Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir. "Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər. == Həmçinin bax == Ritorika Ritorik fiqurlar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Cəsarət
Cəsarət — sakit cəsurluq, çətinlikdə və təhlükədə ağlın olması; ruhən möhkəmlik və mətinlik; ümumiyyətlə kişidən gözlənilən keyfiyyətlər məcmusudur. Qorxuya qalib gəlməkdə mənəvi gücü əks etdirən fəzilətlərdən biri də cəsarətdir. Cəsarət tez-tez əzablara, o cümlədən fiziki ağrılara dözmək qabiliyyətinə də aiddir. Ən yüksək mənəvi şücaət rəşadətdir, qəhrəmana xas şücaət, qeyri-adi igidlik isə qəhrəmanlıq adlanır . Antik dövrdə cəsarət dörd əsas məziyyətdən biri hesab olunurdu (mötədillik, müdriklik və ədalətlə birlikdə). Aristotelin fikrincə, cəsarət ölüm qorxusuna qalib gəlmək və fəzilətli davranışın əvəzini öz həyatını riskə ataraq ödəməyə hazır olmaqdır: “Kim mənalı olaraq yaxşılıq naminə təhlükəyə can atır və ondan qorxmursa, cəsarətlidir və bu, ərənlikdir”. Aristotelə görə, cəsarət döyüşdə özünü aparmağın yeganə layiqli yoludur; Məhz buna görə də bunun xüsusi bir kişi fəziləti kimi olması fikri ortaya çıxmışdır. Cəsarətdən hərbi fəaliyyətlə aristokratik təbəqələrin mövcudluğu üçün etik əsaslandırma kimi istifadə olunurdu; Platon üçün cəsarət qulluqçular sinfinin fəzilətidir. Romalıların cəsarəti var (lat. virtus) təkcə hərbi şücaətlə deyil, həm də bütövlükdə fəzilətlə sinonimdir; başqa bir mənbədə deyilir ki, qədim Roma “virtus” həm cəsarət, həm də fəzilət deməkdir .
Bəraət
Bəraət sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə xas olan “günahlarımıza görə bəraət qazanmaq”, “istiğfar olunmaq”, “bağışlanmaq” kimi qəbul edilir.
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Əyalət
Əyalət — ölkə (dövlət) daxilində, bir neçə şəhər və kənddən ibarət olan inzibati-ərazi vahidi.
Bəsirət (qəzet)
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet. Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. == Haqqında == Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub. Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.
Bəsirət qəzeti
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet. Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. == Haqqında == Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub. Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.
Cəsarət Abbasov
== Siyahı ==
Cəsarət Səfərov
Cəsarət Xaliq oğlu Səfərov (27 iyun 2001, Suraxanı rayonu – 4 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəsarət Səfərov 2001-ci il iyunun 27-də Suraxanı rayonunda anadan olub. Onun əmisi oğlu — Şahmar Səfərov da İkinci Qarabağ müharibəsi şəhididir. Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cəsarət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsarət Səfərov noyabrın 4-də Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəsarət Səfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəsarət Valehov
Cəsarət Valehov (31 mart 1974, Qutqaşen) — fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Təhsil İnstitutu direktor müavini == Təhsili == Bakı Dövlət Universiteti –“Hüquqşünaslıq” fakültəsi, bakalavr (fərqlənmə diplomu) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – "Siyasi idarəetmə" fakültəsi, magistratura (fərqlənmə diplomu) Bakı Dövlət Universiteti- əyani aspirantura Corc Vaşinqton Universiteti (ABŞ)- Fulbrayt proqramı məzunu == Fəaliyyəti == Azərbaycan Televizya və Radio Yayımları Şirkətində redaktor Gənclər Təşkilatları Milli Şurası Məclisinin sədri AMEA-nın Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunun “Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər" şöbəsinin elmi işçisi Qərb, Bakı Mühəndislik və Dövlət Pedaqoji universitetlərində pedaqoji fəaliyyət ( baş müəllim, dosent) Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil departamentinin direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinidə “Açıq Dərs” təhsil layihəsinin müəllifi və moderatoru Azərbaycan RespublikasıTəhsil İnstitutunun aparıcı elmi işçisi/dosent Azərbaycan Respublikası Elm və təhsil nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqlələr sektorunun müdiri 1 monoqrafiya, 30-dan çox elmi məqalə, 500-dən çox teleproqramın müəllifi == Mükafatlar == Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Evlidir. İki övladı var. Azərbaycan, rus, ingilis, türk dilini bilir == Filmoqrafiya == "Şuşa maarifi" (sənədli-bədii filmi- 2022) "Şəki maarifi" (sənədli film- 2023) "Açıq Dərs" təhsil tok-şousu (2005-2013) "Böyük türk" ( sənədli film- 2007) Əşrəf Hüseynov.
Cəsarət Əhmədov
Cəsarət Mehman oğlu Əhmədov (12 fevral 1978, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti == Həyat == Əhmədov Cəsarət 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri kəndində zəhmətkeş bir ailədə anadan olub. 1995-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinə daxil olub, 2000-ci ildə həmin universitetin “Tikintinin iqtisadiyyatı” fakultəsində təhsilini başa vurub. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Milli Qvardiyasında xidmət edib. Əla xidmətə görə Qvardiyanın yaradılmasının 10-cu ildönümü münasibətilə şəxsən general-polkovnik Vaqif Axundov tərəfindən fəxri fərmanla təltif olunub. İdmanla 1995-ci ildən məşğul olur. İdmanın Qol güləşi növü üzrə ölkə çempionu adını qazanmış, dünya və Avropa çempionatlarının iştirakçısı olmuşdur. 2008-ci ildə Azərbaycan Armrestlinq Federasiyasının prezidenti seçilmiş, 2009-cu ildə isə, yeni yaradılmış idman klublarının əsasında Azərbaycan Qol Güləşi Federasiyasını təsis etmişdir. Həmin ildən Azərbaycan Qol Güləşi Federasiyasının prezidentidir. 2008-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür. 2011-ci ildə “Respublikanın fəxri bədən tərbiyyəsi və idman işçisi” adına layiq görülüb.
Cəsarət Əliyev
== Əsas elmi nailiyyətləri == Tezliklərə görə qismən səpilmə nəzərə alınmaqla şüaköçürmə tənliyinə operator əmsallı diftənlik kimi baxılmış və tam analitik həlli verilmişdir [1-3]. Öz-özünü qravitasiya cazibəsində olan qazın halını təsvir edən xətti olmayan tənliklər sisteminin həlli üçün proqram-paket yaradılmış, üç ölçülü halda aşkar soliton həllər alınmış, xətti həyacanlaşma tənliyinin analitik həlləri verilmişdir [6, 7]. Günəş aktivliyinin planet təsiri və spin-orbital qarşılıqlı təsirin nəticəsi olması haqda ileya irəli sürülmüşdür [4]. Günəş aktivliyi probleminin həlli üçün SolAct proqram-paketi yaradılmış, günəş fırlanma momentinin spin – orbital qarşılıqlı təsir nəticəsində dəyişdiyi və günəş aktivliyinin bu dəyişmə ilə korrelyasiya etdiyi aşkar edilmişdir [9, 12]. Sosial kataklizmlərin, siyasi çevrilişlərin günəş aktivliyi korrelyasiya etməsi aşkar edilmişdir [5]. Astronomiya arxivlərindən internet vasitəsilə ədədlər bazasının çəkilib gətirilməsi və işlənməsi üçün DaImAn proqram-paketi yaradılmış, RW Aur ulduzuna tətbiq edilərək aylarla ölçülən dövrülüyün varlığı aşkar edilmişdir [8, 10, 11]. Elmi araşdırmalar, ədədlərin işlənməsi və cihazların avtomatik idarə olunması üçün aşağıdakı modullar yaradılmışdır: Modul RETSLEA – şüaköçürmə tənliyinin ədədi həll edir; Modul SolNoLinPerEq3d – xətti olmayan tənliklər systemini və həyacanlaşma tənliyini analitik həll edir; Modul SolAct - planetlərin günəş sistemində, Günəşin barimərkəz ətrafında hərə-kətini vizuallaşdırır, fiziki parametrlərin hesblanmasına imkan verir. Bundan əlavə modul Günəşin fırlanma momenti ilə orbital momenti arasındakı qarşılıqlı-təsiri cızan tənliklər sistemini həll edir. Modul SpAn – göy cisimlərinin ədədlər şəklində verilmiş spektrlərininin işlənməsi üçün yaradılmışdır. Modul DaImAn – internet vasitəsilə arxiv materiallarınin çəkilib gətirilməsi və işlənməsini həyata keçirir; Modul CeBoSaM - göy cisimləri və onların peyklərinin hərəkətini öyrənmək üçün yaradılmışdır; Modul TelescopeControl - teleskopun idarə edilməsinin avtomatlaşdırılması üçün yaradılmışdır.
Vəkalət müharibəsi
Vəkalət uğrunda müharibə — 1524-1534-cü illərdə Səfəvilər dövlətinin Vəkalət vəzifəsi uğrunda iri qızılbaş əmirləri arasında baş vermiş müharibə idi. 1524-cü ildə şah I İsmayılın ölümundən sonra hakimiyyətə gələn şah I Təhmasibin azyaşlı olmasından istifadə edən iri Qızılbaş əmirləri imperiyanı idarə etmək üçün bir-birilərilə vuruşmağa başladılar. Bu müharibə zamanı üç qızılbaş tayfası Rumlu, Təkəli, Şamlı tayfaları bir-birini əvəz etməklə vəkalət vəzifəsini ələ keçirmişdi. Buna görə bu müharibə üç dövrə bölünür. == Rumlu dövrü == 1524-cü ildə şah I İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşlı oğlan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, Təhmasibin lələsi Əli bəy Rumlu(ləqəbi Div sultan) ələ keçirdi. Lakin ustaclı tayfasının Mustafa bəy Ustaclı (ləqəbi Köpək sultan) və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Əli bəy Rumlu özbəklərin Xorasana basqınlarını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarçı qoşun toplamaq üçün Lar yaylağına yola düşdü. Bir çox hakimlər onun çağırışı olə öz qoşunları ilə bura gəldilər.
Vəsadət Əzizov
Vəsadət Əli oğlu Əzizov (22 dekabr 1955, Qızılavar, Masallı rayonu) — Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor-kardioloq. == Həyatı == Vəsadət Əzizov 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. O, 1972-ci ildə Qızılavar kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və həmin il Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1978-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra 1978–79-cu illərdə Bakı şəhər 1 saylı klinik xəstəxanasının bazasında 1 illik internatura kursunu bitirmiş və təyinatla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilmişdir. V. Əzizov Naxçıvan Respublika xəstəxanasında əvvəlcə qəbul şöbəsinin müdiri, sonralar terapiya və kardiologiya şöbələrində həkim-ordinator işləmişdir. 1983-cü ildə V. Əzizov Azərbaycan Azərbaycan Tibb Universitetinin "Daxili xəstəliklər" ixtisası üzrə aspiranturasına daxil olmuşdur. O, Moskva şəhərində Ümumittifaq Kardioloji Elmi Mərkəzdə 1985-ci ildə namizədlik və 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. V. Əzizov 1994–1998-ci illərdə akademik C. Abdullayev adına Elmi-tədqiqat Kardiologiya institutunun direktoru vəzifəsində çalışmışdır. 1999-cu ildə АTU-nun II Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və bu günə qədər həmin kafedraya (hazırda I Daxili xəstəliklər kafedrası adlanır) rəhbərlik edir. V. Əzizov 650-ə yaxın çap olunmuş elmi işlərin, o cümlədən 36 dərslik, dərs vəsaiti, monoqrafiya, 5 metodik tövsiyə, 38 metodik işləmə, 3 müəlliflik səhadətnaməsi və 1 ixtiranın müəllifidir.
Zirehdəki xəyalət
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. == Personajlar == === Doqquzuncu bölmə === İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Bəyazət Mərkəzi
"Bəyazət" Mərkəzi, tam adı: "Bəyazət" Erməni Analitik-Araşdırma Mərkəzi "Bayazet" Armenian Analytical-Research Center, rus . Армянский Аналитический Исследовательский Центр "Баязет ") 2021-ci ildə Kəvərdə yaradılmış müstəqil ictimai təşkilatdır və Geğarkunik mərzinin ilk beyin mərkəzidir. Təşkilat sosioloji tədqiqatlar։։, təhlillər, müsahibələr aparır və təhsil, elmi, mədəni və digər mövzularda məlumat məqalələrini tərcümə edir, redaktə edir və dərc edir. "Bayazet" mərkəzinin fəaliyyəti Geqarkunik vilayətində tədqiqat sahəsinin inkişafına, tədqiqatlar, analitik işlər və informasiya nəşrləri vasitəsilə yerli özünüidarəetmə orqanları və dövlət səviyyəsində faktiki qərar qəbul edilməsinə kömək edir.
Aşıq Ədalət
Aşıq Ədalət (Ədalət Məhəmmədəli oğlu Nəsibov; 27 yanvar 1939, Qazax – 14 sentyabr 2017, Bakı) — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1990). == Həyatı == Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalır. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdır, saza yeniliklər gətirir. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Bali (əyalət)
Bali — İndoneziya əyaləti və Kiçik Sunda adalarının qərb tərəfi. Yavanın şərqində və Lombokun qərbində yerləşən əyalətə Bali adası və bir neçə daha kiçik qonşu adalar, xüsusən Nusa Penida, Nusa Lembonqan və Nusa Ceninqan daxildir. Əyalətin paytaxtı Denpasar, Kiçik Sunda adalarının ən sıx olduğu və Şərqi İndoneziyadakı Makasardan sonra ikinci ən böyük şəhərdir. Bali İndoneziyada əhalinin 83,5% -i Bali Hinduizminə sadiq qalan yeganə hindu əyalətidir. == İstinadlar == == Xarici linklər == Bali // Britannika Ensiklopediyası. 3 (XI). 1911.
Bəraət gecəsi
Bəraət gecəsi - Şaban ayının 15-ci gecəsidir. Bəraət borc, xəstəlik, günah və cəzadan qurtulmaq deməkdir. Rəsulullahdan (s.ə.s.) bu gecəyə məxsus nəql olunan xüsusi ibadət şəkli yoxdur. Bəraət gecəsi Ramazan ayına hazırlaşmaq üçün fürsət sayıla bilər. Bu haqda bir hədisdə belə buyrulur: “Şaban ayının on beşinci gecəsini ibadətlə keçirin, gündüzündə isə oruc tutun. Çünki, Uca Allah bu gecə dünya səmasına rəhməti ilə təcəlli edir və “Yoxdurmu tövbə edən ki, tövbəsini qəbul edim. Yoxdurmu ruzi istəyən ki, ruzisini verim. Yoxdurmu şəfa istəyən ki, şəfa verim. Başqa istəyi olan yoxdurmu ki, ona istədiyini verim". Bu hədisin sənədi rəvayət zəncirindəki ravilərdən biri hədis alimləri tərəfindən zəif qəbul edilir.
Do Bəralə
Do Bəralə (fars. دوبراله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (53 ailə).
Qroninqen (əyalət)
Xroninqen — Niderlandın əyalətlərindən biri. Ölkənin ən quzeyində yerləşən əyalətin paytaxtı Xroninqen şəhəridir.
Raquza (əyalət)
Raquza (it. Provincia di Ragusa, sic. Pruvincia di Rausa) — İtaliyanın inzibati bölgüsündə, Siciliya muxtar regionuna aid əyalətdir. Sirakuza əyalətinin inzibati mərkəzi Raquza şəhəridir. Əyalətin sahəsi 1.614,02 km²olub, şimalda Kataniya əyaləti, şərqdə Sirakuza, qərbdə Kaltanissetta əyaləti və cənubda isə Aralıq dənizi suları ilə əhatələnmişdir. Əyalət 1927-ci ildə təsis edilmişdir.
Sirakuza (əyalət)
Sirakuza (it. Provincia di Siracusa, sic. Pruvincia di Sarausa) — İtaliyanın inzibati bılgüsündə, Siciliya muxtar regionuna aid əyalətdir. Sirakuza əyalətinin inzibati mərkəzi Sirakuza şəhəridir. == Coğrafiyası == Sirakuza əyaləti Siciliya adasının cənub-şərqində İon dənizinin sahilləri boyunca yerləşmişdir. Əyalətin kontinental hissəsini İbley dağları tutur. Ən yüksək nöqtəsi Monte-Lauro zirvəsi olub, dəniz səviyyəsindən 986 m hündürlükdə qərar tutmuşdur. Əyalətin sahəsi 2109 km²olub, Siciliya adasının 8,2 %-ni təşkil edir. Əyalət şimalda Kataniya əyaləti, qərbdə Raquza əyaləti və şərqdə isə İon dənizi suları ilə əhatələnmişdir. Əyalətin şimal hissəsi Siciliyada ən iri şay sayılan Simento çayı vadisinə aiddir.
Sosial ədalət
Sosial ədalət — sərvət bölgüsü, şəxsi fəaliyyət imkanları və sosial imtiyazlarla ölçülən şəxs və cəmiyyət arasındakı ədalətli və ədalətli münasibətlər anlayışı. Qərbdə olduğu kimi köhnə Asiya mədəniyyətlərində də sosial ədalət anlayışı çox vaxt fərdlərin ictimai rollarını yerinə yetirmələrini və cəmiyyətdən lazım olanı almalarını təmin etmək prosesinə istinad etmişdir. Sosial ədalət uğrunda cari qlobal hərəkatlarda əsas diqqət sosial hərəkətlilik üçün maneələrin qırılmasına, təhlükəsizlik şəbəkələrinin yaradılmasına və iqtisadi ədalətə yönəldilmişdir. Sosial ədalət insanlara əsas üstünlükləri və əməkdaşlıq yüklərini əldə etməyə imkan verən cəmiyyət institutlarında hüquq və vəzifələri təyin edir. Müvafiq qurumlar sərvətlərin ədalətli bölüşdürülməsinə və bərabər imkanların təmin edilməsinə tez-tez vergitutma, sosial sığorta, səhiyyə, dövlət məktəbi, ictimai xidmətlər, əmək qanunvericiliyi və bazarların tənzimlənməsi daxildir. Ədaləti cəmiyyətə qarşılıqlı münasibətlə əlaqələndirən şərhlər mədəni adət-ənənələrin fərqliliyi ilə vasitə olunur, bəziləri cəmiyyət qarşısında fərdi məsuliyyəti, digərləri hakimiyyətə çatma və onun istifadəsi arasındakı tarazlığı vurğulayır. Sosial ədalət anlayışını Hippo Avqustin ilahiyyatı və Tomas Peynin fəlsəfəsi ilə izləmək olarsa da, "sosial ədalət" termini 1780-ci illərdə açıq şəkildə istifadə edilmişdir. Luigi Taparelli adlı bir Cezuit keşişi, adətən bu terminlə əlaqələndirilir və Antonio Rosmini-Serbati əsəriylə 1848-ci il inqilabları zamanı yayıldı. Ancaq son araşdırmalar sübut etdi ki, "sosial ədalət" ifadəsinin istifadəsi daha qədimdir( hətta 19cu əsrdən əvvəl). Məsələn, Anqlo-Amerikada, Federalist Sənədlərdə, № 7-də rast gəlinir: " Konnektikutda Rhode adası Qanunvericiliyi tərəfindən edilən böyüklüklər səbəbiylə həyəcanlanmış qisas alma meylini müşahidə etdik; və buna bənzər hallarda, digər hallarda müharibə, perqament yox, qılınc kimi əxlaqi öhdəliklərin və sosial ədalətin bu cür vəhşicəsinə pozulmalarını cəzalandıracağını əsaslandırırıq.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
"Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. "Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər. "Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
Besleti (Suxumi)
Besleti (gürc. ბესლეთი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 640 metr hündürlükdə. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 415.
Rəşadət Axundov
Axundov Rəşadət Fikrət oğlu (7 aprel 1984, Jdanov rayonu) — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi, keçmiş siyasi məhbus. == Həyatı == Rəşadət Axundov 1984-cü ilin avqustun 7-də Beyləqan rayonunda anadan olub. Orta təhsilini Əli Bayramlı Özəl Türk Liseyində alıb (2001). == Təhsili == Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Nəaliyyətlərinə görə Xüsusi İstedadlar Qrupuna keçirilib (2001-2005). Təhsilini davam etdirən Rəşadət 2006-cı ildə Macarıstanda yerləşən məşhur Mərkəzi Avropa Universitetinə (CEU) qəbul olunub. 2007-ci ildə oranın İşgüzar İdarəçilik üzrə Magistr Təhsilini (MBA) başa vurub. == İctimai Fəaliyyəti == 2005-ci ildə Yox Hərəkatına qoşulmuş və hərəkatın aktiv üzvlərindən biri olmuşdur. Daha sonra 2006-cı ildən fəaliyyətini OL! Azərbaycan Gənclər Hərəkatında davam etmiş və bir dönəm OL!-un İdarə Heyəti üzvü olmuşdur.
Rəşadət Musayev
Rəşadət Musayev (tam adı:Rəşadət Vüqar oğlu Musayev; 20 iyun 2002; Şəki, Azərbaycan — 25 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşadət Musayev Vüqar oğlu 2002-ci il 20 iyun tarixində Şəki rayon Baş Göynük kəndində anadan olub. 2008-2019-cı illərdə Şəki rayon Baş Göynük kəndi tam orta məktəbində orta təhsil alıb. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Rəşadət Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə olub. Rəşadət Musayev oktyabrın 25-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşadət Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşadət Musayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşadət Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşadət Piriyev
Rəşadət Piriyev (1 oktyabr 1973, Yeni Daşkənd, Bərdə rayonu – 11 fevral 1994, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, rabitəçi, şəhid. == Həyatı == Rəşadət Piriyev 1 oktyabr 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. 11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin atıcısı olmuş, Ağdam, Ağdərə, Laçın və Kəlbəcər rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 21 avqust 1993-cü ildə Ağdam rayonundakı döyüşdə qolundan və kürəyindən yaralanmışdır. Bacarıqlı rabitəçi operator və hərbi texnikaların zərərsizləşdirilməsi üzrə əməliyyatçı olmuşdur. Sıravi əsgər Rəşadət Piriyev 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində şəhid olmuşdur. Məzarının yeri dəqiq məlum deyil. Subay idi.
Rəşadət Şərifov
== Həyatı == Şərifov Rəşadət Rəşid oğlu 1989-cu il noyabr ayının 10-da Azərbaycan Respublikasının Zərdab rayonun Əlvənd Kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbə də doğulduğu kənddə getmiş və 2007-ci ildə oranı bitirərək Bakı Dövlət Universitetinin Fizika Fakultəsinin Fizika və Astronomiya ixtisasına qəbul olmuş, 2011-ci ildə "Günəş spektrində Franhaufer xətlərinin qravitasiya sürüşməsi" adlı buraxlış işini müdafiə edərək bakalavr təhsilini başa vurmuş, Fizika və Astronomiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Elə həmin il Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Bərk Cisimlər Fizikası Kafedrasının Bərk Cisimlər Fizikası ixtisasına magistrant kimi qəbul olmuşdur. Magistraturaya qəbul olduqdan sonra Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində 1 il müddətinə hərbi xidmət keçmişdir. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra magistratura pilləsində təhsilini davam etdirmiş və 2014-cü ildə "Spin-orbital qarşılıqlı təsirli nanoölçülü GaN kvant təbəqəsində işığın ikifotonlu udulması" adlı disertasiyasını müdafiə edərək Magistr dərəcəsi almışdır. == Tədqiqat sahəsi == Şərifov R. R. Təhsil Nazirliyinin 22.08.2014-cü il tarixli əmri ilə Bərk Cisimlər Fizikası ixtisasından Fəlsəfə Doktoru proqramı üzrə Doktorantura pilləsinə qəbul edilmişdir. Hal hazırda Nano ölçülü sistemlərin optik xassələrinin öyrənilməsi istiqamətində elmi araşdırmalarını davam etdirir. == Digər fəaliyyətləri == Artıq illərdir ki, elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Rəşadət Şərifov Fizika, Riyaziyyat, Məntiq, İnformatika, GMAT dərsləri tədris edir. Yüzlərlə tələbənin universitetlərdə təhsilini davam etdirməsində əməyi olmuşdur. İdeya müəllifi olduğu magistrol.com online təhsil sistemindən istifadə edənlərin sayı isə minlərlədir.