CƏHALƏT

is. [ ər. ] Avamlıq, nadanlıq, cahillik, mədəni gerilik, mədəniyyətsizlik, elm və mərifətin olmadığı hal.
Cəhalətlə mübarizə ziyalılardan böyük iradə, cəsarət və mətanət tələb edirdi. A.Şaiq.
[Məhərrəm:] Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! C.Cabbarlı.

Синонимы

  • CƏHALƏT nadanlıq — avamlıq — gerilik
  • CƏHALƏT mədəniyyətsizlik — nəzakətsizlik — kobudluq — ədəbsizlik
  • CƏHALƏT cəhalət bax avamlıq

Антонимы

  • CƏHALƏT CƏHALƏT – MƏDƏNİLİK Cəhalət nə qalın divar imiş (M.İbrahimov); Mədənilik də inkişaf, tərəqqi ilə bağlıdır
CƏH-CƏH
CƏHALƏTPƏRƏST

Значение слова в других словарях