1. Dəlil, sübut.
□ Dəlalət etmək (eləmək) – sübut etmək, göstərmək, təsdiq etmək.
[Hakimi-şər:] Siz məni inandırırsınız ki, Ağa Mərdan dindar adamdır? Bu dəlalət edir sizin nadürüstlüyünüzə.
[Məşədi İbad:] …Bir də mən sənə deyim, insanın başının ağlığı onun qocalığına dəlalət eləməz.
2. klas. Yol göstərmə, rəhbərlik.
Mən əqldən istərəm dəlalət; Əqlim mənə göstərər zəlalət.
□ Dəlalət etmək (eləmək və s.) köhn. – 1) yol göstərmək, rəhbər olmaq, sövq etmək, yönəltmək.
[İsa:] …Dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin. ;
2) çağırmaq, dəvət etmək.
Könlümün nöqtəsin götür qaradan; Doğru yola məni dəlalət eylə.