ŞÜBHƏLƏNMƏK

ŞÜBHƏLƏNMƏK Ata oğlunu bu cür görəndə şübhələndi (Ə.Vəliyev); BƏDGÜMAN OLMAQ Ümumən zümrəsinə qarşı bədgüman olan.. Qəhrəmani belə bir qızı xoşlayırdı (M.İbrahimov); GÜMANA DÜŞMƏK Kabinetdəki yeniliklərə diqqət yetirən bəzi adamlar bir-birindən gümana düşərdilər (B.Bayramov); ŞƏKK ETMƏK [Şagird:] İndi iki küp arasında şəkk etmişik: bilmirik siçan yağa düşüb, ya bala düşüb ölüb (Çəmənzəminli); ŞƏKKƏ DÜŞMƏK Hüseynqulu ağa əvvəl dostlarının sözünü zarafat hesab etdi, amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü (S.S.Axundov); ŞƏKLƏNMƏK Qoca qədimuşağının... çayla qorxulu oyun oynadığını başa düşürdü və bu qorxulu oyunun günün birində faciə ilə bitəcəyindən şəklənirdi (Ə.Yusifoğlu); ŞÜBHƏ ETMƏK/ EL.ƏMƏK Onlar hələ nəyəsə ümid bəsləyir, Balağanın tezliklə evə qayıdacağına şübhə eləmirdi (H. Abbaszadə); ŞÜBHƏYƏ DÜŞMƏK Həcər xanım: Biz də onun dalınca getsək, şübhəyə düşərlər (S.S.Axundov).

ŞÜBHƏLƏNDİRMƏK
ŞÜBHƏLİ

Значение слова в других словарях

возлия́ние закупи́ть запестре́ться ма́лое недопи́ска отшвы́ривание пересортиро́вка пропесо́чить раззва́нивать вознаме́риться ро́знь упражня́ть худо́жник зыга broadcaster capably counting-out half-life leaf fat Nicobar Islands side card tuneable губернский потребитель цитология