Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəndovan
Bəndovan yaşayış yeri — Azərbaycanda orta əsrlərə aid yaşayış yeri. Bəndovan (İrəvan) Bəndovan burnu — Qaradağ rayonunda, Şirvan düzünün Xəzər dənizi içərisinə çıxdığı yer, burun (çıxıntı). Bəndovan (qəsəbə) — Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə inzibati ərazi vahidi də şəhər tipli qəsəbə. Bəndovan Dövlət Təbiət Yasaqlığı — Azərbaycanda dövlət yasaqlığı. Bəndovan palçıq vulkanı — Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşən palçıq vulkanı.
Bəndüvan
Bəndüvan - orta əsrlərdə Azərbaycanda suvarma işləri ilə əlaqədar vəzifə. Bəndüvançı icma arxlarını təmir edir, suvarma suyunu kəndlilər arasında bölüşdürür, ondan düzgün istifadə olunmasına nəzarət edir, bəzən əkin sahələrini də qoruyurdu.
Bəndovan (qəsəbə)
Bəndovan — Bakı şəhərinin Qaradağ rayonunda Ələt qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == 1945-ci ildə Bəndovana şəhər tipli qəsəbə statusu verilib. Bəndovan Xəzər dənizinin sahilindədir.
Bəndovan (İrəvan)
Bəndovan — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində Bəndəvan kimidir. == Əhalisi == XIX əsrin ortalarında ermənilər məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Azərbaycan dilində (əsli farsca) bənd — axan suyun qarşısını kəsmək üçün tikilmiş sədd sözündəndir. XIX əsrdə suvarma kanallarına nəzarət edən adam bənduvançı adlanırdı. Azərbaycanda Bəndovan (Qaradağ rayonu) kənd adı ilə mənaca eynidir.
Bəndovan (İrəvan )
Bəndovan — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində Bəndəvan kimidir. == Əhalisi == XIX əsrin ortalarında ermənilər məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Azərbaycan dilində (əsli farsca) bənd — axan suyun qarşısını kəsmək üçün tikilmiş sədd sözündəndir. XIX əsrdə suvarma kanallarına nəzarət edən adam bənduvançı adlanırdı. Azərbaycanda Bəndovan (Qaradağ rayonu) kənd adı ilə mənaca eynidir.
Bəndovan burnu
Bəndovan burnu — Şirvan düzünün Xəzər dənizi içərisinə çıxdığı yerdir. Burnun ərazisində Bəndovan vulkanı yerləşir. Burnun yaranmasın səbəbi vulkanın gilli suxurları səthə buraxması nəticəsində quru səthin genişlənməsinə səbəb olmuşdur. Ən hündür nöqtədi 47,2 metr təşkil edir. Burun hazırda Bəndovan dövlət təbiət yasaqlığı ərazisində yerləşir. Bəndovan burnundan bir qədər şimalda Yuxarı Şirvan kanalı dənizə tökülür. Dənizdən aşkar şəkildə müşahidə edilir. Ərazi inzibati cəhətdən Qaradağ rayonu ərazisinə daxildir. == Bəndovan şəhəri == 1970-ci illərdə dəniz suyunun enməsi ilə bəndovan burnu ərazisində yaşayış məntəqələrinin qalıqları aşkarlanmşdır. Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı tikililər, dulus kürələri, orijinal şirli və şirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s.
Bəndovan palçıq vulkanı
Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir. == Haqqında == Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 km cənub-qərbdə, Xəzər dənizinin sahilində yerləşir. Oturacağının diametri 1.4 km olub, morfoloji təcrid olunmuş yüksəklikdir. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 67 m, nisbi hündürlüyü isə 87 m-dir, zirvəsi yaylavarı səthi təmsil edir. Brekçiyanın sahəsi 119 ha, qalınlığı -35 m, həcmi -42 mln.m³-dur.Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Kürovdağ-Babazənan-Neftçala antiklinal zonasının vulkanları vulkan(Pirqarı, Yandərə, Göytəpə, Durovdağ, Duzdağ) və təzahürlərlə (Babazənan, Tatarməhlə, Kiçik Pilpilə, Neftçala Pilpiləsi, Yeniqışlaq) təmsil edir.
Bəndovan yaşayış yeri
Şimali Azərbaycanda orta əsrlərə aid yaşayış yeridir. Qalıqları Bəndovan burnu və Xəzər dənizində aşkar edilib (1970). Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı covustan tipli tikililər, dulus kürələri, orijinal şirli vəşirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s. tapılıb. Arxeoloji nateriallar Bəndovanın IX-XIII əsrlərə aid olduğunu göstərir. Tapılmış mis və gümüş sikkələr Şirvanşahlar dövrünə aiddir. Şəhər haqqında Abbasqulu ağa Bakıxanov məlumat verib.
Bəndovan Dövlət Təbiət Yasaqlığı
Bəndovan Dövlət Təbiət Yasaqlığı – 1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub artırmaqdır. Hal-hazırda ərazisi 4930 hektardır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək, turac, bildirçin və s. yayılmışdır.
Gəndəxan
Kəndaxan — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndaxan Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Keçmışdə Kəndüvan da adlanmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kəndaxan adlı bir Şəxs saldığı üçün kəndə onun adı qoyulmuşdur. Əslində, istər yaşayış məntəqəsinin keçmiş adı, istərsə də indiki adı "kənd yeri" mənasındadır.
Kəndovan
Kəndovan (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kəndovan (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Kənduvan
Kənduvan (fars. کندوان‎) və ya Gündoğan (az-əbcəd. گۆندوْغان‎) — İranın Şərqi Azərbaycan ostanında tarixi, tanınmış, görməli və turistlərə maraqlı olan kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Üskünün 18 kilometrliyində yerləşir. Kəndin evləri qayalar içində tikilmişdir. Kənduvanın bənzər kəndi yalniz Türkiyənin Kapadokiya bölgəsində var. Kənduvan kəndində daha çox turist cəlb etmək için qayalar içində gözəl hotellər də tikilmişdir. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalının dili Azərbaycan dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır.
Benevan-e-Şarbiyak
Benevan-e-Şarbiyak (fr. Avançon, oks. AvançonBénévent-et-Charbillac, oks. Benevent e Charbilhac) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər (15-64 yaş) arasında 116 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,2%, 1999-cu ildə 72.8%).
Nossaj-e-Benevan
Nossaj-e-Benevan (fr. Nossage-et-Bénévent, oks. Nossatge e Benevent) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05094. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 7 nəfərin (15–64 yaş arasında) 6 nəfəri iqtisadi cəhətdən fəal, 1 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 85,7%, 1999-cu ildə 75,0%). 6 aktiv adamdan 5 nəfər (3 kişi və 2 qadın) işləyir, 1 qadın işsizdir.
Bədəlan
Bədəlan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Məlumat == Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi mərkəzi Bədəlan kəndi olmaqla Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərini əhatə edir. Kənd paytaxtdan 244 km və rayon mərkəzindən 11 km məsafədə yerləşir. Bədəlan kəndinin və bu toponimin yaranması haqqında mülahizəyə görə kənd sakinləri Lerikin Barzavu kəndindən hazırda yaşadıqları məkana köçüb gəlmiş Bədəl adlı bir şəxsin başçılıq etdiyi tayfanın nümayəndələridirlər və bu kənd adı da bu şəxs adı ilə bağlı yaranmışdır.[mənbə göstərin] == Əhalisi və coğrafi mövqeyi == Bədəlan kəndi respublikanın cənub-şərqində - Lənkəran ovalığında yerləşir, o rayonun Xıl, Sirəbil, Musaküçə, Kolatan, Lürən, Qızılavar, Xanəlion, Babaser, Mollaoba, Məmmədoba kəndləri və Boradigah qəsəbəsi ilə həmsərhəddir. Masallı-Boradigah şose yolunun 11-ci kilometrliyində yerləşir. Bədəlan kəndinin sahəsi 382 ha, Çayqıraq kəndinin sahəsi 260 ha, Aşurlu kəndinin sahəsi 289 ha, Dəmirçi kəndinin sahəsi 340 ha olmaqla kənd ərazi dairəsinin ümumi sahəsi 1271 hektardır. 2017-ci ilin əvvəlinə olan məlumata görə Bədəlan kəndinin əhalisi 2598 nəfər, Çayqıraq kəndin əhalisi 1554 nəfər, Aşurlu kəndinin əhalisi 2094 nəfər, Dəmirçi kəndin əhalisi 2190 nəfər olamqla ümumilikdə kənd ərazi dairəsində 8436 nəfər yaşayır. Kənddə 1936 ev təsərrüfatların olmaqla 1230 fərdi yaşayış evi və 2 ümumi yaşayış binası vardır.[mənbə göstərin] == İnfrastruktur == Bədəlan kənd inzibati ərazi dairəsi dövlət əhəmiyyətli avtomobil yolunun üstündə yerləşməklə əhətə etdiyi bütün kəndlələ asfalt yollarla birləşdirilmişdir. Bədəlan kənd inzibati ərazi dairəsində Poçt Şöbəsi (İndeks: AZ4412) və 1104 yerlik EATS (Kod: 62/63) fəaliyyət göstərir. Geniş zolaqlı internetdən itifadə edən abonentlərin sayı 520 nəfərdir.
Həndivan (Xoy)
Həndivan (fars. نهندوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (71 ailə).
Həndovan (Xoy)
Həndovan (fars. هندوان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.107 nəfər yaşayır (166 ailə).
Həndəlan (Miyanə)
Həndəlan (fars. هندلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (57 ailə).
Kəndivan (Miyanə)
Kəndivan (fars. كندوان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (103 ailə).
Kəndovan (Nir)
Kəndovan (fars. كندوان‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (68 ailə).
Kəndovan (Sərab)
Kəndovan (fars. كندوان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (52 ailə).
Kənduvan nahiyəsi
Kənduvan nahiyəsi — XIV əsr-1990 inzibati nahiyə. == Tarixi == 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Kənduvan nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Mərkəzi Kənduvan 41 kənd ibarət idi. İranın Şərqi Azərbaycan ostanı Kənduvan oldu.
Bendejön
Bendejön (fr. Bendejun) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Sakicanq Bendera
Sakicanq Bendera (malay Pulau Sakijang Bendera) — Sinqapur dövlətinin ərazisinə daxil olan, təpəlikdən ibarət olan ada. Sinqapur dasının cənub sahillərinə yaxın yerləşir. ingilislər adanı Müqəddəs İonna adası adlandırırlar. Ətrafında çoxlu riflər vardır və sahillərini maqrov meşələri basmışdır. == Tarixi == 1819-cu ildə Stamford Raffles Sinqapura bu adadan daxil olmuşdur.. O, burada ilk dəfə sultan Coxorla görüşmüş və Sinqapurun təməlləri qoyulmuşdur. 1874-1950-ci illər arası adada immiqrantlar, vəba , Cüzam, Beri-beri xəstələri karantin şərtaitində saxlanılırdı. Bir müddət sonra isə adada cin mafiyasının üzvləri saxlanılırdı. Adada bir müddət ölkənin 3-cü prezidenti Devan Nair həbsdə saxlanılmışdır. Ada narkomanların sağaldılması üçün bir məkana çvrilmişdir..