Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bedağar Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Məhəmməd Bedur
Məhəmməd Bedur (d. 23 sentyabr 2000) — İordaniyalı üzgüçü. Məhəmməd Bedur İordaniyanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == === Dünya Çempionatı === Məhəmməd Bedur 2015 Su idman növləri üzrə Dünya Çempionatında iştirak etmişdir. Bedur kişilər 100 m sərbəst, kişilər 100 m arxası üstə, 4 x 100 m qarışıq sərbəst, 4 x 100 m qarışıq estafet yarışlarında iştirak etmişdir.Məhəmməd Bedur növbəti dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.68 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 71-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi. === İslam Həmrəyliyi Oyunları === Məhəmməd Bedur birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 100 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 58.85 saniyəlik nəticəsi ilə 12-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.