Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başyarma
Başyarma (ərəb. تطبیر Tatbir‎, fars. قمه‌زنی‎) - Aşura əzadarlığı zamanı şiələrin qəmə və qılınc ilə başlarını yarma mərasimi.
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Basaman
Basaman Xan - türk və altay mifologiyasında dəniz tanrısı. Dənizlərdən məsuldur. Qorxusuz bir qəhrəman olaraq xarakterizə edilər. Əlində üç çəngəlli yabası vardır. Yanında daşıdığı doqquz qollu tuğu yırtıcı heyvan quyruqlarından yaradılmışdır. == Etimologiya == (Bas) kökündən törəmişdir. Basqın edən, əzən, qazanan deməkdir. Çoxluq bildirən "basa" sözü ilə eyni kökdən törəmişdir. Yaymaq mənası da var. Monqol, türk və tunqus dillərində at sürmək mənasını ehtiva edən "basa" söz köküylə əlaqəli görünməkdədir.
Basaral
Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Basarab sülaləsi
Basarab sülaləsi— Valaxiya knyazlığınin Qıpçaq kökənli ilk xanədanı. 1330-cü illərdə ortaya çıxan ilk Rumın dövləti olan Valaxiyanın qurulmasında və idarə olunmasında Qıpçaqlar təsirli rol oynamışdılar. == Tarixi == Basaraba sülaləsi bu günkü Rumıniyanın Valaxiya bölgəsində qurulmuş ilk knyazliqdir. Valaxiya dövlətinin təməlini təşkil edən knyazliqdır. Qurucusu və ilk sülalə Basarab adında Qıpçaqlar soyundan gələn biridir. Son hökmdar isə Aleksandru Coconuldur. 1310-cu illərdə qurulan bu knyazliq, etnik olaraq Qıpçaqlara dayanmaqdadır və bu üzdən Türki xanədanlıqlar içərisində göstərilməkdədir. == Valaxiya dövlətinin qurulması == Valaxiya (ya da Wallachia; Rumıncada: Ţara Românească or "Thə Romanian Land") Rumıniyanın tarixi və coğrafi bir bölgəsidir. Bölgə, Dunay çayının şimalı ilə Karpat dağının cənubu arasında yerləşir. Valaxiya ilk dəfə bir knyazliq olaraq 1330-cu ildə Basarab tərəfindən Macar kralı I Charlesa qarşı bir ayaqlanma, üsyan sonucu quruldu.