giləmeyvə, ağacların yarpaqları və toxumları ilə qidalanırlar. Himalay ayıları Şərqi Asiyada, Rusiyada isə Primorskiy diyarında və şimali Amur ərazisində yayılmışdır. Himalay ayısı vegeteriandır. Himalay ayıları ağaclara asnlıqla çıxırlar. Qışda Himalay ayıları özlərinə qış yataqları hazırlayırlar. İri koğuş ağacları axtarıb tapır, koğuşları təmizləyirb genişləndirirlər.
Kadyak ayısı
Kadyak ayısı (lat. Ursus arctos middendorffi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Əsasən Kadyak adası və Kadyak arxipelaqına daxil adalarda yaşayır. Quruda yaşayan ən iri yırtıcılar sinfinə daxildir. == Göstəriçiləri == Kadyak ayısı 2,8 metr uzunluğa və 1,6 metr hündürlüyə malikdir. Yetkin ayıların çəkisi yarım tonu keçir. Ən nəhəng ayının çəkisi 780 kq olmuşdur. Kadyak ayısı Qonur ayı növünün yarımnövünə daxildir. Onların yaşadığı ərazilər əsasən qışı qısa olması ilə fərqlənir. Onlar digər qonur ayılara xas olaraq güçlü ətraflara və əzələli bədən quruluşuna malikdir.
Kermod ayısı
Kermod ayısı (lat. Ursus arctos kermodei) — Baribal ayısının bir yarımnövü. Kermod ayıları əsasən Kanadanın qərb sahillərində yerləşən, meşəlik ərazilərdə yayılmışdır. Kermod ayılarına aid populyasiyanın 10 % ağ və ya solğun sarı rəngə sahibdirlər. Xəzlərinin rənginin belə olması omnların genləri ilə əlaqədardır. Bu xüsusiyyət albinizm və ya ağ ayılarla qohum olması ilə əlaqədar deyildir. == Tarixi == Kermod ayıları Frensiz Kermodun şərəfinə adlandırılmışdır. O, ilk dəfə bu ayıları təsvir etmişdir. Yeli qəbilələr bu ayıları "Ruh ayılar" adlandırırlar (Spirit Bear).
Malay ayısı
Malay ayısı (lat. Helarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi.
Paddinqton Ayısı
Paddinqton Ayısı (ing. Paddington Bear) — Maykl Bond tərəfindən 13 oktyabr 1958-ci ildə yazılmış 20-dən çox əsərinin personajıdır. Öz köhnə papağı, əzilmiş çemodanı, daflkot, marmelad sevən, Perunun ən dərin və qaranlıq yerindən olan mehriban ayı — İngilis uşaq ədəbiyyatının klassik qəhrəmanına çevrilmişdir. Paddinqton kitabları 70 ad altında 30 dildə tərcümə olunub və dünyada 30-dan çox milyon nüsxə satılıb. == Tarixi == === Yaranması === Maykl Bond 1956-cı ildə Milad gecəsindən əvvəl Paddinqton Ayısını Paddinqton stansiyasının yaxınlığında olan yuxarı rəfdə gördüyü və arvadına hədiyyə etdiyi tənha ayı üstündə əsaslandırmışdır. Bu ayı Bondu ilhamlandırdı və yazıçı 10 gündən sonra ilk kitabın yazmışdır. Kitab onun agenti olan Harvi Unnaya verilmiş və 13 oktyabr 1958-ci ildə HarperCollins tərəfindən "A Bear Called Paddington" adı altında nəşr olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Paddington Bear rəsmi saytı Paddington Bear rəsmi Feysbuk səhifəsi Paddington — Internet Movie Database saytında.
Qafqaz ayısı
Qafqaz ayısı (Ursus aectos suacasicus). Ayılarda boğazlıq müddəti 250 gündür. Onlar iyun ayında cütləşir və mart ayında dala doğurlar. Balalarının sayı 2-3 baş olur. Böyük və kiçik Qafqaz dağlarında, Talış meşələrində yaşayırlar. Dağda yaşayan ayılar avqusta qədər yaylaqlarda, oktyabrdan sonra isə meşələrin aşağı ətəklərində yaşayırlar. Ayının ən çox sevdiyi qida zoğal, armud, qoz, fındıq, şabalıd, fıstıq, palıd qozası və s. meyvələrdir. Dağ şəraitində yaşayan ayılar dekabr ayından mart ayına qədər yuvalarda yatırlar. Ayı ac qaldıqda müxtəlif növ kənd təsərrüfatı heyvanlarına hücum edir.
Su ayısı
Amerika qara ayısı
Baribal (lat. Ursus americanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Qara ayı yaxud Baribal Şimali Amerikada yaşayır. Onların həyat tərzi Himalay ayısının həyat tərzlərini xatırladır. Orta ölçülü ayının çəkisi 150 kiloqrama çatır. Digər ayılar kimi Baribal da qış yuxusuna gedir. Bu zaman onların 2–3 balaca (təsadüfü hallarda 1–4 ədəd) 250–300 qram ağırlığında balaları dünyaya gəlir. Balalar sürətlə inkişaf edir, növbəti yaya kimi anaları ilə birlikdə yaşayırlar. Baribal həşaratlar, balıqlar, meyvələr, giləmeyvələr və bitkilərlə qidalanır. Şimalda Kanada və Alyaskadan cənubda Meksikaya və şərqdə Atlantik okeanından qərbdə Sakit okeana qədər olmaq üzrə, qitənin böyük əksəriyyətində rast gəlinir.
Apennin qonur ayısı
Apennin qonur ayısı (lat. Ursus arctos marsicanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Əsasən İtaliya ərazizində, Apennin dağları bölgəsində yayılmışlar. Qonur ayıların elə də böyük olmayan yarımnövüdür. 95-150 kq çəkiyə və 190 sm boya malik olurlar. Hər şeylə qidalanırlar. Hər ayının özünə məxsus ərazisi olur. == Həyatı == Bu canlılar balalarının vəhşi təbiətdə qalması 50 %-dir. Belə vəziyyətdə 20 il müddətində yaşaya bilirlər (qapalı vəziyyətdə daha çox) == Qorunması == Nəslinin kəsilməsi yüksəkdir. Təbiətdə cəmi 50—80 arası fərd qalmışdır.
Asiya qara ayısı
Asiya qara ayısı (lat. Ursus thibetanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bədənin uzunluğu erkəklərdə 158–171, dişilərdə 128–144 sm-dir. Erkəklərin kütləsi 120–150, dişilərin isə 50–125 kq-dır. Əsasən giləmeyvə, ağacların yarpaqları və toxumları ilə qidalanırlar. Himalay ayıları Şərqi Asiyada, Rusiyada isə Primorskiy diyarında və şimali Amur ərazisində yayılmışdır. Himalay ayısı vegeteriandır. Himalay ayıları ağaclara asnlıqla çıxırlar. Qışda Himalay ayıları özlərinə qış yataqları hazırlayırlar. İri koğuş ağacları axtarıb tapır, koğuşları təmizləyirb genişləndirirlər.
Cənubi Qafqaz ayısı
Cənubi Qafqaz ayısı (lat. Ursus arctos syriacus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. == Görünüşü == Görünüşü Tyan-Şan ayısına oxşayır. Cənubi Qafqaz ayısı üçün kiçik ölçülər səciyəvidir. Tük örtüyü alçaq, seyrək və sərtdir. Açıq qonur, bəzən demək olar ki sarı rəngdə olur. == Areal == Hal-hazırda Suriyada, Livanda, Kiçik Asiyada və Cənubi Azərbaycanda (İranda) yaşayır. Şimalda Abxaziyaya qədər, Göyçə gölü ətrafı, Qarabağda, eləcə də Talış və Xəzərin şərq tərəfində Kopetdağa qədər. Qayalı çıxışları olan yarpaqlı, qarışıq və ardıc dağ meşələrində məskunlaşırlar. Dağların meşəsiz, qayalı, daşlıq yerlərində rast gəlmək olar.
Florida mağara ayısı
Florida mağara ayısı (lat. Tremarctos floridanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Pleystosen epoxası dövründə mağara mühitinə uyğunlaşmış növ. Onların alıqları ABŞ-ın Florida ştatı ərazisində aşkar edilmişdir. Eynəkli ayılarla birlikdə eyni cinsə aiddirlər. Anotomik baxımından And ayılarının bənzəridirlər.
Himalay qonur ayısı
Himalay qonur ayısı (lat. Ursus arctos isabellinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Pamir, Tyan-Şan və Himalay dağları ərazisində yayılmışdır. Qonur ayıların orta ölçüyə malik yarımnövüdür. Uzunluqları 140 sm, çəkiləri isə 300 kq olur. Bununla belə aralarında iri fərdlərə də rast gəlinir. Buna misal kimi Moskva şəhərinin zooparklarının birində 2005-ci ildən 24 yaşlı (2017) bir fərd yaşayır. Bu fərdin çəkisi 700 kq-dır. Hər şeylə qidalanırlar. Əsas fərqləndirici xüsusiyyəti ön ətraflarında uzun və parlaq caynaqların olmasıdır.
Kaliforniya qonur ayısı
Kaliforniya qonur ayısı (lat. Ursus arctos californicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Yarımnöv haqqında son məlumat 1922-ci ilə aiddir. Kaliforniya ştatının rəmzi sayılır. Hətta ştatın bayrağında təsvir edilmişdir. Bəzən bu canlıları Kaliforniya qızılı ayısı adlandırırlar. Yayıldığı regionda ekosistemik qorunmasında mühüm rol oynayırdı. Burada hindularla birgə ərazini paylaşsalarda öz populyasiyasını davam etdirirdilər. Ağ adamların gəlişi ilə isə sayları tədricən azalmışdır. Kütləvo ovlanma sayəsində kəsli kəsilmişdir.
Sahibsiz kölgələr
Sahibsiz kölgələr-yazıçı,AMEA-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 2017-ci ildə nəşr edilmiş romanı. == Ümumi məlumat == “Sahibsiz kölgələr” müəllifin birinci romanı “Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrda yazılmışdır. Bu roman bir çox müsbət və mənfi qəhrəmanlarla zəngindir. Əsərin əsas süjet xətti Çoban Zalovla Fəridənin təzadlı məhəbbəti, Şəms, Mərcan və Gülər bacılarının, eləcə də onların nakam arzularının canlanmış formaları olan, eyni adlı üç rəfiqənin həyatı, keçmiş Sovet DTK-sının əməkdaşları olan Süleyman, Sergey və Arsenin bir-biriləri ilə mübarizəsi üzərində qurulmuşdur. Romanda azərbaycanlı alim Tusinin, eləcə də digər obrazların dili ilə bir sıra elmi, fəlsəfi ideyalar,fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə kainatın quruluşu və yaranması, materiyanın, kütlənin əmələ gəlməsi, zaman və məkan haqqında, varolma enerjisi və mövcudluq arasındakı əlaqə və s. məsələlər barəsində yeni, maraqlı ideyalar da yer almışdır. “Sahibsiz kölgələr” romanında bəşəriyyətin qlobal problemləri, erməni riyakarlığı və vəhşiliyi, insan psixologiyasının mürəkkəb mahiyyəti,şəxsiyyətin tərəqqisinə və tənəzzülünə səbəb olacaq amillər haqqında da müxtəlif obrazların vasitəsilə aydınlıq gətirilməyə səy göstərilmişdir. “Sahibsiz kölgələr” əsəri müasir ədəbiyyatımızda Azərbaycan çekistlərinə həsr olunmuş ilk böyük həcmli romandır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kiçik mağara ayısı
Kiçik mağara ayısı (lat. Ursus rossicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Avrasiya ərazisində, Pleystosen epoxasında yayılmışdır. Bu canlıların təqribi olaraq 10 000 il əvvəl nəsli kəsilmişdir. == Təsviri == === Xarici görünüş === Onlar Mağara ayısından ölçülərinə börə seçilirdilər. === Həyat tərzi === Mağara ayısından fərqli olaraq onlar təkcə dağlara deyil həm də düzənliklərdə yaşayırdılar. Bu səsəbdən mağara ilə bağlı deyildirlər. === Qalıqları === Onlara aid qalıqlar Ukraynanın cənubundan Şimali Qafqaza, Altay və Qərbi Sibir ərazilərində aşkar edilir. == Kiçik mağara ayısı və insan == Avrasiyanın dağlıq hissələrində bu canlılar o zamanki insanların əsas ov obyektlərindən biri olmuşdur.
Meksika qonur ayısı
Meksika qonur ayısı (lat. Ursus arctos nelsoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. XX əsrin 60-cı illərində nəsli kəsilmişdir. Ölçüləri olduqca iri olmuşdur. Uzunluqları 1.82 sm, çəkisi isə 318 kq olmuşdur. Qısa qulaqlara və enli alına sahib idilər. Caynaqları ön ətraflarda 80 mm təşkil edirdi. Rəngi parlaq, özü isə bir az əyri idi. Bu canlıların rəngi isə parlaq-qızılıdan, tünd sarıya qədər dəyişirdi. Əvvəllər Amerikanın arizona və Nyu-Meksika ştatları ərazisindən kaliforniya yarımadasının şimalına qədərki Meksika ərazilərə yayılmışdılar.
Qobi qonur ayısı
Qobi qonur ayısı (lat. Ursus arctos gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Monqolustan ərazisində Qobi səhrası ərazisində yaşayırlar. Hazırda nəslinin kəsilmə ehtimalı yüksəkdir. Monqolustanın endemik canlısı olması və nəslinin kəsiləsi təhlükəsi ilə əlaqədar Monqolustan Qırmızı kitabına daxil edilmişdir. Xüsusi ilə onların kiçik populyasiyaya malik olması ilə əlaqədar onlar üçün təhlükəni artırır. Son genetik abalizlər nəticəsində onların sayının 22–31 baş (2012-ci ildə bununla bağlı aparılan elmi ekspedisiya zamanı) olması qeydə alınnışdır. == Sistematik xüsusiyyəti == Bəzən Qobi qonur ayısını Ursus arctos pruinosus yarımnövü ilə eyniləşdirirlər. Bu isə onların morfoloji uyğunluqlsrı iləizah olunmağa görədir. Ancaq sovet terioloqları Vladimir Yevgeni Sokolov və Viktor Nikolayeviç Qobi qonur ayısının kəllə quruluşunu əsas gətirərək onlar tibet ayıları ilə deuil daha çox Tyanşan ayıları olan Ursus arctos isabellinus yarımnövünə bənzərlikləri qeydə almışlar.
Yivsiz silah
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.