Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəyimağa (Xudabəndə)
Bəyimağa (fars. بيگم آقا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 287 nəfər yaşayır (54 ailə).
Bəyimdağ
Bəyimdağ- Azərbaycan Respublikasının Şabran rayonu ərazisində, Zarat kəndindən cənub qərbdə dağ. Hündürlüyü 936 m. == Toponimikası == Bəyim (Xeyran Nisə bəyim - Səfəvi dövlətinin siyasi həyatında mühüm rol oynamış, Səfəvi hökmdarı Məhəmməd Xudabəndənin arvadı, 1 şah Abbasın anası olmuşdur. Mənbələrdə Məd-i Ülya kimi adı çəkilən bu qadın 1578/79-cu illərdə Şirvana hücum etmiş Krım xanının vəliəhdi Adil Gireyə və Osmanlı qoşunlarına qarşı vuruşan Səfəvi ordusuna bilavasitə rəhbərlik etmiş və Səfəvilər bu döyüşdə qələbə çalmışdı. Bu hadisədən sonra şirvanda bir çox yer adları bu qadının adı ilə bağlanmışdı) və dağ komponentlərindən ibarətdir. Memorial toponim sayılır.
Bəyimqala (Nəqədə)
Bəyimqala (fars. بايزاوا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,661 nəfər. yaşayır (384 ailə).
Rəhimağa İmaməliyev
Rəhimağa Əmir oğlu İmaməliyev (24.01.1937, Buzovna — 23.05.2002, Buzovna) — Azərbaycan jurnalisti, ensiklopedist, lüğətşünas, naşir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), Həsən bəy Zərdabi mükafatı laureatı (1999). == Həyatı == Rəhimağa İmaməliyev 1937-ci ildə Bakı şəhərinin Buzovna kəndində balıqçı ailəsində anadan olmuşdur. O, 1944–1955-ci illərdə Buzovna kəndində 206 və 125 saylı məktəblərdə təhsil almışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. 1962-ci ildə təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə fəhləlikdən başlamışdır. Yüksəkixtisaslı kitabxanaçı-biblioqraf ixtisasına yiyələnmək üçün o, rəhbər kadrlar hazırlayan ali jurnalist və nəşriyyat sənətkarlığı kurslarında təhsilini mükəmməlləşdirmişdir.Rəhimağa İmaməliyev 23 may 2002-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir. Bakı şəhərinin Buzovna kəndində dəfn edilmişdir. Mərhum Rəhimağa İmaməliyev 1980-ci ildə başladığı "Buzovna ensiklopediyası. Vətənnamə" adlı kitabını 2000-ci ildə bitirməsinə baxmayaraq, kitab nəşr edilməmişdir. O, dünyasını dəyişəndən sonra bu ensiklopediya üzərində iş ailə üzvləri tərəfindən davam etdirilmişdir.
Qaragöz-i Səlimağa (Urmiya)
Qaragöz-i Səlimağa (fars. قراگوزسليم اقا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (47 ailə).
Seyidağa Axundzadə
Seyidağa Axundzadə — tarixçi. == Həyatı == Seyidağa Mir Hüseyn oğlu Axundzadə 1887-ci ildə Maştağada ruhani ailəsində anadan olub, açıqfikirli və mütərəqqi ziyalılardan idi. Atası Axund Mir Hüseyn (1852-1924) İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, islami elmlərlə yanaşı tarix, coğrafiya və tibb sahəsinə dair biliklərə dərindən yiyələnmişdir. Axund Mir Hüseyn xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq edirdi. Deyilənə görə Hacı, Axund Mir Hüseynin biliyini və istedadını yüksək qiymətləndirib ona at və fayton bağışlamışdı. Seyidağa atasının Hacı ilə dostluq münasibətlərindən faydalanaraq Tağıyevin "Kaspi" mətbəəsində mürəttib vəzifəsinə işə düzəlmişdi. O sürətlə və qüsursuz yığıcılıq peşəsinə yiyələnməklə yanaşı mətbuatda məqalələr ilə çıxış edirdi. "Kaspi" mətbəəsi Bakının indiki Sabir adına bağçasında yerləşirdi. Cavad Axundzadənin dediyinə görə anası mətbəədə işləyən atasına vaxtaşırı çörək aparırmış və hamiləliyinin son günlərindən birində – 1909-cu ildə o Maştağada yox, məhz "Kaspi" mətbəəsində anadan olmuşdur. Seyidağa Axundzadə sonralar "Orucov qardaşları" mətbəəsində, "Səda", "Hümmət", "Yeni fikir" qəzetlərində və "Azərnəşr"də linotipçi işləsə də ilk dəfə əmək fəaliyyətinə başladığı məkanı, ilk övladının dünyaya gəldiyi yeri – "Kaspi" mətbəəsini unutmurdu.
Seyidağa Həbibov
Seyidağa Mircabbar oğlu Həbibov (d. 26 oktaybr 1919, Maştağa — ö. 1 iyun 1987, Bakı) — tanınmış şair-qəzəlxan. == Həyatı == Seyidağa Mircabbar oğlu Həbibov 1919-cu il oktyabrın 26-da Bakının Maştağa kəndində dünyaya göz açmış və ailənin yeganə övladı olmuşdur. O, öncə Cəfər Cabbarlı adına 187 nömrəli umumtəhsil tam orta məktəbində bir neçə il oxumuş, sonra təhsilini Bakıdakı Bədəl bəy adına orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra 1937-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 3-cü kursdan təhsilini yarımçıq qoymuş, və 1940-cı ildə Azərbaycan Sənaye İnstitutuna (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması səbəbindən Seyidağa təhsilini yarımçıq qoymuş və yaşıdları kimi ölkəmizin (keçmiş SSRİ) müdafiəsi üçün ordu sıralarına qoşulmuş, ön cəbhəyə getmiş və döyüşlərdə tankçı kimi iştirak etmişdir. O, 1943-cü ildə Mozdok rayonu ətrafında gedən şiddətli döyüşlərdə ağır yaralandıqdan sonra arxa cəbhədə xidmət etməyə göndərilmişdir. Seyidağa 1945-ci ildə müharibə bitdikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş və 1950-ci ildə neft mütəxəssisi kimi ali təhsil almışdır. O, əmək fəaliyyətinə öncə Bakının Ramana kəndinin neft mədənlərində neftçıxarma ustası kimi başlamışdır.
Seyidağa Mövsümlü
Seyidağa Mövsümlü (1 avqust 1957, Ucar – 25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru. == Həyatı == Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır.
Seyidağa Mövsümov
Seyidağa Mövsümlü (1 avqust 1957, Ucar – 25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru. == Həyatı == Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır.
Seyidağa Onullahi
Seyidağa Onullahi (26 avqust 1925, Astara, Gilan ostanı – 2004, Bakı) — Tarix üzrə elmlər doktoru, şərqşünas, professor, Bakı Dövlət Universitetinin "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri (2001–2004-cü illər) olmuş, "21 Azər" medalı ilə təltif olunmuş 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatının iştirakçısı. == Həyatı == Seyidağa Onullahi 26 avqust 1925-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdi. 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və buna görə "21 Azər" medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Sovet Azərbaycanına (hazırda Azərbaycan Respublikası) pənah gətirmişdir. Astarada şəhər siyasi idarəsinin rəisi işləmişdi. Güney Azərbaycanda Pişəvəri hərəkatının faciəli süqutu zamanı Sovet Azərbaycanına gəlmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdı.1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunun "Orta əsrlər tarixi şöbəsi"ndə kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmişdir. Ömrünün son illərində, 2001-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin (BDU) "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur.