BƏDGÜMAN

sif. [ fars. ] Həqiqəti bilmədən, zənn və təxminə görə bir şey haqqında pis düşünən, pis fikirdə olan; şübhə edən.
Bildi ki, rəqib bədgümandır. Füzuli.

□ Bədgüman etmək – şübhəyə salmaq, şübhələndirmək.
Şami-vüsal xali gərək xanə qeyrdən; Şəmi keçirmə, saqın, edər bədgüman məni. Q.Zakir.

Bədgüman olmaq – şübhələnmək, şübhə etmək, pis fikirdə olmaq.
[Şahbaz bəy:] Şərəfnisə, doğrudan sən məndən belə bədgüman olubmuşsan! M.F.Axundzadə.
[Qazı:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışığa durmaz idim sənnən. C.Məmmədquluzadə.
Ümumən kübarlar zümrəsinə qarşı bədgüman olan … Qəhrəmani belə bir qızı xoşlayırdı. M.İbrahimov.

Özündən bədgüman – özü haqqında çox böyük fikirdə olan.

Синонимы

  • BƏDGÜMAN şübhəli — şəkli
BƏDGULUQ
BƏDGÜMANLIQ

Значение слова в других словарях